Məhkəmə qərarları › İş №2(042)-615/2025

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-615/2025

13.05.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-615/2025 13.05.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Salmanov Orxan Aqil oğlunun katibliyi, İddiaçı, cavabdeh Gədəbəy Rayon X5 Orta Məktəbinin direktoru Nümayəndə iştirakları ilə İddiaçı cavabdeh Gədəbəy Rayon X5 Orta Məktəbinin direktoru Nümayəndə qarşı əmrin ləğv edilməsi, onun əvəlki iş yerinə pərba edilməs və məcburi iş buraxmaya görə əməkhaqının ödəinilməsi tələbinə dair mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı cavabdeh Gədəbəy Rayon Xarxar X6 Məktəbinin direktoru Nümayəndə tərəfindən verilmiş 14.*6.2*24-cü il tarixli 46 nömrəli əmrin ləğv edilməsi, onun əvvəlki iş yerinə, yəni məktəbin fiziki-tərbiyə müəllimi vəzifəsinə bərpa olunması və onun 14.*6.2*24cü il tarixdən işə bərpa olunacağı tarixədək məcburi iş buraxmaya görə əməkhaqqının ödənilməsi tələbləri haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə baxışı iclasında İddiaçı iddia tələblərini müdafiə etmiş, izahat verərək, bildirmişdir ki, o, 1981-ci ildən etibarən pedaqoji fəaliyyətlə məşğul olmuşdur. Əvvəllər Gədəbəy Rayonu X4 Orta Məktəbində müəllim və həmin məktəbin direktoru vəzifəsində çalışmışdır.2**9-cu ildə Azərbaycan Təhsil İşçiləri X2 Gədəbəy Rayon Komitəsinin sədri seçilmişdir. 25.*9.2*14-cü il tarixdə X5 Orta Məktəbinə müvəqqəti olaraq direktor vəzifəsinə təyin edilmiş və 26.12.2*17-ci il tarixdən direktor vəzifəsini müvəqqəti icra etməkdən azad olunmuş və ixtisası üzrə məktəbdə müəllim saxlanılmışdır. 15.11.2*18-ci il tarixdə X5 Orta Məktəbin fiziki-tərbiyə müəllimi vəzifəsindən azad edilmiş, *1.12.2*19-cu il tarixdə məhkəmənin qərarına əsasən əvvəlki vəzifəsinə bərpa edilmişdir. *3.*2.2*24-cü il tarixdə çalışmanın yaş həddinə çatdığı üçün onunla bağlanmış əmək müqaviləsinə xitam verilmiş və məktəbin fıziki-tərbiyə müəlliminə ehtiyac olduğu üçün cari dərs ilinin sonuna kimi onunla müddətli əmək müqaviləsi bağlanmışdır. 14.*6.2*24-cü il tarixdə onunla bağlanmış müddətli əmək müqaviləsinə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin '‘e” bəndinə əsasən xitam verilmişdir.Bu barədə cavabdeh 14.*6.2*24-cü il tarixli 46 nömrəli əmr vermişdir.Lakin həmin əmrdə ciddi pozuntular olmuş, əmək müqaviləsinə həmin maddənin b bəndinə əsasən xitam verilməli olduğu halda, e bəndi ilə xitam verilmişdir. Bununla əlaqədar o, əmək müfəttişliyinə müraciə etmiş, əmək müfəttişliyi tərəfindən cavabdehə xəbərdarlıq edilmişdir. Ona görə də iddia tələblərinin təmin edilməsini xahiş edir. Məhkəmə baxışı iclasında cavabdeh Gədəbəy Rayon X5 Orta Məktəbinin direktoru Nümayəndə iddia tələblərinə etiraz etmiş, izahat verərək, bildirmişdir ki, pensiya yaşına çatdığı üçün iddiaçı ilə bağlanılmış müddətli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Mcəlləsinin 68.2-ci maddəsinin b bəndinə əsasən xitam verilmiş, lakin əmrdə və əmək kitabçasında texniki səhvə yol verilmiş, iddiaçı ilə əmək müqaviləsinə Azərbaycan Respublikasl Əmək Məcəlləsinin 68.2-ci maddəsinin b bəndinə əsasən xitam verildiyi halda, əmrdə və əmək kitabşasında səhvən Əmək Məcəlləsinin 68.2-ci maddəsinin e bəndi göstərilmiş, lakin bu səhv aradan qaldırılmışdır. İddiaçı hazırda əmək pensiyasındadır. Onun əvvəllər çalışdığı vəzifədə qanunda nəzərdə tutulmuş qaydada təyin edilmiş yeni müəllim işləyir. Ona görə də iddia tələblərinin təmin edilməməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Azərbaycan Respublikası MPM-nin 1*6.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan Ərizənin surətindən görünür ki, İddiaçı yaş həddinə çatdığına görə onunla yenidən müqavilə bağlanılmasını xahiş etmişdir. İşdə olan Əmək Kitabçasının surətindən görünür ki, Gədəbəy Rayon X5 Orta Məktəbinin direktorunun *3 fevral 2*24-cü il tarixli 11 saylı Əmri ilə İddiaçı ilə cari dərs ilinin sonuna kimi müddətli əmək müqaviləsi bağlanılmış, 14.*6.2*24-cu il tarixli 46 saylı əmrinə əsasən isə İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin e bəndinə əsasən işdən azad edilmişdir. İşdə olan Gədəbəy Rayon X5 Orta Məktəbinin direktorunun 14.*6.2*24-cü il tarixli 46 saylı Əmrindən görünür ki, Gədəbəy Rayon X5 Orta Məktəbinin müəllimi İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən işdən azad edilmişdir. İşdə olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin İnsan Resursları Mərkəzinin portalından Çıxarışdan görünür ki, X1 29 avqust 2*24-cü il tarixdə Gədəbəy Rayonu Xarxar X6 Məktəbinə fiziki tərbiə müəllimi təyin edilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəflərin izahatlarını, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbləri təmin edilməməlidirlər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsi əsaslarından biridir. Həmin Məcəllənin 287-ci maddəsinə əsasən fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır. Məcəllənin 292-ci maddəsinin 1-ci hissəsinə əsasən işçi bu Məcəllənin 288-ci maddəsində göstərilmiş məsələlərlə bağlı hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər. Məcəllənin 294.1-ci maddəsinə əsasən bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, İddiaçı cavabdeh Gədəbəy Rayon X5 Orta Məktəbinin direktorunun 14 iyun 2*24-cü il tarixli 46 saylı Əmri ilə aralarında bağlanılmış müddətli əmək müqaviləsinin müddəti başa çatdığına görə əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Mcəlləsinin 68.2-ci maddəsinin b bəndinə əsasən xitam verilmiş, lakin əmrdə və əmək kitabçasında texniki səhvə yol verilmiş, iddiaçı ilə əmək müqaviləsinə Azərbaycan Respublikasl Əmək Məcəlləsinin 68.2-ci maddəsinin b bəndinə əsasən xitam verildiyi halda, əmrdə və əmək kitabşasında səhvən Əmək Məcəlləsinin 68.2-ci maddəsinin e bəndi göstərilmişdir. Hazırda bu səhv aradan qaldırılmışdır. İddiaçı əmək pensiyasındadır. Onun əvvəllər çalışdığı vəzifədə qanunda nəzərdə tutulmuş qaydada təyin edilmiş yeni müəllim işləyir. Ona görə də, iddia tələbləri təmin edilməməlidirlər. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPMnin 216-22*, 227, 358-36*, 362-ci maddələrini rəhbər tutaraq, qət eti: İddia tələbləri təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar