Məhkəmə qərarları › İş №2(042)-581/2021

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-581/2021

01.07.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-581/2021 01.07.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X11 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “qohumluq münasibətlərinin müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə xüsusi icraat qaydasında məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, 01.09.2006-cı ildə Gədəbəy rayonu, Poladlı İƏD-nin Kəlaman kəndində vəfat etmiş X4 onunla qohumluq münasibətində olması, yəni X4 onun nənəsi olması hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizədə göstərilənlərlə eyni məzmunlu izahat verərək bildirdi ki, o, xx.xx.1985-ci ildə Mingəçevir şəhərində anadan olmuşdur. 6 yaşından mərhum X3 və mərhum nənəsi X9 ilə birlikdə Gədəbəy rayonu, Kəlaman kəndində nənəsi Bönövşəyə məxsus evdə yaşamış, orada böyümüşdür. X12 01.09.2006-cı ildə, anası Züleyxa Muradova isə 30.06.2008-ci ildə vəfat etmişdir. Onların vəfatından sonra yaşadıqları həmin mülk nənəsindən anasına, anasından isə ona miras qalmışdır. O, həmin mülki faktiki qəbul etmişdir. Mirasın qəbulu ilə bağlı notariat orqanına müraciət edərkən məlum olmuşdur ki, anası Züleyxa Muradovanın doğum haqqında şəhadətnaməsi yoxdur. Bu səbəbdən Bənövşə Hüseynovanın onun nənəsi olmasını müəyyən etmək mümkün olmamışdır. Anasına doğum haqqında arayış almaq üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin oradan X5 doğum haqqında akt qeydinin aşkar edilməməsi ilə bağlı ona imtina məktubu verilmişdir. Bu səbəbdən o mərhum X9 ilə qohumluq münasibətində olması, yəni X4 onun nənəsi olması faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etməli olmuşdur. Bu faktın təsdiqi ona nənəsindən və anasından miras qalmış mülkü adına rəsmiləşdirməklə əlaqədar lazımdır. Odur ki, o, ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. X2 məhkəmə iclasında bildirdi ki, ərizəçi onun bibisi qızıdır. Bibisi yəni ərizəçinin X18 vəfat etmişdir. Ərizəçinin nənəsi isə X9 olmuşdur. X1 məhkəmə iclasında X2 ilə eyni məzmunlu izahat verərək X4 ərizəçinin nənəsi olmasını təsdiq etdi. Məhkəmə ərizəçini və şahidləri dinləyib, iş materiallarını araşdırıb, sübutları tədqiq edərək hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, işdə olan Gədəbəy rayonu İHB-nın Poladlı kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 27 aprel 2021-ci il tarixli, 122 saylı arayışdan görünür ki, Ərizəçi Halhazırda Kəlaman kəndində yaşayır və qeydiyyatdadır. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1985-ci ildə Mingəçevir şəhərində anadan olmuşdur. Atası qrafasında Muradov Mamed, anası qrafasında X8 qeyd edilmişdir. İşdə olan Ərizəçi ərizəsinə cavab olaraq Maraqlı şəxs tərəfindən verilmiş 27 aprel 2021-ci il tarixli məktubdan görünür ki, Gədəbəy rayon Böyük Qaramurad kənd İnzibati Ərazi Dairəsi və Maraqlı şəxs bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış 01.07.1946-cı il təvəllüdlü mərhum X3nın doğum akt qeydi aşkar edilməmişdir. Yoxlama doğum akt qeydi 01.01.1956-cı ildən - 30.06.2008-ci ilədək axtarılmışdır. İşdə olan Ərizəçi ərizəsinə cavab olaraq Gədəbəy rayon Notariat ofisi tərəfindən verilmiş 27 aprel 2021-ci il tarixli məktubdan görünür ki, mərhum X4 Ərizəçi nənəsi olması faktı təsdiq edildikdən sonra ona qanun üzrə vərəsəlik hüquq haqqında şəhadətnamə vermək olar. Ona görə də ona aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İşdə olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 30.06.2008-ci il tarixdə Gədəbəy rayonu, Kəlaman kəndində ölmüşdür. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş arayışın lazımı qaydada təsdiq edilmiş surətindən görünür ki, X9 01.09.2006-cı il tarixdə Gədəbəy rayonu, Kəlaman kəndində ölmüşdür. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı, şahid ifadələri və işdəki digər sübutlarla təsdiq edildi ki, ərizəçi xx.xx.1985-ci ildə Mingəçevir şəhərində anadan olmuşdur. 6 yaşından mərhum X3 və mərhum nənəsi X9 ilə birlikdə Gədəbəy rayonu, Kəlaman kəndində nənəsi Bönövşəyə məxsus evdə yaşamış, orada böyümüşdür. X12 01.09.2006-cı ildə, anası Züleyxa Muradova isə 30.06.2008-ci ildə vəfat etmişdir. Onların vəfatından sonra yaşadıqları həmin mülk nənəsindən anasına, anasından isə ərizəçiyə miras qalmışdır. Ərizəçi, həmin mülki faktiki qəbul etmişdir. Mirasın qəbulu ilə bağlı notariat orqanına müraciət edərkən məlum olmuşdur ki, anası Züleyxa Muradovanın doğum haqqında şəhadətnaməsi yoxdur. Bu səbəbdən Bənövşə Hüseynovanın ərizəçinin nənəsi olmasını müəyyən etmək mümkün olmamışdır. Gədəbəy rayon Notariat ofisi tərəfindən ərizəçiyə qohumluq faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. X3 və nənəsi X9 öldüyündən nənəsi X6 Şəhla Məmməd qızı ilə qohumluq münasibətlərində olmasının məhkəmədən kənar qaydada müəyyən edilməsi mümkün deyildir. Odur ki, ərizəçi bununla əlaqədar haqlı olaraq məhkəməyə müraciət etmişdir. MPM-in 305.1.1-ci maddəsinə əsasən, məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. MPM-in 307.2.1-ci maddəsinə əsasən, məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307-311, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizə təmin edilsin. 01.09.2006-cı il tarixdə Gədəbəy rayonu, Kəlaman kəndində vəfat etmiş X4 Ərizəçi ilə qohumluq münasibətlərində, yəni mərhum X4 Ərizəçi nənəsi olması hüquqi əhəmiyyətli faktı müəyyən edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar