Məhkəmə qərarları › İş №2(042)-563/2021

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-563/2021

30.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-563/2021 30.06.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X8 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “qohumluq münasibətlərinin müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə xüsusi icraat qaydasında məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, 04.01.2006-cı ildə Gədəbəy rayonu, Çobankənd İƏD-nin Yenikənd kəndində vəfat etmiş X3 onunla qohumluq münasibətində olması, yəni X3 onun əmisi olması hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizədə göstərilənlərlə eyni məzmunlu izahat verərək bildirdi ki, O, xx.xx.1963-cü ildə anadan olmuşdur. X2 1939-cu ildə anadan olmuşdur. Eləcə də əmisi X7 1936-cı ildə anadan olmuşdur. Atasına, eləcə də əmisinə vaxtilə doğum haqqında şəhadətnamələr alınmamışdır. Atası 24.08.2014-cü ildə, əmisi 04.01.2006-cı ildə ölmüşdür. Əmisi ailə qurmamış, övladları yoxdur. Onun Gədəbəy rayonu, Qızılqaya kəndində mülkü (evi və torpaq sahəsi) vardır. Əmisinin ölümündən sonra ondan qalmış mirası başqa vərəsələri olmadığı üçün o qəbul etmişdir. Lakin vərəsəlik şəhadətnaməsi alarkən atasının və əmisinin doğum haqqında şəhadətnamələri olmadığına görə, Aslan Mustafayevlə onun qohum olmağını müəyyən etmək zərurəti yaranışdır. Bununla bağlı Maraqlı şəxsnə, eləcə də vəkil sorğusu vasitəsilə Gədəbəy rayon Dövlət Arxiv İdarəsinə müraciət etmişdir. Gədəbəy rayon Dövlət Arxiv İdarəsindən verilmiş 04.05.2021-ci il tarixli, 29 nömrəli məktubla cavab verilmişdir ki, 1936-cı ildə doğulduğu qeyd olunan X3 və 1939cu ildə doğulduğu qeyd olunan X4 doğum aktı barədə hər hansı fakt aşkar olunmamışdır. Bu səbəbdən o mərhum X7 ilə qohumluq münasibətində olmasını, yəni X3 onun əmisi olması faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etməli olmuşdur. Bu faktın təsdiqi ona əmisindən miras qalmış mülki adına rəsmiləşdirməklə əlaqədar lazımdır. Odur ki, o, ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. X5 məhkəmə iclasında bildirdi ki, ərizəçi onun qonşusudur. Ərizəçinin atasının adı Yusif, əmisi Aslan Mustafayev olmuşdur. Aslan Mustafayev vəfat etmişdir. A.Mustafayev ailə qurmamış övladları olmamışdır. A.Mustafayevə ölən günə kimi ərizəçi baxmışdır. O, A.Mustafayevin ərizəçinin əmisi olmasını təsdiq edir. X1 və X11 məhkəmə iclasında X5nun ifadəsinə uyğun ifadə verdilər. Məhkəmə ərizəçini və şahidləri dinləyib, iş materiallarını araşdırıb, sübutları tədqiq edərək hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, işdə olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi Gədəbəy rayonu, Yenikənd kəndi qeydiyyatdadır. İşdə olan Gədəbəy rayon Dövlət Arxivi tərəfindən sorğuya cavab olaraq verilmiş məktubdan görünür ki, Gədəbəy rayonu Çobankənd kənd XDS İK-nin Doğum aktının qeydiyyatı kitabı Gədəbəy Rayon Dövlət Arxivinin mühafizəsində mühafizə olunan arxiv sənədlərinin fond siyahısında aşkar olunmadı Odur ki 1936-cı ildə doğulduğu qeyd olunan X3 və 1939-cu.ildə doğulduğu qeyd olunan X4 Doğum aktı barədə hər hansı faktın aşkar olunması mümkün olmamışdır. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş arayışın lazımı qaydada təsdiq edilmiş surətindən görünür ki, X7 04.01.2006-cı il tarixdə Gədəbəy rayonu, Yenikənd kəndində ölmüşdür. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş arayışın lazımı qaydada təsdiq edilmiş surətindən görünür ki, X6 24.08.2014-cü il tarixdə Gədəbəy rayonu, Novosaratovka kənd İƏD-də ölmüşdür. İşdə olan Maraqlı şəxs tərəfindən sorğuya cavab olaraq verilmiş məktubdan görünür ki, mərhum X3 01.01.1955-ci ildən 04.01.2006-ci il tarixədək Maraqlı şəxs və Çobankənd kənd İƏD-nin akt qeydləri kitabları arasında nikah akt qeydi aşkar olunmadı. İşdə olan Gədəbəy rayon Notariat ofisi tərəfindın verilmiş məktubdan görünür ki, X7 ilə qohumluq faktı aşkar olmadığı üçün vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı, şahid ifadələri və işdəki digər sübutlarla təsdiq edildi ki, ərizəçi xx.xx.1963-cü ildə anadan olmuşdur. Onun X2 1939-cu ildə, əmisi X7 1936-cı ildə anadan olmuşdur. Ərizəçinin atasına, eləcə də əmisinə vaxtilə doğum haqqında şəhadətnamələr alınmamışdır. Atası 24.08.2014-cü ildə, əmisi 04.01.2006-cı ildə ölmüşdür. Ərizəçinin amisi ailə qurmamışdır. Əmisinin Gədəbəy rayonu, Qızılqaya kəndində mülkü (evi və torpaq sahəsi) vardır. Əmisinin ölümündən sonra qalmış mirası başqa vərəsələri olmadığı üçün o qəbul etmişdir. Lakin vərəsəlik şəhadətnaməsi alarkən atasının və əmisinin doğum haqqında şəhadətnamələri olmadığına görə, Aslan Mustafayevlə onun qohum olmasını müəyyən etmək zərurəti yaranışdır. Gədəbəy rayon Notariat ofisi tərəfindən ərizəçiyə qohumluq faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. X7 öldüyündən onun Ərizəçi ilə qohumluq münasibətlərində olmasının məhkəmədən kənar qaydada müəyyən edilməsi mümkün deyildir. Odur ki, ərizəçi bununla əlaqədar haqlı olaraq məhkəməyə müraciət etmişdir. MPM-in 305.1.1-ci maddəsinə əsasən, məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. MPM-in 307.2.1-ci maddəsinə əsasən, məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307-311, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizə təmin edilsin. 04.01.2006-cı il tarixdə Gədəbəy rayonu, Yenikənd kəndində vəfat etmiş X3 xx.xx.1963-cü il tarixdə doğulmuş Ərizəçi ilə qohumluq münasibətlərində, yəni mərhum X3 Ərizəçi əmisi olması hüquqi əhəmiyyətli faktı müəyyən edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar