Məhkəmə qərarları › İş №2(042)-629/2021

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-629/2021

06.07.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-629/2021 06.07.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Мirzəquliyеv Fizuli Bаlаğа oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı mirasın faktiki qəbul edilməsi müəyyən edilməsi haqqında ərizəsinə dair mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi Maraqlı şəxsnə qarşı Gədəbəy rayonunun Kəsəmən kəndində inşa edilmiş mərhum atası X13 və anası X3 miras qalmış fərdi yaşayış evinə və 0.45 ha həyətyanı torpaq sahələrinə onun tərəfindən qanun üzrə faktiki qəbul edilməsi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə etmiş, izahat verərək bildirmişdir ki, mərhum atası X13 04.01.2014-cü il tarixdə, anası X7 isə 17.10.2012-ci il tarixdə vəfat etmişlər. Gədəbəy rayonunun Kəsəmən kəndində mərhum ata və anasına məxsus fərdi yaşayış evi olmuşdur. O, xx.xx.1973-cü il tarixdə həmin evdə doğulmuş və orada böyümüşdür. Həmin ev 0.25 ha torpaq sahəsində yerləşir. O, 24 fevral 2012-ci il tarixdə Rusiya Federasiyasına getmiş və orada cinayət məsuliyyətinə cəlb edilmiş, Tumen Rayon Məhkəməsinin hökmünə əsasən 7 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. 2020-ci il tarixdə Rusiya Federasiyasından Azərbaycan Respublikasına gəlmişdir. O, ata və anasından miras qalmış əmlaka sahiblik etmək üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin mirasın qəbulu üçün 6 aylıq müddət keçdiyi üçün mənə vərəsəlik şəhadətnaməsi verilməsindən imtina etmişlər. Həmçinin bacı və qardaşları onlara miras əmlakdan çatacaq paylarından imtina etmişlər. Ona görə də ərizənin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxs Gədəbəy Rayon Notariat Kontoru məhkəmə baxış iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, nümayəndəsini məhkəmə iclasına göndərməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan X5 surətlərindən görünür ki, X13 06.01.2014-cü il tarixdə, X7 17.10.2012ci il tarixdə ölmüşlər. İşdə olan Çıxarışın surətindən görünür ki, X13 və X8 08.02.1965-ci il tarixdə nikah bağlamışlar. Nikah bağlandıqdan sonra arvada Namazova soyadı verilmişdir. İşdə olan X2 surətlərindən görünür ki, Ərizəçi xx.xx.1973-cü ildə doğulmuş, atası qrafasında X13, anası qrafasında X7 qeyd edilmişdir. İşdə olan Arxiv Arayşından görünür ki, X13 və X1 rayonunun Qaraməmmədli kənd İƏD-nin təsərrüfatbaşına kitabın 305 nömrəli təsərrüfatda qeyd edilmiş, onların adına 0.25 ha torpaq sahəsi və 340 kv.m mənzil qeyd edilmişdir. İşdə olan Gədəbəy Rayon Notariat Kontoru tərəfindən verilmiş imtina ayışından görünür ki, iddiaçıya məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir. İşdə olan DƏDRX-nin 411 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş məktubdan görünür ki, X9 adına Gədəbəy rayonu, Dikdaş kəndində yerləşən 1107.61 kv.m həyətyanı torpaq sahəsinə dair seriya A 185914 saylı, 759.27 kv.m həyətyanı torpaq sahəsinə dair seriya A 185915 və 2642.12 kv.m həyətyanı torpaq sahəsinə dair seriya A 185916 saylı Torpaq sahəsinin planı və ölçüsü sənədləri tərtib edilmişdir. Qeyd edilən torpaq sahələrinə dair elektron subyekt siyahısında X13 və X11 qeyd edilmişdir. İşdə olan Torpaq sahəsinin planı və ölçüsü sənədinin surətindən görünür ki, Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının 31 oktyabr 1997-ci il tarixli qərarı ilə X12 1107.61 kv.m torpaq sahəsi verilmişdir. İşdə olan Torpaq sahəsinin planı və ölçüsü sənədinin surətindən görünür ki, Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının 31 oktyabr 1997-ci il tarixli qərarı ilə X12 759.27 kv.m torpaq sahəsi verilmişdir. İşdə olan Torpaq sahəsinin planı və ölçüsü sənədinin surətindən görünür ki, Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının 31 oktyabr 1997-ci il tarixli qərarı ilə X12 2642.12 kv.m torpaq sahəsi verilmişdir. İşdə olan Arxiv Arayışının surətindən görünür ki, X13 və X4 Gədəbəy rayonunun Qaraməmmədli kəndində 0.25 ha torpaq sahəsi və 340 kv.m fərdi yaşayış evi qeyd edilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ərizəçinin izahatını və işdə olan sənədləri təhlil edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. “Torpaq İslahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Məcəllənin 1159.1. və 1159.1.1-ci maddələrinə əsasən qanun üzrə vərəsəlik zamanı ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbə vərəsələr sayılırlar. Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Məcəllənin 1255-ci maddəsinə görə isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.9-cu maddəsinə əsasən məhkəmə mirasın qəbul edilməsi faktını müəyyən edir. Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, X9 və X4 birgə nikah münasibətlərindən xx.xx.1973-cü il tarixdə Ərizəçi doğulmuşdur. Ərizəçinin atası X13 04.01.2014-cü il tarixdə, anası X7 17.10.2012-ci il tarixdə vəfat etmişlər. Ərizəçinin atasına Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının müvafiq qərarları ilə Gədəbəy rayonu, Dikdaş kəndində yerləşən 1107.61 kv.m, 759.27 kv.m və 2642.12 kv.m həyətyanı torpaq sahələri verilmiş və həmin torpaq sahələrinə dair torpaq sahəsinin planı və ölçüsü sənədləri tərtib edilmişdir. Məhkəmə Avropa Məhkəməsinin presedent hüqununa istinad edərək hesab edir ki, iddiaçının atası X13 oğlunun qanuni əsaslarla əldə etdiyi tikiliyə mülkiyyət hüququnun gözləntisi olduğundan həmin əmlak onun mülkiyyəti kimi qiymətləndirilməlidir. Yəni, qanuni əsaslarla əldə edilmiş həmin əmlak X9 mülkiyyətində olmuş, onun ölümündən sonra miras aktivinə daxil olmuşdur. Ərizəçi Rusiya Federasiyasında cinayət məsuliyyətinə cəlb edilmiş, Rusiya Federasiyasından qayıtdıqdan sonra Azərbaycan Respublikasına gəlmiş və atasına məxsus olmuş əmlaka sahiblik etmiş, əmlakı idarə etmiş və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirmiş, yəni, əmlakı miras kimi qəbul etmişdir. Ona görə də ərizə təmin edilməli, Ərizəçi X6 miras qalmış Gədəbəy rayonu, Dikdaş kəndində yerləşən 1107.61 kv.m, 759.27 kv.m və 2642.12 kv.m həyətyanı torpaq sahələri və üzərində yerləşən evi miras əmlakı kimi qəbul edilməsi faktı müəyyən edilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPMnin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi X6 miras qalmış Gədəbəy rayonu, Dikdaş kəndində yerləşən 1107.61 kv.m, 759.27 kv.m və 2642.12 kv.m həyətyanı torpaq sahələri və üzərində yerləşən evi miras əmlakı kimi qəbul etməsi faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar