Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-576/2020 27.07.2020 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X8 oğlunun katibliyi, Ərizəçi etibarnamə üzrə nümayəndəsi X2 iştirakı ilə, Ərizəçi “doğum faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, onun xx.xx.1953-cü il tarixdə anadan olması faktının müəyyən edilməsi və atasının X5, anasının X7 olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi etibarnamə üzrə nümayəndəsi X6 ərizədə göstərilənlərlə eyni məzmunlu izahat verərək göstərdi ki, Ərizəçi onun bacısıdır. Ərizəçi xx.xx.1953-cü il tarixdə Gədəbəy rayonu, Heriknaz kəndində anadan olmuşdur. Valideynlərinin savadsızlığına görə ərizəçiyə doğum haqqında şəhadətnamə alınmamışdır. Ərizəçi yeni doğum haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etsə də, ona qeydiyyat orqanı tərəfindən xx.xx.2020-ci il tarixli, 05/13-150 saylı imtina məktubu verilmiş və qeyd edilmişdir ki, xx.xx.1953-cü il tarixdən, xx.xx.2020-ci il tarixə olan dövr ərzində Ərizəçi ilkin doğum akt qeydi aşkar edilməmişdir. Bu səbəbdən Ərizəçi yeni doğum haqqında şəhadətnamənin verilməsinin mümkün olmadığı bildirilmişdir. Ərizəçi atasından miras qalmış əmlakı və evi öz adına rəsmiləşdirmək istəsə də, doğum haqqında şəhadətnaməsi olmadığına görə bu mümkün olmamışdır. Ona görə də ərizəçinin xx.xx.1953-cü il tarixdə Gədəbəy rayonu, Heriknaz kəndində anadan olması faktının qeyd edilməklə yeni doğum haqqında şəhadətnamənin verilməsini, veriləcək olan doğum haqqında şəhadətnamənin ata qrafasında X5, ana qrafasında isə X1 qeyd edilməsinə dair qətnamə çıxaralımasını istəyir. Odur ki, o, ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Ərizəçi məhkəməyə ərizə verərək səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilmədiyini bildirmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Şahid X10 məhkəmə iclasında bildirdi ki, o, 1937-ci ildə anadan olmuş, hazırda Gədəbəy rayonu, Heriknaz kəndində yaşayır. Ərizəçini tanıyır, yaxın qonşusudur. Ərizəçinin doğulması yadındadır. Ərizəçi xx xxxxxx 1953-cü il tarixdə anadan olmuşdur. Onun atası X5, anası X7 olmuşdur. Ərizəçinin anası və atası vəfat etmişdir. Şahid X9 məhkəmə iclasında bildirdi ki, o, Ərizəçi qonşusudur. O, 1953-cü il tarixdə anadan olmuşdur. O, Rövşən ilə eyni tarixdə anadan olmuşdur. Ərizəçi andan olduğu vaxtdan əlil olmuşdur. Onun atası X5, anası X7 olmuşdur. Ərizəçinin anası və atası vəfat etmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 185.5-ci maddəsinə əsasən, məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin etibarnamə üzrə nümayəndəsini və şahidləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, işdə olan Gədəbəy rayonu İHB-nin Poladlı kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 166 saylı arayışdan görünür ki, Ərizəçi Gədəbəy rayonu, Heriknaz kəndində yaşayır və qeydiyyatdadır. İşdə olan AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, həmin şəxsiyyət vəsiqəsində Ərizəçi doğulduğu yer kimi Gədəbəy rayonu, Heriknaz kəndi, doğulduğu tarix kimi XX.XX.1953-cü il qeyd edilmişdir. İşdə olan Maraqlı şəxs tərəfindən vətəndaş Ərizəçi ərizəsinə cavab olaraq verilmiş xx.xx.2020-ci il tarixli, 05/13-150 saylı məktubdan görünür ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsinə və ona dəyişikliklər edilməsinə kifayət qədər əsaslar verən sənədlər olmadığından doğum akt qeydinin bərpasına dair ərizə qeydiyyat orqanında təmin edilməsi mümkün olmamışdır. Yoxlama doğum akt qeydi xx.xx.1953-cü ildən, xx.xx.2020-ci ilədək axtarılmışdır. İşdə olan Maraqlı şəxs tərəfindən vətəndaş Ərizəçi ərizəsinə cavab olaraq verilmiş xx.xx.2020-ci il tarixli, 05/15-158 saylı məktubdan görünür ki, Gədəbəy rayonu, Şəkərbəy kənd və Poladlı kənd İƏD üzrə nümayəndəliklərində və Gədəbəy rayon, Qeydiyyat şöbəsinin bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və valideynləri X3 və X4 nikah haqqında akt qeydi aşkar edilməmişdir. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş arayışlardan görünür ki, X5 xx.xx.1993-cü il tarixdə, X7 xx.xx.1998-ci il tarixdə vəfat etmişdir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinin tələbinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq 305.1.1-ci maddəsinə əsasən, məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Ərizəçi Gədəbəy rayonu, Heriknaz kəndində anadan olmuşdur. Lakin ona doğum haqqında şəhadətnamə verilməmişdir. Ərizəçinin xx.xx.1953-cü ildə doğulması etibarnamə üzrə nümayəndənin izahatı, həmçinin, şahid ifadələri ilə öz təsdiqini tapır. Eləcə də, ərizəçinin atasının X5, anasının X7 olması iş materiallarında olan sübutlar və şahid ifadələri ilə öz təsdiqini tapır. Onun doğum faktının məhkəmədən kənar qaydada müəyyən edilməsi mümkün deyildir. Odur ki, ərizəçi bununla əlaqədar haqlı olaraq məhkəməyə müraciət etmişdir. Beləliklə, məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 307-311, 360, 362-ci maddələrini rəhbər tutaraq, Q ə t e t d i: Ərizə təmin edilsin. Ərizəçi xx xxxxxx 1953-cü il tarixdə Gədəbəy rayonu, Heriknaz kəndində doğulmasına dair hüquqi əhəmiyyətli fakt müəyyən edilsin. Maraqlı şəxsnə həvalə edilsin ki, Ərizəçi veriləcək doğum haqqında şəhadətnamədə onun doğum tarixi kimi xx.xx.1953-cü il, özünün adı, soyadı və ata adı qrafasında – Ərizəçi, atası qrafasında – X5, anası qrafasında – X7 qeyd edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Marif Kazımov
Məhkəmə qərarları › İş №2(042)-576/2020
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-576/2020
27.07.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver