Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-610/2021 30.06.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X6 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Əkbər qızına və Cavabdeh2 Elçin qızına qarşı “hüquq müəyyənedici sənədlərin qismən etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq, Gədəbəy rayon AİK-nın 10.05.2001-ci il tarixli, 05 saylı qərarı və JN 531 KOD 50526018 saylı “Dövlət Aktının” qismən cavabdehlər Cavabdeh1 Əkbər qızına və Cavabdeh2 Elçin qızına aid olan hissədə etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında göstərdi ki, Ona Gədəbəy rayon AİK-nın 10.05.2001-ci il tarixli 05 saylı qərarı və JN 531 KOD 50526018 saylı “Dövlət Aktına” əsasən ona və ailə üzvlərinə kənd təsərrüfatı təyinatı məqsədi ilə 1.66 ha əkin biçənək sahəsi verilmişdir. Lakin onlara verilmiş “Dövlət Aktında” texniki səhv olaraq başqa bir təsərrüfatda yaşayan cavabdehlər X2 və Cavabdeh2 Elçin qızının onlara məxsus “Dövlət Aktında” adlarını qeyd etmişlər. O, həmin torpaq sahəsinə dair verilmiş “Dövlət Aktında” qeyd edilmiş cavabdehlərin adlarının çıxarılması ilə əlaqədar olaraq DƏDRX-nin 11 saylı Ərazi idarəsinə müraciətlər etsə də ona 10.12.2020-ci il tarixdə **********231 saylı imtina məktubu verilmiş və həmin məktubda qeyd edilmişdir ki, sözü gedən cavabdehlər X2 və Cavabdeh2 Elçin qızının adlarını “Dövlət Aktından” çıxarılması mümkün deyildir. Ona görə də, Gədəbəy rayon AİK-nm 10.05.2001-ci il tarixli 05 saylı qərarı və JN 531 KOD 50526018 saylı “Dövlət Aktının” qismən cavabdehlərə münasibətdə etibarsız hesab edilməsini istəyir. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh1 Əkbər qızına və Cavabdeh2 Elçin qızına məhkəmə iclasının yeri və vaxtı barədə sonuncu məlum qeydiyyatda olduğu yer üzrə məhkəmə bildirişi göndərilmiş, Gədəbəy RİHB-nin Slavyanka kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 15.03.2021-ci il tarixli arayışa əsasən Cavabdeh1 Əkbər qızı və Cavabdeh2 Elçin qızı uzun müddətdir ki, ərazidə yaşamırlar. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. MPM-in 185.5-ci maddəsinə əsasən, məhkəmə işə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarında olan sübutları araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işdə olan Gədəbəy RİHB-nin Slavyanka kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 15.03.2021-ci il tarixli, 209 saylı arayışdan görünür ki, İddiaçı, həqiqətən 10 saylı təsərrüfatbaşına kitabın 54-cu səhifəsinə əsasən Gədəbəy rayonu, Slavyanka kəndində qeydiyyatdadır və aşağıdakı tərkibdə ailə üzvləri vardır: özü, arvadı – X7, oğlu X5, oğlu – X8. İşdə olan JN-0531 KOD 50526018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktının lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 10 aprel 2001-ci il tarixli 05 saylı qərarı əsasında İddiaçı və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətinə Gədəbəy rayonu, Slavyanka kəndində 1.66 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin sənəddə İddiaçı ailə üzvləri sırasında 5-ci və 6-cı sıralarda Cavabdeh1 Əkbər qızı və Cavabdeh2 Elçin qızı qeyd edilmişdir. Beləliklə, məhkəmə iclasında iddiaçının izahatı və tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 10 aprel 2001-ci il tarixli 05 saylı qərarı əsasında İddiaçı və ailə üzvləri olan X3, X1, X4 birgə mülkiyyətinə Gədəbəy rayonu, Slavyanka kəndi ərazisində 1.66 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. Torpaq sahəsinə dair isə JN-0531 KOD 50526018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı tərtib olunmuşdur. Həmin dövlət aktında İddiaçı ailə üzvləri sırasında 5-ci və 6-cı sıralarda Cavabdeh1 Əkbər qızı və Cavabdeh2 Elçin qızı qeyd edilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, cavabdehlər Cavabdeh1 Əkbər qızı və Cavabdeh2 Elçin qızının adları sözügedən hüquq müəyyənedici sənədlərdə texniki səhv olaraq qeyd edilmişdir. Belə ki, cavabdehlər iddiaçının ailə üzvləri deyil. Belə olan halda iddiaçıya pay torpaq sahələri verilərkən cavabdehlərin adı həmin torpaq sahələrinə dair sənədlərdə iddiaçının ailə üzvü kimi qeyd oluna bilməzdi. Cavabdehlərin adının sözügedən şəhadətnamədə və dövlət aktında əks olunması texniki səhvlə əlaqədar olmuşdur. Bu isə iddiaçının mülki hüquqlarının həyata keçirilməsinə maneələr törədir. Odur ki, iddiaçı bununla bağlı haqlı olaraq məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 19-cu maddəsinə əsasən, dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. MPM-in 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinin tələbinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslarda, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara tətbiq edilməli hüquq normalarına uyğun hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 10 aprel 2001-ci il tarixli 05 saylı qərarı əsasında verilmiş JN-0531 KOD 50526018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı qismən, yəni “Cavabdeh1 Əkbər qızı” və “Cavabdeh2 Elçin qızı” yazılan hissədə etibarsız hesab edilməlidir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, ödənilmiş dövlət rüsumu iddia tələbi təmin olunduğundan cavabdehlərə aid edilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233.1-ci və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı iddia tələbi təmin edilsin. Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 10 aprel 2001-ci il tarixli 05 saylı qərarı əsasında verilmiş JN-0531 KOD 50526018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı qismən, yəni “Cavabdeh1 Əkbər qızı” və “Cavabdeh2 Elçin qızı” yazılan hissədə etibarsız hesab edilsin. Ödənilmiş 10 manat dövlət rüsumunun əvəzi cavabdehlər Cavabdeh1 Əkbər qızından və Cavabdeh2 Elçin qızından müştərək qaydada tutularaq İddiaçı verilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №2(042)-610/2021
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-610/2021
30.06.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver