Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-55/2023 16.02.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, İddiaçı və Cavabdeh Əli oğlunun iştirakları ilə İddiaçı Cavabdeh Əli oğluna qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh Əli oğluna qarşı cavabdeh tərəfindən zəbt edilmiş Gədəbəy rayonu, Arıxdam kəndinə gedən yolun sol tərəfindən Qılıncsınan adlanan sahədə yerləşən 0,06 ha torpaq sahəsindən cavabdehin çıxarılması tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə baxışı iclasında İddiaçı iddia tələbini müdafiə etmiş, izahat verərək, bildirmişdir ki, mərhum əri X3 Gədəbəy Bələdiyyəsinin 15 sentyabr 2005-ci il tarixli 16 saylı qərarı ilə fərdi yaşayış evinin tikilməsi üçün 0,06 ha torpaq sahəsi satılmışdır. Bu barədə alğı-satqı müqaviləsi bağlanılmış və mərhum əri torpaq sahəsinin dəyərini bələdiyyəyə ödəmişdir. Əri 2015-ci ildə vəfat etmiş, bundan sonra cavabdeh torpaq sahəsini zəbt etmişdir. Cavabdeh atası və bacısına aid X14 və ölçüsü sənədlərini təqdim edərək, həmin torpaq sahələrinin qanuni sahibliyi və istifadəsində olduğunu bildirir. Lakin bu sənədlər Gədəbəy Bələdiyyəsinin 05 iyul 2007-ci il tarixli qərarı ilə, yəni, mərhum ərinə verilmiş torpaq sahəsinin ayrılması haqqında 15 sentyabr 2005-ci il tarixli qərardan daha sonra ayrılmışdır. Bundan başqa, cavabdeh həmin sənədlərdə göstərilmiş hüdudlardan kənar ərazini də zəbt etmiş və ona görə də o, hazırda mərhum əri üçün ayrılmış torpaq sahəsinə keçmək imkanlarından məhrum edilmişdir. Cavabdeh müvafiq dövlət orqanlarının mülkiyyət hüququnun qeydə alınması üçün ölçmə işlərinin aparmalarına və onun vərəsəlik hüququ ilə torpaq sahəsinin mülkiyyətinə keçirilməsinə maneə yaradır Ona görə də iddia tələbinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə baxışı iclasında Cavabdeh Əli oğlu iddia tələbinə etiraz etmiş, izahat verərək bildirmişdir ki, Gədəbəy Bələdiyyəsinin 28 fevral 2007-ci il tarixli qərarı ilə bacısı X4 800 kvm və 05 iyul 2007-ci il tartixli qərarı ilə atası X7 800 kvm həyətyanı torpaq sahələri ayrılmışdır. Həmin torpaq sahələrinə o, sahiblik edir. O, torpaq sahələrindən kənar ərazi zəbt etməmişdir. İddiaçının mərhum ərinə verilmiş torpaq sahəsi başqa yerdədir və Qızıl Mədəni tərəfindən istifadə edilir. Lakin iddiaçının oğlu Qızıl Mədənində işlədiyi üçün o, torpağı Qızıl Mədənindən deyil, ondan tələb edir. İddiaçının torpaq sahəsinə aid sənədi də yoxdur. Ona görə də iddia tələbinin təmin edilməməsini xahiş edir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan X5 surətindən görünür ki, X9 və X11 27 ekabr 1990-cı il tarixdə nikah bağlamışlar. İşdə olan X8 surətindən görünür ki, X9 18 aprel 2015-ci il tarixdə ölmüşdür. İşdə olan ƏMDX-nin DƏDKR X23 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən iddiaçının müraciətinə verilmiş məktubdan görününr ki, iddiaçının mərhum ərinə ayrılmış torpaq sahəsində ölçmə işləri aparılarkən mübahisəli hal yarandığına görə ona məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. İşdə olan Arxiv Arayışından görünür ki, Gədəbəy Bələdiyyəsinin 17 oktyabr 2005-ci il tarixli qərarı ilə İddiaçı mərhum əri X2 mülkiyyətinə Gədəbəy rayonu, Arıqdam kəndinə gedən yolun sol tərəfindən Qılınsınan adlanan sahədən fərdi yaşayış evi tikmək üçün 0,06 ha torpaq sahəsi verilmişdir. İşdə olan Gədəbəy Bələdiyyəsinin 15 sentyabr 2005-ci il tarixli 16 saylı X6 surətindən görünür ki, X3 Gədəbəy rayonu, Arıqdam kəndinə gedən yolun sol tərəfindən Qılınsınan adlanan ərazidən fərdi yaşayış evi tikmək üçün 600 000 manata 0,06 ha torpaq sahəsi satılmışdır. İşdə olan Torpaqların X13 surətindən görünür ki, Gədəbəy Bələdiyyəsi tərəfindən 0,06 ha torpaq sahəsi 600 000 manata X1. İşdə olan X17 Qəbzinin sutərindən görünür ki, X10 tərəfindən Gədəbəy Bələdiyyəsinə mülkiyyətinə verilmiş torpağın dəyəri olan 600 000 manat ödənilmişdir. İşdə olan Gədəbəy Bələdiyyə Mülkiyyətindən Gədəbəy şəhər sakini X3 ayrılan torpaq sahəsinin Sxeminin surətindən görünür ki, Gədəbəy rayonu, Arıxdam kəndinə gedən yolun sol tərəfində, yol kənarında 30X20 metr ölçülərdə torpaq sahəsi ayrılmışdır. İşdə olan X21 və Ölçüsü sənədlərinin surətlərindən görünür ki, Gədəbəy Bələdiyyəsinin 28 fevral 2007-ci il tarixli qərarı ilə cavabdehin bacısı X4 800 kvm və 05 iyul 2007-ci il tartixli qərarı ilə atası X7 800 kvm həyətyanı torpaq sahələri ayrılmışdır. İşdə olan ƏMDX-nin DƏDKR X23 11 saylı Şəmkir Ərazi İdarəsinin mütəxəsissləri tərəfindən verilmiş Rəydən görünür ki, İddiaçı iddia etdiyi torpaq sahəsi ilə Cavabdeh Əli oğlunun sahibliyində olan X4 məxsus torpaq sahələri 0,0158 ha hissədə üst-üstə düşür. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəflərin izahatlarını və işdə olan sənədləri tədqiq edərək, hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Həmin Maddənin İİ bəndinə əsasən mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Həmin maddənin Vİİ bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, Gədəbəy Bələdiyyəsinin 15 sentyabr 2005-ci il tarixli 16 saylı qərarı ilə fərdi yaşayış evinin tikilməsi üçün iddiaçının mərhum əri X3 0,06 ha torpaq sahəsi satılmış, torpaq sahəsinin dəyəri olan 600 000 manat alıcı tərəfindən satıcıya ödənilmişdir. İddiaçının əri 2015-ci ildə vəfat etmiş, iddiaçı vərəsəlik hüququ əsasnda həmin torpaq sahəsinin miras əmlak kimi qəbul edilməsi üçün müvafiq dövlət orqanlarına müraciət etmiş, lakin cavabdeh ölçmə işlərinin aparılmasına maneçelik törətdiyinə görə iddiaçı miras qalmış torpaq sahəsini vərəsəlik hüququ ilə mülkiyyətinə keçirə bilməmişdir. Cavabdehin təqdim etdiyi X14 və Ölçüsü sənədlərindən görünür ki, Gədəbəy Bələdiyyəsinin 28 fevral 2007-ci il tarixli qərarı ilə cavabdehin bacısı X4 800 kvm və 05 iyul 2007-ci il tartixli qərarı ilə atası X7 800 kvm həyətyanı torpaq sahələri ayrılmışdır və bu torpaq sahələri hazırda cavabdehin sahibliyindədirlər. İş üzrə mütəxəssis təhqiqatının nəticəsi kimi tərtib edilmiş Rəydən görünür ki, İddiaçı iddia etdiyi torpaq sahəsi ilə Cavabdeh Əli oğlunun sahibliyində olan X4 məxsus torpaq sahələri 0,0158 ha hissədə üst-üstə düşür. Məhkəmə nəzərə alır ki, iddiaçı toppaq sahəsini qanuni əsaslarla əldə etmiş X2 birinci növbə vərəsəsidir və onun mirasqoyanın mülkiyyətində olmuş əmlaka vərəsəlik hüququ var. Yəni, iddiaçı onun bu hüququnun həyata keçirilməsinə maneə yaradan hər bir şəxsdən bu maneəni aradan qaldırmağı tələb edə bilər. Məhkəmə o halı da nəzərə alır ki, mirasqoyan X9 torpaq sahəsini 2005-ci ildə, yəni, cavabdehin bacısı Dürdanə Qəhrəmanovadan daha əvvəl əldə etmiş və iddiaçı torpaq sahələrinin bir hissəsinin üsü-üstə düşməsi ilə əlaqədar yaranmış mübahisənin xeyrinə həll edilməsində üstünlüyə malikdir. Ona görə də iddia tələbi qismən təmin edilməli, Cavabdeh Əli oğlu hazırda sahibliyində olan X4 məxsus və mirasqoyan X3 məxsus olmuş torpaq sahələrinin üst-üstə düşən 0,0158 ha hissəsindən çıxarılmaıdır. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yəni, iddiaçı tərəfindən işə məhkəmədə baxılması üçün ödənilmiş 100 manat dövlət rüsumunun iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olan 25 manat hissəsi cavabdehdən alınaraq, iddiaçıya verilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPMnin 216-220, 233.1, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh Əli oğlu X4 məxsus və mirasqoyan X3 məxsus olmuş torpaq sahələrinin üstüstə düşən 0,0158 ha hissəsindən çıxarılsın. Ödənilmiş 100 manat dövlət rüsumunun 25 manat hissəsi Cavabdeh Əli oğlundan alınaraq, İddiaçı verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №2(042)-55/2023
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-55/2023
16.02.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver