Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-623/2023 31.07.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X13 oğlunun katibliyi ilə, Ərizəçi “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, mərhum atası X3 və mərhum anası X9 vəsiyyət üzrə miras qalmış Gədəbəy rayonu, Arıqıran kəndində yerləşən 1966-cı il tarixdə inşa edilmiş 80 kv.m yaşayış evindən və 0,40 ha həyatyanı torpaq sahəsindən ibarət mirasın həm vəsiyyətnamə üzrə eləcə də faktiki onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, onun mərhum atası X4 Gədəbəy rayonu, Arıqran kəndində adına 0.25 ha həyətyanı torpaq sahəsi və 1966-cı il tarixdə inşa edilmiş 80 kv.m fərdi yaşayış evi olmuşdur. Həmin evin yerləşdiyi torpaq sahəsi sənəd əsasında 0.25 ha olsa da əlavə zəbt torpaq sahələri olmuşdur. Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 06 saylı qərarı əsasında atasının adına 0.40 ha torpaq sahəsi qeyd edilmişdir. Atası T.Hüseynov xx.xx.2010-cu il tarixdə vəfat etmiş, həmin təsərüfatı mərhum anası X14 idarə etmişdir. Mərhum anası T.Hüseynova xx.xx.2012-ci il tarixdə Gədəbəy rayon Notorat ofisi tərəfindən onun adına vəsiyyətnamə vermişdir. Həmin vəsiyyətnamədə həyətyanı torpaq sahəsi və fərdi yaşayış evi qeyd edilmişdir. Mərhum anası X14 xx.xx.2016-cı il tarixdə vəfat etmişdir. Valideyinlərinin dəfn mərasimlərini o həyata keçirmişdir. Miras faktiki olaraq onun tərəfindən qəbul edilmişdir. Valideyinləri vəfat etdikdən sonra həmin evdə o ailə üzvüləri ilə birlikdə yaşamışdır. Halhazırda fərdi yaşayış evini və torpaq sahəsini öz adına vərəsəlik qaydasında keçrilməsi ilə əlaqadar Gədəbəy rayon Notariat Ofisinə və eləcə də DƏDRX-nin 11 saylı ərazi idarəsinə müraciətlər etmişdir. Lakin Notariat ofisi tərəfindən qanunla müəyyən edilmiş müddət ötrüldüyü üçün miras mülklə bağlı məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Sözügedən evin və 0.40 ha həyətyanı torpaq sahəsinin onun adına rəsimləşdirmək məqsədi ilə sənədlərini toplayıb DƏDRX-nin Şəmkirə Ərazi idarəsinin Gədəbəy rayon Şöbəsinə təqdim etsə də onun sənədlərini qəbul etməmişlər və həmin mülkün mülkiyyət kimi qeydiyyatdan keçməməsini və eləcə də həmin evlə bağlı heç bir hüquqi sənədin olmadığını bildirmişlər. Eyni zamanda ona mərhum valideynlərindən qalmış miras mülk ilə bağlı adiyyəti üzrə məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. O, məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etmək qənaətinə gəlmişdir. Odur ki, valideyinlərindən miras qalmış fərdi yaşayış evindən və 0.40 ha torpaq sahəsindən ibarət mirasın faktiki olaraq onn tərəfindən qəul edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəməyə ərizə verərək üzrlü səbəbdən məhkəməyə gələ bilmədiyini bildirmiş və işə onun iştirakı olmadan baxılıb qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs Gədəbəy Notariat Ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, o, nümayəndəsini məhkəməyə göndərməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, işdə olan Gədəbəy rayon İHB-nın Arıqıran kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 16 may 2023-cü il tarixli, 816 saylı arayışdan görünür ki, Hüseynov X7 İƏD üzrə nümayəndəliyinin 2021-2025-ci illəri əhatə edən 04 saylı təsərrüfatbaşına kitabın 35-ci səhifəsində 298 nömrəli şəxsi hesabda qeydiyyatdadır. İşdə olan doğum haqqında arayışın notarial təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi xx.xx.1972-ci ildə Gədəbəy rayonu, Arıqıran kəndində doğulmuş, atası qrafasında X10, anası qrafasında X14 qeyd edilmişdir. İşdə Gədəbəy rayon Dövlət Arxivi tərəfindən verilmiş 23 iyul 2018-ci il tarixli, 489 saylı məktubdan görünür ki, Gədəbəy rayon Dövlət Arxivində mühafizə olunan 2006-2010cu illərə dair Arıqıran kənd İƏD üzrə nümayəndəliyinin 04 saylı təsərrüfatbaşına kitabının 271-ci şəxsi hesabında onun mərhum anası X11 qeydiyyatda olduğu təsərrüfat qeyd edilən ailə üzvləri olmuşdur: ailə başçısı X10 1930, arvadı X14 1933. Təsərrüfatda 1966-cı ildə tikilmiş ümumi sahəsi 180 kv.m yaşayış evi və 0.25 ha torpaq sahəsi qeyd edilmişdir. İşdə olan ölüm haqqında şəhadətnamələrin lazımi qaydada təsdiq edilmiş surətlərindən görünür ki, X10 xx.xx.2010-cu il tarixdə, X14 xx.xx.2016-cı il tarixdə ölmüşdür. İşdə olan X17 kitabında xx.xx.2011-ci il tarixdə 79 nömrə ilə uçota alınmış A № 104904 seriyalı “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 06 nömrəli qərarı ilə X5 mülkiyyətinə Gədəbəy rayonu, Arıqıran kəndində 3987.11 kv.m həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan xx.xx.2012-ci il tarixdə X14 tərəfindən verilmişGədəbəy rayon Dövlət Notariat Kontoru tərəfindən təsdiq edilmiş vəsiyyətnamədən görünür ki, X14 ona məxsus olan Gədəbəy rayonu, Arıqıran kəndində yerləşən fərdi yaşayış evini və həyətyanı torpaq sahəsinin bütövlükdə oğlu Ərizəçi vəsiyyət etmişdir. İşdə olan Gədəbəy rayon Notariat ofisi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2023-cü il tarixli, 286 nömrəli məktubdan görünür ki, vərəsəliyin qəbulu müddətini keçirdiyinə görə Ərizəçi aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Məhkəmə ərizəçinin miras əmlakın qanun üzrə qəbul edilməsi barədə tələbinin qanuni əsaslarının mövcud olub-olmaması məsələsinin aydınlaşdırılması üçün X3 və X9 miras əmlakın qalıb-qalmaması, miras kütləsinin dairəsinin, hansı vərəsəlik hüquq münasibətlərinin mövcudluğunun, vərəsələrin dairəsinin və mirasın bölüşdürülməsi qaydasının aydınlaşdırılmasını zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1151.2-ci maddəsinə əsasən, mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Məhkəmə iclasında müəyyən olundu ki, X1 Tamam Mirzə qızı ilə evlənmişlər. X2 və X11 adına Gədəbəy rayonu, Arıqıran kəndində 1966-cı il tarixdə inşa edilmiş fərdi yaşayış evi vardır. Eləcə də, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 06 nömrəli qərarı ilə X17 kitabında xx.xx.2011-ci il tarixdə 79 nömrə ilə uçota alınmış A № 104904 seriyalı “Torpaq sahəsinin planı və ölçüsü” sənədi əsasında X5 mülkiyyətinə Gədəbəy rayonu, Arıqıran kəndində 3987.11 kv.m həyətyanı torpaq sahəsi verilmişdir. Fərdi yaşayış evinə X4 və X11 mülkiyyət hüququnu təsdiq edən sənəd olmasa da, həmin evin X6 və X12 məxsusluğu mübahisələndirilmir və məhkəmə hesab edir ki, həmin fərdi yaşayış evinə dair X4 və X11 mülkiyyətə qanuni gözləntiləri vardır. Belə ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Akimova Azərbaycana qarşı» iş üzrə 27 sentyabr 2007-ci il tarixli qərarında xatırlatmışdır ki, «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki «mülkiyyət» anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da «mülkiyyət» kimi qiymətləndirilə bilər. Həmin iş üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, ərizəçi mübahisələndirdiyi mənzil üzərində mülkiyyət hüququna malik olmasa da, onun Mənzil fondunun özəlləşdirilməsi haqqında Qanuna uyğun olaraq həmin mənzili müəyyən şərtlərlə əvəzsiz olaraq mülkiyyətinə keçirmək hüququ olduğundan, ərizəçinin həmin mənzilə olan iddiaları 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsinin tətbiqi dairəsinə düşən «mülkiyyətin» təşkil olunması üçün kifayət qədər əsaslı olmuşdur. Məhkəmə Avropa Məhkəməsinin qeyd edilən presedent hüququna istinad edərək hesab edir ki, X2 və X11 Gədəbəy rayonu, Arıqdam kəndində yerləşən fərdi yaşayış evindən və torpaq sahəsindən ibarət əmlaka dair mülkiyyət hüququnun gözləntisi olmuş və həmin əmlak X4 və X11 mülkiyyəti kimi qiymətləndirilməlidir. X10 xx.xx.2010-cu il tarixdə, X14 xx.xx.2016-cı il tarixdə vəfat etmişdir. X4 ölümündən sonra Gədəbəy rayonu, Arıqıran kəndində yerləşən fərdi yaşayış evinin ½ hissəsi və 3987.11 kv.m həyətyanı torpaq sahəsi, X11 ölümündən sonra isə Gədəbəy rayonu, Arıqıran kəndində yerləşən fərdi yaşayış evinin ½ hissəsi miras qalmışdır. Odur ki, məhkəmə hesab edir ki, Gədəbəy rayonu, Arıqıran kəndində yerləşən fərdi yaşayış evinin ½ hissəsi və 3987.11 kv.m həyətyanı torpaq sahəsi X3, Gədəbəy rayonu, Arıqıran kəndində yerləşən fərdi yaşayış evinin ½ hissəsi X9 qalmış miras kütləsinə daxil edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Məhkəmə miras əmlaka dair vərəsəlik hüquq münasibətlərinin növünü aydınlaşdıraraq, hesab edir ki, X3 qalmış miras əmlaka münasibətdə vəsiyyətnamə qoyulmadığından həmin miras əmlaka münasibətdə qanun üzrə vərəsəlik hüquq münasibətləri, mərhum X14 tərəfindən oğlu Ərizəçi adına vəsiyyətnamə qoyulduğundan T.Hüseynovadan qalmış miras əmlaka münasibətdə isə vəsiyyətnamə üzrə vərəsəlik hüquq münasibətləri tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1 və 1159.1.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1166-cı maddəsinə əsasən, fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-ci maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Vərəsə tərəfindən mirasın qəbul edilib-edilməməsi məsələsini həll edərkən məhkəmə qeyd etməlidir ki, qanun və vəsiyyətnamə üzrə vərəsə ola biləcək Ərizəçi X11 və X4 ölümündən sonra, həm də onların ölümündən əvvəl onlardan qalmış həyətyanı torpaq sahəsini və fərdi yaşayış evini faktiki istifadə etmişdir. Bununla da Ərizəçi X4 ölümündən sonra qalmış Gədəbəy rayonu, Arıqıran kəndində yerləşən fərdi yaşayış evinin ½ hissəsindən və 3987.11 kv.m həyətyanı torpaq sahəsindən ibarət miras əmlakı qanun üzrə vərəsə olaraq, X11 ölümündən sonra qalmış Gədəbəy rayonu, Arıqıran kəndində yerləşən fərdi yaşayış evinin ½ hissəsindən ibarət miras əmlakı isə vəsiyyətnamə üzrə vərəsə olaraq qəbul etmişdir. Beləliklə, məhkəmə işdəki sübutlara tətbiq edilməli hüquq normalarına uyğun hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, X4 ölümündən sonra qalmış, Gədəbəy rayonu, Arıqıran kəndində yerləşən 1966-cı il tarixdə inşa edilmiş fərdi yaşayış evinin ½ hissəsindən və Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 06 nömrəli qərarı ilə X17 kitabında xx.xx.2011-ci il tarixdə 79 nömrə ilə uçota alınmış A № 104904 seriyalı “Torpaq sahəsinin planı və ölçüsü” sənədi əsasında verilmiş 3987.11 kv.m həyətyanı torpaq sahəsindən ibarət miras əmlakın Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilməli, X11 ölümündən sonra qalmış, Gədəbəy rayonu, Arıqıran kəndində yerləşən 1966-cı il tarixdə inşa edilmiş fərdi yaşayış evinin ½ hissəsindən ibarət miras əmlaka Ərizəçi vəsiyyətnamə üzrə vərəsəlik hüququ müəyyən edilməli və həmin miras əmlakın onun tərəfindən qəbul edilməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-in 305.1.1-ci maddəsinə əsasən, məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307.2.9-cu maddəsinə əsasən, məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 307-311, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizə təmin edilsin. X4 ölümündən sonra qalmış, Gədəbəy rayonu, Arıqıran kəndində yerləşən 1966-cı il tarixdə inşa edilmiş fərdi yaşayış evinin ½ hissəsindən və Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 06 nömrəli qərarı ilə X17 kitabında xx.xx.2011-ci il tarixdə 79 nömrə ilə uçota alınmış A № 104904 seriyalı “Torpaq sahəsinin planı və ölçüsü” sənədi əsasında verilmiş 3987.11 kv.m həyətyanı torpaq sahəsindən ibarət miras əmlakın Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. X11 ölümündən sonra qalmış, Gədəbəy rayonu, Arıqıran kəndində yerləşən 1966-cı il tarixdə inşa edilmiş fərdi yaşayış evinin ½ hissəsindən ibarət miras əmlaka Ərizəçi vəsiyyətnamə üzrə vərəsəlik hüququ müəyyən edilsin və həmin miras əmlakın onun tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №2(042)-623/2023
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-623/2023
31.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver