Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-569/2023 03.07.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X11 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, mərhum X1ndan miras qalmış, Gədəbəy rayonu, Slavyanka kəndində yerləşən, JN-0391 KOD 50506018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı əsasında verilmiş 0.83 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq torpaq sahəsinin ½ hissəsindən və JN-494D KOD 50526018 saylı “Torpağın mülkiyyətə verilməinə dair” Şəhadətnamə əsasında verilmiş 0.25 ha həyətyanı torpaq sahəsinin ½ hissəsindən ibarət miras əmlakın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi və mərhum atası X2 miras qalmış, Gədəbəy rayonu, Slavyanka kəndində yerləşən, JN-0391 KOD 50506018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı əsasında verilmiş 0.83 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq torpaq sahəsinin ½ hissəsindən, JN-494D KOD 50526018 saylı “Torpağın mülkiyyətə verilməinə dair” Şəhadətnamə əsasında verilmiş 0.25 ha həyətyanı torpaq sahəsinin ½ hissəsindən və həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evindən ibarət miras əmlakın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, atası X10 ilə X1 1955-ci ildə qeyri-rəsmi ailə qurmuşlar. Onların birgə nikahından o, Ərizəçi, X8, X4, X9, X13 adında 5 övladı olmuşdur. X1 xx.xx.2013-cü ildə, atası X10 xx.xx.2016-cı ildə vəfat etmişdir. Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 10 aprel 2001-ci il tarixli, 05 saylı qərarı ilə Gədəbəy rayonu, Slavyanka kəndində atası X5 və X1nın ümumi birgə mülkiyyətinə 0.83 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. Bu barədə JN-0391 KOD 50506018 saylı "Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı tərtib edilmişdir. Eləcə də Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 10 aprel 2001-ci il tarixli, 05 saylı qərarı ilə Gədəbəy rayonu, Slavyanka kəndində atası X5 və X1nın ümumi birgə mülkiyyətinə 0.25 ha həyətyanı torpaq sahəsi verilmişdir. Bu barədə JN-494D KOD 50526018 saylı “Torpağın mülkiyyətə verilməinə dair” Şəhadətnamə tərtib edilmişdir. Valideynlərim sağlığında 1966-cı ildə həmin torpaq sahəsində fərdi yaşayış evi tikmişlər. Ev təsərrüfatbaşına kitabda atasının adına qeyd edilmişdir. Onlar həmin evdə doğulmuş və orada böyümüşlər. Evin yardımçı sahələri kimi mal tövləsi, əl damı, hamam, quş damı və çardaq vardır. Ev zirzəmidən, 3 otaq, 1 şüşəbənddən ibarət olmaqla birmərtəbəli fərdi yaşayış evidir. Evin mövcudluğunu təsdiq etmək üçün həm də daşınmaz əmlakın icbari sığorta şəhadətnaməsinin surətini ərizəsinə əlavə etmişdir. Atasının və anasının vəfatından sonra onlardan miras qalmış, Gədəbəy rayonu, Slavyanka kəndində yerləşən 0.83 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinə, 0.25 ha həyətyanı torpaq sahəsinə və torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinə faktiki olaraq o sahiblik etmişdir. Mirasın qəbulu üçün qanunla nəzərdə tutulmuş müddət ərzində notariat orqanına müraciət etməsə də, həmin əmlakları valideynlərindən qalmış miras əmlak olaraq qəbul etməsini şəksiz nümayiş etdirmişdir. Bu halı təsdiq etmək üçün Slavyanka kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 548 və 549 saylı vərəsəlik arayışlarını və xx.xx.2017-ci il tarixli arayışını ərizəsinə əlavə etmişdir. Həmin arayışlardan da görünür ki, həqiqətən valideynlərindən qalmış təsərrüfatı o idarə edir. Buna baxmayaraq, qeyd etdiyi kimi, mirasın qəbulu üçün qanunla nəzərdə tutulmuş müddətdə notariat orqanına müraciət etməmişdir. O, atasından və anasından miras qalmış əmlakları öz adına sənədləşdirmək üçün Gədəbəy rayon Notariat ofisinə müraciət etmiş, lakin Gədəbəy rayon Notariat ofisi tərəfindən ona mirasın qəbulu üçün müddəti keçirdiyi üçün vərəslik şəhadətnaməsinin verilməsinin mümkün olmaması barədə xx.xx.2023-cü il tarixli, 239 nömrəli imtina məktubu verilmişdir. Atasından və anasından qalmış miras əmlaklarla bağlı bacılarında onun arasında heç bir mübahisə yoxdur. Bacıları 10 ildən çoxdur ki, Rusiya Federasiyasında yaşayırlar. Hal-hazırda valideynlərindən qalmış miras əmlakı qəbul etmək üçün heç bir mübahisə yoxdur. Odur ki, mərhum X1ndan qalmış, Gədəbəy rayonu, Slavyanka kəndində yerləşən 0.83 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin və 0.25 ha həyətyanı torpaq sahəsinin ½ hissəsindən, mərhum atası X2 qalmış, Gədəbəy rayonu, Slavyanka kəndində yerləşən 0.83 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin və 0.25 ha həyətyanı torpaq sahəsinin ½ hissəsindən və həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evindən ibarət mirasın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını istəyir. Sözügedən 0.83 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinə və 0.25 ha həyətyanı sahəsinə mərhum atası X5 və mərhum X1nın ümumi birgə mülkiyyət hüququna dair qanuni gözləntisi olmuş, həmçinin, 0.25 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evinə mərhum atası X5 mülkiyyət hüququna dair qanuni gözləntisi olmuş, onlar sağlığında həmin əmlakları daşınmaz əmlakın dövlət reyestrində adlarına qeydiyyata aldırmaqda hər hansı maneə olmamışdır. Ərizəçi məhkəmə iclasında ərizəsində göstərilənlərə oxşar izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Gədəbəy Notariat Ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, o, nümayəndəsini məhkəməyə göndərməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, işdə olan ünvan 1ndən verilmiş xx.xx.2023-cü il tarixli, 545 nömrəli arayışdan görünür ki, Ərizəçi atası X5 adına Slavyanka kəndində 0.25 ha həyətyanı torpaq sahəsində 1966-cı ildə özü tərəfindən inşa edilmiş yaşayış evi, mal tövləsi, əl damı, hamam, quş damı və çardaq qeyd edilmişdir. İşdə olan ünvan 1ndən verilmiş xx.xx.2017-ci il tarixli, 66 nömrəli arayışdan görünür ki, Ərizəçi atası mərhum X10 ölən bir günə kimi Gədəbəy rayonu, Slavyanka kəndində qeydiyyatda olmaqla yaşamış və xx.xx.2016-cı il tarixdə vəfat etmişdir.Ərizəçi atası ölməmişdən əvvəl onunla bir evdə yaşamış və ona qulluq etmişdir. X10 öləndən sonra da oğlu Ərizəçi həmin evdə yaşamaqla davam edir və həmin təsərrüfatı idarə edir. Mərhumun övladları olan X8, X4, X9, X13 başqa ünvanlarda yaşayırlar. İşdə olan ünvan 1ndən verilmiş xx.xx.2023-cü il tarixli, 548 nömrəli arayışdan görünür ki, Ərizəçi mərhum atası X10 ölən bir günə kimi Gədəbəy rayonu, Slavyanka kəndində yaşamışdır və xx.xx.2016-cı il tarixdə vəfat etmişdir. Mərhumun başqa yerdə yaşayan ailə üzvləri kimi X8, X4, X9, X13 və Ərizəçi qeyd edilmişdir. İşdə olan ünvan 1ndən verilmiş xx.xx.2023-cü il tarixli, 549 nömrəli arayışdan görünür ki, Ərizəçi mərhum X1 ölən bir günə kimi Gədəbəy rayonu, Slavyanka kəndində yaşamışdır və xx.xx.2013-cü il tarixdə vəfat etmişdir. Mərhumun başqa yerdə yaşayan ailə üzvləri kimi X8, X4, X9, X13 və Ərizəçi qeyd edilmişdir. İşdə olan doğum haqqında şəhadətnamənin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi xx.xx.1962-ci il tarixdə anadan olmuşdur. Atası qrafasında X10, anası qrafasında X12 qeyd edilmişdir. İşdə olan JN-0391 KOD 50526018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktının surətindən görünür ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli, 05 nömrəli qərarı ilə X5 və X6 mülkiyyətinə Gədəbəy rayonu, Slavyanka kəndində 0.83 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan JN-494D KOD 50526018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin surətindən görünür ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli, 05 nömrəli qərarı ilə X5 və X6 mülkiyyətinə Gədəbəy rayonu, Slavyanka kəndində 0.25 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan ölüm haqqında şəhadətnamələrin lazımi qaydada təsdiq edilmiş surətlərindən görünür ki, X10 xx.xx.2016-cı il tarixdə, X12 xx.xx.2013-cü il tarixdə ölmüşdür. İşdə olan Gədəbəy rayon Notariat ofisi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2023-cü il tarixli, 239 nömrəli məktubdan görünür ki, vərəsəliyin qəbulu müddətini keçirdiyinə görə Ərizəçi aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Məhkəmə ərizəçinin miras əmlakın qanun üzrə qəbul edilməsi barədə tələbinin qanuni əsaslarının mövcud olub-olmaması məsələsinin aydınlaşdırılması üçün X2 və X3 miras əmlakın qalıb-qalmaması, miras kütləsinin dairəsinin, hansı vərəsəlik hüquq münasibətlərinin mövcudluğunun, vərəsələrin dairəsinin və mirasın bölüşdürülməsi qaydasının aydınlaşdırılmasını zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1151.2-ci maddəsinə əsasən, mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Məhkəmə iclasında müəyyən olundu ki, X10 və X12 ilə faktiki olaraq evlənib ailə qurmuşlar. Onların birgə yaşadıqları dövrdə Ərizəçi, X8, X4, X9 və X13 adında 5 övladı olmuşdur. Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli, 05 nömrəli qərarı ilə X5 və X6 mülkiyyətinə Gədəbəy rayonu, Slavyanka kəndində JN-0391 KOD 50526018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən, 0.83 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi və JN-494D KOD 50526018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən 0.25 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həyətyanı torpaq sahəsində fərdi yaşayış evi vardır. Fərdi yaşayış evinə X5 mülkiyyət hüququnu təsdiq edən sənəd olmasa da, həmin evin X7 məxsusluğu mübahisələndirilmir və məhkəmə hesab edir ki, həmin fərdi yaşayış evinə dair X5 mülkiyyətə qanuni gözləntiləri vardır. Belə ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Akimova Azərbaycana qarşı» iş üzrə 27 sentyabr 2007-ci il tarixli qərarında xatırlatmışdır ki, «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki «mülkiyyət» anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da «mülkiyyət» kimi qiymətləndirilə bilər. Həmin iş üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, ərizəçi mübahisələndirdiyi mənzil üzərində mülkiyyət hüququna malik olmasa da, onun Mənzil fondunun özəlləşdirilməsi haqqında Qanuna uyğun olaraq həmin mənzili müəyyən şərtlərlə əvəzsiz olaraq mülkiyyətinə keçirmək hüququ olduğundan, ərizəçinin həmin mənzilə olan iddiaları 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsinin tətbiqi dairəsinə düşən «mülkiyyətin» təşkil olunması üçün kifayət qədər əsaslı olmuşdur. Məhkəmə Avropa Məhkəməsinin qeyd edilən presedent hüququna istinad edərək hesab edir ki, mərhum X5 Gədəbəy rayonu, Slavyanka kəndində yerləşən fərdi yaşayış evindən ibarət əmlaka dair mülkiyyət hüququnun gözləntisi olmuş və həmin əmlak X5 mülkiyyəti kimi qiymətləndirilməlidir. X10 xx.xx.2016-cı il tarixdə, X12 xx.xx.2013-cü il tarixdə vəfat etmişdir. Onların ölümündən sonra Gədəbəy rayonu, Slavyanka kəndində fərdi yaşayış evi, 0.83 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və 0.25 ha həyətyanı torpaq sahəsi miras qalmışdır. Odur ki, məhkəmə hesab edir ki, həmin torpaq sahələri və fərdi yaşayış evi X2 və X3 qalmış miras kütləsinə daxil edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Məhkəmə miras əmlaka dair vərəsəlik hüquq münasibətlərinin növünü aydınlaşdıraraq, hesab edir ki, vəsiyyətnamə qoyulmadığından X2 və X3 qalmış miras əmlaka dair qanun üzrə vərəsəlik hüquq münasibətləri tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1 və 1159.1.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1166-cı maddəsinə əsasən, fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-ci maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Qanun üzrə vərəsələrin dairəsi və vərəsələr tərəfindən tərəfindən mirasın qəbul edilib-edilməməsi məsələsini həll edərkən məhkəmə qeyd etməlidir ki, miras qoyanın qanun üzrə vərəsə ola biləcək digər uşaqları X8, X4, X9 və X13, X5 və X6 ölümündən uzun müddət əvvəl başqa təsərrüfata köçmüş və hal-hazırda da başqa təsərrüaftlarda yaşayırlar. Bununla da məhkəmə onların miras əmlakı qəbul etməmələrini nəzərə alır və hesab edir ki, onlar atalarından qalmış miras əmlaka münasibətdə qanun üzrə vərəsə olmaq hüququnu itirmişlər. Ərizəçi valideynlərinin ölümündən sonra qalmış mirası qanun üzrə vərəsə olaraq qəbul etmişdir. Belə ki, miras qalmış əmlaklar hazırda da ərizəçinin faktiki nəzarətindədir və həmin əmlakları o idarə edir. Beləliklə, məhkəmə işdəki sübutlara tətbiq edilməli hüquq normalarına uyğun hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, X6 ölümündən sonra qalmış, Gədəbəy rayonu, Slavyanka kəndində yerləşən, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli, 05 nömrəli qərarı ilə JN-0391 KOD 50526018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı əsasında verilmiş 0.83 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin ½ hissəsindən və JN-494D KOD 50526018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə əsasında verilmiş 0.25 ha həyətyanı torpaq sahəsinin ½ hissəsindən ibarət miras əmlakın Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilməli və X5 ölümündən sonra qalmış, Gədəbəy rayonu, Slavyanka kəndində yerləşən, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli, 05 nömrəli qərarı ilə JN-0391 KOD 50526018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı əsasında verilmiş 0.83 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin ½ hissəsindən, JN-494D KOD 50526018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə əsasında verilmiş 0.25 ha həyətyanı torpaq sahəsinin ½ hissəsindən və həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evindən ibarət miras əmlakın Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-in 305.1.1-ci maddəsinə əsasən, məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307.2.9-cu maddəsinə əsasən, məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 307-311, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizə təmin edilsin. X6 ölümündən sonra qalmış, Gədəbəy rayonu, Slavyanka kəndində yerləşən, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli, 05 nömrəli qərarı ilə JN-0391 KOD 50526018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı əsasında verilmiş 0.83 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin ½ hissəsindən və JN-494D KOD 50526018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə əsasında verilmiş 0.25 ha həyətyanı torpaq sahəsinin ½ hissəsindən ibarət miras əmlakın Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. X5 ölümündən sonra qalmış, Gədəbəy rayonu, Slavyanka kəndində yerləşən, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli, 05 nömrəli qərarı ilə JN-0391 KOD 50526018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı əsasında verilmiş 0.83 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin ½ hissəsindən, JN-494D KOD 50526018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə əsasında verilmiş 0.25 ha həyətyanı torpaq sahəsinin ½ hissəsindən və həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evindən ibarət miras əmlakın Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №2(042)-569/2023
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-569/2023
03.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver