Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-603/2023 18.07.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X5 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, mərhum X1ndan miras qalmış, Gədəbəy rayonu, Gərgər kəndində yerləşən 918 kv.m və 1583 kv.m həyətyanı torpaq sahələrinin ½ hissəsindən ibarət miras əmlakın və mərhum atası X10 miras qalmış, Gədəbəy rayonu, Gərgər kəndində yerləşən 918 kv.m və 1583 kv.m həyətyanı torpaq sahələrinin ½ hissəsindən və həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evindən ibarət miras əmlakın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, atası X19 ilə X1 1958-ci ildə qeyri-rəsmi ailə qurmuşlar, nikahlarını xx.xx.1961-ci ildə rəsmiləşdirmişlər. Onların birgə nikahından o - Ərizəçi, X7, və X3 adında üç övladı olmuşdur. O, hal- hazırda Gədəbəy rayonu, Gərgər kəndində yaşayır. X1 xx.xx.2012-ci ildə, atası X19 xx.xx.2016-cı ildə vəfat etmişdir. Eləcə də qardaşı X7 xx.xx.1993-cü ildə vəfat etmişdir. Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 29 noyabr 1997-ci il tarixli, 13 saylı qərarı ilə Gədəbəy rayonu, Gərgər kəndində atası X13 və X1nın ümumi birgə mülkiyyətinə ayrı-ayrılıqda 918 kv.m və 1583 kv.m həyətyanı torpaq sahələri verilmişdir. Bu barədə müvafiq olaraq A № 097147 seriyalı və A № ******* seriyalı “Torpaq sahəsinin planı və ölçüsü” sənədləri tərtib edilmişdir. Həmin sənədlərdə təkcə atasının adı qeyd edilsə də, torpaq sahələri atası ilə anasının ümumi birgə mülkiyyətinə verilmiş, “Torpaq sahəsinin planı və ölçüsü” sənədlərinin subyekt siyahısında anasının da adı qeyd edilmişdir. Ona görə də həmin torpaq sahələri atası ilə anasının ümumi birgə mülkiyyəti hesab edilir. Valideynləri sağlığında 1965-ci ildə həmin torpaq sahəsində fərdi yaşayış evi tikmişlər. Ev zirzəmi və 1 otaqdan ibarət iki mərtəbəli fərdi yaşayış evidir. Evin mövcudluğu barədə arxiv arayışını ərizəsinə əlavə etmişdir. Həmin arxiv arayışına əsasən, atasının adına Gərgər kəndində 1965-ci ildə tikilmiş fərdi yaşayış evi qeyd edildiyi təsdiq olunur. Atasının və anasının vəfatından sonra onlardan miras qalmış, Gədəbəy rayonu, Gərgər kəndində yerləşən 918 kv.m və 1583 kv.m həyətyanı torpaq sahəsinə və torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinə faktiki olaraq o sahiblik etmişdir. Mirasın qəbulu üçün qanunla nəzərdə tutulmuş müddət ərzində notariat orqanına müraciət etməsə də, həmin əmlakları valideynlərindən qalmış miras əmlak olaraq qəbul etməsini şəksiz nümayiş etdirmişdir. Bu halı təsdiq etmək üçün Gərgər kənd İƏD üzrə nümayəndəliyi tərəfindən vərəsəlik arayışı almışdır və Gədəbəy rayon notariat ofisinə təqdim etmişdir. Buna baxmayaraq, qeyd etdiyi kimi, mirasın qəbulu üçün qanunla nəzərdə tutulmuş müddətdə notariat orqanına müraciət etməmişdir. O, atasından və anasından miras qalmış əmlakları öz adına sənədləşdirmək üçün Gədəbəy rayon Notariat ofisinə müraciət etdim, lakin Gədəbəy rayon Notariat ofisi tərəfindən ona mirasın qəbulu üçün müddəti keçirdiyi üçün vərəslik şəhadətnaməsinin verilməsinin mümkün olmaması barədə xx.xx.2023-cii il tarixli, 259 nömrəli imtina məktubu verilmişdir. Atasından və anasından qalmış miras əmlaklarla bağlı heç bir mübahisə yoxdur. Valideynlərinin qanun üzrə vərəsə ola biləcək uşaqlarından qardaşı X7 vəfat etmiş, bacısı X3 isə notarial qaydada ərizə verərək atasından və anasından miras qalmış əmlakı qəbul etmədiyini bildirmişdir. Hal-hazırda valideynlərindən qalmış miras əmlakı qəbul etmək üçün heç bir mübahisə yoxdur. Odur ki, mərhum X1ndan qalmış, Gədəbəy rayonu, Gərgər kəndində yerləşən 918 kv.m və 1583 kv.m həyətyanı torpaq sahələrinin ½ hissəsindən, mərhum atası X10 qalmış, Gədəbəy rayonu, Gərgər kəndində yerləşən 918 kv.m və 1583 kv.m həyətyanı torpaq sahələrinin ½ hissəsindən və həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evindən ibarət mirasın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını istəyir. Sözügedən əmlaklara mərhum atası X13 və mərhum X1nın ümumi birgə mülkiyyət hüququna dair qanuni gözləntisi olmuş, həmçinin, həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evinə mərhum atası X13 mülkiyyət hüququna dair qanuni gözləntisi olmuş, onlar sağlığında həmin əmlakları daşınmaz əmlakın dövlət reyestrində adlarına qeydiyyata aldırmaqda hər hansı maneə olmamışdır. Ərizəçi məhkəmə iclasında ərizəsində göstərilənlərə oxşar izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Gədəbəy Notariat Ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, o, nümayəndəsini məhkəməyə göndərməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini və onun nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, işdə olan Gədəbəy RİHB-nin Gərgər kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 310 nömrəli arayışdan görünür ki, Ərizəçi Şəmkir rayonu, Çənlibel kəndində qeydiyyatda olmasına baxmayaraq hal-hazırda mövsümü olaraq Gədəbəy rayonu, Gərgər kəndində yaşayır. İşdə olan Gədəbəy rayon Dövlət Arxivi tərəfindən verilmiş 26 aprel 2023-cü il tarixli, 159/1 saylı arxiv arayışından görünür ki, Rəsulov X9 rayon Dövlət Arxivində mühafizə olunan Gərgər kənd X6 1977-1979-cu illərə dair 1 nömrəli Təsərrüfatbaşına kitabın 25-ci şəxsi hesabında qeydiyyat olmaqla mərhum atası X13 adına təsərrüfat qeyd edilib və qeyd edilən ailə üzvləri vardır; ailə başçısı X19 1932, arvadı X12 1932, qızı X11 xx.xx.1959, oğlu Ərizəçi xx.xx.1961, oğlu X7 xx.xx.1964. Torpaq qrafasında 0.25 ha torpaq sahəsi və tikili qrafasında 1965-ci ildə inşa edilmiş ev qeyd edilmişdir. İşdə olan Gədəbəy rayonu, Gərgər kəndində qeydiyyatda olan X3 xx.xx.2023-cü il tarixdə notarial qaydada ərizə verərək, xx.xx.2016-cı ildə ölmüş atası X13 ölümündən sonra qalmış miras əmlakından ona çatası hissəsini qəbul etməmişdir. Miras əmlakı qəbul etmək niyyətində deyil və gələcəkdə bununla əlaqədar iddia qaldırmayacaqdır. İşdə olan doğum haqqında şəhadətnamənin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi xx.xx.1961-ci il tarixdə anadan olmuşdur. Atası qrafasında X19, anası qrafasında X12 qeyd edilmişdir. İşdə olan atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, X19 xx.xx.1961-ci il tarixdə X2 doğulmuş Ərizəçi atası hesab edilmişdir. İşdə olan ölüm haqqında şəhadətnamələrin surətlərindən görünür ki, X19 xx.xx.2016-cı il tarixdə, X12 xx.xx.2012-ci il tarixdə ölmüşdür. İşdə olan ölüm haqqında arayışdan görünür ki, X7 xx.xx.1993-cü il tarixdə ölmüşdür. İşdə olan evlənmək haqqında şəhadətnamənin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, X19 ilə X12 nikahlarını xx.xx.1961-ci il tarixdə bağlamışlar. İşdə olan X17 kitabında xx.xx.2014-cü il tarixdə 21 nömrə ilə uçota alınmış A № 097148 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 13 nömrəli qərarı ilə X13 mülkiyyətinə Gədəbəy rayonu, Gərgər kəndində 1583 kv.m həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan X17 kitabında xx.xx.2014-cü il tarixdə 20 nömrə ilə uçota alınmış A № 097147 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 13 nömrəli qərarı ilə X13 mülkiyyətinə Gədəbəy rayonu, Gərgər kəndində 918 kv.m həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan Gədəbəy rayon Notariat ofisi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2023-cü il tarixli, 259 nömrəli məktubdan görünür ki, vərəsəliyin qəbulu müddətini keçirdiyinə görə Ərizəçi aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Məhkəmə ərizəçinin miras əmlakın qanun üzrə qəbul edilməsi barədə tələbinin qanuni əsaslarının mövcud olub-olmaması məsələsinin aydınlaşdırılması üçün X10 və X2 miras əmlakın qalıb-qalmaması, miras kütləsinin dairəsinin, hansı vərəsəlik hüquq münasibətlərinin mövcudluğunun, vərəsələrin dairəsinin və mirasın bölüşdürülməsi qaydasının aydınlaşdırılmasını zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1151.2-ci maddəsinə əsasən, mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Məhkəmə iclasında müəyyən olundu ki, X19 və X12 ilə 1958-ci il tarixdə faktiki olaraq evlənmişlər, nikahlarını xx.xx.1961-ci il tarixdə rəsmiləşdirmişlər. Onların birgə nikahlarından Ərizəçi, X7 və X3 adında üç övladı olmuşdur. Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 13 nömrəli qərarı ilə A № 097147 və A № 097148 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədləri əsasında X13 mülkiyyətinə Gədəbəy rayonu, Gərgər kəndində müvafiq olaraq sahələri 918 kv.m və 1583 kv.m olan həyətyanı torpaq sahələri verilmişdir. Həmçinin həyətyanı torpaq sahəsində ümumi sahəsi fərdi yaşayış evi vardır. Fərdi yaşayış evinə X13 və X4 mülkiyyət hüququnu təsdiq edən sənəd olmasa da, həmin evin X15 və X8 məxsusluğu mübahisələndirilmir və məhkəmə hesab edir ki, həmin fərdi yaşayış evinə dair X13 və X4 mülkiyyətə qanuni gözləntiləri vardır. Belə ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Akimova Azərbaycana qarşı» iş üzrə 27 sentyabr 2007-ci il tarixli qərarında xatırlatmışdır ki, «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki «mülkiyyət» anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da «mülkiyyət» kimi qiymətləndirilə bilər. Həmin iş üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, ərizəçi mübahisələndirdiyi mənzil üzərində mülkiyyət hüququna malik olmasa da, onun Mənzil fondunun özəlləşdirilməsi haqqında Qanuna uyğun olaraq həmin mənzili müəyyən şərtlərlə əvəzsiz olaraq mülkiyyətinə keçirmək hüququ olduğundan, ərizəçinin həmin mənzilə olan iddiaları 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsinin tətbiqi dairəsinə düşən «mülkiyyətin» təşkil olunması üçün kifayət qədər əsaslı olmuşdur. Məhkəmə Avropa Məhkəməsinin qeyd edilən presedent hüququna istinad edərək hesab edir ki, mərhum X13 və X4 Gədəbəy rayonu, Gərgər kəndində yerləşən fərdi yaşayış evindən ibarət əmlaka dair mülkiyyət hüququnun gözləntisi olmuş və həmin əmlak X13 və X4 mülkiyyəti kimi qiymətləndirilməlidir. X19 xx.xx.2016-cı il tarixdə, X12 xx.xx.2012-ci il tarixdə vəfat etmişdir. Onların ölümündən sonra Gədəbəy rayonu, Gərgər kəndində fərdi yaşayış evi, ayrı-ayrılıqda sahələri 918 kv.m və 1583 kv.m olan torpaq sahələri miras qalmışdır. Odur ki, məhkəmə hesab edir ki, həmin torpaq sahələri və fərdi yaşayış evi X10 və X2 qalmış miras kütləsinə daxil edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Məhkəmə miras əmlaka dair vərəsəlik hüquq münasibətlərinin növünü aydınlaşdıraraq, hesab edir ki, vəsiyyətnamə qoyulmadığından X10 və X2 qalmış miras əmlaka dair qanun üzrə vərəsəlik hüquq münasibətləri tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1 və 1159.1.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1166-cı maddəsinə əsasən, fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-ci maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Qanun üzrə vərəsələrin dairəsi və vərəsələr tərəfindən tərəfindən mirasın qəbul edilib-edilməməsi məsələsini həll edərkən məhkəmə qeyd etməlidir ki, miras qoyanın qanun üzrə vərəsə ola biləcək digər uşaqlarından X7 xx.xx.1993-cü il tarixdə vəfat etmiş, X3 isə notarial qaydada ərizə verərək xx.xx.2016-cı ildə ölmüş atası X13 ölümündən sonra qalmış miras əmlakdan ona çatası hissəsini qəbul etmədiyini və miras əmlakı qəbul etmək niyyətində olmadığını və gələcəkdə bununla əlaqədar iddia qaldırmayacağını bildirmişdir. Ərizəçi isə valideynlərinin ölümündən sonra qalmış mirası qanun üzrə vərəsə olaraq qəbul etmişdir. Belə ki, miras qalmış əmlaklar hazırda da ərizəçinin faktiki nəzarətindədir və həmin əmlakları o idarə edir. Beləliklə, məhkəmə işdəki sübutlara tətbiq edilməli hüquq normalarına uyğun hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, X4 və X13 ölümündən sonra qalmış, Gədəbəy rayonu, Gərgər kəndində yerləşən, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 13 nömrəli qərarı ilə A № 097147 və A № 097148 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədləri əsasında verilmiş müvafiq olaraq sahələri 918 kv.m və 1583 kv.m olan həyətyanı torpaq sahələrindən və həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evindən ibarət miras əmlakın Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-in 305.1.1-ci maddəsinə əsasən, məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307.2.9-cu maddəsinə əsasən, məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 307-311, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizə təmin edilsin. X4 və X13 ölümündən sonra qalmış, Gədəbəy rayonu, Gərgər kəndində yerləşən, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 13 nömrəli qərarı ilə A № 097147 və A № 097148 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədləri əsasında verilmiş müvafiq olaraq sahələri 918 kv.m və 1583 kv.m olan həyətyanı torpaq sahələrindən və həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evindən ibarət miras əmlakın Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №2(042)-603/2023
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-603/2023
18.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver