Məhkəmə qərarları › İş №2(042)-575/2024

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-575/2024

06.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-575/2024 06.08.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi ilə iddiaçı BOKT İnternational ASC-nin cavabdeh X3 qаrşı pul tələbinə dair mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı BOKT İnternational ASC cavabdeh X3 qarşı cavabdeh X1 iddiaçının xeyrinə 5.372,1 AZN vəsaitin və dövlət rüsumu olaraq ödənilmiş 73.72 AZN məbləğində vəsaitin qaytarılması tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı BOKT İnternational ASC-nin nümayəndəsi məhkəməyə ərizə göndərərək işə nümayəndəsinin iştirakı olmadan baxılaraq, iddia tələbinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsindən görünür ki, ünvan 1 ünvandakı yerləşən 105.3 kv.m qeyri-yaşayış sahəsinin keçmiş mülkiyyətçisi X4 ilə BOKT "xxxx" ASC arasında xx.xx.2020-ci il tarixdə icarə müqaviləsi bağlanmış, aylıq icarə haqqı 6.395,35 manat razılaşdırılmaqla qeyriyaşayış sahəsi 5 il müddətində X4 tərəfindən BOKT "xxxx" ASC-ə icarəyə verilmişdir. Alim Babayev qeyri-yaşayış sahəsini xx.xx.2021-ci il tarixdə X2, sonuncu isə xx.xx.2021-ci il tarixdə cavabdeh X6ma satmışdır. Tərəflər arasında bağlamış icarə müqaviləsinin 5-ci bəndinə əsasən icarəyə götürən vergi daxil 6.395,35 manat məbləğində icarə haqqını icarəçiyə ödəməli idi. Vergi qanunvericiliyin tələblərinə əsasən icarəyə verənin VÖEN-i olmadığı üçün həmin məbləğdən vergini tutmaq və dövlət büdcəsinə ödəmək hüquqi şəxs olan icarəçinin vəzifəsidir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən iddiaçının sorğusu əsasında verilmiş xx.xx.2023-cü il tarixi aravışdan görünür ki, iddiaçı icarə obyektindən icarə müqaviləsi üzrə faktiki istifadə etdiyi üçün xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr ərzində 5.372,1 manat məbləğində vergi ödəmişdir. Sonradan isə tərəflər arasında yaranan mübahisə ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(103)-4011/2022 nömrəli qətnaməsi ilə 2021-ci ilin iyul-2022-ci ilin yanvar ayları üçün icarə müqaviləsində göstərilən məbləği vergi daxil olmaqla (6.395,35 manat x 7 ay) yeni mülkiyyətçiyə ödəməli olmuşdur. Belə olan halda BOKT tərəfindən xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr ərzində vergi məbləği iki dəfəhəm vergi orqanına, həm də cavabdeh Mirvari Kazımovaya ödənilmişdir. Bu isə cavabdeh Mirvari Kazımovanın əsassız olaraq varlanmasına səbəb olmuşdur. Ona görə də iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh X3 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 14 noyabr 2022-ci il tarixli 2/(102)-5566/2022 saylı Qərarından görünür ki, iddiaçı 2021-ci ilin iyul- 2022-ci ilin yanvar ayları üçün icarə müqaviləsində göstərilən məbləği vergi daxil olmaqla (6.395,35 manat x 7 ay) yeni mülkiyyətçiyə, yəni, cavabdeh X3 ödəməlidir. İşdə olan X7 Vergi Cədvəldən görünür ki, 2 iyun 2021-ci il tarixdən 03 dekabr 2021ci il tarixədək X5 hər ay 895.35 manat olmaqla cəmi, 6267.45 manat vergi ödəmişdir. Аzərbаycаn Rеspublikаsı MPM-nin 14.2-ci mаddəsinə əsаsən məhkəmə yаlnız tərəflərin təqdim еtdikləri sübutlаrı аrаşdırmаlı və оnlаrdаn istifаdə еtməlidir. Həmin Məcəllənin 77.1-ci mаddəsinə əsаsən hər bir tərəf öz tələblərinin və еtirаzlаrınınəsаsı kimi istinаdеtdiyihаllаrı sübut еtməlidir. Məcəllənin 217.4-cü mаdəsinəəsаsən məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Məhkəmə işdə olan sənədləri tədqiq edərək, hеsаb еdir ki, iddiа tələbi təmin еdilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1;14.2; 14.2.6.14.2.7-ci maddələrinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən, o cümlədən başqa şəxsə zərər vurulması və əsassız varlanma nəticəsində əmələ gəlir. Həmin Məcəllənin 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Məcəllənin 1092-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İnsan Hüquqları üzrə Аvrоpа Məhkəməsinin "Mahmudovun Rusiyaya qarşı iş üzrə "26 iyul 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probalion”, yəni, sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həmmövculuğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, sübutetmə vəzifəsi üzərinə düşməsinə baxmayaraq, iddiaçı iddia tələbinin əsasları kimi istinad etdiyi faktiki halları təsdiq edən heç bir sübut təqdim etməmişdir. Bundan başqa, iddiaçının iddia ərizəsinə əlavə etdiyi Azərbaycn Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 14 noyabr 2022-ci il tarixli 2/(102)-5566/2022 saylı Qərarından görünür ki, iddiaçının təqsirli hüquqazidd əməli nəticəsində cavabdehə dəymiş zərərin əvəzi kimi 44767.45 manatın iddiaçıdan alınaraq, cavabdehə verilməsi qərara alınmışdır. Yəni, iddiaçı bu məbləği cavabdehə aylıq icarə haqqı kimi deyil, vurulmuş zərərin əvəzi kimi ödəməli olmuşdur. İddiaçı tərəfindən vergi orqanına ödənilməsi iddia edillən 5372.1 manat da cavabdehə deyil, vergi orqanına ödənilmişdir və bu cavabdehin bu məbləğdə əsassız varlanması halını istisna edir. Ona görə də iddia tələbi təmin edilməməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Аzərbаycаn Rеspublikаsı MPMnin 216-227, ***-**** və 5752-cı mаddələrini rəhbər tutаrаq, qət etdi: İddiа tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik еdən: Fizuli Mirzəquliyеv

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar