Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-53/2023 17.08.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Мirzəquliyеv Fizuli Bаlаğа oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, İddiaçı Cavabdeh qarşı payların müəyyən edilməsi tələbi haqqında iddia ərizəsinə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı Azərbaycan Respublikası DƏDRX-nin Hüquqlarının Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində 12 sentyabr 2022-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış, Gədəbəy şəhəri, 20 Yanvar küçəsi, ev 27 (yeni qaydalarla : ünvan 1 ünvanında yerləşən ümumi paylı mülkiyyətdə olan 0.25 ha torpaq sahəsindən müəyyən edilmiş 4/9 hissə payının naturada ayrılması tələbləri haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddiaçı 24 iyul 2023-cü il tarixdə məhkəməyə ərizə göndərərək, mülki işə onun iştirakı olmadan baxılmasını və qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsindən görünür ki, Azərbaycan Respublikası DƏDRX-nin Hüquqlarının Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində 12 sentyabr 2022-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış Gədəbəy şəhəri, 20 Yanvar küçəsi, ev 27 (yeni qaydalarla : ünvan 1 ünvanında yerləşən ümumi paylı mülkiyyətdə olan 0.25 ha torpaq sahəsindən 4/9 hissədə onun, 3/9 hissədə isə Cavabdeh payları müəyyən edilmiş, 2/9 hissə açıq saxlanılmışdır. Eyni zamanda evin texniki pasportu tərtib edilmişdir. Hazırda o, paylı mülkiyyətdən öz payının ayrılmasını istəyir. Ona görə də payının naturada ayrılması məsələsi ilə bağlı məhkəməyə müraciət edərək qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizə göndərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş Rəydən görünür ki, Gədəbəy şəhəri, 20 Yanvar küçəsi, ev 27 (yeni qaydalarla : ünvan 1 ünvanında yerləşən ümumi paylı mülkiyyətdə olan 0.25 ha torpaq sahəsinin 3 hissəyə, yəni, 2/9, 3/9 və 4/9 paylara uyğun şəkildə naturada bölünməsi metodik tövsiyyənin tələblərinə müvafiq oıaraq texniki cəhətdən mümkündür. Bölgü variantı Rəyin təhqiqat hissəsində və rəyə əlavə edilmiş bölgü sxemində göstərilmişdir. İşdə olan Çıxarışdan görünür ki, Gədəbəy şəhəri, 20 Yanvar küçəsi, ev 27 (yeni qaydalarla : ünvan 1 ünvanında yerləşən 0.25 ha torpaq sahəsi və fərdi yaşayış evinə Cavabdeh, 3/9, İddiaçı Abas qızının 4/9 hissədə payları müəyyən edilmiş, 2/9 hissə isə açıq saxlanılmışdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə işdə olan sənədləri təhqiq edərək, hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Məcəllənin 213.5-ci maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Məcəllənin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, Gədəbəy şəhəri, 20 Yanvar küçəsi, ev 27 (yeni qaydalarla : ünvan 1 ünvanında yerləşən 0.25 ha torpaq sahəsi və fərdi yaşayış evinə Cavabdeh və İddiaçı Abas qızının paylı mülkiyyət hüquqları qeydə alınmışdır. İddiaçı payının naturada ayrılmasını istəyir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş Rəydən görünür ki, rəyin təhqiqat hissəsinə və rəyə əlavə edilmiş bölgü sxeminə əsasən payların ayrılması mümkündür. Ona görə də iddia tələbi təmin edilməli, rəyin təhqiqat hissəsinə və rəyə əlavə edilmiş bölgü sxeminə əsasən iddiaçının ümumi paylı mülkiyyətdə olan 4/9 hissədə payı naturada ayrılmalıdır. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yəni, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPMnin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, qət etdi: İddia tələbi təmin edilsin. Gədəbəy şəhəri, 20 Yanvar küçəsi, ev 27 (yeni qaydalarla : ünvan 1 ünvanında yerləşən 0.25 ha torpaq sahəsindən İddiaçı ümumi paylı mülkiyyətdə olan 4/9 hissədə payı rəyin təhqiqat hissəsinə və rəyə əlavə edilmiş bölgü sxeminə əsasən naturada ayrılsın. Ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh alınaraq, İddiaçı verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №2(042)-53/2023
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-53/2023
17.08.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver