Məhkəmə qərarları › İş №2(042)-568/2023

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-568/2023

04.09.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-568/2023 04.09.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, ilkin iddia ərizəsi üzrə iddiaçı qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı və ilkin iddia ərizəsi üzrə cavabdehlər Cavabdeh2, Cavabdeh3, ilkin iddia ərizəsi üzrə cavabdeh qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh1 və onun vəkili X3 iştirakları ilə ilkin iddia ərizəsi üzrə İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı ev və torpaq sahəsindən çıxarılma və qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı və X9 qarşı pul tələblərinə dair mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı mülkiyyətində olan Gədəbəy rayonu, Novosaratovka kəndində yerləşən fərdi yaşayış evi və 0,25 ha həyətyanı torpaq sahəsindən cavabdehlərin çıxarılması tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı və X9 qarşı cavabdehlərdən müştərək qaydada 60000 manat, eləcə də 270 manatın alınıb, ona verilməsi tələbi haqqında qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, iddia tələbinin həcmini artırmış, cavabdehlərdən hüquqi yardım göstərilməsi üçün vəkilə də ödədiyi 500 manatın, yəni, cəmi, 60500 manatın alınıb, ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ilkin iddia ərizəsi üzrə iddiaçı qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı ilkin iddia ərizəsini müdafiə etmiş, qarşılıqlı iddia ərizəsinə etiraz etmiş, izahat verərək, bildirmişdir ki, Gədəbəy rayonu, Novosaratovka kəndindəki 0.25 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi mülkiyyətindədir. Mülkiyyət hüququ 06 mart 2023-cü il tarixdə qeydə alınmışdır. Cavabdehlər 2021-ci ilin sonlarında evin boş olmasından istifadə edərək, evə girmiş, sonradan Cavabdeh1 ona zəng etmiş, oğlu Cavabdeh3 ailə qurması ilə əlaqədar evlərində təmir işlərinin aparıldığını bildirmiş və təmir ustalarının evdə hər ay 50 manat kirayəhaqqı ödəmək şərtilə yaşamalarını xahiş etmişdir. O, razılaşmalı olmuşdur. Lakin təmir ustaları evində bir neçə ay yaşdıqdan sonra kirayəhaqqı vermədən getmiş, evə isə 2021-ci ilin sonlarında cavabdehlər girmişlər. O, evdə özünün yaşayacağını bildirmiş, Cavabdeh1 bildirmişdir ki, nə vaxt gəlsə, evi boşaldacaqlar. O, 2022-ci ilin yay aylarında evə gəlmiş, lakin cavabdehlər onu evə buraxmamış, onun evə dair heç bir sənədinin olmadını bildirmişlər. Hazırda onlar, guya, evi pul verib aldıqlarını bildirir və evdən çıxmaqdan imtina edirlər. Halbuki, onlara ev satmamış, nə özü, nə də digər cavabdeh olan oğlu Elmar Abbasov onlardan pul almamışdır. O, polis orqanına şikayət etmiş, lakin aparılan araşdrımadan sonra, ona məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Ona görə də ilkin iddia ərizəsinin təmin edilməsi, qarşılıqlı iddia ərizəsinin isə təmin edilməməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında ilkin iddia ərizəsi üzrə cavabdeh və qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh1 onlara qarşı olan iddia tələbinə etiraz etmiş və qarşılıqlı iddia tələbini müdafiə etmiş, izahat verərək bildirmişdir ki, İddiaçı Gədəbəy rayonu, Novisaratovka kəndində yerləşən evi guya, 1996-cı ildə X12 almışdır. İddiaçı evi əvvələr İsa adlı hərbçiyə kirayəyə vermiş, 2020-ci ilin sonlarında isə evi satmaq istədiyini bildirmişdir. Onlar evi 60000 manata alğı-satqı etməyə razılaşmışlar. Onlar evin sənədlərinin hazırlanması üçün əvvəlcə 5000 manatı İddiaçı və Elmar Abbasova vermiş, daha sonra isə, yəni, 2020-ci ilin sonlarında əri Cavabdeh2 40 000 manat kredit alaraq, həmkəndliləri və qonşularının iştirakı ilə 2021-ci ilin yanvar ayında Elmar Abbasova vermişlər. Qalan 15000 manat alğısatqı müqaviləsi bağlanıldıqdan sonra verilməli idi. Evə görə 45000 manat ödədiklərinə görə İddiaçı onların evdə yaşmaqlarına icazə vermişdi. Sonradan onlar evi satmaqdan imtina etdiklərinə görə o, polisə şikayət etmiş və araşdırılma aparılmışdır. İddiaçı ona verdikləri pulu kredit faizi ilə birlikdə, yəni, cəmi, 60500 manatı qaytaracağı təqdirdə evdən çıxmağa etiraz etmir. Ona görə də qarşılıqlı iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında ilkin iddia ərizəsi üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 eyniməzmunlu izahatlar vermişlər. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadə verərək, bildirmişdir ki, İddiaçı qohumudur. Gədəbəy rayonu, Novosaratovka kəndində olan torpaq sahəsi və üzərindəki ev İddiaçı mülkiyyətindədir. Onun heç vaxt evi satmaq fikri olmamışdır. Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 əvvəlcə İddiaçı xahiş etmişlər ki, onların evini təmir edən ustalar müvəqqəti olaraq kirayəhaqqı ödəmək şərtilə evdə qalsınlar. Daha sonra Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 İddiaçı müvəqqəti olaraq Bakı şəhərində yaşamasından istifadə etmiş, evi ələ keçirmək məqsədilə 2022-ci ilin mart aprel aylarında özbaşına evə girmişlər. İddiaçı evi onlara satmamış, Cavabdeh1 ona və ya Elmar Abbasova pul verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 ifadə verərək, bildirmişdir ki, İddiaçı qohumudur. Gədəbəy rayonu, Novosaratovka kəndində olan torpaq sahəsi və üzərindəki ev İddiaçı mülkiyyətindədir. Onun heç vaxt evi satmaq fikri olmamışdır. Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 əvvəlcə İddiaçı xahiş etmişlər ki, təmir ustaları müvəqqəti olaraq kirayəhaqqı ödəmək şərtilə evdə qalsınlar. Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 İddiaçı müvəqqəti olaraq Bakı şəhərində yaşamasından istifadə etmiş, evi ələ keçirmək məqsədilə 2022-ci ilin mart-aprel aylarında özbaşına evə girmişlər. O, bu barədə İddiaçı məlumat vermişdir. Bundan sonra Cavabdeh1 polisə şikayət etmişdir. Cavabdeh1 İddiaçı və onun oğlu Elmar Abbasova pul verməmişdir. Cavabdeh1 onlardan asılılıqları olan bir neçə adamı pul verilməsində iştirak edən şəxslər kimi göstərmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 ifadə verərək, bildirmişdir ki, İddiaçı oğlu Elmar Abbasovun qohumudur. Ev və torpaq sahəsi İddiaçı mülkiyyətindədir. İddiaçı Bakıda yaşadığı üçün evin açarı onda olmuş, evə nəzarət etmişdir. Evdə təxminən 10 il müddətində, yəni, 2021-ci ilə qədər İsa adlı hərbçi kirayəçi kimi yaşamışdır. Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 2022-ci ildə qapının qıfılını sındırıb evə girmişlər. O, bu barədə İddiaçı məlumat vermişdir. Bundan sonra Cavabdeh1 İddiaçı zəng edib evlərini təmir edən ustaların bir neçə ay kirayə haqqı ödəməklə evdə yaşamalarına icazə verməsini xahiş etmiş, İddiaçı da razı olmuşdur. Lakin nə ustalar, nə də Cavabdeh1 kirayə haqqını da ödəməmişlər. Bundan sonra isə Cavabdeh1 və onun ailə üzvləri evi zəbt etmiş, Cavabdeh1 İddiaçı guya evi onlara satdığını bildirmişdir. Daha sonra o, polisə şikayət etmişdir ki, guya İddiaçı və onun oğlu Elmar Abbasova evin alğı-satqısına görə 45000 manat vermişdir. Cavabdeh1 İddiaçı və onun oğlu Elmar Abbasova pul verməmişdir. Cavabdeh1 ondan asılılıqları olan bir neçə adamı pul verilməsində iştirak edən şəxslər kimi göstərmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadə verərək, bildirmişdir ki, tərəfləri tanıyır. Cavabdeh1 məxsus mağazadan İlkin adlı qohumu ilə alış-verişə gəlmiş, görmüşdür ki, Cavabdeh1 mağazada pul sayır.Cavabdeh1 ona demişdir ki, siz də şahid olun,ev alıram. Bu zaman Xanbala və Novruz da orada idilər. Pulun nə qədər olduğunu bilmir. Pul 100 və 200 manatlıq əskinaslardan ibarət idilər. Neçənci il və hansı ay olduğu yadında deyil. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 ifadə verərək, bildirmişdir ki, İddiaçı tanımır. 2020-ci ildə qohumu Gülnarə ilə birlikdə alış-veriş məqsədilə Cavabdeh1 məxsus mağazaya gəlmiş, görmüşdür ki, Cavabdeh1 mağazada pul sayır. Cavabdeh1 onlara demişdir ki, siz də şahid olun,ev alıram. Məlahət Elmar adlı şəxsə 40000 manat sayıb vermişdir. Verilən pul 100 manatlıq əskinaslardan ibarət idilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadə verərək, bildirmişdir ki, İddiaçı tanımır. Cavabdeh1 məxsus mağazaya gəlmiş, görmüşdür ki, Cavabdeh1 mağazada pul sayır. Cavabdeh1 ona demişdir ki, siz də şahid olun,ev alıram. Məlahət Elmar adlı şəxsə 40000 manat sayıb vermişdir. Əskinaslar yadında deyil. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadə verərək, bildirmişdir ki, İddiaçı tanımır. Cavabdeh1 məxsus mağazaya işıq xarab olduğu üçün təmir məqsədilə gəlmiş, görmüşdür ki, Cavabdeh1 mağazada pul sayır. Cavabdeh1 ona demişdir ki, siz də şahid olun,evi 45 000 manata alıram. Əskinaslar yadında deyil. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadə verərək, bildirmişdir ki, o, Cavabdeh1 məxsus mağazaya yaxın olan bir kafeni işlətmişdir. Təxminən, 3 il əvvəl mağazaya alış-veriş etməyə getmiş, Cavabdeh1 onu görüb demişdir ki, ev alır, o da şahid olsun. Onun yanında Cavabdeh1 Elmar Abbasova pul sayıb vermişdir. Əskinaslar 50 və 100 manatlıq idilər. Dəqiq yadında deyil, 30 ya 40 min manat haqqında danışırdılar. X23 verdilər. İşdə olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş Çıxarışdan görünür ki, Gədəbəy rayonu, Novosaratovka kəndində olan 0.25 ha torpaq sahəsi və üzərində yerləşən evə İddiaçı mülkiyyət hüququ 06 mart 2023-cü il tarixdə qeydə alınmışdır. İşdə olan 23 aprel 2013-cü il tarixli Uzunmüddətli Kredit Müqaviləsi üzrə Kredit Razılaşmasından görünür ki, 29 dekabr 2020-ci il tarixdə Cavabdeh2 aylıq 1.6667 faiz dərəcəsi ilə 36 ay müddətinə 40000 manat kredit verilmişdir. İşdə olan Zaminlik Müqaviləsindən görünür ki, 24 fevral 2023-cü il tarixdə Cavabdeh3 “AccessBank” tərəfindən Cavabdeh2 veriləcək 45000 manat kreditlə əlaqədar Kredit Müqaviləsi ilə əlaqədar üzərinə zaminlik məsuliyyəti götürmüşdür. İşdə olan Zaminlik Müqaviləsindən görünür ki, 24 fevral 2023-cü il tarixdə X2 “AccessBank” tərəfindən Cavabdeh2 veriləcək 45000 manat kreditlə əlaqədar Kredit Müqaviləsi ilə əlaqədar üzərinə zaminlik məsuliyyəti götürmüşdür. İşdə olan Cavabdeh1 tərəfindən təqdim edilmiş onun polis orqanına ünvanlanmış 04 aprel 2022-ci il tarixli ərizəsi üzrə təhqiqat materiallarında olan İzahatın surətindən görünür ki, o, təhqiqatçının sualına cavab verərəkən bildirmişdir ki, Elmara 40000 manat pul verərkən, heç bir müqavilə bağlamamış, yanlarında yalnız oğlu və həyat yoldaşı olmuşdur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəflərin izahatlarını, şahid ifadələrini, habelə, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ilkin iddia tələbi təmin edilməli, qarşılıqlı iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1. və 139-1.1.3-cü maddələrinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatıdaşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı əsas hesab olunur. Həmin Məcəllənin 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Məcəllənin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə nəzərə alır ki, mübahisənin оbyеktiv həlli üçün yаlnız mötəbər sübutlаrdаn istifаdə оlunа bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı оlmаlı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməliqir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. İnsan Hüquqları üzrə Аvrоpа Məhkəməsinin "Mahmudovun Rusiyaya qarşı iş üzrə" 26 iyul 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probalion”, yəni, sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həmmövculuğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda, "Qavazov Bolqarıstana qarşı iş üzrə" 06 mart 2008-ci il larixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutları qiymətləndirərkən bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununun 100cü maddəsinə əsasən məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, Gədəbəy rayonu, Novosaratovka kəndində olan 0.25 ha ölçüdə həyətyanı torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi ilkin iddia ərizəsi üzrə iddiaçının mülkiyyətindədir və ilkin iddia ərizəsi üzrə cavabdehlər həmin evə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hər hansı hüquqlarının olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişlər. Ona görə də ilkin iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 İddiaçı Hümbət oğlunun mülkiyyətində olan Gədəbəy rayonu, Novosaratovka kəndində olan 0.25 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evindən çıxarılmalıdırlar. Məhkəmə araşdırması zamanı həmçinin müəyyən edilmişdir ki, qarşlıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh1 qarşılıqlı iddia ərizəsi üzrə cavabdehlərə evin alğı-satqısı ilə əlaqədar 45000 manat verməsi halı mötəbər sübutlarla təsdiq edilməmişdir. Belə ki, bu tələb üzrə cavabdehlərin şahidləri cavabdeh İddiaçı evi satmadığını və iddiaçının ona və ya digər cavabdeh Elmar Abbasova pul vermədiyini bildirmişlər. Bu tələb üzrə iddiaçının şahidləri isə pulun verilmə vaxtı, miqdarı və əskinaslarla əlaqədar qeyri-dəqiq və ziddiyyətli ifadələr vermişlər. Məhkəmə o halı da nəzərə alır ki, bu tələb üzrə iddiaçı polis araşdrıması zamanı özü izahat vermiş və bildirmişdir ki, pulu cavabdeh Elmar Abbasova verərəkən yalnız özü, oğlu və əri olmuşdur. Yəni, bu zaman şahidlərin olması təsdiq edilməmişdir və pulun verilməsini təsdiq edən şahidlərin ifadələri mötəbər sübut kimi qiymətləndirilməməlidirlər. Ona görə də qarşılıqlı iddia tələbi təmin edilməməlidir. İlkin iddia ərizəsi təmin edildiyi üçün iddiaçı tərəfindən ödənilmiş 100 manat miqdarında dövlət rüsumunun əvəzi ilkin iddia ərizəsi üzrə cavabdehlərdən alınaraq iddiaçıya verilməlidir. Qarşılıqlı iddia ərizəsi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Аzərbаycаn Rеspublikаsı MPMnin 216-227, 358-360 və 362-cı mаddələrini rəhbər tutаrаq, qət etdi : İlkin iddia tələbi təmin edilsin. Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 İddiaçı Hümbət oğlunun mülkiyyətində olan Gədəbəy rayonu, Novosaratovka kəndində olan 0.25 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evindən çıxarılsınlar. Ödənilmiş 100 manat miqdarında dövlət rüsumunun əvəzi Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 alınaraq, İddiaçı verilsin. Qarşılıqlı iddia tələbi təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar