Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-535/2021 03.08.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Мirzəquliyеv Fizuli Bаlаğа oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, İddiaçı nümayəndəsi Vəkil, Cavabdeh və X3 iştirakları ilə, İddiaçı Cavabdeh, üçüncü şəxslər Gədəbəy Rayon Notariat Ofisinə, X6, X7, X8, X18, X14, X15, X9 və X11 qarşı miras əmlaka qanun üzrə vərəsə tanınma, miras əmlakdan payın müəyyən edilməsi miras payının faktiki qəbul edilməsi və həmin miras pay üzərində mülkiyyət hüququnun tanınması haqqında iddia ərizəsinə dair mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh, üçüncü şəxslər Gədəbəy Rayon Notariat Ofisinə, X6, X7, X8, X18, X14, X15, X9 və X11 qarşı Gədəbəy rayonunun Dəyəqarabulaq kəndinin ərazisində yerləşən JN-30A saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamə əsasında 0.20 ha həyətyanı torpaq sahəsinin və JN-394 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı əsasında 0.55 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mərhum anası X2 payına düşən hissəsinə qanun üzrə vərəsə tanınmağı, həmin miras əmlakdan payının müəyyən edilməsi, miras əmlakdakı payını faktiki olaraq, qəbul etməsi faktının müəyyən edilməsi və həmin miras pay üzərində mülkiyyət hüququnun tanınması haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Vəkil ərizəsini müdafiə etmiş, izahat verərək bildirmişdir ki, iddiaçının mərhum anası X12 ilə Cavabdeh mülkiyyətlərinə Gədəbəy rayonun Dəyəqarabulaq kəndində yerləşən JN-30A saylı Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə əsasında 0,20 ha həyətyanı torpaq sahəsi və JN-394 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı əsasında 0,55 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. X12 23.03.2018-ci il tarixdə vəfat etmişdir. İddiaçı anasının dəfn mərasiminin təşkil etmiş, onun vəfatından sonra miras qalmış torpaq sahələrinin və fərdi yaşayış evindən ibarət miras əmlakı faktiki olaraq qəbul etmişdir. Son vaxtlar isə iddiaçının bacısı, cavabdeh olan Cavabdeh iddiaçının anasından miras qalmış mülkə gəlməsinə razılıq vermir. O, Gədəbəy Rayon Notariat Ofisindən vərəsəlik şəhadətnaməsi almaq istəsə də, notariat ofisinə etdiyi müraciətə verilən 14.04.2021 -ci il tarixli 150 saylı cavab məktubunda mirasın qəbulu müddətini ötürməyisinə və vərəsələr arasında mübahisənin olmasına görə vərəsəlik hüququ haqqında, şəhadətnamənin verilməsindən imtina edilmişdir. İddiaçı ilə birlikdə miras əmlakı Cavabdeh, X16 və X19 qəbul etmiş, digər vərəsələr miras əmlakdan imtina etmişlər. Ona görə də iddia ərizəsinin təmin edilməsi, iddiaçının miras əmlaka qanun üzrə vərəsə tanınma, miras əmlakdan payın müəyyən edilməsi, miras payının faktiki qəbul edilməsi və həmin miras pay üzərində mülkiyyət hüququnun tanınması haqqında qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddia tələbinə etiraz etmiş, izahat verərək, bildirmişdir ki, iddiaçının qeyd etdiyi torpaq sahələrinin mülkiyyətçisi anası və o olmuşdur. Mərhum anası vəfat etdikdən sonra iddiaçı o, X16 və X19 anasının dəfn mərasimində iştirak etmişdir. Digər qardaş v ə bacıları həmin əmlakdan pay tələb etməmişlər. Anası vəfat etdikdən sonra miras əmlaka sahiblik etmiş, ondan istifadə etmişlər. Ona görə də iddia tələblərinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında üçüncü şəxs X16 izahat verərək bildirmişdir ki, mərhum anasının dəfn mərasimində iştirak etmiş, miras əmlakı qəbul etmişdir. Ona görə də ona mirasdan məcburi payın verilməsini xahiş edir. Üçüncü şəxslər Gədəbəy Rayon Notariat Ofisinə, X6, X8, X18, X14, X15, X9 və X11məhkəmə baxış iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, nümayəndələrini məhkəmə iclasına göndərməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan X20 surətindən görünür ki, X12 23.03.2018-ci il tarixdə ölmüşdür. İşdə olan X17 surətindən görünür ki, İddiaçı 12.01.1955-ci ildə doğulmuş, anası qrafasında X10 qeyd edilmişdir. İşdə olan Arayışın surətindən görünür ki, X21 01.03.1987-ci il tarixdə ölmüşdür. İşdə olan Gədəbəy Rayon Notariat Kontoru tərəfindən verilmiş imtina ayışından görünür ki, iddiaçıya məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir. İşdə olan DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş məktubdan görünür ki, Gədəbəy rayonunun Dəyəqarabulaq kəndinin ərazisində yerləşən JN-30A saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamə əsasında 0.20 ha həyətyanı torpaq sahəsi və JN-394 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı əsasında 0.55 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X4 və Cavabdeh verilmişdir. Gədəbəy rayonunun Dəyəqarabulaq kəndinin ərazisində yerləşən ümumi sahəsi 52.0 kv.m yaşayış otağından ibarət fərdi yaşayış evinə dair X2 və X3 adlarına 163 inventar nömrəli texniki pasport tərtib edilmişdir. İşdə olan Dövlət Aktının surətindən görünür ki, Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının 02 dekabr 1998-ci il tarixli qərarı ilə X4 və Cavabdeh 0.55 ha torpaq sahəsi verilmişdir. İşdə olan Şəhadətnamənin surətindən görünür ki, Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının 02 dekabr 1998-ci il tarixli qərarı ilə X4 və Cavabdeh 0.20 ha torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəflərin izahatlarını və işdə olan sənədləri təhlil edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. “Torpaq İslahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Məcəllənin 1159.1. və 1159.1.1-ci maddələrinə əsasən qanun üzrə vərəsəlik zamanı ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbə vərəsələr sayılırlar. Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Məcəllənin 1255-ci maddəsinə görə isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Məcəllənin 1193-cü maddəsinə əsasən, vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Məcəllənin 1194-cü maddəsinə əsasən, məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər. Məcəllənin 1195-ci maddəsinə əsasən, məcburi payın tam həcmi vəsiyyət tapşırığını və ya ümumi faydalı məqsədlər üçün hər hansı hərəkəti yerinə yetirməkdən ötrü nəzərdə tutulan əmlak da daxil olmaqla, bütün mirasdan müəyyənləşdirilir. Məcəllənin 1196-cı maddəsinə əsasən, vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır. Beləliklə, məhkəmə araşdırmaları nəticəsində müəyyən edilmişdir ki, X12 və Cavabdeh mülkiyyətlərinə Gədəbəy rayonun Dəyəqarabulaq kəndində yerləşən JN-30A saylı Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə əsasında 0,20 ha həyətyanı torpaq sahəsi və JN-394 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı əsasında 0,55 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsində tikilmiş Gədəbəy rayonunun Dəyəqarabulaq kəndinin ərazisində yerləşən ümumi sahəsi 52.0 kv.m yaşayış otağından ibarət fərdi yaşayış evinə dair X2 və X3 adlarına 163 inventar nömrəli texniki pasport tərtib edilmişdir. X12 23.03.2018-ci il tarixdə vəfat etmişdir. Məhkəmə iclasında tərəflərin izahatları ilə müəyyən edilmişdir ki, Gədəbəy rayonun Dəyəqarabulaq kəndində yerləşən JN-30A saylı Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə əsasında 0,20 ha həyətyanı torpaq sahəsi və JN-394 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı əsasında 0,55 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin iki mülkiyyətçisi olmuş, onlardan biri X12 vəfat etmiş, Cavabdeh sağdır. Həmin torpaq sahələrinin ½ hissəsinin isə X4 məxsus olmuş və hazırda miras aktivinə daxildir. Tərəflərin izahatı ilə müəyyən edilmişdir ki, X1 miras qalmış əmlakı İddiaçı, Cavabdeh, X16 və X19 qəbul etmişlər. X2 digər vərəsələri miras əmlaka sahiblik etməmiş, bununla da mirası qəbul etməmişlər. Ona görə də iddia tələbləri təmin edilməli, İddiaçı mərhum anası X2 qanun üzrə vərəsəsi tanınmalı, ondan miras qalmış 0.1 ha həyətyanı və 0.27 ha kənd təsərrüfat təyinatlı torpağı miras əmlak kimi qəbul etməsi faktı müəyyən edilməli, digər üç övladın Cavabdeh, X13 və X5 da miras əmlakı qəbul etmələri nəzərə alınmaqla payının ¼ hissədə olması müəyyən edilməli və həmin hissəyə mülkiyyət hüququ tanınmalıdır. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPMnin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizə təmin edilsin. İddiaçı mərhum anası X2 qanun üzrə vərəsəsi tanınsın, miras qalmış 0.1 ha həyətyanı və 0.27 ha kənd təsərrüfat təyinatlı torpağı miras əmlak kimi qəbul etməsi, payının ¼ hissədə olması müəyyən edilsin və həmin hissəyə mülkiyyət hüququ tanınsın. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №2(042)-535/2021
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-535/2021
03.08.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver