Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-578/2023 11.07.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X10 oğlunun katibliyi, Ərizəçi və onun etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, mərhum X2ndan miras qalmış, Gədəbəy rayonu, Moruxlu kəndində yerləşən 2101 kv.m, 383 kv.m və 799 kv.m ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəslərinin və 0.27 ha və 0.03 ha həyətyanı torpaq sahələrinin ½ hissəsindən ibarət miras əmlakın və mərhum atası X8 miras qalmış, Gədəbəy rayonu, Moruxlu kəndində yerləşən 2101 kv.m, 383 kv.m və 799 kv.m ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəslərinin və 0.27 ha və 0.03 ha həyətyanı torpaq sahələrinin ½ hissəsindən və həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evindən ibarət miras əmlakın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, atası X15 ilə X2 1960-cı ildə ailə qurmuşlar. Onların birgə nikahından bir övladı- o anadan olmuşdur. X2 xx.xx.2005-ci ildə, atası X15 xx.xx.2007-ci ildə vəfat etmişdir. Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 07 iyun 1998-ci il tarixli, 09 nömrəli qərarı ilə Gədəbəy rayonu, Moruxlu kəndində atası X9 və X2nın ümumi birgə mülkiyyətinə ayrı-ayrılıqda 0.27 ha və 0.03 ha həyətyanı torpaq sahələri verilmişdir. Bu barədə müvafiq olaraq JN-141D KOD 50525028 saylı və JN-141E KOD 50525028 saylı “Torpağın mülkiyyətə verilməinə dair” Şəhadətnamələr tərtib edilmişdir. Eləcə də Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 03 oktyabr 2002-ci il tarixli, 38 nömrəli qərarı ilə Gədəbəy rayonu, Moruxlu kəndində atası X9 və X2nın ümumi birgə mülkiyyətinə ayrı-ayrılıqda 2101 kv.m, 383 kv.m və 799 kv.m kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. Bu barədə müvafiq olaraq A № 251513, A № 251514 və A № 251515 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədləri tərtib edilmişdir. Həmin sənədlərdə təkcə atasının adı qeyd edilsə də torpaq sahələri atası ilə anasının ümumi birgə mülkiyyətinə verilmiş, “Torpaq sahəsinin planı və ölçüsü” sənədlərinin subyekt siyahısında anasının da adı qeyd edilmişdir. Ona görə də kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahələri də atası ilə anasının birgə mülkiyyəti hesab edilir. Valideynlərinin sağlığında 1976-cı ildə həmin torpaq sahəsində fərdi yaşayış evi tikmişlər. Evin ümumi sahəsi 140 kv.m-dir. Ev təsərrüfatbaşına kitabda atasının adına qeyd edilmişdir. O, həmin evdə doğulmuş və orada böyümüşdür. Ev zirzəmidən, 5 otaq, 1 şüşəbənd və 1 çardaqdan ibarət olmaqla kürsülü birmərtəbəli fərdi yaşayış evidir. Atasının və anasının vəfatından sonra onlardan miras qalmış, Gədəbəy rayonu, Moruxlu kəndində yerləşən 2101 kv.m, 383 kv.m və 799 kv.m ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinə, 0.27 ha və 0.03 ha həyətyanı torpaq sahəsinə və torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinə faktiki olaraq o sahiblik etmişdir. Mirasın qəbulu üçün qanunla nəzərdə tutulmuş müddət ərzində notariat orqanına müraciət etməsə də, həmin əmlakları valideynlərindən qalmış miras əmlak olaraq qəbul etməyini şəksiz nümayiş etdirmişdir. Bu halı təsdiq etmək üçün Moruxlu kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 56 və 57 saylı vərəsəlik arayışlarını ərizəsinə əlavə etmişdir. Həmin arayışlardan da görünür ki, həqiqətən valideynlərindən qalmış təsərrüfatı o idarə edir. Buna baxmayaraq, mirasın qəbulu üçün qanunla nəzərdə tutulmuş müddətdə notariat orqanına müraciət etməmişdir. O, atasından və anasından miras qalmış əmlakları öz adına sənədləşdirmək üçün Gədəbəy rayon Notariat ofisinə müraciət etmiş, lakin Gədəbəy rayon Notariat ofisi tərəfindən ona mirasın qəbulu üçün müddəti keçirdiyi üçün vərəslik şəhadətnaməsinin verilməsinin mümkün olmaması barədə xx.xx.2023-cü il tarixli, 92 nömrəli imtina məktubu verilmidir. Atasından və anasından qalmış miras əmlaklarla bağlı yeganə vərəsə odur. Ondan başqa valideynlərinin birinci növbə vərəsəsi yoxdur. Valdideynlərinin ata və anası da vəfat etmişdir. Hal-hazırda valideynlərindən qalmış miras əmlakı qəbul etmək üçün heç bir mübahisə yoxdur. Odur ki, mərhum X2ndan qalmış, Gədəbəy rayonu, Moruxlu kəndində yerləşən 2101 kv.m, 383 kv.m və 799 kv.m ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəslərinin, 0.27 ha və 0.03 ha həyətyanı torpaq sahələrinin ½ hissəsindən, mərhum atası X8 qalmış, Gədəbəy rayonu, Moruxlu kəndində yerləşən 2101 kv.m, 383 kv.m və 799 kv.m ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəslərinin, 0.27 ha və 0.03 ha həyətyanı torpaq sahələrinin ½ hissəsindən və həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evindən ibarət mirasın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını istəyir. Sözügedən əmlaklara mərhum atası X9 və mərhum X2nın ümumi birgə mülkiyyət hüququna dair qanuni gözləntisi olmuş, həmçinin, həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evinə mərhum atası X9 mülkiyyət hüququna dair qanuni gözləntisi olmuş, onlar sağlığında həmin əmlakları daşınmaz əmlakın dövlət reyestrində adlarına qeydiyyata aldırmaqda hər hansı maneə olmamışdır. Ərizəçi və onun etibarnamə üzrə nümayəndəsi Nümayəndə məhkəmə iclasında ərizəsində göstərilənlərə oxşar izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Gədəbəy Notariat Ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, o, nümayəndəsini məhkəməyə göndərməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini və onun nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, işdə olan Gədəbəy RİHB-nin Moruxlu kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 94 nömrəli arayışdan görünür ki, Ərizəçi Gədəbəy rayonu, Moruxlu kəndində qeydiyyatda olmamasına baxmayaraq Moruxlu kənd İƏD üzrə nümayəndəliyinin 01 nömrəli təsərrüfatbaşına kitabın 61-ci səhifəsinə və 58 nömrəli şəxsi hesabına əsasən Moruxlu kəndində yaşayır. İşdə olan Gədəbəy RİHB-nin Moruxlu kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 04 may 2023-cü il tarixli, 235 nömrəli arayışdan görünür ki, Nümayəndə mərhum babası X9 adına 1976-cı ildə inşa edilmiş ümumi sahəsi 140 kv.m fərdi yaşayış evi, 0.28 ha həyətyanı, 0.25 ha pay, 0.08 ha biçənək sahəsi var. İşdə olan Gədəbəy RİHB-nin Moruxlu kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 57 nömrəli arayışdan görünür ki, X15 ölən bir günə kimi Gədəbəy rayonu, Moruxlu kəndində yaşamışdır və xx.xx.2007-ci il tarixdə vəfat etmişdir. Mərhumun təsərrüfatında qalmış ailə üzvü kimi nəvəsi Nümayəndə, başqa yerdə yaşayan ailə üzvləri kimi Ərizəçi qeyd edilmişdir. X3 ata və anası vəfat etmişdir. İşdə olan Gədəbəy RİHB-nin Moruxlu kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 56 nömrəli arayışdan görünür ki, X7 ölən bir günə kimi Gədəbəy rayonu, Moruxlu kəndində yaşamışdır və 20 yanvar 2005-ci il tarixdə vəfat etmişdir. Mərhumun təsərrüfatında qalmış ailə üzvü kimi nəvəsi Nümayəndə, başqa yerdə yaşayan ailə üzvləri kimi Ərizəçi qeyd edilmişdir. X1 ata və anası vəfat etmişdir. İşdə olan doğum haqqında arayışlardan görünür ki, Ərizəçi xx.xx.1963-cü il tarixdə anadan olmuşdur. Atası qrafasında X15, anası qrafasında X7 qeyd edilmişdir. İşdə olan X17 kitabında xx.xx.2010-cu il tarixdə 465 nömrə ilə uçota alınmış A № 251515 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.2002-ci il tarixli, 38 nömrəli qərarı ilə X9 mülkiyyətinə Gədəbəy rayonu, Moruxlu kəndində 799 kv.m kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan X17 kitabında xx.xx.2010-cu il tarixdə 463 nömrə ilə uçota alınmış A № 251513 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.2002-ci il tarixli, 38 nömrəli qərarı ilə X9 mülkiyyətinə Gədəbəy rayonu, Moruxlu kəndində 2101 kv.m kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan X17 kitabında xx.xx.2010-cu il tarixdə 464 nömrə ilə uçota alınmış A № 251514 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.2002-ci il tarixli, 38 nömrəli qərarı ilə X9 mülkiyyətinə Gədəbəy rayonu, Moruxlu kəndində 383 kv.m kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan JN-141D KOD 50525028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 09 nömrəli qərarı ilə X9 və X5 mülkiyyətinə Gədəbəy rayonu, Moruxlu kəndində 0.27 ha torpaq sahəsi verilmişdir. İşdə olan JN-141E KOD 50525028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin surətindən görünür ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 09 nömrəli qərarı ilə X9 və X5 mülkiyyətinə Gədəbəy rayonu, Moruxlu kəndində 0.03 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan Gədəbəy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında arayışlardan görünür ki, X15 xx.xx.2007-ci il tarixdə, X7 xx.xx.2005-ci il tarixdə ölmüşdür. İşdə olan Gədəbəy rayon Notariat ofisi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2023-cü il tarixli, 92 nömrəli məktubdan görünür ki, vərəsəliyin qəbulu müddətini keçirdiyinə görə Ərizəçi aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Məhkəmə ərizəçinin miras əmlakın qanun üzrə qəbul edilməsi barədə tələbinin qanuni əsaslarının mövcud olub-olmaması məsələsinin aydınlaşdırılması üçün X8 və X4 miras əmlakın qalıb-qalmaması, miras kütləsinin dairəsinin, hansı vərəsəlik hüquq münasibətlərinin mövcudluğunun, vərəsələrin dairəsinin və mirasın bölüşdürülməsi qaydasının aydınlaşdırılmasını zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1151.2-ci maddəsinə əsasən, mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Məhkəmə iclasında müəyyən olundu ki, X15 və X7 ilə faktiki olaraq evlənib ailə qurmuşlar. Onların birgə yaşadıqları dövrdə Ərizəçi adında bir övladı olmuşdur. Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.2002-ci il tarixli, 38 nömrəli qərarı ilə A № 251513, A № 251514 və A № 251515 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədləri əsasında X9 mülkiyyətinə Gədəbəy rayonu, Moruxlu kəndində müvafiq olaraq 2101 kv.m, 383 kv.m və 799 kv.m kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəhələri, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 09 nömrəli qərarı ilə JN-141D KOD 50525028 və N-141E KOD 50525028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə əsasında X9 və X5 mülkiyyətinə Gədəbəy rayonu, Moruxlu kəndində müvafiq olaraq 0.27 ha və 0.03 ha həyətyanı torpaq sahələri verilmişdir. Həmçinin həyətyanı torpaq sahəsində ümumi sahəsi 140 kv.m olan fərdi yaşayış evi vardır. Fərdi yaşayış evinə X9 və X5 mülkiyyət hüququnu təsdiq edən sənəd olmasa da, həmin evin X11 və X6 məxsusluğu mübahisələndirilmir və məhkəmə hesab edir ki, həmin fərdi yaşayış evinə dair X9 və X5 mülkiyyətə qanuni gözləntiləri vardır. Belə ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Akimova Azərbaycana qarşı» iş üzrə 27 sentyabr 2007-ci il tarixli qərarında xatırlatmışdır ki, «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki «mülkiyyət» anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da «mülkiyyət» kimi qiymətləndirilə bilər. Həmin iş üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, ərizəçi mübahisələndirdiyi mənzil üzərində mülkiyyət hüququna malik olmasa da, onun Mənzil fondunun özəlləşdirilməsi haqqında Qanuna uyğun olaraq həmin mənzili müəyyən şərtlərlə əvəzsiz olaraq mülkiyyətinə keçirmək hüququ olduğundan, ərizəçinin həmin mənzilə olan iddiaları 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsinin tətbiqi dairəsinə düşən «mülkiyyətin» təşkil olunması üçün kifayət qədər əsaslı olmuşdur. Məhkəmə Avropa Məhkəməsinin qeyd edilən presedent hüququna istinad edərək hesab edir ki, X3 və X5 Gədəbəy rayonu, Moruxlu kəndində yerləşən fərdi yaşayış evindən ibarət əmlaka dair mülkiyyət hüququnun gözləntisi olmuş və həmin əmlak X9 və X5 mülkiyyəti kimi qiymətləndirilməlidir. X15 xx.xx.2007-ci il tarixdə, X7 xx.xx.2005-ci il tarixdə vəfat etmişdir. Onların ölümündən sonra Gədəbəy rayonu, Moruxlu kəndində fərdi yaşayış evi, ayrı-ayrılıqda sahələri 2101 kv.m, 383 kv.m və 799 kv.m olan kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsləri və 0.27 ha və 0.03 ha həyətyanı torpaq sahələrinin miras qalmışdır. Odur ki, məhkəmə hesab edir ki, həmin torpaq sahələri və fərdi yaşayış evi X8 və X4 qalmış miras kütləsinə daxil edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Məhkəmə miras əmlaka dair vərəsəlik hüquq münasibətlərinin növünü aydınlaşdıraraq, hesab edir ki, vəsiyyətnamə qoyulmadığından X8 və X4 qalmış miras əmlaka dair qanun üzrə vərəsəlik hüquq münasibətləri tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1 və 1159.1.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1166-cı maddəsinə əsasən, fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-ci maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Qanun üzrə vərəsələrin dairəsi və vərəsələr tərəfindən tərəfindən mirasın qəbul edilib-edilməməsi məsələsini həll edərkən məhkəmə qeyd etməlidir ki, miras qoyan X9 və X5 birgə yaşadıqları dövrdə bir övladları Ərizəçi doğulmuşdur. Həmçinin miras qoyanların valideynləri vəfat etmişidir. Odur ki, X9 və X5 yeganə birinci növbə vərəsəsi Ərizəçidır. Ərizəçi valideynlərinin ölümündən sonra qalmış mirası qanun üzrə vərəsə olaraq qəbul etmişdir. Belə ki, miras qalmış əmlaklar hazırda da ərizəçinin faktiki nəzarətindədir və həmin əmlakları o idarə edir. Beləliklə, məhkəmə işdəki sübutlara tətbiq edilməli hüquq normalarına uyğun hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, X5 və X9 ölümündən sonra qalmış, Gədəbəy rayonu, Moruxlu kəndində yerləşən, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.2002-ci il tarixli, 38 nömrəli qərarı ilə A № 251513, A № 251514 və A № 251515 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədləri əsasında verilmiş müvafiq olaraq sahələri 2101 kv.m, 383 kv.m və 799 kv.m olan kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahələri, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 09 nömrəli qərarı ilə JN-141D KOD 50525028 və JN-141E KOD 50525028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamələri əsasında verilmiş müvafiq olaraq sahələri 0.27 ha və 0.03 ha olan həyətyanı torpaq torpaq sahələrindən və həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evindən ibarət miras əmlakın Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-in 305.1.1-ci maddəsinə əsasən, məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307.2.9-cu maddəsinə əsasən, məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 307-311, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizə təmin edilsin. X5 və X9 ölümündən sonra qalmış, Gədəbəy rayonu, Moruxlu kəndində yerləşən, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.2002-ci il tarixli, 38 nömrəli qərarı ilə A № 251513, A № 251514 və A № 251515 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədləri əsasında verilmiş müvafiq olaraq sahələri 2101 kv.m, 383 kv.m və 799 kv.m olan kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahələri, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 09 nömrəli qərarı ilə JN-141D KOD 50525028 və JN-141E KOD 50525028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamələri əsasında verilmiş müvafiq olaraq sahələri 0.27 ha və 0.03 ha olan həyətyanı torpaq sahələrindən və həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evindən ibarət miras əmlakın Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №2(042)-578/2023
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-578/2023
11.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver