Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-54/2023 09.02.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh2, X1 və Cavabdeh4 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2, X2, Cavabdeh1 və Cavabdeh4 qarşı ona məxsus olan torpaq sahəsindən çıxarılmaları və torpaq sahəsinə edilən maneələrə qadağa qoyulması tələblərinə dair mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh2, X2, Cavabdeh1 və Cavabdeh4 qarşı ona Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 09 saylı qərarı əsasında JN-223 KOD 50501004 saylı Torpağa Mülkiyyət Hüququna X6 əsasında əkin sahəsi kimi verilmiş 0.66 ha torpaq sahəsindən Cavabdeh2, X3, Cavabdeh1 və Cavabdeh4 çıxarılmaları və torpaq sahəsinə ediləcək maneələrə qadağa qoyulması haqqında qətnamə çıxarılması tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə baxışı iclasında İddiaçı iddia tələbini müdafiə etmiş, izahat verərək, bildirmişdir ki, Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 09 saylı qərarı əsasında JN-223 KOD 50501004 saylı Torpağa Mülkiyyət Hüququna X6 əsasında ona 1.19 ha torpaq sahəsi verilmişdir. Cavabdehlər Cavabdeh2, X3, Cavabdeh1 və Cavabdeh4 ona məxsus torpaq sahəsini tutmuş və onun istifadəsinə maneələr yaratmışdır. O, cavabdehlərdən dəfələrlə torpaq sahəsindən çıxmalarını tələb etsə də cavabdehlər ona məxsus torpaq sahəsindən çıxmamışlar. Ona görə də iddia ərizəsinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə baxışı iclasında Cavabdeh2 iddia tələblərinə etiraz etmiş, izahat verərək, bildirmişdir ki, o, iddiaçının torpaq sahəsini zəbt etməmişdir. Mübahisəli torpaq sahəsi ona məxsusdur. O, öz torpaq sahəsində əkin işləri aparır. Verilmiş mütəxəssis rəyi ilə razı deyil. Ona görə də iddia tələbinin təmin edilməməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında digər cavabdehlər X3, və Cavabdeh4 eyniməzmunlu izahatlar vermişlər. Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə işdə iştirak etməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasənişdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan Dövlət Aktının surətindən görünür ki, Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 09 saylı qərarı əsasında JN-223 KOD 50501004 saylı Torpağa Mülkiyyət Hüququna X6 əsasında İddiaçı 1.19 ha torpaq sahəsi kimi verilmişdir. İşdə olan Mütəxəssis rəyindən görünür ki, İddiaçı məxsus 0.67 ha torpaq sahəsinin 0.36 ha hissəsi Cavabdeh2, X3, Cavabdeh1 və Cavabdeh4 tərəfindən istifadə olunur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəflərin izahatlarını, mütəxəssis rəyini, işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinin tələbinə görə, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Beləliklə, məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə etmiş, cavabdehlər isə iddia tələbinə etiraz etmişlər. İş üzrə verilmiş mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, İddiaçı məxsus 0.67 ha torpaq sahəsinin 0.36 ha hissəsi Cavabdeh2, X3, Cavabdeh1 və Cavabdeh4 tərəfindən istifadə olunur. Məhkəmə tərəflərin izahatlarını, iş üzrə verilmiş mütəxəssis rəyini və işdə olan digər sübutları araşdıraraq, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh2, X3, Cavabdeh1 və Cavabdeh4 İddiaçı məxsus torpaq sahəsinin istifadə etdikləri 0.36 ha hissəsindən çıxarılmalı və həmin torpaq sahəsinin istifadəsinə edilən maneələrə qadağa qoyulmalıdır. İş materiallarından görünür ki, iddiaçı məhkəməyə müraciət edərkən 100 manat dövlət rüsumu ödənilmiş, eləcə də mütəxəssis rəyinin verilməsi üçün 95 manat xərc çəkmişdir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 233.1, 360 və 362-ci maddələrini rəhbər tutub, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh2, X3, Cavabdeh1 və Cavabdeh4 İddiaçı məxsus torpaq sahəsinin 0.36 ha hissəsindən çıxarılsınlar və həmin torpaq sahəsinin istifadəsinə onlar tərəfindən edilən maneələrə qadağa qoyulsun. Ödənilmiş 100 manat dövlət rüsumunun əvəzi və rəy verilməsi üçün ödənilmiş 95 manat xərcin əvəzi Cavabdeh2, X3, Cavabdeh1 və Cavabdeh4 müştərək qaydada alınaraq, İddiaçı verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №2(042)-54/2023
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-54/2023
09.02.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver