Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-620/2021 29.09.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının 10.04.2001-ci il tarixli 05 saylı qərarı ilə verilmiş Gədəbəy rayonunu Maarif kəndində yerləşən, JN-011E KOD 50526018 nömrəli “Torpağın Mülkiyyətə Verilməsinə Dair” Şəhadətnamə əsasında ona və ailə üzlərinə məxsus olan 0.30 ha torpaq sahəsindən cavabdeh Cavabdeh çıxarılması tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etmiş, izahat verərək, bildirmişdir ki, Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının 10.04.2001-ci il tarixli, 05 saylı qərarı ilə onun və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə Gədəbəy rayonu, Maarif kəndində 0.30 ha həyətyanı torpaq sahəsi verilmişdir. Bu barədə JN-011E KOD 50526018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə tərtib edilmişdir. X1 vəfat etdikdən sonra ondan miras qalmış əmlakı qəbul etmiş və bu barədə məhkəmə qətnaməsi vardır. Həmin torpaq sahəsində fərdi yaşayış evi vardır. Cavabdeh mənim torpaq sahəsini qanunsuz olaraq tutmuşdur. O, 2017-ci ildə bu barədə məhkəməyə müraciət etmiş, həmin vaxt X8 onun torpaq sahəsinə girməyəcəyinə söz vermiş, mülki iş baxılmamış saxlanılmışdır. Lakin hazırda cavabdeh yenidən qanunsuz olaraq onun torpaq sahəsinin ətrafında olan metal toru və armaturları söküb apararaq, onun torpaq sahəsinə girmişdir. Bu da onun mülkiyyət hüquqlarının pozulmasına gətirib çıxarmışdır. O, cavabdehdən torpaq sahəsindən çıxmasını dəfələrlə xahiş etsə də, heç bir nəticəsi olmamışdır. Ona görə də, məhkəməyə müraciət etmiş və iddia ərizəsinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə iştirak etməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 106-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan Gədəbəy Rayon Məhkəməsinin 13.11.2014-cü il tarixli, 2(041)/2014 saylı qətnaməsinin surətindən görünür ki, 2013-cü il yanvarın 05-də vəfat etmiş mərhum X2 ölümündən sonra miras qalmış Gədəbəy rayonunun Maarif kəndində yerləşən fərdi yaşayış evi və 0.30 ha torpaq sahəsinin 1/3 hissəsindən ibarət mirasın qanun üzrə birinci növbə vərəsə X4 tərəfindən qəbul edilməsi faktı müəyyən edilməsi qət edilmişdir. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 10.04.2001 -ci il tarixli, 05 saylı qərarı ilə X2 və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə Torpağın Mülkiyyətə Verilməsinə Dair” Şəhadətnamə əsasında Gədəbəy rayonu, Maarif kəndində 0.30 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan mütəxəssis tərəfindən verilmiş Arayışdan görünür ki, mübahisələndirilən ərazinin koordinantları götürülmüş, lakin faktiki istifadə vəziyyəti ilə Maarif (Slavyanka) kəndindin torpaq islahatına dair kompleks yerquruluşu layihəsi arasında uyğunsuzluq olduğundan qərardadda qoyulmuş sualların cavablandırılması mümkün olmamışdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddiaçının izahatını, habelə, işin faktiki hallarını araşdıraraq və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsində göstərilmişdir ki, qanunvericiliklə nəzərdə tutulan qaydada təsdiq edilmiş yerquruluşu layihələrinə uyğun olaraq yerquruluşu orqanları tərəfindən yerdə (naturada) torpaq sahələrinin sərhədləri ayrılır, torpağa mülkiyyət və ya torpaqdan istifadə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması məqsədilə qanunvericiliklə müəyyən edilmiş sənədlər hazırlanır (bu sənədlərin nümunələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir) və həmin sənədlər müvafiq şəxslərə verilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinin tələbinə görə, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosessual qanunvericilik sübutеtmə vəzifələrinin bölgüsünün ümumi qаyqаsını müəyyən еqir. Bu qаydаyа görə iş iştirаkçılаrı tələb və еtirаzlаrını əsаslаndırdıqlаrı fаktlаrı isbаt еtməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirаkçısı оlаn bu və yа bаşqа şəхsi оnun öz iddiа və еtirаzlаrını əsаslаndırmаq üçün söykəndiyi hаllаrın və qаnunlа sübut еtməli оlquğu bаşqа hаllаrın sübut оlunmаsı yükündən аzаd еdə, yахud sübutеtmə yükünü bölüşdürə bilməz. Mülki prosessual qanunvericilik məhkəməyə öz təşəbbüsü ilə sübutlаr tоplаmаq hüququ vеrmir və sübutlаrın tоplаnmаsı və vеrilməsi yükünü bütünlüklə sübutеtmə yükünü dаşıyаn iş iştirаkçılаrının üzərinə qоyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə hеsаb еdir ki, işin оbyеktiv həlli üçün yаlnız mötəbər sübutlаrdаn istifаdə оlunа bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı оlmаlı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməliqir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. İnsan Hüquqları üzrə Аvrоpа Məhkəməsinin "Mahmudovun Rusiyaya qarşı iş üzrə" 26 iyul 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probalion”, yəni, sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həmmövculuğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda, "Qavazov Bolqarıstana qarşı iş üzrə" 06 mart 2008-ci il larixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutları qiymətləndirərkən bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir. Beləliklə, iş üzrə mütəxəssis cəlb edilmiş, ƏMDK-nin yanında DƏDRX-nin 11 saylı Ərazi İdarəsinin əməkdaşları tərəfindən tədqiqat obyektinə baxış keçirilmiş və müəyyən edilmişdir ki, mübahisələndirilən ərazinin koordinantları götürülmüş, lakin faktiki istifadə vəziyyəti ilə Maarif (Slavyanka) kəndindin torpaq islahatına dair kompleks yerquruluşu layihəsi arasında uyğunsuzluq olduğundan qərardadda qoyulmuş sualların cavablandırılması mümkün olmamışdır. Yəni, sübutetmə vəzifəsi iddiaçının üzərinə düşməsinə baxmayaraq, ona məxsus torpaq sahəsinin cavabdeh tərəfindən tutulması halını sübut etmək mümkün olmamışdır. Ona görə də iddia tələbi təmin edilməməlidir. Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsi təmin edilmədiyi üçün hazırkı iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 233.1, 360 və 362-ci maddələrini rəhbər tutub, QƏT ETDİ: İddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №2(042)-620/2021
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-620/2021
29.09.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver