Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-531/2021 02.06.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ X15 Kazımovun sədrliyi, X10 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X1rşı “alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gədəbəy rayonu, Novosaratovka kənd sakini olmuş Cavabdeh anası X6 ilə birgə mülkiyyətində olan Gədəbəy rayonun Novosaratovka kəndində yerləşən 0,40 kv.m fərdi yaşayış evinin, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 05 iyun 1999-cu il tarixli qərarı ilə verilmiş AN-117191 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədi əsasında verilmiş 999.9 kv.m həyətyanı torpaq sahəsinin, JN-740 KOD 50500038 saylı “Dövlət Aktı” əsasında verilmiş 0,99 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin ½ (ikidə bir) hissədə payının alqı satqısına dair onunla cavabdeh arasında 05.11.1999-cu il tarixdə sadə razlaşma yolu ilə bağlanmış müqvilənin etibarlı hesab edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi X16 məhkəmə iclasında tələbini müdafiə edib göstərdi ki, atası olan iddiaçı 05.11.1999-cu il tarixdə Cavabdeh anası X6 ilə birgə əmlakları olan Gədəbəy rayonu, Novosaratovka kəndində yerləşən 1956-cı il tarixdə inşa edilmiş 0.40 kv.m fərdi yaşayış evinin, 0.25 ha həyətyanı torpaq sahəsinin və Gədəbəy rayon AİK-nın 01.03.2001-ci il tarixli 03 saylı qərarı ilə verilmiş JN-740 KOD 50500038 saylı “Dövlət Aktı” əsasında verilmiş 0.99 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin ½ hissədə payını iddiaçı ilə 05.11.1999-cu il tarixdə sadə razlaşma yolu ilə 20.000 rubl pula almışdır. Cavabdeh sözügedən evi, həyətyanı torpaq sahəsini və eləcədə pay torpaq sahələrini iddiaçıya təhvil vermiş, o vaxtdan da həmin evə ailəsi ilə birlikdə köçərək yaşamağa başlamış, evi və təsərrüfatı iddiaçı və ailəsi ilə idarə etmişdir. Gədəbəy rayonu ilə Ermənistan Respublikası həmsərhəd olduğu üçün və eləcə də həmin vaxt müharibə dövrünə təsadüf etdiyi üçün Gədəbəy rayonunun kəndlərində yaşayan rus milləti evlərini satıb çıxıb Rusiya Federasiyasının müxtəlif şəhərlərinə gedirdilər. Həmin vaxt iddiaçı da Cavabdeh və onun anasından sadə razlaşma yolu ilə sözü gedən evi almış və cavabdeh iddiaçıya ailəsini aparıb yerləşdirdikdən sonra qayıdıb gəlib və lazımı sənədləri rəsmiləşdirəcəyini bildrimişdir. İddiaçı həmin evdə ailəsi ilə birlikdə 1999-cu il tarixdən yaşayır. Cavabdeh və anası həmin evi iddiaçıya satması barədə yaxın qonşuları məhkəmə prosesində iştirak edə bilərlər və bunu təsdiq edərlər. Eyni zamanda həmin tarixdə iddiaçının Cavabdeh və anası X7 ilə aralarında bağlanmış akt mövcuddur. Cavabdehdən dəfələrlə həmin fərdi yaşayış evini və həyətyanı torpaq sahəsini iddiaçının adıma alqı-satqı müqaviləsi əsasında keçirilməsini istəsə də buna nail ola bilməmişdir. Cavabdeh 1999-cu il tarixdən Rusiya Federasiyasına getmiş və bir daha qayıtmamışdır. İddiaçı müxtəlif şəxslərlə cavabdehin yerini öyrənməyə çalışsa da, mümkün olmamışdır. Cavabdehi tanıyan şəxslər Cavabdeh anasının öldüyünü demişlər, lakin harada yaşamasını bilən olmamışdır. Sözü gedən fərdi yaşayış evi, həyətyanı torpaq sahəsi və pay torpaq sahəsi hal-hazırda iddiaçının istifadəsindədir. Odur ki, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh X4 məhkəmə iclasının yeri və vaxtı barədə sonuncu məlum qeydiyyatda olduğu yer üzrə məhkəmə bildirişi göndərilmiş, məhkəmə bildirişi cavabdehin vəfat etməsi barədə qeyd aparılmaqla məhkəməyə qaytarılmışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 36.1-ci maddəsinin tələbinə görə, yaşayış yeri məlum olmayan, yaxud Azərbaycan Respublikasında yaşayış yeri olmayan cavabdehə iddia onun əmlakının olduğu yerə görə və ya məlum olan axırıncı yaşayış yeri üzrə verilə bilər. Odur ki, məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, işdə olan Gədəbəy rayonu İHB-nın Novosaratovka kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 20.04.2021-ci il tarixli, 227 saylı arayışdan görünür ki, Əliyev X13 rayonu, Çobankənd kəndində qeydiyyatda olmasına baxmayaraq hal-hazırda Novosaratovka kəndində yaşayır. İşdə olan “xxxx” ASC-nin X11 tərəfindən verilmiş 27.08.2020-ci il tarixli, 318 saylı arayışdan görünür ki, İddiaçı X5 abonent kimi qeydiyyatdadır və hər ay enerjinin dəyərini ödəyir. X8 heç bir borcu yoxdur. İşdə olan Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti “Azərqaz” X12 X14 İdarəsi tərəfindən verilmiş 28.08.2020-ci il tarixli, 1560 saylı arayışdan görünür ki, Əliyev X13 Xidmət Sahəsi üzrə abonent kimi qeydiyyatdadır və təbii qaza görə borcu yoxdur. İşdə olan Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 05 iyun 1999-cu il tarixli qərarı ilə verilmiş AN-117191 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin surətindən görünür ki, Gədəbəy rayonu, Novosaratovka kəndi ərazisində X2 999.9 kv.m həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan sadə yazılı formada bağlanmış əqddən görünür ki, İddiaçı və Gədəbəy rayonu Slavyanka kənd sakini X9 05 noyabr 1999-cu il tarixdə sadə yazılı formada əqd bağlanılmaqla, Gədəbəy rayonu, Novosaratovka kəndində yerləşən fərdi yaşayış evinin, həyətyanı torpaq sahəsinin və JN-740 KOD 50500038 saylı “Dövlət Aktı” əsasında verilmiş kənd təsərrüfatı məhsuları istehsalı təyinatlı torpaq sahəsinin ona düşən ½ hissədə payını 20.000 rubl pula alqı-satqısına dair razılaşmışlar və iddiaçı razılaşdırılmış pul məbləğini cavabdehə ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsində göstərilmişdir ki, qanunvericiliklə nəzərdə tutulan qaydada təsdiq edilmiş yerquruluşu layihələrinə uyğun olaraq yerquruluşu orqanları tərəfindən yerdə (naturada) torpaq sahələrinin sərhədləri ayrılır, torpağa mülkiyyət və ya torpaqdan istifadə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması məqsədilə qanunvericiliklə müəyyən edilmiş sənədlər hazırlanır (bu sənədlərin nümunələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir) və həmin sənədlər müvafiq şəxslərə verilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinin tələbinə görə, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Məhkəmədə müəyyən edildi ki, fərdi yaşayış evi və mübahisəli torpaq sahələri Gədəbəy rayon Aqrar İslahat Komissiyasının müvafiq qərarları ilə X9 və onun ailə üzvlərinə verilmişdir. Bu baxımdan cavabdehin adına “Torpağa Mülkiyyət Hüququna dair” Dövlət Aktının və “Torpaq sahəsinin planı və ölçüsü” sənədlərinin olduğunu, bununla da onun qarşısında həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestri xidməti orqanında dövlət qeydiyyatına aldırmaqda hər hansı maneələrin olmadığını nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehin mübahisəli torpaq sahəsi üzərində hüquqları mülkiyyət hüququ kimi qiymətəndirilməlidir. Belə ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Akimova Azərbaycana qarşı” iş üzrə 27 sentyabr 2007-ci il tarixli qərarında xatırlatmışdır ki, “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət” kimi qiymətləndirilə bilər. “K.Rəcəbovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 3 iyun 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 22 mart 2006-cı il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüququ mövqeyi belə olmuşdur ki, Mülki Məcəllənin 335.2-ci maddəsinin mahiyyətinə görə əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur: - əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; - məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; - əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Axırıncı məqam qanunvericiliklə etibarlılığı birbaşa yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. Göründüyü kimi, Konstitusiya Məhkəməsinin hüququ mövqeyinə əsasən Mülki Məcəllənin 335.2-ci maddəsinə əsasən əqdin bağlanmış hesab edilməsi üçün 3 hal məcmu halında mövcud olmalıdır. Bu hallardan hər hansı birinin olmaması Mülki Məcəllənin 335.2-ci maddəsinin tətbiqini istisna edir. Məhkəmədə təqdim edilmiş sübutlarla müəyyən edildi ki, iddiaçı Gədəbəy rayonunun Novoivanovka kəndində yaşayan X4 və anası X3 məxsus ümumi sahəsi 40 kv.m olan yaşayış evinin, 999.9 kv.m həyətyanı torpaq sahəsinin və 0,99 ha kənd təsərrüfatı məhsuları istehsalı təyinatlı torpaq sahəsinin ½ hissəsində payının alğı-satqısına dair akt bağlanmış, həmin akta görə cavabdeh həmin evi və torpaq sahələrini 20000 rubla iddiaçıya satmağı, iddiaçı isə razılaşdırılmış məbləği ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı razılaşdırılmış məbləği cavabdehə vermiş və cavabdeh özünə məxsus fərdi yaşayış evini, həyətyanı torpaq sahələrini və pay torpaq sahəsini iddiaçının faktiki sahibliyinə təhvil vermişdir. Hüquqi savadsızlığı ilə əlaqədar iddiaçı əktı notarial qaydadada təsdiq etdirməmiş, cavabdeh isə qeyri-məlum ünvana köçmüşdür. Cavabdehin olmaması və onun yayınması mübahisəli evin və torpaq sahəsinin rəsmiləşdirilməsini qeyri-mümkün etmişdir ki, bu da iddiaçının hüquq və maraqlarının pozulması ilə nəticələnmişdir. İddiaçı cavabdehlə alğı-satqı müqaviləsinin qanuniləşdirilməsinin yeganə yolunu məhkəmədə görmüşdür. Azərbaycan Respublikası MM-nin 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 404.1-ci və 404.2-ci maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Sözügedən Məcəllənin 405.1-ci maddəsinə görə, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Qeyd olunan hüquq normalarına əsasən, məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdeh sonuncuya məxsus olan ümumi sahəsi 40 kv.m olan yaşayış evinin, 999.9 kv.m həyətyanı torpaq sahəsinin və 0,99 ha kənd təsərrüfatı məhsuları istehsalı təyinatlı torpaq sahəsinin ½ hissədə payın alğı satçısı barədə razılaşma olmuş, müqavilənin mühüm şərtləri, yəni predmeti, onun qiyməti barədə razılığa gəlinmiş, cavabdeh təlifi oferta etmiş, qeyd olunan daşınmaz əmlak iddiaçının faktiki sahibliyinə verilmiş, razılaşdırılmış qiymət tam ödənilmiş, lakin alğı-satqısına dair əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməmişdir. Bu hal əks tərəfin, yəni cavabdehin təqsiri ucbatından baş vermiş, eləcə də, məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmışdır. Bu əqd qanuna zidd deyildir və tərəflər əqdin sadə yazılı formada tərtib edilməsinə dair tələbə əməl etmişlər. Mübahisəli hüquq münasibətinin yarandığı zaman Mülki Məcəllənin qüvvədə olmuş 335.2-ci maddəsinə görə əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir. Məhkəmə qeyd olunan hüquq normasını tətbiq ekməklə, belə nəticəyə gəlir ki, iddiaçının tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutub məhkəmə Q ə t e t d i: İddia tələbi təmin edilsin. Gədəbəy rayonun Novosaratovka kəndində yerləşən 0,40 kv.m fərdi yaşayış evinin, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 05 iyun 1999-cu il tarixli qərarı ilə verilmiş AN- 117191 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədi əsasında verilmiş 999.9 kv.m həyətyanı torpaq sahəsinin, JN-740 KOD 50500038 saylı “Dövlət Aktı” əsasında verilmiş 0,99 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin ½ (ikidə bir ) hissədə payının alqı-satqısına dair İddiaçı ilə cavabdeh X9 arasında 05 noyabr 1999-cu il tarixli alğı-satqı əqdi etibarlı və bağlanmış hesab edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №2(042)-531/2021
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-531/2021
02.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver