Məhkəmə qərarları › İş №2(042)-532/2023

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-532/2023

11.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-532/2023 11.07.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Мirzəquliyеv Fizuli Bаlаğа oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Gədəbəy Rayon Notariat Ofisinə qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi haqqında ərizəsinə dair mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi maraqlı şəxs Gədəbəy Rayon Notariat Ofisinə qarşı mərhum X2ndan miras qalmış, Gədəbəy rayonu, Parakənd kəndində yerləşən ümumi birgə mülkiyyətində olan 0.1892 torpaq sahəsinin ½ hissəsindən ibrarət miras əmlakın onun tərəfindən qəbul edilməsi faktıının müəyyən edilməsi haqqında ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə etmiş, izahat verərək bildirmişdir ki, atası X7 ilə X2nın birgə nikahlarından dörd övladları-Ərizəçi, X8, X6 və X12 doğulmuşlar. Atası ilə anası arasında nikah 02 aprel 2003-cü il tarixdə pozulmuşdur. Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının 02 dekabr 1998-ci il tarixli qərarı ilə validenlərinin birgə mülkiyyətinə Gədəbəy rayonu, Parakənd kəndində 0.1892 ha torpaq sahəsi verilmişdir. X2 15 fevral 2019-cu il tarixdə, atası X16 isə 21 avqust 2021-ci il tarixdə ölmüşlər. Torpaq sahəsi valideynlərinin ölümündən sonra daşınmaz əmlakın dövlət reyestrində ümumi birgə mülkiyyət olaraq onların adına qeydə alınmış və bu barədə ********** nömrəli elektron çıxarış verilmiş və B№015093 seriyalı Torpaq sahəsinin planı və ölçüsü tərtib olunmuşdur. Atasından miras qalmış əmlakı o, qəbul etmiş, bununla əlaqədar ona vərəsəlik şəhadətnaməsi verilmişdir. Eləcə də anası vəfat etdikdən sonra ondan miras qalmış, Gədəbəy rayonu, Parakənd kəndində yerləşən 0.1892 ha torpaq sahəsinin ½ hissəni o, miras kimi qəbul etmiş, torpaq sahəsindən istifadə etmiş, ona sahiblik etmişdir. O, mərhum anasının ölümündən sonra qalmış miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Gədəbəy Rayon Notariat Ofisinə müraciət etmiş, lakin Gədəbəy Rayon Notariat Ofisi tərəfindən ona mirasın qəbulu üçün müddəti keçirdiyi üçün vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin mümkün olmaması barədə 14 aprel 2023cü il tarixli imtina məktubu verilmiş və ona bu məsələ ilə bağlı məhkəməyə müraciət etməsini bildirmişlər. Mirasqoyanın digər vərəsələri mirası qəbul etməmişlər. Ona görə də, ərizənin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxs Gədəbəy Rayon Notariat Ofisinə məhkəmə baxış iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, nümayəndəsini məhkəmə iclasına göndərməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-ci maddsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə iclasında şahid X10 ifadə verərək bildirmişdir ki, ərizəçi qonşusudur. Ərizəçinin anası Çimnaz, atası isə Mehvalı olmuşdur. Mərhum valideynlərinin ölümündən sonra ərizəçiyə torpaq sahəsi qalmışdır. Hazırda həmin torpaq sahəsindən ərizəçi istifadə edir. Məhkəmə iclasında digər şahidlər X11 və X14 eyniməzmunlu ifadələr vermişlər. İşdə olan Çıxarışdan görünür ki, Gədəbəy rayonu, Parakənd kəndində yerləşən 0.1892 ha torpaq sahəsinə ərizəçinin valideynləri X7 və X5 ümumi birgə mülkiyyət hüquqları qeydə alınmışdır. İşdə olan X1 surətlərindən görünür ki, X13 15 fevral 2019-cu il tarixdə, X7 isə 21 avqust 2021-ci il tarixdə ölmüşlər. İşdə olan X4 surətindən görünür ki, Ərizəçi atası X7, X2dır. İşdə olan Gədəbəy Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 208 nömrəli məktubdan görünür ki, vərəsəliyin qəbulu müddəti ötürüldüyünə görə ərizəçiyə məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini və işdə olan sənədləri təhlil edərək hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Məcəllənin 1159.1. və 1159.1.1-ci maddələrinə əsasən qanun üzrə vərəsəlik zamanı ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbə vərəsələr sayılırlar. Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Məcəllənin 1255-ci maddəsinə görə isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.9-cu maddəsrinə əsasən məhkəmə mirasın qəbul edilməsi faktını müəyyən edir. Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, Gədəbəy rayonu, Parakənd kəndində yerləşən 0.1892 ha torpaq sahəsinə ərizəçinin valideynləri X7 və X5 ümumi birgə mülkiyyət hüquqları qeydə alınmışdır. Ərizəçinin anası 15 fevral 2019-cu il tarixə ölmüşdür. Anasının vəfatından sonra Gədəbəy rayonu, Parakənd kəndində yerləşən 0.1892 ha torpaq sahəsinin ½ hissəni o, miras kimi qəbul etmiş və torpaq sahəsindən istifadə etmiş, ona sahiblik etmişdir. Digər vərəsələr mirası qəbul etməmişlər. Ona görə də ərizə təmin edilməli, X3 miras qalmış, Gədəbəy rayonu, Parakənd kəndində yerləşən ümumi birgə mülkiyyətdə olan 0.1892 torpaq sahəsinin ½ hissəsindən ibrarət miras əmlakın ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPMnin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi tərəfindən mərhum X2ndan qalmış Gədəbəy rayonu, Parakənd kəndində yerləşən ümumi birgə mülkiyyətdə olan 0.1892 torpaq sahəsinin ½ hissəsindən ibrarət miras əmlakın qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar