Məhkəmə qərarları › İş №2(042)-523/2020

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-523/2020

20.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-523/2020 20.07.2020 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Marif Sabir oğlu Kazımovun sədrliyi, X2 oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh ona borclu olduğu 32000 manat məbləğində pulun və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında göstərdi ki, o, daşınmaz əmlakın alqı-satqısı ilə məşğul olmaq məqsədi ilə X8 ilə Cavabdeh arasında müqavilə bağlanmış, müqavilənin şərtinə əsasən X10 Həsənova 25000 ABŞ dolları məbləğində pul vermişdir. Cavabdeh bu barədə xx xxxxxxx 2015-ci il tarixdə Gəncə şəhəri 1 saylı Notariat Kontorunda 25000 ABŞ dollarını X3 alması barədə iltizam vermişdir. Aralarında olan razılaşmaya əsasən Cavabdeh 25000 ABŞ dolları məbləğində borcunu xx xxxxxx 2016-cı il tarixədək qaytaracağını vəd etmişdir. Cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, könüllü olaraq borcunu qaytarmamışdır. Belə ki, Cavabdehonun yanına gəlmiş, Əli Vəliyeva olan borcuna görə zamin durmasını xahiş etmişdir. O, Ramizə inanmış və Əli Vəliyevlə görüşərək Ramizə borcunu ödəməsi üçün vaxt verməsini xahiş etmişdir. Əli də Ramizə vaxt vermişdir. Həmçinin, Əliyə söz vermişdir ki, Ramiz onun pulunu qaytarmasa, borcu özü qaytaracaqdır. Ramiz pulu qaytarmadığına görə sözünə əməl edərək özünə məxsus əmlakını yarı qiymətə satıb Əlinin 32000 manat pulunu ödəmişdir. OnunƏİiyə verdiyi pul müqabilində Cavabdeh xx xxxx 2020-ci il tarixində Gəncə şəhəri 5 saylı notariat ofisində Gəncə şəhəri Gəj zavoduna gedən yolun sol tərəfində yerləşən 0.04 ha torpaq sahəsini və üzərində tikilmiş fərdi yaşayış evini sənədləşdirməyə və mülkiyyətə verilməsinə görə ona mülki etibarnamə vermişdir. Cavabdeh vəd etmişdir ki, onun ödədiyi 32000 manat məbləğində pulu yaxın vaxtlarda özümə qaytaracaqdır. Borcu X6 o qaytardığından hazırki mübahisə ilə bağlı kreditor qismində o çıxış edir. İşin faktiki hallarını cavabdeh apardığı danışıqlarda etiraf etmişdir. Dəfələrlə cavabdehdən borcunu istəməyinə baxmayaraq cavabdeh nə pulu qaytarır, nə də ki, etibarnamə ilə verdiyi əmlakı təhvil vermək istəyir. Ona görə də, məhkəmədə iddia qaldırmaq məcburyətində qalmışdır.Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında ona qarşı olan iddia tələbini etiraf etdi və izahatında göstərdi ki, o, daşınmaz əmlakın alqı-satqısı ilə məşğul olmaq məqsədi ilə X3 25000 ABŞ dolları məbləğində pul almışdır. Sonradan həmin pulun 32000 manatını X6 İddiaçı qaytarmışdır. İmkanı olmadığı üçün iddiaçının borcunu qaytara bilməmişdir. Atası və qardaşı vəfat etmişdir. Maddi vəziyyəti çox aşağıdır. İmkanı olduqca borcunu hissə-hissə qaytaracaqdır. Şahid X8 məhkəmə iclasında bildirdi ki, o, iddiaçını və cavabdehi tanıyır. O, daşınmaz əmlakın alqı-satqısı ilə məşğul olmaq məqsədi ilə Cavabdeh 25000 ABŞ dolları məbləğində pul vermişdir. Bu barədə Cavabdeh notarial qaydada iltizam vermişdir. Ramiz həmin pulu xx xxxxxx 2016-cı il tarixədək qaytaracağına söz versə də, pulu qaytarmadı. O, pulunu Ramizdən tələb etdikdə, İddiaçı onunla görüşərək Ramizə borcunu ödəməsi üçün vaxt verməsini xahiş etmişdir. O da Ramizə vaxt vermişdir. Ələmdar ona söz vermişdir ki, Ramiz onun pulunu qaytarmasa, borcu özü qaytaracaqdır. Ramiz pulu qaytarmadığına görə onun pulunun 32000 manatını İddiaçı qaytarmışdır. Ramizin ona pul borcu qalmamışdır. Şahid X4 məhkəmə iclasında şahid X5 ifadəsi ilə eyni məzmunlu ifadə verdi. Məhkəmə tərəfləri və şahidləri dinləyib, iş materiallarında olan sübutları tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işdə olan Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, İddiaçı Gəncə şəhəri, Nizami rayonu, X14 küçəsi, ev 21 ünvanında qeydiyyatdadır. İşdə olan Gəncə şəhəri 1 saylı notariat kontorunda verilmiş Reyestrdə 7E-7522 № ilə qeyd edilmiş iltizamdan görünür ki, Cavabdeh X3 xx.xx.2016-cı il tarixinədək geri ödəmək şərtilə daşınmaz əmlakın alqı-satqısı ilə məşğul olmaq məqsədilə 25000 ABŞ dolları məbləğində pul aldığını, qeyd edilən tarixədək aldığı məbləği tam şəkildə X6 ödəməyi öhdəsinə götürdüyünü, bununla əlaqədar gələcəkdə hər hansı anlaşılmazlıq olarda, öhdəliyi vaxtında yetirməsə, məsuliyyət daşımağa hazır olduğunu bildirmişdir. İşdə olan xx.xx.2020-ci il tarixli etibarnamədən görünür ki, Cavabdeh harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq ona məxsus bütün əmlakı idarə etməyi və onun üzərində sərəncam verməyi bu bundan irəli gələn səlahiyyətlərini İddiaçı etibar etmişdir. Beləliklə, məhkəmə iclasında iddiaçının izahatı, cavabdehin etirafı, şahid ifadələri və işdə olan sənədlərlə müəyyən edildi ki, Cavabdeh X3 xx.xx.2016-cı il tarixinədək geri ödəmək şərtilə daşınmaz əmlakın alqı-satqısı ilə məşğul olmaq məqsədilə 25000 ABŞ dolları məbləğində pul almışdır. Cavabdeh öhdəliyi vaxtında yerinə yetirməmiş, həmin puldan 32000 manat məbləğində vəsaiti X6 İddiaçı qaytarmışdır. X8 isə həmin pulu qəbul etmişdir. Cavabdeh məhkəmə iclasında iddia tələbini etiraf etmişdir. MPM-in 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. MPM-in 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Məhkəmə hesab edir ki, cavabdehin iddia tələbini etiraf etməsi qanuna zidd deyil və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Odur ki, məhkəmə cavabdehin iddia tələbini etiraf etməsini qəbul edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 431.1-ci maddəsinə əsasən, borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Bu halda “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq kreditorla bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. Həmin Məcəllənin 431.2-ci maddəsinə əsasən, kreditor üçüncü şəxsin təklif etdiyi icranı, əgər borclu bunun əleyhinədirsə, qəbul etməyə bilər. Həmin Məcəllənin 431.3-cü maddəsinə əsasən, əgər kreditor borcluya mənsub əşyaya məcburi icra yönəldərsə, onda məcburi icra nəticəsində bu əşyaya hüquqlarının itirilməsi təhlükəsi yaranan hər hansı şəxs kreditoru təmin edə bilər. Üçüncü şəxs kreditoru təmin etdikdə, tələb hüququ həmin şəxsə keçir. Tələb kreditorun zərərinə olaraq keçməməlidir. Qeyd olunan maddi hüquq normalarının dispozitiv şərtlərinə əsasən, məhkəmə qeyd edir ki, Cavabdeh kreditor X8 qarşısında olan öhdəliyinin (25000 ABŞ dolları məbləğində pul borcunun) 32000 manat hissəsi üçüncü şəxs olaraq İddiaçı tərəfindən icra edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, Cavabdeh X6 qarşı olan pul tələbinin 32000 manat hissəsini təmin etdiyindən həmin hissədə tələb hüququ da İddiaçı keçir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. İş materiallarından görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılarkən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddia tələbi təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu Cavabdeh aid edilməlidir. Beləliklə, məhkəmə təqdim edilmiş sübutlara tətbiq edilməli hüquq normalarına uyğun qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 32000 manat məbləğində pul və 30 manat dövlət rüsumunun əvəzi, cəmi 32030 manat məbləğində pul alınıb İddiaçı verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 32000 manat məbləğində pul və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi, cəmi 32030 manat pul alınaraq İddiaçı verilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar