Məhkəmə qərarları › İş №2(042)-608/2023

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-608/2023

18.07.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-608/2023 18.07.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X3 oğlunun katibliyi, İddiaçı və Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Gədəbəy rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin etibarnamə üzrə nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Gədəbəy rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqı” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq, işdən azad olunması barədə “Gədəbəy Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli, PHŞ-6-38/3-1- 243/2023 nömrəli əmrinin ləğv edilməsi və onun əvvəlki iş yerinə, yəni “Gədəbəy Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin Çalburun kənd həkim məntəqəsinin müdiri vəzifəsinə bərpa olunması və ona 31 mart 2023-cü il tarixdən işə bərpa olunan vaxtadək məcburi iş buraxmaya görə əmək haqqı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1976-cı il tarixdən “Gədəbəy Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin Çalburun kənd həkim məntəqəsinin müdiri vəzifəsində çalışır. Onunla əmək müqaviləsi sonuncu dəfə xx.xx.1980-ci il tarixdə bağlanmışdır. Həmin vaxtdan indiyədək tutuduğu vəzifədə qüsursuz olaraq işləmişdir. 09 iyul 2023-cü ildə 69 yaşı tamam olacaqdır. “Gədəbəy Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi dövlət büdcəsindən maliyyələşən müəssisədir və əmək qanunvericiliyinə görə dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65-dir. Onun 65 yaşı xx.xx.2019-cu ildə tamam olmuşdur. Həmin vaxtdan xx.xx.2023-cü ilədək “Gədəbəy Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin Çalburun kənd həkim məntəqəsinin müdiri vəzifəsində çalışmışdır. Bu müddət ərzində onun müəssisədə çalışma müddəti uzadılsa da, uzadılma barədə əmək kitabçasında heç bir qeyd aparılmamışdır. xx.xx.2023-cü il tarixdə ona məlum olmuşdur ki, “Gədəbəy Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi xx.xx.2023-cü il tarixli, PHŞ-6-38/3-1-243/2023 nömrəli əmrlə onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixindən Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qutarması) əsasən xitam vermişdir. Hesab edir ki, Gədəbəy Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin xx.xx.2023-cü cü il tarixli, PHŞ-6-38/3-1-243/2023 nömrəli əmri qanunsuzdur. Göründüyü kimi, “Gədəbəy Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi ilə onun arasında olan əmək müqaviləsi xx.xx.1980-ci il tarixdə bağlanmaqla müddətsiz bağlanmışdır. Belə olan halda “Gədəbəy Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli, PHŞ-6-38/3-1-243/2023 nömrəli əmri ilə onun əmək müqaviləsinə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndi ilə xitam verməsinin heç bir hüquqi əsası olmamışdır. “Gədəbəy Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli, PHŞ-6-38/3-1-243/2023 nömrəli əmri qanunsuz olduğundan ləğv edilməli və o öz əvvəlki iş yerinə, yəni “Gədəbəy Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin Çalburun kənd həkim məntəqəsinin müdiri vəzifəsinə işə bərpa edilməlidir. Həmçinin, hesab edir ki, o xx.xx.2023-cü il tarixdən etibarən məcburi iş buraxmaya görə iş buraxma günləri üçün əmək haqqını da tələb etməkdə haqlıdır. Bununla bağlı “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, məhkəməyə müraciət etməzdən əvvəl qarşı tərəfə mediasyiya təklifi göndərərək ilkin edasiya sessiyasında iştirak etməyə dəvət etmiş, lakin, ilkin mediyasiya sessiyasından sonra prosesin davam etdirilməsi mümkün olmamışdır. Bununla əlaqədar xx.xx.2023-cü il tarixdə Gəncə 1 saylı Mediasiya təşkilatı tərəfindən ona ilkin mediyasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış verilmişdir. İşdən azad olunması ona xx.xx.2023-cü il tarixdə məlum olmuşdur. Həmin vaxtda işəgötürənə müraciət etsə də, heç bir müsbət nəticə əldə edə bilməmişdir. Odur ki, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə oxşar izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Gədəbəy rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin etibarnamə üzrə nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini etiraf etmədi və izahatında göstərdi ki, o, Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Gədəbəy rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsində hüquqşunas vəzifəsində işləyir. Gədəbəy rayon Mərkəzi Xəstəxanasının adı dəyişdiyinə görə İddiaçıla bağlanmış əmək müqaviləsi yenilənmişdir. İddiaçı 65 yaşına çatdıqdan sonra onunla əmək müqaviləsinin müddəti uzadılmamışdır. İddiaçı 65 yaşı 2019-cu il tarixdə tamam olmuşdur. Lakin, İddiaçıla olan əmək müqaviləsinə xitam verilməmiş və sonuncu həmin vəzifədə işləməyə davam etmişdir. 2021-ci il tarixdə isə İddiaçıla bağlanmış əmək müqaviləsi yenilənmiş və həmin müqavilədə də müddət göstərilməmişdir. “Gədəbəy rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin direktoru Firdovsi Sarıyevin xx.xx.2023-cü il tarixli PHŞ-6-38/3-1-243/2023 №-li əmrinə əsasən “Gədəbəy rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin Çalburun KHM-nin müdiri İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmiş və tutduğu vəzifədən azad edilmişdir. Odur ki, iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, işin faktiki hallarını hərtərəfli araşdırıb, sübutları tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, işdə olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1954-ci il tarixdə Gədəbəy rayonu, Rüstəm Əliyev kəndində anadan olmuşdur və hazırda həmin kənddə qeydiyyatdadır. İşdə olan əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1976-cı il tarixdə “Gədəbəy rayon Mərkəzi Xəstəxanası” Çalburun KHM-nin müdiri vəzifəsinə təyin edilmişdir. “Gədəbəy rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin direktoru Firdovsi Sarıyevin xx.xx.2023-cü il tarixli PHŞ-6-38/3-1-243/2023 №-li əmrinə əsasən “Gədəbəy rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin Çalburun KHM-nin müdiri İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmiş və tutduğu vəzifədən azad edilmişdir. İşdə olan Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Gədəbəy rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin direktoru Firdovsi Sarıyev tərəfindən verilmiş 31 mart 2023-cü il tarixli əmrin surətindən görünür ki, “Gədədəby rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin Çalburun kənd həkim məntəqəsinin müdiri İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdən Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən xitam verilmişdir. İşdə olan Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Gədəbəy rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən Gədəbəy rayon Məhkəməsinə ünvanlanmış 18 iyul 2023-cü il tarixli, PHŞ-6-38/2-605/2023 saylı məktubdan görünür ki, “Gədəbəy rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin Çalburun kənd həkim məntəqəsinin sabiq müdiri İddiaçı xx.xx.1980-ci il tarixdə Gədəbəy RMX-da işə qəbul olunması haqqında əmrin xəstəxananın arxivində tapmaq mümkün olmamışdır. İşdə olan Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Gədəbəy rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən Gədəbəy rayon Məhkəməsinə ünvanlanmış 17 iyul 2023-cü il tarixli, PHŞ-6-38/2-606/2023 saylı məktubdan görünür ki, Gədəbəy rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin Çalburun kənd həkim məntəqəsinin sabiq müdiri İddiaçı ilə Gədəbəy rayon Mərkəzi Xəstəxanası arasında olan müqavilə onun son yaş həddinin çatması ilə əlaqədar müddətinin uzadılması haqqında yenidən bağlanmamışdır. İşdə olan mediator Mübariz Cəfərov tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, “ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, İddiaçı və “Gədəbəy rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin etibarnamə üzrə nümayəndəsi X2 mediasiya prosesinin davam etdirilməsinə razılıq verməmişlər. 50 manat məbləğində mediasiya xərcini İddiaçı tərəfindən ödənilmişdir. Məhkəmə iddiaçının işə bərpa edilməsi tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respbulikası Əmək Məcəlləsini 68-ci maddəsinin 1-ci hissəsinə əsasən, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.

2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Həmin Məcəllənin 10-1.1-ci maddəsinə əsasən, dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65-dir. Həmin Məcəllənin 10-1.2-ci maddəsinə əsasən, dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin həmin müəssisədə çalışma müddəti müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Çalışma müddətinin 5 ildən çox uzadılmasına yol verilmir. Həmin Məcəllənin 73-cü maddəsinə əsasən, müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. İşçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər. Məhkəmədə müəyyən edildi ki, İddiaçı xx.xx.1976-cı il tarixdə “Gədəbəy rayon Mərkəzi Xəstəxanası” Çalburun KHM-nin müdiri vəzifəsinə təyin edilmişdir. “Gədəbəy rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən İddiaçı ilə xx.xx.1980-ci il tarixdə əmək müqaviləsinin bağlanılması bildirilmiş, lakin, cavabdeh tərəfindən təqdim edilmiş məktuba əsasən İddiaçıla xx.xx.1980-ci il tarixdə bağlanılmış ilkin əmək müqaviləsinin “Gədəbəy rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin arxivindən tapılmasının mümkün olmaması bildirilmişdir. İddiaçı ilə cavabdeh arasında xx.xx.2021-ci il tarixdə yenilənmiş əmək müqaviləsi bağlanmışdır. “Gədəbəy rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin direktoru Firdovsi Sarıyevin xx.xx.2023-cü il tarixli PHŞ-6-38/3-1- 243/2023 №-li əmrinə əsasən “Gədəbəy rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin Çalburun KHM-nin müdiri İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmiş və tutduğu vəzifədən azad edilmişdir. İddiaçı məhkəmə iddia qaldıraraq qanunsuz olaraq işdən azad edildiyini bildirmiş və əmrin ləğv edilməsini, əvvəlki iş yerinə bərpa edilməsini və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsini tələb etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında əmək müqaviləsi xx.xx.1980-cı il tarixdə bağlanılmışdır. İddiaçı xx.xx.1954-cü il tarixdə anadan olmuşdur və onun dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmasının yaş həddi (65 yaşı) xx.xx.2019-cu il tarixdə bitmişdir. İddiaçı çalışmasının yaş həddinə çatdıqdan sonra cavabdeh “Gədəbəy rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən İddiaçı çalışma müddətinin uzadılması barədə əmr verilməmiş və yenidən əmək müqaviləsi bağlanılmamışdır. Buna baxmayaraq onlar arasında əmək münasibətləri davam etmiş və həmin vaxt İddiaçı işdən azad edilməmişdir. Eləcə də, iddiaçı ilə cavabdeh arasında “yenilənmiş əmək müqaviləsi” bağlanılsa da, həmin müqavilə İddiaçı tutduğu vəzifədə çalışma müddətinin uzadılması məqsədi daşımışdır. Belə ki, “yenilənmiş əmək müqaviləsi” İddiaçı 65 yaşı tamam olduqdan sonra xx.xx.2021-ci il tarixdə bağlanılmışdır. Lakin, 65 yaşı tamam olmuş şəxslə yenidən əmək müqaviləsinin bağlanılması əmək qanunvericiliyinə əsasən mümkün deyildir və həmin şəxslə sadəcə çalışma müddətinin uzadılması barədə müqavilə bağlana bilərdi. Ona görə də, məhkəmə hesab edir ki, xx.xx.2021-ci il tarixdə bağlanılmış “yenilənmiş əmək müqaviləsi” İddiaçı tutduğu vəzifədə çalışma müddətinin uzadılması məqsədi daşımışdır. Belə ki, müqavilədə müddət göstərilməmişdir. Azərbaycan Respublikası Əmək Məsəlləsinin 10-1.2-ci maddəsinə əsasən həmin müqavilə 1 ildən artıq müddətə bağlana bilməzdi. Belə aydın olur ki, müqavilənin uzadılması müddətinin ən sonu 1 il müddətə bağlanmışdır. İşəgötürən ilə iddiaçı arasında bağlanmış əmək müqaviləsinə 2022-ci il tarixdə xitam verilməmiş, odur ki, müqavilənin müddətinin sonu 1 il müddətə də uzadılmışdır. Nəyahət cavabdeh tərəfindən 31 mart 2023-cü ildə iddiaçı ilə olan 1 illik əmək müqaviləsinin müddəti bitdiyinə görə əmək müqaviləsinə xitam verilmiş və müqavilə uzadılmamışdır. Ona görə də, məhkəmə hesab edir ki, cavabdehlə bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə bağlı “Gədəbəy rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin direktoru Firdovsi Sarıyevin xx.xx.2023-cü il tarixli PHŞ-6-38/3-1-243/2023 №-li əmrinin ləğv edilməsi üçün heç bir əsas yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 19-cu maddəsinə əsasən, dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. Məhkəmə hesab edir ki, Gədəbəy rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən İddiaçı işdən azad edilməsi zamanı Azərbaycan Respublikası əmək qanunvericiliyinin tələblərinə dəqiq əməl edilmişdir. Odur ki, iddiaçının əmrin ləğv edilməsi və işə bərpa barədə tələbi əsassızdır. Məhkəmə, həmçinin, iddianın məcburi iş buraxmaya görə əmək haqqı tələbi hissəsini araşdırır və hesab edir ki, bu hissədə də iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci bəndinə əsasən, əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Həmin Məcəllənin 300-cü maddəsinin 1-ci bəndinə görə, əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Məhkəmə onu qeyd edir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə işəgötürən tərəfindən qanuni əsaslarla xitam verildiyindən iddiaçının məcburi iş buraxma müddəti üçün əmək haqqı tələbi də əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazının əsasları kimi istinad etdikləri halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılmamışdan əvvəl mediasiya xərci ödənilmişdir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən ödənilmiş mediasiya xərci iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq,

Qət etdi:

İddiaçı cavabdeh Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Gədəbəy rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqı” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 50 (əlli) manat mediasiya xərci İddiaçı aid edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar