Məhkəmə qərarları › İş №2(042)-528/2020

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-528/2020

28.07.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-528/2020 28.07.2020 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X29 oğlunun katibliyi, İddiaçı, onun etibarnamə üzrə nümayəndəsi X9, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “cavabdehin fərdi yaşayış evindən ailə çıxarılması və iddiaçının ailə üzvləri ilə birlikdə həmin evə köçürülməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh üç nəfər uşağı ilə birlikdə mərhum anası X4 adına olan evdən çıxarılması və onun ailəsi ilə birlikdə həmin evə köçürülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 53-cü maddəsinə əsasən, iddia ərizəsinə dəyişiklik edilməsi barədə ərizə verərək arvadı X7 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməsini xahiş etmiş, məhkəmə tərəfindən X14 iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında göstərdi ki, o, iki nəfər azyaşlı uşağı ilə birlikdə Gədəbəy rayonu, Qumlu yaşayış massivində yaşayır. Orada onun istifadəsində olan fərdi yaşayış evi vardır. Ev birmərtəbəli olmaqla iki otaq və bir aynabənddən ibarətdir. Ev mərhum anası X4 adınadır. Anası 2020-ci ildə vəfat etmişdir Anasının ölümündən sonra onun sahibliyinə keçmişdir. Lakin anası rəhmətə gedəndən sonra bacısı Cavabdeh özünün Gədəbəy rayonu, Əmiraslanlı kəndində yaşayış evi olmasına baxmayaraq uşaqları ilə birlikdə gəlib onun yaşadığı evə girmiş və ona öz evində yaşamasına imkan vermir. Cavabdeh həmin kənddə təsərrüfatda qeydiyyatdadır. xx xxxxx 2020-ci ildə cavabdeh onu ailəsi ilə birlikdə evdən məcburi olaraq çıxarmışdır. Cavabdeh onu hədələyir və bildirir ki, ona həmin evdə yaşamağa imkan verməyəcəkdir. Onun yaşamağa başqa yeri yeri yoxdur. Ona görə də ailə ilə birlikdə həmin evə köçürülməsini və cavabdehin uşaqları ilə birlikdə evdən çıxarılmasını istəyir. Odur ki, o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçı etibarnamə üzrə nümayəndəsi X17 məhkəmə iclasında iddia tələbini müdafiə etdi və İddiaçı izahatı ilə eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X14 məhkəmə iclasında İddiaçı izahatı ilə eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəməyə iddiaçının iddia tələbinə etiraz ərizəsi verərək göstərmişdir ki, uzun müddət onkoloji xəstəlikdən əziyyət çəkən mərhum anası X5 qulluq etməkdən imtina edən, daim onu (özü və arvadı) fiziki və psixoloji təzyiqlərə məruz qoyan, anasının pensiyasını (onkoloji xəstələr üçün dərmanlar baha olduğundan aldığı pensiyanın onun minimum ehtiyaclarını qarşılamamasına baxmayaraq) İddiaçı anası Sucayət Məmmədəliyevanı köməksiz vəziyyətdə qoyaraq anasına məxsus fərdi yaşayış evini öz ailəsi ilə birlikdə tərk etmişdir. Bütün qonşu və qohumlar bu faktı təsdiq edir. İddiaçı illər ərzində kommunal xərcləri ödəmədiyi üçün anasının adına külli miqdarda borc yığılmışdır. Həmin borcların bir qismi böyük qardaşı Natiq Məmmədəliyev tərəfindən ödənilsə də, hələ də xeyli məbləğdə borc ödənilməmiş olaraq qalır. Anasının müalicəsi ilə bağlı bütün xərcləri öz imkanı daxilində böyük qardaşı Natiq Məmmədəliyev qarşılamışdır. Kiçik qardaşı İddiaçı isə öz həyat yoldaşı ilə birgə xəstə və yaşlı anasının pensiya kartını ələ keçirmək üçün daim onu söyərək təhqir etmiş və onunla qeyri-insani rəftar etmişlər. Uzun müddət qorxu və həyəcan içində yaşayan anası sonradan onkoloji xəstəliyə tutulmuşdur. Uzun müddətli onkoloji xəstəlikdən əziyyət çəkən anasına qulluq edən olmadığından o, hal-hazırda ayrı yaşadığı, həyat yoldaşına məxsus evi 2018-ci ildən tərk edərək anasının evinə gəlməyə məcbur olmuş, anasına qulluq etdiyi ərəfədə isə əri ondan və və uşaqlarından imtina edərək bildirmişdir ki, onlara baxmağa maddi imkanı çatmır, gedib öz başlarında çarə qılsınlar. O, uzun müddət xəstəlikdən böyük əzab çəkən anasının qayğısına qalmış və anası vəfat edən günə qədər ona qulluq etmişdir. Anası X8 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. İddiaçı anasının dəfninə böyük qardaşı zorla gətirmişdir. Təəssüf hissi ilə qeyd edir ki, onun maddi, mənzil və həyat şəraiti daim çox ağır olmuşdur. Hal-hazırda qonşu kənddə yaşayan həyat yoldaşı azyaşlı övladları ilə maraqlanmır, onlara maddi və mənəvi dəstək olmur. Onlar çox ağır şəraitdə yaşayır və günlük çörəklərini güclə tapırlar. Aylarla yığılan kommunal borclarını belə ödəmək imkanı yoxdur. İddiaçı iddia ərizəsində qeyd edir ki, guya o qardaşımı və ailəsini xx xxxxx 2020-ci il tarixdə hədələyərək anasına məxsus evdən qovmuş, iddiaçı onun qorxusundan evi tərk etmək məcburiyyətində qalmış, ondan qorxduğu üçün evə gələ bilmir və hal-hazırda yaşamağa yeri yoxdur. Bu tamamən yalan və əsassız iddiadır, çün ki, iddiaçını evdən qovmağa onun nə fiziki gücüm var, nə də ki belə bir halın baş verməsi qeyri-mümkün olmaqla yanaşı həm də ağlasığmazdır. Qardaşının evi tərk etməsinin əsas səbəbi xəstə anasının pensiya kartını ələ keçirə bilməməsi və yığılmış külli miqdarda kommunal borca görə işiq və qaz təchizatının dayandırılması olmuşdur. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. MPM-in 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işdə olan Gədəbəy RİHB-nin Gədəbəy şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 1012 və 1013 nömrəli arayışlardan görünür ki, İddiaçı şəhər İƏD üzrə nümayəndəliyin 8 nömrəli ev təsərrüfatlarının uçotu kitabının 85-ci səhifəsində qeyd edilmiş, ailə tərkibi arvadı X6 və uşaqları X18 və X11 ibarətdir. İşdə olan AZE seriyalı, 0******* və 08405209 nömrəli şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, İddiaçı və X2 rayonu. Qumlu kəndində qeydiyyatdadırlar. İşdə olan AZ-İ № 583776 seriyalı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı və X19 xx.xx.2010-cu il tariuxdə nikaha daxil olmuşlar. Nikah bağlandıqdan sonra ərə Məmmədəliyev, arvada Məmmədəliyeva soyadı verilmişdir. İşdə olan AZ-İ № 744875 seriyalı və AZ-İİ № 176045 seriyalı doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, X18 xx.xx.2006-cı il tarixdə, X27 xx.xx.2008-ci il tarixdə anadan olmuşdur. İşdə olan AR ƏMDK yanında DƏDRX-nin 11 saylı Şəmkir Ərazi idarəsi tərəfindən verilmiş RX seriyalı, 0178387, 0178388, ******* nömrəli Çıxarışların təsdiq edilmiş surətlərindən görünür ki, X4 adına rəsmiləşdirilməklə X8, İddiaçı, X40, Cavabdeh, X23, X20 və X10 ümumi birgə mülkiyyətinə Gədəbəy şəhərində ayrı-ayrılıqda 0.4733 ha, 0.2841 ha və 0.7136 ha olmaqla kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan JN-305A KOD 50501004 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Gədəbəy rayon X25 xx xxxxxx 1998-ci il tarixli, 09 nömrəli qərarı ilə Gədəbəy rayonu, Qumlu kəndində X4 və onun ailə üzvü olan İddiaçı ümumi birgə mülkiyyətinə 0.02 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. İşdə olan JN-305B KOD 50501004 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Gədəbəy rayon X25 xx xxxxxx 1998-ci il tarixli, 09 nömrəli qərarı ilə Gədəbəy rayonu, Qumlu kəndində X4 və onun ailə üzvü olan İddiaçı ümumi birgə mülkiyyətinə 0.09 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. İşdə olan Gədəbəy rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 28 nömrəli məktubdan görünür ki, Qumlu yaşayış massivinin təsərrüfat kitabları 1940-cı ildən 1962-ci ilə kimi Gədəbəy rayon Dövlət Arxivinin mühafizəsinə təhvil verilmişdir. Odur ki, X15 atası X3 təsərrüfatında qeyd olunmuşdur. İşdə olan Gədəbəy rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, 24 nömrəli məktubdan görünür ki, Gədəbəy rayon Dövlət Arxivinin mühafizəsində Cavabdeh Qumlu massivində yaşayış evinin olub-olmaması aşkar edilməmişdir. İşdə olan Gədəbəy RİHB-nin Əmiraslanlı İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 82 nömrəli arayışdan görünür ki, Cavabdeh 2016-2020-ci illəri əhatə edən 01 saylı təsərrüfatbaşına kitabın 39-cü səhifəsinə əsasən, Gədəbəy rayonu, Əmiraslanlı kəndində qeydiyyatdadır. İşdə olan AZ-İİİ № 037317 və AZ-İİİ № 399584 seriyalı doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, X41 xx.xx.2012-ci il tarixdə, X32 xx.xx.2014cü il tarixdə anadan olmuş, ataları qrafasında X33, anaları qrafasında Cavabdeh qeyd edilmişdir. İşdə olan AZ-İİ № 045659 seriyalı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2020-ci il tarixdə ölmüşdür. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İİ hissəsinə görə insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin Vİİ hissəsinə görə insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir. Məsələyə mahiyyəti üzrə qiymət vermədən öncə məhkəmə mübahisəli evin hüquqi statusunun müəyyənləşdirilməsini zəruri hesab edib, mübahisəni bu müstəvidə həll edilməsini əsaslı sayır. Məhkəmə qeyd olunanları təhlil edərək qeyd edir ki, iddiaçı Gədəbəy rayonu, Qumlu yaşayış massivində yerləşən birmərtəbəli olmaqla iki otaq və bir aynabənddən ibarət fərdi yaşayış evindən cavabdehin azyaşlı uşaqları ilə birlikdə çıxarılmalı olmasını və onun ailəsi ilə birlikdə həmin evə köçürülməli olmasını iddia edir. Sözügedən fərdi yaşayış evinin yerləşdiyi həyətyanı torpaq sahəsi JN-305A KOD 50501004 saylı və JN-305B KOD 50501004 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamələr əsasında X4 və İddiaçı ümumi birgə mülkiyyətindədir. Mübahisəli fərdi yaşayış evinin Qumlu yaşayış massivi üzrə təsərrüfatbaına kitabda kimin adına qeyd olunması müəyyən deyildir. Buna baxmayaraq həmin evdə X4 və onun ailə üzvü olan İddiaçı ailəsi ilə birlikdə yaşaması mübahisələndirilmir. X8 xx.xx.2020-ci il tarixdə ölmüşdür. İddiaçı ailəsi ilə birlikdə mübahisəli evdə qeydiyyatdadır və əvvəllər də evə faktiki sahiblik mərhum X5 məxsus olmuşdur. Bu baxımdan mübahisəli fərdi yaşayış evinə mərhum X4 mülkiyyət hüququ gözləniləndir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Akimova Azərbaycana qarşı” iş üzrə xx xxxxxxxx 2007-ci il tarixli qərarında xatırlatmışdır ki, “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət” kimi qiymətləndirilə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Qarrax Çexiyaya qarşı” iş üzrə xx xxx 2003-cü il tarixli qərarında xatırlatmışdır ki, real mövcud olan əmlakı əldə etməyi gələcəkdə qanuni olaraq gözləmək hüququ mülkiyyət hüququ kimi qiymətləndirilir. Həmin məhkəmənin “X16rşı” və “Yunanıstan neftayırma zavodu “Strən və X12rşı” iş üzrə qərarında xatırlamasına görə, “tələbin hüquqi cəhətdən reallaşması kifayət qədər müəyyən edilərsə, o, Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsi baxımından “mülkiyyət kimi qəbul edilir”. Həmin iş üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, ərizəçi mübahisələndirdiyi mənzil üzərində mülkiyyət hüququna malik olmasa da, onun Mənzil fondunun özəlləşdirilməsi haqqında Qanuna uyğun olaraq həmin mənzili müəyyən şərtlərlə əvəzsiz olaraq mülkiyyətinə keçirmək hüququ olduğundan, ərizəçinin həmin mənzilə olan iddiaları 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsinin tətbiqi dairəsinə düşən “mülkiyyətin” təşkil olunması üçün kifayət qədər əsaslı olmuşdur. Məhkəmə Avropa Məhkəməsinin qeyd edilən presedent hüququna istinad edərək hesab edir ki, mübahisəli fərdi yaşayış evinə dair mərhum X4 mülkiyyət hüququnun gözləntisi olduğundan həmin əmlak onun mülkiyyəti kimi qiymətləndirilməlidir. Eyni zamanda, məhkəmə qeyd edir ki, qüvvədə olan mülki qanunvericilik daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış belə fərdi yaşayış evlərində yaşayan və yaşamış şəxslərin tikili ilə bağlı hüquqi münasibətlərini tənzimləmir. Azərbaycan Respublikası MPM-in 13.4-cü maddəsinə əsasən, barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Ona görə də, belə fərdi yaşayış evləri ilə əlaqədar yaranmış mübahisəli hüquq münasibətinə hüququn analogiyası tətbiq edilməklə mübahisəli hüquq münasibəti yaranan vaxt qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin icarədar və ailə üzvlərinin arasında münasibətləri tənzimləyən hüquq normaları tətbiq edilməlidir. xx xxxxxxx 2009-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinin 3-cü hissəsində isə göstərilmişdir ki, icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 54-cü maddəsinin tələbinə görə icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Həddi-buluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Məhkəmə qeyd edir ki, yaşayış sahəsinə əldə olunan istifadə hüququ öz sahibinə yalnız aid olduğu yaşayış sahəsindən şəxsi ehtiyacını qarşılamaq imkanını təmin edir (yaşayış sahəsindən fayda götürmək, yəni əvəzli olaraq başqalarının istifadəsinə vermək imkanını təmin etmir). Yaşayış binasının tərkib hissəsindən istifadə etmək hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunan mülkiyyət hüququ üzrə oxşar hüquqi mövqelər ifadə etmişdir. Belə ki, Məhkəmənin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır. Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə legitim məqsəd daşımalıdır. 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (Broniovski Polşaya qarşı iş üzrə Böyük Palatanın 2004-cü il 22 iyun tarixli Qərarı, §147- 148, 150; Skordino İtaliyaya qarşı iş üzrə Böyük Palatanın 2006-cı il 29 mart tarixli Qərarı, § 93). Bu hüquqi mövqelərə əsaslanaraq, qeyd olunmalıdır ki, yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvləri də daxil olmaqla müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. İşin mübahisələndirilməyən faktiki hallarından göründüyü kimi, iddiaçı mübahisəli fərdi yaşayış evində yaşamış, həmin evdən istifadə etmişdir. Bununla da iddiaçının həmin evdə istifadə etmək hüquqları yaranmışdır. Cavabdeh iddiaçının həmin evə köçürülməsinə etiraz etməmişdir. Belə ki, cavabdeh iddia tələbinə qarşı verdiyi etiraz ərizəsində iddiaçını mübahisəli evdən çıxarmaq imkanının olmadığını və belə bir halın ağlasığmaz olduğunu bildirmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının mübahisəli fərdi yaşayış evindən istifadə etmək hüququ tanınmalı və o, ailəsi ilə birlikdə həmin evə köçürülməlidir. Həmçinin, məhkəmə, iddiaçının iddia tələbinin “cavabdehin uşaqları ilə birlikdə mübahisəli evdən çıxarılması” hissəsinə qiymət verərək hesab edir ki, bu hissədə iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, iddiaçı və cavabdeh mərhum X4 övladlarıdır. X8 xx.xx.2020-ci il tarixdə ölmüşdür. İddiaçı və cavabdeh hər ikisi Sucayət Məmmədovanın övladları olduğundan onun birinci növbə vərəsəsi sayılırlar. Cavabdeh anası X1, yəni 2018-ci ildə gəlib uşaqları ilə birlikdə anasının evinə gəlmiş və həmin evdə yaşamış, anasına baxıb qulluq etmişdir. Hal-hazırda da o, uşaqları ilə birlikdə anasının evində yaşayır. Belə olan halda, iddiaçının cavabdehin həmin evdən çıxarılmasını tələb etməsini heç bir hüquqi əsası yoxdur. Cavabdeh də mərhum anasına məxsus fərdi yaşayışdan evindən iddiaçı ilə birlikdə istifadə etməkdə bərabər imkanlara malik olmalıdır. Odur ki, bu hissədə iddia tələbi təmin edilməməlidir. MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qeyd edilənləri yekunlaşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı ailəsi, yəni arvadı X14 və uşaqları X18 və X24 ilə birlikdə Gədəbəy rayonu, Qumlu yaşayış massivində yerləşən, iki otaq və bir aynabənddən ibarət birmərtəbəli fərdi yaşayış evinə köçürülməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. İş materiallarından görünür ki, iddiaçılar tərəfindən məhkəmədə iddia qaldırılarkən 10 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233.1, 360 və 362-ci maddələrini rəhbər tutub, məhkəmə Q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. İddiaçı ailəsi, yəni arvadı X14 və uşaqları X18 və X24 ilə birlikdə Gədəbəy rayonu, Qumlu yaşayış massivində yerləşən, iki otaq və bir aynabənddən ibarət birmərtəbəli fərdi yaşayış evinə köçürülsün. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş 10 manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı verilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar