Məhkəmə qərarları › İş №2(042)-570/2020

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-570/2020

27.07.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-570/2020 27.07.2020 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X10 oğlunun katibliyi, İddiaçı, Cavabdeh1 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi və vəkili X12 iştirakları ilə, İddiaçı Cavabdeh1 qarşı “azyaşlı uşaqları ilə birlikdə evə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq onun azyaşlı uşaqları ilə birlikdə 2013-cü ildən xx xxxxx 2020-ci ilədək yaşadığı, ünvan 1 ünvanında yerləşən, Cavabdeh1 məxsus olan fərdi yaşayış evinə köçürülməyinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdi və izahat verərək bildirdi ki, o, Cavabdeh2 ilə xx xxxxxx 2013-cü ildə rəsmi nikaha daxil olaraq evlənmişlər. Toy mərasimləri olan gündən hazırda cavabdeh olan qaynatası Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə gəlin köçmüşdür. 7 ilə yaxın həmin evdə yaşamış, cavabdehlə birgə təsərrüfat aparmışdır. Birgə yaşadıqları dövrdə onların xx.xx.2014-cü il təvəllüdlü X6 və xx.xx.2018-ci il təvəllüdlü X7 adında iki uşaqları olmuşdur. O, xx xxxxx 2020-ci il tarixdə gəlin köçdüyü evdən əri Cavabdeh2 tərəfindən döyülərək uşaqları ilə birlikdə qovulmuşdur. Aralarında olan nikah Gədəbəy rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Hazırda uşaqları ilə birlikdə müvəqqəti olaraq valideynlərinin yanında yaşayır. O, cavabdehə dəfələrlə onların yaşaması üçün ev verilməsini tələb etsə də bu heç bir nəticə verməmişdir. O həmin evdə təsərrüfatbaşına kitabında qeydiyyatdadır. Ona görə də hesab edir ki, onun azyaşlı uşaqları ilə birlikdə həmin evdən istifadə etmək hüququ var və onlar həmin evə köçürülməlidir. Odur ki, o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında ona qarşı olan iddia tələbini etiraf etmədi və izahat verərək bildirdi ki, onun oğlu Cavabdeh2 ilə İddiaçı ilə xx xxxxxx 2013-cü ildə rəsmi nikaha daxil olaraq evlənmişlər. Birgə yaşadıqları dövrdə onların iki övladı olmuşdur. İddiaçının gəlin köçdüyü ev ona məxsusdur. Həmin evin tikintisində iddiaçının heç bir rolu olmamışdır. İddiaçı və onun oğlu Azər aralarında olan narazılığa görə məhkəmə qaydasında boşanmışlar və ailə münasibətlərinə xitam verilmişdir. O, iddiaçının evə köçürülməsi tələbi ilə razı deyildir. Onunla iddiaçı arasında olan ailə münasibətləri tamamilə kəsilmişdir. Oğlu Azərlə iddiaçının nikahları pozulduğuna və ailə münasibətlərinə xitam verildiyinə görə iddiaçının onun evinə köçüb yaşaması qeyri-qanunidir. Odur ki, o, iddia tələbinin təmin edilməməsini xahiş etdi. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi və vəkili X15 məhkəmə iclasında iddia tələbini qəbul etmədi və Cavabdeh1 izahatı ilə eyni məzmunlu izahat verərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, işdəki sübutları və digər materialları araşdıraraq hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, işdə olan Gədəbəy RİHB-nin Gədəbəy şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 1030 saylı arayışdan görünür ki, İddiaçı 13 nömrəli ev təsərrüfatlarının uçotu kitabının 38-ci səhifəsində qeyd edilmişdir. Ailə üzvləri əri Cavabdeh2, qızları X6 və X2 ibarətdir. İşdə olan cavabdehə aid AZE № 1******** seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh1 ünvan 1 ünvanında qeydiyyatdadır. İşdə olan Dövlət Torpaq Kadastrı kitabında xx.xx.2010-cu il tarixdə 564 nömrə ilə uçota alınmış A № 274757 seriyalı “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Gədəbəy rayon X8 xx xxxxxx 2009-cu il tarixli, 03 nömrəli qərarı ilə Gədəbəy şəhərində X3 adına 599.38 kv.m həyətyanı torpaq sahəsi ayrılmışdır. İşdə olan Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(042)-436/2020 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh2 arasında xx xxxxxx 2013cü il tarixdə Gədəbəy Rayon Qeydiyyat Şöbəsində bağlanmış nikah pozulmuş,tərəflərin birgə nikahlarından xx.xx.2014-cü il tarixdə doğulmuş X6 və 16.042018-ci il tarixdə doğulmuş X1rı İddiaçıhimayəsinə verilməsi, xx.xx.2014-cü il tarixdə doğulmuş X4 və xx.xx.2018- ci il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh2hər ay hər uşaq üçün 110 manat, cəmi, 220 sabit miqdarda aliment alınaraq, İddiaçı verilməsi qət edilmişdir. İşdə olan AZ-İİİ 287920 seriyalı və AZ-İV 093083 seriyalı doğum haqqında şəhadətnamənin lazımi qaydada təsdiq edilmiş surətlərindən görünür ki, X6 xx.xx.2014-cü il tarixdə, X7 xx.xx.2018-ci il tarixdə doğulmuş, ataları qrafasında Cavabdeh2, anaları qrafasında İddiaçı qeyd edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İİ hissəsinə görə insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin Vİİ hissəsinə görə insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir. Beləliklə, məhkəmə iclasında tərəflərin izahatları, iş materiallarında olan sübutlarla müəyyən olundu ki, mübahisəli fərdi yaşayış evi ünvan 1 ünvanında yerləşir. Mübahisəli fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış evdir. Buna baxmayaraq fərdi yaşayış evinin Cavabdeh1 məxsus olması mübahisələndirilmir. İşin mübahisələndirilməyən faktiki hallarından göründüyü kimi, Cavabdeh2 ilə İddiaçı xx xxxxxx 2013-cü ildə rəsmi nikaha daxil olaraq olaraq evlənmişlər. Birgə yaşadıqları dövrdə onların xx.xx.2014-cü il təvəllüdlü X6 və xx.xx.2018-ci il təvəllüdlü X7 adında iki uşaqları olmuşdur. İddiaçı 2013-cü ildə qaynatası Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə gəlin köçmüş, evə köçməsi zamanı heç bir qeyd-şərt göstərilməmişdir. İddiaçı ilə üçüncü şəxs Cavabdeh2 arasında rəsmi nikah olmuşdur. İddiaçı cavabdehlə bir ailədə ər-arvad münasibətlərində 2019-cu ilə kimi yaşamışlar. 2020-ci ildə yaranmış ailə mübahisələrinə görə iddiaçı mübahisəli evdən çıxmış, Cavabdeh2 ilə aralarında olan nikah pozulmuş və ailə əlaqələrinə xitam verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsində yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra da onun (yaşayış sahəsinin mülkiyyətçisinin) keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ nəzərdə tutulduğu halda, Mənzil Məcəlləsinin 30.4-cü maddəsində yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququnun olmaması aydın şəkildə müəyyən olunmuşdur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun x xxxxxxx 2013-cü il tarixli qərarında göstərilmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Qeyd olunan hüquq normalarının dispozitiv şərtlərinə əsasən məhkəmə qeyd edir ki, İddiaçı ilə Cavabdeh2 arasında rəsmi ailə münasibətləri 2013-cü ildə yaranmışdır. 2020-ci il tarixdə isə iddiaçı ilə uçucu şəxs Cavabdeh2, eləcə də cavabdeh arasında olan ailə münasibətlərinə xitam verilmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, yaranmış mülki mübahisəyə Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Məhkəmə qeyd olunan hüquq normalarını iddiaçının hazırkı iddia tələbinə tətbiq edərək belə qənaətə gəlir ki, iddiaçı ilə Cavabdeh2 arasında olan nikah pozulduğundan və ailə münasibətlərinə xitam verildiyindən, iddiaçının mübahisəli fərdi yaşayış evinə istifadə hüququ saxlanıla bilməz. Eyni zamanda, məhkəmədə müəyyən edildi ki, iddiaçı hazırda valideynləri ilə birgə yaşayır. İddiaçı nikahdan əvvəl atası evində yaşamaqla, yaşayış sahəsinə olan ehtiyacını təmin etmişdir. Ona görə məhkəmə hesab edir ki, iddiaçının mübahisəli yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququnun saxlanılması üçün də heç bir əsas yoxdur. Odur ki, iddiaçının iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərkən dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddia tələbi təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 307- 311, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Cavabdeh1 qarşı “azyaşlı uşaqları ilə birlikdə evə köçürülmə” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 10 (on) manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar