Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-53/2024 14.05.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X3 iştirakı ilə İddiaçı cavabdeh X9 qarşı torpaq sahəsindən çıxarılma və tikilinin sökülməsi tələbinə dair mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı cavabdeh X9 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, DƏDRX tərəfindən verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli Çıxarış əsasında ona məxsus olan 1.32 ha torpaq sahəsindən cavabdeh X7 çıxarılması və həmin torpaq sahəsində yerləşən, cavabdeh X13 tərəfindən tikilmiş taxta materialdan olan butkanın cavabdehin hesabına sökülməsi tələbi barədə qətnamə çxıarılmasını xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 53-cü maddəsinə əsasən iddia tələbində dəqiqləşdirilmə aparılması barədə ərizə verərək DƏDRX tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli Çıxarış əsasında ona məxsus olan 1.32 ha torpaq sahəsinin 0.3833 ha hissəsindən cavabdeh X7 çıxarılması və həmin torpaq sahəsində yerləşən, cavabdeh X13 tərəfindən tikilmiş taxta materialdan olan butkanın cavabdehin hesabına sökülməsi və ödənilmiş 100 manat dövlət rüsumunun əvəzinin, mütəxəssis rəyinin verilməsi üçün çəkilmiş 100 manat xərcin əvəzinin, nümayəndəyə çəkdiyi xərcə görə 17.25 manat məbləğində pulun və vəkilə çəkdiyi xərcə görə 400 manat məbləğində pulun, cəmi, 617.25 manat məbləğində pulun cavabdeh X5 alınıb ona verilməsi qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayənəsi və vəkili X10 məhkəmə baxış iclasında iddia tələblərini müdafiə etmiş, izahat verərək bildirmişdir ki, Gədəbəy rayonu, Novosaratovka kəndində iddiaçıya xüsusi mülkiyyət hüququ ilə ayrı-ayrılıqda 1.32 ha və 0.1954 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri verilmişdir. Bu barədə daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışlar vardır. Torpaq sahələrinin planı və ölçüsü sənədləri tərtib edilmişdir. 1.32 ha torpaq sahəsi paylı mülkiyyətdədir, iddiaçının həmin torpaq sahəsindən 2/5 hissə payı vardır. Digər pay sahibləri iddiaçının ailə üzvləridir. Hal-hazırda torpaq sahəsinə bütövlükdə iddiaçı nəzarət edir. Cavabdeh X13 qanunsuz olaraq həmin torpaq sahəsininin 0.3833 ha hissəsini özbaşına zəbt etmiş, torpaq sahəsində taxta materialdan köşk tikmişdir. İddiaçı dəfələrlə cavabdehdən torpaq sahasindən çxımasını və tikdiyi köşkü sökməsini tələb etsə də, heç bir nəticəsi olmamışdır. Torpaq sahəsində köşkü əks etdirən fotoşəkillər ərizəsinə əlavə edilmişdir. Həmçinin, iddiaçı torpaq sahəsinin sərhədlərinin yerində müəyyən edilməsi ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinə müraciət etmiş, xx.xx.2023-cü il tarixdə sözügedən torpaq sahəsinin döngə nöqtələri yerində ölçülərək, iddiaçıya tanıdılmış, bu barədə akt tərtib edilmişdir. Həmin vaxt da müəyyən edilmişdir ki, cavabdeh X13 torpaq sahəsini qanunsuz olaraq zəbt etmişdir. Nətiəcədə iddiaçının mülkiyyət hüquqları pozulmuşdur. Ona görə də iddia tələbinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh X9 məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələlərini nəzərə alaraq, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan iddiaçıya aid şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Gədəbəy rayonu, Novosaratovka kəndində qeydiyyatdadır. İşdə olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********73 reyestr nömrəli çıxarışın surətindən görünür ki, İddiaçı, X4, X6 və X2 paylı mülkiyyətinə Gədəbəy rayonu, Novosaratovka kəndində 1.32 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan AA539414 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin təsdiq edilmiş surətindən görünür ki, Gədəbəy rayonu, Novosaratovka kəndində İddiaçı və qeyrilərinin paylı mülkiyyətinə verilmiş 1.32 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi planı və ölçüsü tərtib edilmişdir. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki, İddiaçı mülkiyyətində olan, Gədəbəy rayonu, Novosaratovka kəndində yerləşən torpaq sahəsinin 0.3833 ha hissəsi X13 tərəfindən istifadə olunur. Cavabdehə məxsus tikili iddiaçının mülkiyyətinə olan torpaq sahəsindən yerləşir. İşdə olan fotoşəkillərdən görünür ki, iddiaçının iddia etdiyi torpaq sahəsindən taxta materialdan olan tikili yerləşir. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarxli aktın surətindən görünür ki, Gədəbəy rayonu, Novosaratovka kəndində yerləşən 1.32 ha torpaq sahəsinin Elektron uçot məlumatlarına əsasən döngə nöqtələri yerində ölçülərək, İddiaçı tanıdılmışdır. İşdə olan sənədlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət edərkən 100 manat dövlət rüsumu, etibarnamə verilməsi ilə əlaqədar 17.25 manat, vəkil üçün 400 manat, eləcə də rəy verilməsi üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinin hesabına 100 manat ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını, mütəxəssis rəyini və işdə olan sənədləri tədqiq edərək, hesab edir ki, iddia tələbləri təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, İddiaçı məxsus Gədəbəy rayonu, Novosaratovka kəndində yerləşən 1.32 ha torpaq sahəsinin 0.3833 ha hissəsi cavabdeh X13 tərəfindən istifadə olunur. Cavabdehə məxsus tikili iddiaçının mülkiyyətinə olan torpaq sahəsindən yerləşir. Ona görə də iddia tələbləri təmin edilməli, cavabdeh X13 İddiaçı məxsus torpaq sahəsinin qanunsuz istifadə etdiyi 0.3833 ha hissəsindən çıxarılmalı, həmin torpaq sahəsindən yerləşən, cavabdeh X9 məxsus taxta materialdan olan tikili cavabdehin hesabına sökülməldir. İddia tələbi təmin edildiyindən ödənilmiş dövlət rüsumu, mütəxəssis, nümayəndə və vəkil üçün çəkilmiş xərclər cavabdehdən tutularaq, iddiaçıya ödənilməlidir. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220, 233.1, 360 və 362-ci maddələrini rəhbər tutaraq, qət etdi : İddia tələbləri təmin edilsin. X1 Nazilə Oruc qızına məxsus olan, Gədəbəy rayonu, Novosaratovka kəndində yerləşən 1.32 ha torpaq sahəsinin zəbt etdiyi 0.3833 ha hissəsindən çıxarılsın. İddiaçı məxsus olan torpaq sahəsində yerləşən, X9 məxsus taxta materialdan olan tikili cavabdehin hesabına sökülsün. Ödənilmiş 100 manat dövlət rüsumu, mütəxəssis rəyinin verilməsi üçün ödənilmiş 100 manat, nümayəndə üçün çəkilmiş 17.25 manat və vəkil üçün çəkilmiş 400 manat xərc, cəmi 617.25 manat (altı yüz on yeddi manat 25 qəpik) məhkəmə xərcinin əvəzi cavabdeh X5 alınaraq, İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №2(042)-53/2024
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-53/2024
14.05.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver