Məhkəmə qərarları › İş №2(042)-563/2022

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-563/2022

20.06.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-563/2022 20.06.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X13 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “qohumluq münasibətlərində olma faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə xüsusi icraat qaydasında məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, xx.xx.2009-cu ildə Gədəbəy rayonu, Xarxar kəndində vəfat etmiş X7 onun ilə qohumluq münasibətində olması, yəni X7 onun anası olması hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək bildirdi ki, o, xx.xx.1941 -ci ildə Gədəbəy rayonu, Xarxar kəndində anadan olmuşdur. Gədəbəy Rayon Dövlət Arxivində mühafizə olunan Maraqlı şəxs Orconokidze (Nərimankənd) kənd soveti üzrə 1939-1942-ci illərə dair doğum aktının qeydiyyatı kitabında 47 nömrəli aktla onun xx xxxxxxx 1941-ci ildə Xarxar kəndində anadan olması, atasının X5, anasının X14 olması qeyd edilmişdir. X3 xx.xx.2009-cu ildə vəfat etmişdir. O, hal-hazırda anasından miras qalmış əmlakı birinci növbə vərəsə olaraq qəbul etmək istəyir. Bununla bağlı Gədəbəy rayon Notariat ofisinə müraciət etmişdir. Lakin Gədəbəy rayon Notariat ofisi tərəfindən onun doğum haqqında şəhadətnaməsində anasının soyadının uyğun gəlmədiyi üçün imtina məktubu verilmişdir. Bu səbəbdən o mərhum X12 ilə qohumluq münasibətində olması, yəni X7 onun anası olması faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etməli olmuşdur. Bu faktın təsdiqi ona anasından miras qalmış mülkü adına rəsmiləşdirməklə əlaqədar lazımdır. X7 onun anası olmasını şahidlər X15 və X8 da təsdiq edə bilərlər. Odur ki, ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. X6 məhkəmə iclasında bildirdi ki, o, Gədəbəy rayonunun Xarxar kəndində yaşayır. Ərizəçinin gəlinidir. O, ərizəçinin anasını tanıyır. Belə ki, ərizəçinin X3 olmuşdur. Ərizəçinin X3 6.04.2009-cu ildə vəfat etmişdir. X2 məhkəmə iclasında X9 ifadəsinə uyğun ifadə verərək Gədəbəy rayonunun Xarxar kəndində yaşadığını, ərizəçini, onun valideynlərini tanıdığını, ərizəçinin anasının X12 olduğunu təsdiq etdi. Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini və şahidləri dinləyib, iş materiallarını araşdırıb, sübutları tədqiq edərək hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, işdə olan AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1941-cü il tarixdə Gədəbəy rayonu, Xarxar kəndində doğulmuş, hazırda həmin kənddə yaşayır. İşdə olan Gədəbəy RİHB-nin Xarxar kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 15 aprel 2022-ci il tarixli, 37 saylı arayışdan görünür ki, Ərizəçi Xarxar kənd İƏD üzrə nümayəndəliyində qeydiyyatdadır, hal-hazırda ərazidə yaşayır. İşdə olan AZ-İ № 328278 seriyalı ölüm haqqında şəhadətnamənin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, X12 xx.xx.2009-cu il tarixdə Gədəbəy rayonu, Xarxar kəndində ölmüşdür. İşdə olan Gədəbəy rayon Dövlət Arxivi tərəfindən verilmiş 07 aprel 2022-ci il tarixli, 72 nömrəli arxiv arayışından görünür ki, Gədəbəy Rayon Dövlət Arxivində mühafizə olunan Maraqlı şəxs Orconokidze (Nərimankənd) kənd soveti üzrə 1939-1942-ci illərə dair doğum aktının qeydiyyatı kitabında Ərizəçi 47 nömrəli aktla xx xxxxxxx 1941-ci ildə Xarxar kəndində anadan olması qeyd edilmişdir. İşdə olan Gədəbəy rayon Notariat ofisi tərəfindən Ərizəçi ərizəsinə cavab olaraq verilmiş xx.xx.2022-ci il tarixli, 311 saylı məktubdan görünür ki, Ərizəçi mərhum X7 qızı olması faktı müəyyən edildikdən sonra ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilə bilər. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı və işdəki sübutlarla müəyyən edildi ki, Ərizəçi xx.xx.1941-ci il tarixdə Gədəbəy rayonu, Xar-xar kəndində doğulmuş, hazırda həmin kəndə yaşayır. Ərizəçinin X3 xx.xx.2009-cu il tarixdə Gədəbəy rayonu, Xar-xar kəndində ölmüşdür. Onun ölümündən sonra ərizəçi ondan qalmış miras əmlakı adına rəsmiləşdirmək istəsə də, mərhum X1 uyğun gəlməməsinə görə onunla ərizəçinin qohumluq münasibətlərində olmasını, yəni X7 ərizəçinin anası olmasını müəyyən etmək mümkün olmamışdır. Ərizəçinin anası öldüyündən onun analığının məhkəmədən kənar qaydada müəyyən edilməsi mümkün deyildir. Bu faktın təsdiqi ərizəçiyə anasından qalmış miras mülkün adına rəsmiləşdirilməsi ilə əlaqədar lazımdır. Ərizəçinin anasının mərhum X12 olması faktı şahid ifadələri ilə də öz təsdiqini tapır. Odur ki, ərizəçi bununla əlaqədar haqlı olaraq məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-in 305.1.1-ci maddəsinə əsasən, məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307.2.1-ci maddəsinə əsasən, məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307-311, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.2009-cu il tarixdə Gədəbəy rayonu, Xarxar kəndində vəfat etmiş X7 xx.xx.1941-ci il tarixdə Gədəbəy rayonu, Xarxar kəndində anadan olmuş Ərizəçi ilə qohumluq münasibətində olması, yəni X7 Ərizəçi anası olması hüquqi əhəmiyyətli faktı müəyyən edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar