Məhkəmə qərarları › İş №2(042)-571/2025

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-571/2025

12.08.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-571/2025 12.08.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Salmanov Orxan Aqil oğlunun katibliyi, iddiaçılar İddiaçı1, İddiaçı3 və Cavabdeh iştirakları ilə iddiaçılar İddiaçı1, İddiaçı3 Cavabdeh qarşı torpaq sahəsi və fərdi yaşayış evindən çıxarılma, torpaq sahəsi və fərdi yaşayış evinin boşaldılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1,İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı DƏDRX-i tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ********** qedydiyyat nömrəli çıxarış əsasında onlara məxsus olan Gədəbəy şəhəri,Süleyman Hüseynov küçəsi,ev 14 ünvanında yerləşən 0.25 ha həyətyanı torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən,ümumi sahəsi 134.1 kv.m olan fərdi yaşayış evindən cavabdeh X2 çıxarılması, torpaq sahəsi və fərdi yaşayış evinin X7 tərəgindən boşaldılaraq, onlara təhvil verilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə baxışı iclasında İddiaçı1 iddia tələbini müdafiə etmiş, izahat verərək, bildirmişdir ki, ünvan 2 ünvanında , yəni, Qumlu massivində, yerləşən 0.25 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, ümumi sahəsi 134.1 kv.m olan fərdi yaşayış evi X16, İddiaçı1, İddiaçı2 və İddiaçı3 adına paylı mülkiyyət hüququ əsasında hər birisinə 1/4 hissə pay olmaqla qeydiyyata alınmışdır.Bu barədə daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış verilmişdir.X16 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir.Hazırda cavabdeh X8 onlara məxsus torpaq sahəsini qanunsuz olaraq zəbt etmiş, fərdi yaşayış evinə isə qanunsuz olaraq daxil olmuşdur.Cavabdeh qanunsuz olaraq onlara məxsus torpaq sahəsini əkib-becərir.Dəfələrlə cavabdehdən onlara məxsus torpaq sahəsindən və fərdi yaşayış evindən çıxmasını tələb etsələr də, heç bir müsbət nəticəsi olmamış, o, öz qanunsuz hərəkətlərini davam etdirmişdir. Ona görə də iddia tələbinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə baxışı iclasında İddiaçı3 eyniməzmunlu izahat vermiş, iddia tələbinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə baxışı iclasında iddia tələbinə etiraz etmiş, izahat verərək, bildirmişdir ki, Gədəbəy Rayon Məhkəməsinin 01 mart 2022-ci il tarixli qətnaməsi ilə anası X3 həmin ünvanda yerləşən torpaq sahəsi və üzərində olan yaşayış evinə payı müəyyən edilmişdir. Anasının icazəsi və razılığı ilə həmin evdə yaşayır. İddiaçıların da torpaq sahəsindən istifadə etmələrinə və evdə yaşamalarına etiraz etmir. Ona görə də iddia tələbinin təmin edilməməsi barədə qətnamə çixarılmasını xahiş edir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan Çıxarışın surətindən görünür ki, 21 dekabr 2022-ci il tarixdə Gədəbəy şəhəri,Süleyman Hüseynov küçəsi ünvanında 0.25 ha həyətyanı torpaq sahəsinə X16, İddiaçı1, İddiaçı2 və İddiaçı3 hər birinin 1/4 hissədə mülkiyyət hüquqları qeydə alınmışdır. İşdə olan Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(042)-2021/2022 saylı qətnaməsindən görünür ki, X9 və X4 ölümündən sonra miras qalmış Gədəbəy rayonu, Qumlu kəndində yerləşən JN 313 A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə əsasında birgə mülkiyyətdə olan həyətyanı torpaq sahəsinin 2/6 hissəsindən və həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evindən ibarət miras əmlaka qanun üzrə vərəsələri X12 1/4 hissədə, X10 1/4 hissədə, X5 1/4 hissədə və X3 1/4 hissədə payları müəyyən edilmişdir. İşdə olan Arayışdan görünür ki, X1 Səbinə Mübariz qızının anasıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəflərin izahatını və işdə olan sənədləri təhlil edərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 29.1-ci maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir. Həmin Məcəllənin 29.2-ci maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi mülki qanunvericiliklə, bu Məcəllə ilə müəyyən edilmiş tələblər nəzərə alınmaqla ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsini kirayə müqaviləsi, əvəzsiz istifadə və ya digər qanuni əsaslarla fiziki və ya hüquqi şəxslərin istifadəsinə vermək hüququna malikdir. Məcəllənin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, Gədəbəy Rayon Məhkəməsinin 01 mart 2022-ci il tarixli qətnaməsi ilə cavabdehin anası X3 eyni ünvanda yerləşən torpaq sahəsi və üzərində olan yaşayış evinə payı müəyyən edilmişdir. Cavabdeh ailə üzvi kimi, anasının icazəsi və razılığı ilə həmin evdə yaşayır. Eyni zamanda, cavabdeh iddiaçıların da torpaq sahəsindən istifadə etmələrinə və evdə yaşamalarına etiraz etmir.Ona görə də iddia tələbi təmin edilməməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Аzərbаycаn Rеspublikаsı MPMnin 216-227, 358-360 və 362-cı mаddələrini rəhbər tutаrаq, qət etdi: İddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar