Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-529/2025 18.04.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Qasımov Fuad Kamil oğlunun katibliyi, ərizəçi Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs Gədəbəy Rayon Notariat Ofisinə qarşı qohumluq münasibətlərində olma faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi maraqlı şəxs Gədəbəy Rayon Notariat Ofisinə qarşı 12 avqust 2000-cı ildə Gədəbəy rayonu, Miskinli kəndində ölmüş X5 xx.xx.2006-ci ildə vəfat etmiş X7 münasibətdə anası olması və ona münasibətdə nənəsi olması hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi haqqında ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə etmiş, izahat verərək, bildirmişdir ki, X9 onun atası, X10 onun nənəsi olmuşdur. Mərhum atası 1939-cu il tarixdə Miskinli kəndində anadan olmuş, lakin atasının valideyinləri atasına doğum haqqında şəhadətnamə almamışlar. Atasının doğum haqqında şəhadətnaməsinin olub olmaması ilə bağlı məlumat olmamışdır. X1 xx.xx.2006-cı il tarixdə vəfat etmişdir. Atası mərhum nənəsi X5 yeganə oğul vərəsəsi olmaqla ona məxsus mülkdə yaşamışlar. Həmin ev və həyətyanı torpaq sahəsi ilkin olaraq mərhum nənəsi X5,o, 2.08.2000-ci il tarixdə öldükdən sonra isə atasının adına olmuşdur. O, atasından miras qalmış evi və həyətyanı torpaq sahəsini adına vərəsəlik qaydasında rəsimləşdirmək istəmişdir. O, vərəsəlik şəhadətnaməsi almaq məqsədi ilə Gədəbəy Rayon Notarat Ofisinə müraciət etmiş, lakin notarat ofisi onun mərhum X1nun doğum haqqında şəhadətnaməsini tələb edilmişdir. Məlum olmuşdur ki, X1nun doğum haqqında şəhadətnaməsi olmamışdır. O, bununla bağlı Maraqlı şəxsnə müraciət etmiş və onun müraciəti əsasında X1nun ilkin doğum haqqında akt qeydi aşkar olunmaması barədə xx.xx.2025-ci il tarixdə arayış verilmişdir. Bu səbəbdən onun nənəsi və atası ilə qohumluq münasibətində olmasının müəyyən edilməsi mümkün olmamışdır. Ona görə də ərizəsinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xaiş edir. Maraqlı şəxs Gədəbəy Rayon Notariat Ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsini məhkəmə iclasına göndərməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Мəhkəmə Аzərbaycan Respublikası MPM-nin 185.6-cı madddəsinin tələblərini rəhbər tutaraq, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş X12 ifadə verərək bildirmişdir ki, ərizəçini tanıyır. Ərizəçinin atası İbrahim və ata nənəsi Fərman olmuşdur. Onlar Gədəbəy rayonu, Miskinli kəndində yaşamışlar. Məhkəmə iclasında digər şahidlər X11 və X13 eyniməzmunlu ifadə vermişdir. İşdə olan X2 təsdiq olunmuş surətlərindən görünür ki, X10 xx.xx.2000-ci il tarixdə, X9 xx.xx.2006-cı il tarixdə, Gədəbəy rayonu, Miskinli kəndində ölmüşlər. İşdə olan Arxiv Arayışından görünür ki, X6 doğum haqqında akt qeydi aşkar edilməmişdir. İşdə olan X4 surətindən görünür ki, Ərizəçi atası qrafasında X9, anası qrafasında X8 qeyd edilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini və təqdim edilmiş sübutları tədqiq edərək, hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin məcəllənin 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə, məhkəmə araşdırması ilə 12 avqust 2000-cı il tarixdə vəfat etmiş X5 xx.xx.2006-ci il tarixdə Gədəbəy rayonu, Miskinli kəndində vəfat etmiş X6 anası və X3 nənəsi olması faktı sübut edilmişdir. Həmin faktın müəyyən edilməsi ərizəçinin vərəsəlik hüquqlarının həyata keçirilməsi ilə əlaqədar hüquqi əhəmiyyətlidir və ərizəçinin həmin faktı təsdiq edən sənədləri başqa qaydada alması mümkün deyildir. Ona görə də ərizə təmin edilməlidir. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 216-227, 358- 360 və 362-ci maddələrini rəhbər tutaraq, q ə t e t d i : Ərizə təmin edilsin. 12 avqust 2000-cı il tarixdə vəfat etmiş X5 04 dekabr 2006-ci il tarixdə vəfat etmiş X6 anası və X3 nənəsi olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №2(042)-529/2025
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-529/2025
18.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver