Məhkəmə qərarları › İş №2(042)-561/2023

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-561/2023

13.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-561/2023 13.07.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Мirzəquliyеv Fizuli Bаlаğа oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, Ərizəçi Yusif oğlunun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi Yusif oğlunun maraqlı şəxs Gədəbəy Rayon Notariat Ofisinə qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi haqqında ərizəsinə dair mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi Yusif oğlu maraqlı şəxs Gədəbəy Rayon Notariat Ofisinə qarşı mərhum anası X3 miras qalmış, Gədəbəy rayonu Söyüdlü kəndində yerləşən, JN-273D KOD 50500048 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə əsasında verilmiş 0.23 ha həyətyanı torpaq sahəsindən, həmin torpaq sahəsində yerləşən ikimərtəbəli fərdi yaşayış evindən və JN-176 KOD 50500048 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı əsasında verilmiş 0.13 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsindən ibarət mirasın vəsiyyətnamə üzrə vərəsəlik hüququ əsasında onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi haqqında ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi Yusif oğlunun nümayəndəsi və vəkili Vəkil ərizəni müdafiə etmiş, izahat verərək bildirmişdir ki, X10 ərizəçinin anasıdır. Ərizəçinin anası X10 atası X14 ilə ailə qrumuş, onların yeddi övladı olmuşdur: 1. X15 oğlu (d/t: 1961); 2. X16 (d/t: 1964); 3. Ərizəçi Yusif oğlu (d/t: xx.xx.1966); 4. X18 (d/t: 1947); 5. X11; 6. X13;7. X17. Ərizəçinin qardaşlarından Fərman və İdris vəfat etmişlər. Ərizəçinin atası X14 1988-ci ildə, anası X10 isə xx.xx.2013-cü ildə vəfat etmişdir. Ərizəçinin anası ölən günədək Gədəbəy rayonu, Söyüdlü kəndində yaşamışdır. Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 13 nömrəli qərarı ilə Gədəbəy rayonu, Söyüdlü kəndində ərizəçinin anasına 0.23 ha həyətyanı torpaq sahəsi, 0.13 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həyətyanı torpaq sahəsinə dair JN-273D KOD 50500048 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə, kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair dair JN-176 KOD 50500048 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı tərtib edilmişdir. X10 ona məxsus 0.23 ha həyətyanı torpaq sahəsində 1998-ci ildə fərdi yaşayış evi tikdirmişdir. Ev ikimərtəbəli fərdi yaşayış evi olmaqla birinci mərtəbəsi 4 otaqdan, ikinci mərtəbəsi isə 2 otaq və 1 şüşəbənddən ibarətdir. Eləcə də evin yardımçı sahələri kimi hamam, tövlə və çardaq vardır. Fərdi yaşayış evinin mövcudluğu barədə Gədəbəy RİHBnın Söyüdlü Kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən arayış verilmişdir. X10 ölən günədək oğlu Ərizəçi Yusif oğlu ilə Gədəbəy rayonu, Söyüdlü kəndində yaşamışdır. Bu səbəbdən X10 xx.xx.2005-ci il tarixdə vəsiyyətnamə verərək Gədəbəy rayonu, Söyüdlü kəndində yerləşən evini, ev əşyalarını və adına nə varsa, hamısını oğlu Ərizəçi vəsiyyət etmiş, digər vərəsələrini vərəsəlik hüququndan məhrum etmişdir. Ərizəçi anası vəfat etdikdən sonra onun bütün dəfn xərclərini çəkərək, onu dəfn etdirmişdir. Ərizəçi anasının ölümündən sonra da ondan qalmış evə sahiblik etməklə mirası vəsiyyətnamə üzrə faktiki qəbul etmişdir. Ərizəçi hazırda anasından miras qalmış mülkü adına sənədləşdirmək istəyir. X3 qalmış miras kütləsinə daxildir: 1. Gədəbəy rayonu, Söyüdlü kəndində yerləşən JN-273D KOD 50500048 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə əsasında verilmiş 0.23 ha həyətyanı torpaq sahəsi;2. Gədəbəy rayonu, Söyüdlü kəndində yerləşən JN-176 KOD 50500048 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı əsasında verilmiş 0.13 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi; 3. Gədəbəy rayonu, Söyüdlü kəndində həmin 0.23 ha həyətyanı torpaq sahəsində yerləşən, ikimərtəbəli fərdi yaşayış evi. Həmin əmlakın X1 daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldırmasında heç bir maneə olmamış və onun həmin əmlaka dair mülkiyyət gözləntiləri olmuşdur. Odur ki, Gədəbəy rayonu, Söyüdlü kəndində yerləşən, JN-273D KOD 50500048 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə əsasında verilmiş 0.23 ha həyətyanı torpaq sahəsi, həmin torpaq sahəsində yerləşən ikimərtəbəli fərdi yaşayış evi və JN-176 KOD 50500048 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı əsasında verilmiş 0.13 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi X3 qalmış miras kütləsinə daxil edilməlidir. Ərizəçi anasının ölümündən sonra ondan qalmış miras əmlaka dair vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Gədəbəy Rayon Notariat Ofisinə müraciət etmiş, lakin Gədəbəy Rayon Notariat Ofisi tərəfindən ərizəçiyə mirasın qəbulu üçün müddəti keçirdiyi üçün vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin mümkün olmaması barədə xx.xx.2023-cü il tarixli imtina məktubu verilmişdir. X3 qalmış miras əmlakla bağlı heç bir mübahisə yoxdur. Ərizəçinin sağ qalmış qardaş və bacıları uzun illərdir ki, Rusiya Federasiyasında yaşayırlar, mirasın ərizəçi tərəfindən qəbul edilməsinə heç bir etiraz etmirlər. Ona görə də ərizənin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxs Gədəbəy Rayon Notariat Ofisinə məhkəmə baxış iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, nümayəndəsini məhkəmə iclasına göndərməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 259.0.7. və 185.6-ci maddələrinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsini dinləyib, işin faktiki hallarını hərtərəfli araşdırıb, sübutları tədqiq edərək hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan Doğum haqqında arayışdan görünür ki, Ərizəçi Yusif oğlu xx.xx.1966-cı il tarixdə andan olmuş, atası qrafasında X14, anası qrafafasında X10 qeyd edilmişdir. İşdə olan X7 surətindən görünür ki, X10 xx.xx.2013-cü ildə vəfat etmişdir. İşdə olan JN-176 KOD 50500048 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktının lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 13 nömrəli qərarı ilə Gədəbəy rayonu, Söyüdlü kəndində X4 mülkiyyətinə 0.13 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan JN-273D KOD 50500048 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 13 nömrəli qərarı ilə Gədəbəy rayonu, Söyüdlü kəndində X4 mülkiyyətinə 0.23 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan Gədəbəy rayonu İHB-nin Söyüdlü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş arayışdan görünür ki, X4 adına Gədəbəy rayonu, Söyüdlü kəndində 1998-ci ildə tikilmiş fərdi yaşayış evi qeyd edilmişdir. İşdə olan reyestrdə R-2V-61 nömrə ilə qeyd edilmiş xx.xx.2005-ci il tarixli Vəsiyyətnamənin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, X2 rayonu Söyüdlü kəndində yerləşən evini, ev əşyalarını və adına nə varsa, hamısını oğlu Ərizəçi Yusif oğluna vəsiyyət etmiş, qalan vərəsələrini vərəsəlik hüququndan məhrum etmişdir. İşdə olan Gədəbəy RİHB-nin Söyüdlü Kənd İƏD üzrə Nümayəndəliyindən verilmiş arayışdan görünür ki, X4 ailəsi oğlu Ərizəçi Yusif oğlundan ibarət olmuşdur. İşdə olan Gədəbəy Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 257 nömrəli məktubdan görünür ki, vərəsəliyin qəbulu müddəti ötürüldüyünə görə ərizəçiyə məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ərizəçinin izahatını və işdə olan sənədləri təhlil edərək hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Məcəllənin 1166-cı maddəsinə əsasən, fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Məcəllənin 1255-ci maddəsinə görə isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.9-cu maddəsrinə əsasən məhkəmə mirasın qəbul edilməsi faktını müəyyən edir. Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, ərizəçinin anası X10 xx.xx.2013-cü il tarixdə ölmüşdür. Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 13 nömrəli qərarı ilə Gədəbəy rayonu, Söyüdlü kəndində X6 0.23 ha həyətyanı torpaq sahəsi, 0.13 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həyətyanı torpaq sahəsinə dair JN-273D KOD 50500048 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə, kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair JN-176 KOD 50500048 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı tərtib edilmişdir. Eləcə də X10 ona məxsus 0.23 ha həyətyanı torpaq sahəsində 1998-ci ildə fərdi yaşayış evi tikdirmişdir. Həmin fərdi yaşayış evi ilə bağlı mülkiyyət hüququnu təsdiq edən sənədlər olmasa da, onların mərhum X6 məxsusluğu mübahisələndirilmir və məhkəmə hesab edir ki, sözügedən fərdi yaşayış evi və torpaq sahələri barəsində X4 mülkiyyətə dair qanuni gözləntisi olmuşdur. Belə ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Akimova Azərbaycana qarşı» iş üzrə 27 sentyabr 2007-ci il tarixli qərarında xatırlatmışdır ki, «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki «mülkiyyət» anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da «mülkiyyət» kimi qiymətləndirilə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Qarrax Çexiyaya qarşı” iş üzrə 27 may 2003-cü il tarixli qərarında xatırlatmışdır ki, real mövcud olan əmlakı əldə etməyi gələcəkdə qanuni olaraq gözləmək hüququ mülkiyyət hüququ kimi qiymətləndirilir. Həmin məhkəmənin “Burdov Rusiya Federasiyasına qarşı” və “Yunanıstan neftayırma zavodu “Strən və X5rşı” iş üzrə qərarında xatırlamasına görə, “tələbin hüquqi cəhətdən reallaşması kifayət qədər müəyyən edilərsə, o, Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsi baxımından “mülkiyyət kimi qəbul edilir”. Həmin iş üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, ərizəçi mübahisələndirdiyi mənzil üzərində mülkiyyət hüququna malik olmasa da, onun Mənzil fondunun özəlləşdirilməsi haqqında Qanuna uyğun olaraq həmin mənzili müəyyən şərtlərlə əvəzsiz olaraq mülkiyyətinə keçirmək hüququ olduğundan, ərizəçinin həmin mənzilə olan iddiaları 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsinin tətbiqi dairəsinə düşən «mülkiyyətin» təşkil olunması üçün kifayət qədər əsaslı olmuşdur. Məhkəmə Avropa Məhkəməsinin qeyd edilən presedent hüququna istinad edərək hesab edir ki, mübahisəli fərdi yaşayış evinə və torpaq sahəsinə dair mərhum X8 mülkiyyət hüququnun gözləntisi olduğundan həmin əmlak onun mülkiyyəti kimi qiymətləndirilməlidir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, X4 ölümündən sonra qalmış, Gədəbəy rayonu, Söyüdlü kəndində yerləşən 0.23 ha həyətyanı torpaq sahəsindən, həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evindən və 0.13 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən ibarət əmlak X4 mülkiyyəti hesab edilməklə onun ölümündən sonra qalmış miras kütləsinə daxil edilməlidir. Vəsiyyətnamə üzrə vərəsə tərəfindən mirasın qəbul edilib-edilməməsi məsələsini həll edərkən məhkəmə qeyd edir ki, miras qoyanın qanun üzrə vərəsə ola biləcək digər uşaqları Zəriş Məmmədovanın ölümündən uzun müddət əvvəl başqa təsərrüfata köçmüş və hal-hazırda da başqa təsərrüaftlarda yaşayırlar. Bununla da məhkəmə onların miras əmlakı qəbul etməmələrini nəzərə alır. Miras qoyan tərəfindən ərizəçinin adına vəsiyyətnamə qoyulduğundan X4 ölümündən sonra ərizəçi həmin əmlakdan istifadə etməklə, onu miras kimi faktiki olaraq qəbul etmişdir. Ona görə də ərizə təmin edilməli, Ərizəçi Yusif oğlu tərəfindən mərhum anası X3 qalmış, Gədəbəy rayonu, Söyüdlü kəndində yerləşən, JN-273D KOD 50500048 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə əsasında verilmiş 0.23 ha həyətyanı torpaq sahəsindən, həmin torpaq sahəsində yerləşən ikimərtəbəli fərdi yaşayış evindən və JN-176 KOD 50500048 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı əsasında verilmiş 0.13 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsindən ibarət miras əmlakın vəsiyyətnamə üzrə vərəsəlik hüququ əsasında qəbul edilməsi faktı müəyyən edilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPMnin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi Yusif oğlu tərəfindən mərhum anası X3 qalmış, Gədəbəy rayonu, Söyüdlü kəndində yerləşən, JN-273D KOD 50500048 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə əsasında verilmiş 0.23 ha həyətyanı torpaq sahəsindən, həmin torpaq sahəsində yerləşən ikimərtəbəli fərdi yaşayış evindən və JN-176 KOD 50500048 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı əsasında verilmiş 0.13 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsindən ibarət miras əmlakın vəsiyyətnamə üzrə vərəsəlik hüququ əsasında qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar