Məhkəmə qərarları › İş №2(042)-591/2023

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-591/2023

13.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-591/2023 13.07.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X7 oğlunun katibliyi, Ərizəçi etibarnamə üzrə nümayəndəsi X5 iştirakı ilə, Ərizəçi “vəsiyyətnamə üzrə mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, mərhum babası X4 miras qalmış, Gədəbəy rayonu Kiçik Qaramurad kəndində yerləşən, Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli, **********41 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarış əsasında X6 adına mülkiyyət hüququ ilə qeydə alınmış 0.0325 ha torpaq sahəsindən ibarət mirasın vəsiyyətnamə üzrə vərəsəlik hüququ əsasında onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi iddia tələbini onunla əsaslandırmışdır ki, X11 babası, X8 isə nənəsidir. Babası ilə nənəsinin birgə nikahından bir övladı - X3 olmuşdur. X1 xx.xx.2006-cı ildə, babası X11 isə xx.xx.2015-ci ildə vəfat etmişdir. O, babasının və nənəsinin yanında yaşamışdır. Babası xx.xx.2005-ci il tarixdə vəsiyyətnamə verərək Gədəbəy rayonu, Kiçik Qaramurad kəndində yerləşən evini, ev əşyalarını və adına nə varsa, hamısını ona vəsiyyət edərək qalan vərəsələrini vərəsəlik hüququndan məhrum etmişdir. O, da babası vəfat etdikdən sonra onun bütün dəf xərclərini çəkmişdir. Həmin vaxtdan sonra da babasından qalmış evdə yaşamaqla mirası həm vəsiyyətnamə üzrə, həm də faktiki qəbul etmişdir. O, halhazırda babasından miras qalmış mülkü adına sənədləşdirmək istəyir. Babasından qalmış miras kütləsinə Gədəbəy rayonu, Kiçik Qaramurad kəndində yerləşən 0.0325 ha torpaq sahəsi daxildir. Torpaq sahəsi babasının sağlığında, yəni xx.xx.2014-cü il tarixdə onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, bu barədə babasının adına **********41 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Hesab edir ki, xx.xx.2014-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarış əsasında babası X6 adına qeydə alınmış 0.0325 ha torpaq sahəsi babasından qalmış miras kütləsinə daxil edilməlidir. O, babasının ölümündən sonra da ondan qalmış miras əmlak olan həmin torpaq sahəsini vəsiyyətnamə üzrə faktiki olaraq qəbul etmişdir. Babasının vəfatından sonra ondan qalmış miras mülkə dair vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Gədəbəy rayon notariat ofisinə müraciət etmişdir. Lakin Gədəbəy rayon Notariat ofisi tərəfindən ona mirasın qəbulu üçün müddəti keçirdiyi üçün vərəslik hüququ haqqında şəhadətnamənin verilməsinin mümkün olmaması barədə xx.xx.2023-cü il tarixli imtina məktubu verilmişdir. Babasından qalmış miras əmlakla bağlı heç bir mübahisə yoxdur. X3 həmin torpaq sahəsinin miras əmlak olaraq onun adına keçməsinə etiraz etmir. Odur ki, hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Ərizəçi etibarnamə üzrə nümayəndəsi X12 məhkəmə iclasında ərizədə göstərilənlərə oxşar izahat verdi və ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Gədəbəy rayon notariat ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, o, nümayəndəsini məhkəməyə göndərməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, işdə olan Gədəbəy RİHB-nın Kiçik Qaramurad kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 259 saylı arayışdan göürünür ki, Ərizəçi Bakı şəhərində qeydiyyatda olmasına baxmayaraq hal-hazırda Gədəbəy rayonu, Kiçik Qaramurad kəndində yaşayır. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1992-ci il tarixdə Bakı şəhərində doğulmuş atası qrafasında X12, anası qrafasında X9 qeyd edilmişdir. İşdə olan xx.xx.2005-ci il tarixdə X11 tərəfindən verilmiş, Gədəbəy rayon Dövlət Notariat Kontoru tərəfindən təsdiq edilmiş vəsiyyətnamədən görünür ki, X2 rayonu, Kiçik Qaramurad kəndində yerləşən evini, ev əşyalarını və adına nə varsa hamısını nəvəsi Ərizəçi vəsiyyət etmişdir. Qalan vərəsələrini vərəsəlik hüququndan məhrum etmişdir. İşdə olan Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Gədəbəy rayonu, Kiçik Qaramurad kəndində yerləşən 0.0325 ha sahibkarlıq təyinatlı torpaq sahəsi xx.xx.2014-cü il tarixdə xüsusi mülkiyyət hüququ ilə tam olaraq X6 adına ********** nömrə ilə qeydiyyata alınmışdır. İşdə olan ölüm haqqında şəhadətnamələrinin surətlərindən görünür ki, X8 xx.xx.2006-cı ildə, X11 oğlu xx.xx.2015-ci ildə ölmüşdür. Məhkəmə ərizəçinin miras əmlakın vəsiyyətnamə üzrə qəbul edilməsi barədə tələbinin qanuni əsaslarının mövcud olub-olmaması məsələsinin aydınlaşdırılması üçün X4 miras əmlakın qalıb-qalmaması, miras kütləsinin dairəsinin, hansı vərəsəlik hüquq münasibətlərinin mövcudluğunun, vərəsələrin dairəsinin və mirasın bölüşdürülməsi qaydasının aydınlaşdırılmasını zəruri hesab edir. Azərbaycan Respublikası MM-nin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Məhkəmə iclasında müəyyən olundu ki, ərizəçi mərhum X6 nəvəsidir. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışa əsasən Gədəbəy rayonu, Kiçik Qaramurad kəndində yerləşən 0.0325 ha sahibkarlıq təyinatlı torpaq sahəsi xx.xx.2014-cü il tarixdə xüsusi mülkiyyət hüququ ilə tam olaraq X6 adına qeydiyyata alınmışdır. X11 isə xx.xx.2015-ci ildə ölmüşdür. Ölümündən sonra Gədəbəy rayonu, Kiçik Qaramurad kəndində 0.0325 ha sahibkarlıq təyinatlı torpaq sahəsi miras qalmışdır. Odur ki, məhkəmə hesab edir ki, həmin torpaq sahəsi X4 qalmış miras kütləsinə daxil edilməlidir. Azərbaycan Respublikası MM-nin 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Məhkəmə miras əmlaka dair vərəsəlik hüquq münasibətlərinin növünü aydınlaşdıraraq, hesab edir ki, mərhum X11 tərəfindən nəvəsi Ərizəçi adına vəsiyyətnamə qoyulduğundan ondan qalmış miras əmlaka dair vəsiyyətnamə üzrə vərəsəlik hüquq münasibətləri tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1166-cı maddəsinə əsasən, fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-ci maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Vəsiyyətnamə üzrə vərəsə tərəfindən mirasın qəbul edilib-edilməməsi məsələsini həll edərkən məhkəmə qeyd etməlidir ki, vəsiyyətnamə üzrə vərəsə ola biləcək Ərizəçi X6 ölümündən sonra, həm də onun ölümündən əvvəl ondan qalmış həyətyanı torpaq sahəsini faktiki istifadə etmişdir. Bununla da Ərizəçi X6 ölümündən sonra qalmış Gədəbəy rayonu Kiçik Qaramurad kəndində yerləşən RX seriyalı ******* nömrəli çıxarışa əsasən X6 adına olan 0.0325 ha torpaq sahəsindən ibarət mirası tam şəkildə vəsiyyət üzrə vərəsə olaraq qəbul etmişdir. Beləliklə, məhkəmə işdəki sübutlara tətbiq edilməli hüquq normalarına uyğun hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi X6 ölümündən sonra qalmış Gədəbəy rayonu Kiçik Qaramurad kəndində yerləşən Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışa əsasən X11 oğlunun adına olan 0.0325 ha torpaq sahəsindən ibarət mirası qəbul etməsi faktı müəyyən edilməlidir. MPM-in 305.1.1-ci maddəsinə əsasən, məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. MPM-in 307.2.9-cu maddəsinə əsasən, məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 307-311, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizə təmin edilsin. X6 ölümündən sonra qalmış Gədəbəy rayonu, Kiçik Qaramurad kəndində yerləşən Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışa əsasən X6 adına olan 0.0325 ha torpaq sahəsindən ibarət miras əmlaka Ərizəçi vəsiyyətnamə üzrə vərəsəlik hüququ müəyyən edilsin və həmin miras əmlakın onun tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar