Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-597/2023 26.12.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X1 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma və torpaq sahəsinə ediləcək maneələrə qadağa qoyulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq, ona Gədəbəy rayon AİK-nin xx.xx.2002-ci il tarixli, 20 saylı qərarı ilə A№ 087578 seriyalı Torpaq sahəsinin planı və ölçüsü sənədi əsasında verilmiş 499.2 kv.m həyətyanı torpaq sahəsindən Cavabdeh məcburi şəkildə çıxarılması və həmin torpaq sahəsinə ediləcək hər cür maneələrə qadağa qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1991-ci il tarixli 72 nömrəli və Şəhər XDS İK-nin xx.xx.1991-ci il tarixli 06 nömrəli qərarı ilə xx.xx.1991-ci il tarixdə ona və bir qrup rayon sakinlərinə fərdi yaşayış evi tikmək məqsədi ilə xx.xx.1991-ci il tarixli 49 nömrəli qərarı ilə Gədəbəy rayonu, “Göy yurd” adlanan sahədən 0.05 ha həyətyanı məqsədi ilə torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair Gədəbəy rayon AİK-nın xx.xx.2002-ci il tarixli, 20 saylı qərarı əsasında A- 087578 nömrəli “Torpaq sahəsinin planı və ölçü” sənədi əsasında 499.2 kv.m həyətyanı məqsədi üçün torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsini Cavabdeh tərəfindən özbaşına olaraq zəbt edərək istifadə edir və həmin torpaq sahəsinin ətrafına məftillə çəpər çəkmişdir. O, bu məsələnin dinc yolla həll edilməsi üçün aidiyyəti qurumlara dəfələrlə yazılı və şifahi müraciətlər etməsinə baxmayaraq, heç bir müsbət nəticə əldə olunmamışdır. Cavabdeh könüllü olaraq torpaq sahəsini boşaltmaq istəmir. Odur ki, onların torpaq sahələrinin sərhədləri müəyyən edilməklə onların torpaq sahələrindən Cavabdeh məcburi şəkildə çıxzrılmasını və qanunsuz maneələrə qadağa qoyulmasını istəyir. İddiaçı məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə oxşar izahat verdi və əlavə olaraq bildirdi ki, ona məxsus torpaq sahəsinin sərhədləri müəyyən edilməmişdir. Ona görə də, iş üzrə yenidən ekspertiza təyin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işdə olan X3 kitabında xx.xx.2008-ci il tarixdə 02 nömrə ilə uçota alınmış, AN 087578 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 29 yanvar 2002-ci il tarixli, 20 nömrəli qərarı ilə İddiaçı Məmməd oğlunun mülkiyyətinə Gədəbəy rayonu, Yenikənd kəndində 499.2 kv.m həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan Gədəbəy rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(042)-471/2021 saylı qətnaməsindən görünür ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 29 yanvar 2002ci il tarixli, 20 nömrəli qərarı ilə verilmiş, X3 kitabında xx.xx.2008-ci il tarixdə 02 nömrə ilə uçota alınmış, AN 087578 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədində “İddiaçı Məmməd oğlu” yazılan hissədə ərizəçi İddiaçı məxsus olması faktının müəyyən edilməsi qət edilmişdir. İşdə olan 04 oktyabr 1991-ci il tarixli Torpaqdan istifadə hüququna dair aktdan və həmin aktdan çıxarışdan görünür ki, Azərbaycan SSR Nazirlər Sovetinin 26 yanvar 1991ci il tarixli 72 nömrəli və Şəhər XDS İK-nin 1991-ci il tarixli 06 nömrəli qərar əsasında Gədəbəy şəhər sakini İddiaçı verilmiş 0.05 hektar həyətyanı torpaq sahəsinin fərdi yaşayış evinin tikdirmə məqsədi ilə yer üzərində ara nişanları qoyularaq torpaqdan istifadə üçün təhkim edilmişdir. İşdə olan Gədəbəy rayon Dövlət Arxivi tərəfindən verilmiş 12 noyabr 2021-ci il tarixli, 370 nömrəli arxiv arayışının surətindən görünür ki, Azərbaycan SSR Nazirlər Sovetinin “Torpaq sahələrinin ayrılması haqqında”kı 26 yanvar 1991-ci il tarixli 72 nömrəli qərarına əsasən Gədəbəy rayon X2 İcariyyə komitəsinin 15 hektar fərdi tikinti üçün torpaq sahəsinin ayrılması barədə 07 mart 1991-ci il tarixli, 49 nömrəli qərarı Gədəbəy rayon Dövlət Arxivinin mühafizəsində saxlanılır. İşdə olan Gədəbəy şəhər XDS İcraiyə Komitəsinin 28 iyul 1991-ci il tarixli 5 nömrəli protokolundan çıxarış və bir qrup şəhər sakinlərinə fərdi yaşayış evi tikmək üçün torpaq sahəsi ayrılması haqqında İcariyə Komitəsinin qərarından görünür ki, Azərbaycan SSR Nazirlər Sovetinin 26 yanvar 1991-ci il tarixli, 72 nömrəli qərarına uyğun olaraq aşağıda adları göstərilən vətəndaşlara fərdi yaşayış evi tikdirmək üçün 0.05 hektar həcmində torpaq sahəsi ayrılması qərara alınmışdır. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 29 yanvar 2002-ci il tarixli, 20 saylı qərarı ilə verilmiş, Gədəbəy rayonu, Yenikənd kəndində yerləşən, Dövlət Kadastrı kitabında xx.xx.2008-ci il tarixdə 02 nömrə ilə uçota alınmış AN 087578 seriyalı “Torpaq shəsinin planı və ölçüsü sənədi əsasında İddiaçı məxsus olan 499.2 kv.m torpaq sahəsinin 2.24 kv.m-dək hissəsi Cavabdeh tərəfindən istifadə edilir. İşdə olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 26 oktyabr 2023-cü il tarixli ekspert rəyindən görünür ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 29 yanvar 2002-ci il tarixli, 20 saylı qərarı ilə verilmiş, Gədəbəy rayonu, Yenikənd kəndində yerləşən, Dövlət Kadastrı kitabında xx.xx.2008-ci il tarixdə 02 nömrə ilə uçota alınmış AN 087578 seriyalı “Torpaq shəsinin planı və ölçüsü sənədi əsasında İddiaçı məxsus olan 499.2 kv.m torpaq sahəsinin 2.24 kv.m-dək hissəsi Cavabdeh tərəfindən istifadə edilir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 241.1-ci maddəsinə əsasən. torpaq sahəsinin mülkiyyətçisi onu başqa şəxslərin istifadəsinə, o cümlədən icarəsinə verə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Qeyd olunan maddi hüquq normalarının hüquqi şərtlərinin mövcudluğu üçün, iddiaçı mübahisələndirilən torpaq sahəsinin mülkiyyətçisi olmalı və ya mülkiyyətçi olmasa da, Mülki Məcəllə ilə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxs olmalı, həmin torpaq sahəsi cavabdehin istifadəsində və sahibliyində olmalı və həmin sahiblik qanunsuz olmalıdır. Mülki Məcəllənin 139.1-ci maddəsinə görə, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139-1.1.1-ci maddəsində göstərilmişdir ki, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 02 iyun 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 15 yanvar 2010-cu il tarixli qərarında göstərilmişdir ki, “...daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir”. Sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Belə ki, Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Əks yanaşma mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı konstitusiya prinsiplərinin, mülki qanunvericiliyin bir sıra prinsip və müddəalarının, eləcə də Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə əsasən üzərinə götürdüyü öhdəliklərin pozulmasına gətirib çıxara bilər. Məhkəmədə tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 29 yanvar 2002-ci il tarixli, 20 nömrəli qərarı ilə İddiaçı mülkiyyətinə Gədəbəy rayonu, Yenikənd kəndində 499.2 kv.m həyətyanı torpaq sahəsi verilmişdir. Bu barədə X3 kitabında xx.xx.2008-ci il tarixdə 02 nömrə ilə uçota alınmış, AN 087578 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilmişdir. Beləliklə, mübahisələndirilən torpaq sahəsinin iddiaçının mülkiyyətində olduğu və həmin ərazinin faktiki vəziyyətdə 2.24 kv.m hissəsinin Cavabdeh tərəfindən qeyri-qanuni olaraq istifadə edildiyi məhkəmə iclasında tədqiq edilmiş hüquq müəyyənedici sənədlərlə, iddiaçının izahatı ilə, eləcə də ekspert və mütəxəssis rəyləri ilə müəyyən edilir. Belə ki, iş materiallarında ekspert və mütəxəssis rəyinə əsasən, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 29 yanvar 2002-ci il tarixli, 20 nömrəli qərarı ilə verilmiş, Gədəbəy rayonu, Yenikənd kəndində yerləşən, X3 kitabında xx.xx.2008-ci il tarixdə 02 nömrə ilə uçota alınmış, AN 087578 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədi əsasında İddiaçı məxsus olan 499.2 kv.m torpaq sahəsinin 2.24 kv.m hissəsinin Cavabdeh tərəfindən istifadə edilir. Bu da onu göstərir ki, cavabdehlər iddiaçıya məxsus olan torpaq sahəsindən qanunsuz istifadə edir. Eləcə də, cavabdeh mübahisələndirilən torpaq sahəsinə qanuni əsasla sahiblik etdiyini sübuta yetirən heç bir mötəbər sübut məhkəməyə təqdim etmədi. Odur ki, qeyd olunanlara əsasən, məhkəmə belə qənaətə gəlir ki, iddiaçı Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 29 yanvar 2002-ci il tarixli, 20 nömrəli qərarı əsasında ona məxsus olan 499.2 kv.m torpaq sahəsinin 2.24 kv.m hissəsindən Cavabdeh məcburi çıxarılmasını və həmin torpaq sahəsindən istifadəsinə edilən maneələrin aradan qaldırılmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə təqdim edilmiş sübutlara tətbiq edilməli hüquq normalarına uyğun qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 29 yanvar 2002-ci il tarixli, 20 nömrəli qərarı ilə verilmiş, X3 kitabında xx.xx.2008-ci il tarixdə 02 nömrə ilə uçota alınmış, AN 087578 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədi əsasında İddiaçı məxsus olan Gədəbəy rayonu, Yenikənd kəndində yerləşən 499.2 kv.m torpaq sahəsinin 2.24 kv.m hissəsindən (istifadə etdiyi hissəsindən) Cavabdeh çıxarılmalı və İddiaçı həmin torpaq sahəsindən istifadəsinə Cavabdeh tərəfindən yaradılan hər cür maneələr aradan qaldırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman dövlət rüsumu, məhkəmə icraatı zamanı mütəxəssis xərci ödəmişdir. Eləcə də, iş üzrə ekspertizanın keçirilməsinə görə 100 manat məbləğində ekspertiza xərci müəyyən edilmişdir. Azərbaycan Respublikasının MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0-cı maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: 115.0.1. şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər; 115.0.2. yerində müayinə keçirilməsi ilə əlaqədar olan xərclər; 115.0.3. tərəflərin xəbərdar edilməsi və məhkəməyə çağırılmaları ilə əlaqədar xərclər; 115.0.4. tərəflərin və üçüncü şəxslərin məhkəməyə gəlmələri ilə əlaqədar yol xərcləri və yaşayış sahəsinin icarə xərcləri; 115.0.5. nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər; 115.0.6. vəkillərə etdikləri kömək üçün ödənilən xərclər; 115.0.7. cavabdehin axtarılması ilə əlaqədar xərclər; 115.0.8. qətnamənin icrası ilə əlaqədar xərclər; 115.0.9. məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumu, mütəxəssis xərci və ekspertiza xərci cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 233.1, 360 və 362-ci maddələrini rəhbər tutub, QƏT ETDİ: İddia tələbi təmin qismən edilsin. Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 29 yanvar 2002-ci il tarixli, 20 nömrəli qərarı ilə verilmiş, X3 kitabında xx.xx.2008-ci il tarixdə 02 nömrə ilə uçota alınmış, AN 087578 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədi əsasında İddiaçı məxsus olan Gədəbəy rayonu, Yenikənd kəndində yerləşən 499.2 kv.m torpaq sahəsinin 2.24 kv.m hissəsindən (istifadə etdiyi hissəsindən) Cavabdeh çıxarılsın və İddiaçı həmin torpaq sahəsindən istifadəsinə Cavabdeh tərəfindən yaradılan hər cür maneələr aradan qaldırılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun və 95 (doxsan beş) manat mütəxəssis xərcinin əvəzi Cavabdeh alınıb İddiaçı verilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan olaraq 100 (bir yüz) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (VÖEN: **********, Hesab: AZ34CTRE********************, büdcə təsnifatının kodu - 142319, büdcə səviyyəsinin kodu – 3) keçirilsin. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №2(042)-597/2023
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-597/2023
26.12.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver