Məhkəmə qərarları › İş №2(042)-546/2022

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-546/2022

27.09.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-546/2022 27.09.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X5 oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “cavabdehin tikilidən çıxarılması və tikilinin boşaldılaraq təhvil verilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2022-ci il tarixli, **********89-12301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli elektron çıxarışa əsasən, xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan, Gədəbəy rayonu Plankənd kəndində yerləşən, ümumi sahəsi 205 kv.m olan Əmlak kompleksi kimi müəssisənin yarımçıq tikilisi olan, tikinti altı sahəsi 64.0 kv.m olan A literli yarımçıq tikilidən Cavabdeh çıxarılması və həmin yarımçıq tikilinin cavabdeh tərəfindən boşaldılaraq ona təhvil verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılması və iddia tələbində dəqiqləşmə aparılması barədə ərizə verərək, Azərbaycan Respublikası Əmlak X2 yanında DƏDRX-nin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2022- ci il tarixli, **********89-12301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli elektron çıxarışa əsasən, xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsus olan Gədəbəy rayonu Qalakənd kəndində yerləşən, 2.0076 ha torpaq sahəsindən və həmin torpaq sahəsindən yerləşən, əmlak kompleksi kimi müəssisədən (A, B və V literli tikililər də daxil olmaqla) Cavabdeh çıxarılması, torpaq sahəsinin və Əmlak kompleksi kimi müəssisənin (A, B və V literli tikililər də daxil olmaqla) Cavabdeh tərəfindən boşaldılaraq İddiaçı təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək göstərdi ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2022-ci il tarixli, **********89-12301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən, Gədəbəy rayonu, Plankənd kəndində yerləşən, ümumi sahəsi 2.0076 ha “sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı” torpaq sahəsi, həmin torpaq sahəsində yerləşən, ümumi sahəsi 205 kv.m olan Əmlak kompleksi kimi müəssisə xüsusi mülkiyyət hüququ ilə iddiaçının adına qeydiyyata alınmışdır. İddiaçı həmin torpaq sahəsini və üzərində yerləşən Əmlak kompleksi kimi müəssəsini xx.xx.2022-ci il tarixli, AN-İ № ******* saylı daşınmaz əmlakın alqı- satqı müqaviləsi ilə X1 almışdır. Əmlak kompleksi kimi müəssisənin yarımçıq tikililəri vardır ki, həmin tikililər tikinti altı sahəsi 64.0 kv.m olan A literli yarımçıq tikili, tikinti altı sahəsi 80.0 kv.m olan B literli yarımçıq tikili, tikinti altı sahəsi 112.0 kv.m olan V literli yarımçıq tikili və tinkinti altı sahəsi 3168.0 kv.m olan L literli yarımçıq tikili (Hovuz) olmaqla cəmi, sahəsi 3424.0 kv.m-dən ibarətdir. Həmin yarımçıq tikililərin xx.xx.2017-ci il tarixdə baş planı tərtib edilmişdir. Hal-hazırda Əmlak kompleksi kimi müəssisənin yarımçıq tikilisi olan A literli yarımçıq tikiliyə Cavabdeh qanunsuz olaraq yerləşmişdir. O, Cavabdeh həmin tikilidən çıxarılması üçün mübahisəni sülh yolu ilə həll etməyə çalışsa da, o, onunla razılaşmamış və A literli yarımçıq tikilidən çıxmayacağını bildirmişdir. Cavabdehin bu hüquqazidd hərəkətləri nəticəsində iddiaçının mülkiyyət hüquqları kobud surətdə pozulmuşdur. Cavabdeh həmin tikiliyə dair sənədlərin ona məxsus olduğunu bildirsə də, bu fakt məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədə olan DƏDRX-nin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində xx.xx.2022-ci il tarixdə qeydə alınmış, ********** qeydiyyat nömrəli reyestr məlumatları ilə tam təkzib olunur. Odur ki, xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan Əmlak kompleksi kimi müəssisənin yarımçıq tikilisi olan A literli yarımçıq tikilidən Cavabdeh çıxarılmasını və cavabdeh tərəfindən yarımçıq tikilinin boşaldılaraq mənə təhvil verilməsini tələb etməkdə haqlıdır. İddiaçıya məxsus olan həmin 2.0076 ha torpaq sahəsində 8 ədəd balıqçılıq su obyekti balıq yetişdirilməsi, artırılması, bərpası, ovlanması və toplanması üçün istifadə edilən təbii su hövzəsi vardır ki, onlardan dördünün ətrafına beton piltələr quraşdırılmışdır. Həmin beton piltəli su hövzəsində ikisinin beton piltələrini Cavabdeh qanunsuz olaraq ayrı-ayrı kənd sakinlərinə satmışdır. Bundan başqa, iddiaçıya məxsus olan həmin 2.0076 ha torpaq sahəsində yerləşən, balıqçılıq üçün nəzərdə tutulmuş, hər birinin diametri 1 metr olan, ümumi uzunluğu 360 metr olmaqla cəmi 10-12 ədəd dəmir borunu Cavabdeh qanunsuz olaraq ayrı-ayrı kənd sakinlərinə satmışdır. Bundan başqa, iddiaçıya məxsus olan həmin 2.0076 ha torpaq sahəsində dizel tökmək üçün nəzərdə tutulmuş 2 ədəd böyük çən olmuşdur ki, Cavabdeh həmin çənləri atası Yumux Məmmədovun yaşadığı evin həyətinə apararaq istifadə edir. Bununla da, cavabdeh iddiaçıya həm də maddi ziyan vurmuşdur. İddiaçı bununla əlaqədar ayrıca məhkəmədə iddia qaldıracaqdır. Odur ki, o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh əvvəlki məhkəmə iclasında izahat verərək bildirmişdir ki, mübahisəli əmlak və torpaq sahəsi ona məxsusdur. Gədəbəy rayon İcra hakimiyyətinin sərəncamı əsasında ona bu barədə qeydiyyat vəsiqələri verilmişdir. Ona görə də, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh sonuncu məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilini dinləyib, iş materiallarındakı sübutları məhkəmə iclasında tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. İşdə olan AN-İ № ******* seriyalı, xx.xx.2022-ci il tarixli, Daşınmaz Əmlakın Alqısatqısı müqaviləsinin surətindən görünür ki, Əliyev X4 rayonu, Plankənd kəndində yerləşən, X3 məxsus olan, ümumi sahəsi 205 kv.m olan əmlak kompleksini 49000 manata və həmin əmlak kompleksinin yerləşdiyi, ümumi sahəsi 2.0076 ha olan torpaq sahəsini 6000 manata İddiaçı almışdır. İşdə olan Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti “hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” verilmiş xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, İddiaçı xüsusi mülkiyyətinə əmlak kompleksi kimi müəssis kimi Gədəbəy rayonu, Qalakənd kəndi ərazisində ümumi sahəsi 205 kv.m olan əmlak kompleksi və 2.0076 ha torpaq sahəsi verilmişdir. Bu barədə torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmişdir. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2022-ci il tarixli, **********89-12301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli elektron çıxarışa əsasən, xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsus olan Gədəbəy rayonu, Qalakənd kəndində yerləşən, ümumi sahəsi 2.0076 ha olan torpaq sahəsində daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh məxsus hər hansı daşınmaz əmlak (tikili) qeydiyyatdan keçməmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2022-ci il tarixli, **********89-12301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli elektron çıxarışa əsasən, xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsus olan Gədəbəy rayonu Qalakənd kəndində yerləşən, ümumi sahəsi 205 kv.m olan əmlak kompleksi kimi müəssisənin yarımçıq tikilisi olan, tikinti altı sahəsi 64.0 kv.m olan A literli yarımçıq tikili ilə Gədəbəy rayon İcra Hakimiyyətinin başçısının 04 sentyabr 2001-ci il tarixli sərəncamına əsasən verilmiş qeydiyyat vəsiqələrinə əsasən Cavabdeh adına qeydə alınmış və köməkçi sahələrdən ibarət olan 1 və 2 saylı fərdi yaşayış evləri eyni tikilidir, lakin həmin tikililərin hal-hazırki ölçüləri əlavə tikililər aparılmaqla təqdim olunmuş sənədlər toplusundakı ölçülərdən fərqlidir (sxem-2). Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2022-ci il tarixli, **********89-12301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli elektron çıxarışa əsasən, xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsus olan Gədəbəy rayonu, Qalakənd kəndində yerləşən, ümumi sahəsi 205 kv.m olan Əmlak kompleksi kimi müəssisənin yarımçıq tikilisi olan, tikinti altı sahəsi 64.0 kv.m olan (hal-hazırda həmin tikilinin tikinti altı hissəsi 149.36 kv.m, çardaqla birlikdə 213.37 kv.m təşkil edir) A literli həmin tikilidə cavabdeh hazırda yaşayır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Qeyd olunan maddi hüquq normalarının hüquqi şərtlərinin mövcudluğu üçün, iddiaçı mübahisələndirilən əmlak kompleksi və onun yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi olmalı, həmin əmlak kompleksi və onun yerləşdiyi torpaq sahəsi cavabdehlərin sahibliyində olmalı və həmin sahiblik qanunsuz olmalıdır. Məhkəmədə tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, AN-İ № ******* seriyalı, xx.xx.2022-ci il tarixli, Daşınmaz Əmlakın Alqı-satqısı müqaviləsinə əsasən, Əliyev X4 rayonu, Qalakənd kəndi ərazisində ümumi sahəsi 205 kv.m olan əmlak kompleksini və 2.0076 ha torpaq sahəsini X1 almışdır. Həmin alqı-satqı müqaviləsinə əsasən, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti “hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” verilmiş xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən, İddiaçı adına xüsusi mülkiyyət hüquqi Gədəbəy rayonu, Qalakənd kəndi ərazisində ümumi sahəsi 205 kv.m olan əmlak kompleksi və 2.0076 ha torpaq sahəsi qeydə alınmışdır. Bu barədə torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmişdir. İddiaçı məhkəmədə iddia qaldıraraq, həmin əmlak kompleksinin və onun yerləşdiyi torpaq sahəsinin Cavabdeh tərəfindən tutulduğunu iddia etmiş və həmin əmlak kompleksindən və torpaq sahəsində Cavabdeh çıxarılmasını tələb etmişdir. Cavabdeh isə mübahisəli əmlakın və torpaq sahəsinin Gədəbəy rayon İcra Hakimiyyəti başçısının sərəncamına və qeydiyyat vəsiqələrinə əsasən, ona məxsus olduğunu bildirmişdir. Məhkəmə iş üzrə qeyd edilən xüsussatların araşdırılması üçün mütəxəssis cəlb etmiş və mütəxəssis tərəfindən verilmiş rəylə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2022-ci il tarixli, **********89-12301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli elektron çıxarışa əsasən, xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsus olan Gədəbəy rayonu, Qalakənd kəndində yerləşən, ümumi sahəsi 2.0076 ha olan torpaq sahəsində daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh məxsus hər hansı daşınmaz əmlak (tikili) qeydiyyatdan keçməmişdir. İddiaçı məxsus olan Gədəbəy rayonu Qalakənd kəndində yerləşən, ümumi sahəsi 205 kv.m olan əmlak kompleksi kimi müəssisənin yarımçıq tikilisi olan, tikinti altı sahəsi 64.0 kv.m olan A literli yarımçıq tikili ilə Gədəbəy rayon İcra Hakimiyyətinin başçısının 04 sentyabr 2001-ci il tarixli sərəncamına əsasən verilmiş qeydiyyat vəsiqələrinə əsasən Cavabdeh adına qeydə alınmış və köməkçi sahələrdən ibarət olan 1 və 2 saylı fərdi yaşayış evləri eyni tikilidir, lakin həmin tikililərin hal-hazırki ölçüləri əlavə tikililər aparılmaqla təqdim olunmuş sənədlər toplusundakı ölçülərdən fərqlidir. İddiaçı məxsus olan Gədəbəy rayonu, Qalakənd kəndində yerləşən, ümumi sahəsi 205 kv.m olan Əmlak kompleksi kimi müəssisənin yarımçıq tikilisi olan, tikinti altı sahəsi 64.0 kv.m olan (hal-hazırda həmin tikilinin tikinti altı hissəsi 149.36 kv.m, çardaqla birlikdə 213.37 kv.m təşkil edir) A literli həmin tikilidə cavabdeh hazırda yaşayır. Göründüyü kimi, iddiaçıya xüsusi mülkiyyət hüquqi ilə məxsus olan və daşınmaz əmlakın reyestrində qeydə alınmış əmlak kompleksi müəssisəsi cavabdeh tərəfindən heç bir hüquqi əsas olmadan tutulmuşdur və cavabdeh hazırda həmin müəssisədə yaşayır. Bu işdə olan mütəxəssis rəyi ilə öz təsdiqini tapır. Eləcə də, cavabdeh izahatından həmin tikilidə yaşadığını təkzib etməmiş və həmin tikilinin və onun yerləşdiyi torpaq sahəsinin ona məxsus olduğunu bildirmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin mübahisəli əmlak kompleksi kimi müəssisədən və torpaq sahəsindən istifadə etməsinin heç bir qanuni əsası yoxdur və iddiaçı cavabdehin həmin əmlaklardan çıxarılmasını tələb etməkdə haqlıdır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsində göstərilmişdir ki, qanunvericiliklə nəzərdə tutulan qaydada təsdiq edilmiş yerquruluşu layihələrinə uyğun olaraq yerquruluşu orqanları tərəfindən yerdə (naturada) torpaq sahələrinin sərhədləri ayrılır, torpağa mülkiyyət və ya torpaqdan istifadə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması məqsədilə qanunvericiliklə müəyyən edilmiş sənədlər hazırlanır (bu sənədlərin nümunələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir) və həmin sənədlər müvafiq şəxslərə verilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinin tələbinə görə, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Məhkəmə cavabdehin mübahisəli əmlakların ona məxsus olması barədə izahatı və bununla bağlı ona verilmiş qeydiyyat vəsiqələri ilə əlaqədar, daşınmaz əmlaka dair mülkiyyət hüquqlarının yaranması əsaslarını qeyd etməyi zəruri sayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəlləsinin 146.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəlləsinin 146.2-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəlləsinin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Həmin Məcəllənin 178.2-ci maddəsinə əsasən, yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. Qeyd edilən normalardan göründüyü kimi, daşınmaz əmlaka dair mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir və bu barədə hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində çıxarış verilir. Lakin, cavabdeh məhkəməyə belə bir sənəd təqdim edə bilmədi. Eləcə də, iş üzrə məhkəməyə təqdim edilmiş mütəxəssis rəyində dövlət reyestrində Cavabdeh məxsus hər hansı daşınmaz əmlak (tikili) qeydiyyatdan keçmədiyi qeyd edilmişdir. Mübahisəli daşınmaz əmlaklar qanuni əsaslarla İddiaçı adına daşınmaz dövlət reyestrində qeydə alınmışdır. Belə olan halda, cavabdehə verilmiş qeydiyyat vəsiqələri mübahisəli daşınmaz əmlaklar üzərində hər hansı hüquqlarının yaranmasına əsas vermir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə təqdim edilmiş sübutlara tətbiq edilməli hüquq normalarına uyğun qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2022-ci il tarixli, **********89-12301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən, xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsus olan Gədəbəy rayonu Qalakənd kəndində yerləşən, 2.0076 ha torpaq sahəsindən və həmin torpaq sahəsindən yerləşən, əmlak kompleksi kimi müəssisədən (A, B və V literli tikililər də daxil olmaqla) Cavabdeh çıxarılmalı və həmin torpaq sahəsi və üzərində yerləşən əmlak kompleksi kimi müəssisə (A, B və V literli tikililər də daxil olmaqla) Cavabdeh tərəfindən boşaldılaraq İddiaçı təhvil verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. İş materiallarından görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılarkən dövlət rüsumunu və mütəxəssis rəyinin verilməsinə görə xərci ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən ödənilmiş dövlət rüsumu və hazırkı iş üzrə iddiaçı tərəfindən ödənilmiş mütəxəssis rəyinin verilməsinə görə çəkilmiş xərc cavabdehlərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 238-241, 233.1, 360 və 362-ci maddələrini rəhbər tutub, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2022-ci il tarixli, **********89-12301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən, xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsus olan Gədəbəy rayonu Qalakənd kəndində yerləşən, 2.0076 ha torpaq sahəsindən və həmin torpaq sahəsindən yerləşən, əmlak kompleksi kimi müəssisədən (A, B və V literli tikililər də daxil olmaqla) Cavabdeh çıxarılsın və həmin torpaq sahəsi və üzərində yerləşən əmlak kompleksi kimi müəssisə (A, B və V literli tikililər də daxil olmaqla) Cavabdeh tərəfindən boşaldılaraq İddiaçı təhvil verilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 manat Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddiaçı tərəfindən ödənilmiş iş üzrə mütəxəssis rəyinin verilməsinə görə çəkilən xərc 95 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq alınıb İddiaçı verilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar