Məhkəmə qərarları › İş №2(042)-595/2021

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-595/2021

11.08.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-595/2021 11.08.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxslər ƏMDK-nin yanında DƏDRX-nin 11 Saylı Ərazi İdarəsinə və Maraqlı şəxs1nə qarşı bağışlanma əqdinin bağlanması faktının müəyyən edilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi maraqlı şəxslər ƏMDK-nin yanında DƏDRX-nin 11 Saylı Ərazi İdarəsinə və Maraqlı şəxs1nə qarşı mərhum atası X5 Gədəbəy rayon xalq Deputatlar Sovetinin icarəyə komitəsinin 11 iyun 1991-ci il tarixli 119 saylı qərarı ilə Gədəbəy şəhəri N.Nərimanov küçəsi 75 nömrəli kommunal binada yerləşən üç otaqlı ümumi sahəsi 91.1 kv.m yaşayış sahəsi 73 kv.m olan mənzilin Azərbaycan Respublikası Prezidentinin 14 may 1991-ci il tarixli fərmanı ilə əvəzsiz olaraq (mərhum atası X6) bağışlanmasına dair bağışlama əqdini notaral qaydada aparılması faktının müəyyən edilməsi tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə iddianın predmetini dəyişərək, Gədəbəy rayon xalq Deputatlar Sovetinin icarəyə komitəsinin 11 iyun 1991-ci il tarixli 119 saylı qərarı ilə Gədəbəy şəhəri N.Nərimanov küçəsi 75 nömrəli kommunal binada yerləşən üç otaqlı ümumi sahəsi 91.1 kv.m yaşayış sahəsi 73 kv.m olan mənzilin Azərbaycan Respublikası Prezidentinin 14 may 1991-ci il tarixli fərmanı ilə əvəzsiz olaraq (mərhum atası X6) bağışlanmasına dair bağışlama əqdinin bağlanması hüquqi faktının müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında iddia tələbini müdafiə etmiş, izahat verərək, bildirmişdir ki, mərhum atası X1 şəhəri N.Nərimanov küçəsində yerləşən üç otaqlı ümumi sahəsi 91.1 kv.m yaşayış sahəsi 73 kv.m olan 75 saylı kommunal binada yaşamışdır. Həmin mənzil Azərbaycan Respublikası Prezidentinin 14 may 1991-ci il tarixli fərmanına əsasən Gədəbəy rayon Deputatlar sovetinin icarəyə komitəsinin 11 iyun 1991-ci il tarixli 119 saylı qərarı ilə atası X6 bağışlanmışdır. Atası C.Hüseynov 16.08.2010-cu il tarixdə vəfat etmişdir. Atasından qalmış həmin evi öz adıma sənədləşdirmək məqsədi ilə Gədəbəy rayon Notarat Ofisinə müraciət etmişdir. Gədəbəy rayon Notarat Ofisindən ona imtina verilmişdir. Notarat kontoru tərəfindən verilmiş məktubda bildirmişdir ki, atası C.Hüseynovun adına notariat ofisində bağışlanma müqaviləsi ilə bağlı hər-hansı bir sənəd aşkar olunmamışdır. Eyni zamanda o, həmin binanın öz adına rəsmləşdirilməsi ilə bağlı DƏDRX-nin 11 saylı Şəmkir Ərazi idarəsinə müraciət etmişdir. Həmin orqan tərəfindən ona imtina məktubu verilmiş məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Ona görə də ərizənin təmin edilməsini xahiş edir. Maraqlı şəxslər ƏMDK-nin yanında DƏDRX-nin 11 Saylı Ərazi İdarəsinə və Maraqlı şəxs1nə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndələrinin iştirakını məhkəmə iclasında təmin etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-ci maddəsinə əsasən işə maraqlı şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan X2 surətindən görünür ki, Ərizəçi xx.xx.1955-ci il tarixdə doğulmuş, atası qrafasında X8, anası qrafasında X4 qeyd edilmişdir. İşdə olan X7 surətindən görünür ki, X8 və X4 03.11.1952-ci il tarixdə nikah bağlamış, nikah bağlandıqdan sonra arvada Hüseynova soyadı verilmişdir. İşdə olan X3 surətindən görünür ki, X8 16.08.2010-cu il tarixdə ölmüşdür. İşdə olan X11 surətindən görünür ki, X4 19.10.2012-ci il tarixdə ölmüşdür. İşdə olan Qərarın surətindən görünür ki, Gədəbəy rayon xalq Deputatlar Sovetinin icarəyə komitəsinin 11 iyun 1991-ci il tarixli 119 saylı qərarı ilə Gədəbəy şəhəri N.Nərimanov küçəsi 75 nömrəli kommunal binada yerləşən üç otaqlı ümumi sahəsi 91.1 kv.m yaşayış sahəsi 73 kv.m olan mənzil Azərbaycan Respublikası Prezidentinin 14 may 1991-ci il tarixli fərmanı ilə əvəzsiz olaraq X6 bağışlanmışdır. İşdə olan Arayışlardan görünür ki, ərizəçiyə məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ərizəçinin izahatını və işdə olan sənədləri təhlil edərək hesab edir ki, ərizə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.1. şəxslərin qohumluq münasibətlərinin; 307.2.2. şəxsin öhdədə olması faktının; 307.2.3. doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının; 307.2.4. ər-arvaddan birinin vəfat etməsi nəticəsində müvafiq icra hakimiyyəti orqanında nikah qeydə alına bilməzsə, qanunla müəyyən edilmiş hallarda faktiki nikah münasibətlərində olma faktının; 307.2.5. şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının; 307.2.6. mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının; 307.2.7. bədbəxt hadisə faktının; 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının; 307.2.9. mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin; 307.2.10. atalığın etiraf olunması faktının; 307.2.10-1. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının; 307.2.11. qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Gədəbəy rayon xalq Deputatlar Sovetinin icarəyə komitəsinin 11 iyun 1991-ci il tarixli 119 saylı qərarı ilə Gədəbəy şəhəri N.Nərimanov küçəsi 75 nömrəli kommunal binada yerləşən üç otaqlı ümumi sahəsi 91.1 kv.m yaşayış sahəsi 73 kv.m olan mənzil Azərbaycan Respublikası Prezidentinin 14 may 1991-ci il tarixli fərmanı ilə əvəzsiz olaraq Ərizəçi mərhum atası X6 bağışlanmışdır. Lakin bu barədə sənədləşdirmə aparılmamışdır. Ərizəçinin məhkəmədən tələb etdiyi bağışlama əqdinin bağlanması hüquqi faktının müəyyən edilməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsində nəzərdə tutulmamışdır. Ərizəçi müvafiq sənədləşdirmənin aparılması üçün müvafiq inzibati məhkəməyə müraciət etməlidir. Ona görə də ərizə təmin edilməməlidir. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220, 227, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizə təmin edilməsin. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar