Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-63/2023 10.01.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, İddiaçı, vəkili X4 və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı evə köçürülmə tələbinə dair mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı Cavabdeh ilə birgə yaşadıqları dövrdə tikdirdikləri Gədəbəy rayonunun Söyüdlü kəndində, 2198.34 kv.m torpaq sahəsində yerləşən 3 otaq, 1 mətbəx, hamam və tualetdən ibarət birmərtəbəli fərdi yaşayış evinə köçürülməsi tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə baxışı iclasında İddiaçı iddia tələbini müdafiə etmiş, izahat verərək, bildirmişdir ki, xx.xx.1991-ci il tarixdə Cavabdeh ilə rəsmi ailə quraraq evlənmiş, nikahlarını Gədəbəy Rayonu Söyüdlü Kənd İƏD üzrə Nümayəndəlikdə rəsimləşdirmişlər. Birgə nikahlarından iki övladları olmuş, övladları yetkinlik yaşına çatmışdır. Aralarında olan narazılığa görə 2020-ci ildə ayrılmışlar. O, ayrıldığı vaxtdan Şəmkir rayonu, Çinarlı kəndində atası evində yaşayır. Hazırda cavabdehlə barışması və ailəsini bərpa etməsi qeyri-mümkündür. Onlar cavabdehlə ailə qurduqdan sonra Gədəbəy rayonu, Söyüdlü kəndində yaşamış, həmin ünvanda cavabdehə və onun birgə mülkiyyətinə Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 13 nömrəli qərarı ilə 2198.34 kv.m torpaq sahəsi verilmişdir. Bu barədə AN 351419 seriyalı “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilmiş, həmin torpaq sahəsində onlar özlərinə fərdi yaşayış evi tikmişlər. Ev 3 otaq, 1 mətbəx, hamam və tualetdən ibarətdir. Onun yaşamağa başqa yeri yoxdur. Ona görə də, iddia ərizəsinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə baxışı iclasında Cavabdeh iddia tələblərini etiraf etmiş, izahat verərək, bildirmişdir ki, iddiaçı ilə həqiqətən xx.xx.1991-ci il tarixdə cavabdeh İddiaçı ilə rəsmi ailə quraraq evlənmiş, nikahlarını Gədəbəy Rayonu Söyüdlü Kənd İƏD üzrə Nümayəndəlikdə rəsimləşdirmişlər. O, İddiaçı evə köçməsinə razıdır. Ona görə də iddia ərizəsinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan X1 görünür ki, İddiaçı və Cavabdeh nikahlarını xx.xx.1991-ci il tarixdə bağlamışlar. İşdə olan Torpaq sahəsinin plan və ölçüsünün sürətindən görünür ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 13 nömrəli qərarı ilə Cavabdeh 2198.34 kv.m torpaq sahəsi verilmişdir. İşdə olan X2 surətindən görünür ki, Cavabdeh və İddiaçı nikahlarını xx.xx.1991-ci il tarixdə bağlamışlar. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinəəsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəflərin izahatlarını, habelə, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Tərəflərin izahatlarından və işin mübahisələndirilməyən hallarından görünür ki, iddiaçı Cavabdeh ilə xx.xx.1991-ci ildə ailə qurmuş, Cavabdeh məxsus Gədəbəy rayonu, Söyüdlü kəndində yerləşən evə köçmüşdür. Ona görə də tərəflər arasındakı mübahisə maddi hüquq münasibətinin yarandığı zamana uyğun olaraq, 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikasının 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 53-cü mаddəsinəəsаsən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Beləliklə, iddiaçı Cavabdeh ilə xx.xx.1991-ci ildə ailə qurmuş, Cavabdeh məxsus Gədəbəy rayonu, Söyüdlü kəndində yerləşən evə köçmüşdür. Həmin vaxtdan, yəni, 30 ildən artıq bir müddət ərzində o, heç bir qeyd-şərt və etiraz olmadan həmin evdə yaşamış, cavabdehlə birlikdə evin saxlanmasında və təsərrüfatın idarə edilməsində iştirak etmişdir. Həmin evdə onun övladları doğulmuş və yaşamışlar. Bu müddət ərzində iddiaçının cavabdehlə ümumi təsərrüfat aparması mübahisələndirilmədiyi üçün, yaşayış evinin hüquqi statusundan asılı olmayaraq, onun evə və digər tikililərə istifadə hüququ yaranmışdır. Məhkəmə iclasında cavabdeh iddia tələbini etiraf etmişdir. Ona görə də iddia tələbi təmin edilməli, iddiaçı Qocayeva X3 İlqar Səyad oğlu ilə birgə yaşadıqları dövrdə tikdirdikləri Gədəbəy rayonunun Söyüdlü kəndində, 2198.34 kv.m torpaq sahəsində yerləşən üç otaq, bir mətbəx, hamam və tualetdən ibarət birmərtəbəli fərdi yaşayış evinə köçürülməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPMnin 216-220, 227, 358-360, 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Qocayeva X3 İlqar Səyad oğlu ilə birgə yaşadıqları dövrdə tikdirdikləri Gədəbəy rayonunun Söyüdlü kəndində, 2198.34 kv.m torpaq sahəsində yerləşən üç otaq, bir mətbəx, hamam və tualetdən ibarət birmərtəbəli fərdi yaşayış evinə köçürülsün. Ödənilmiş 100 manat dövlət rüsumunun əvəzi Cavabdeh alınaraq, İddiaçı verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №2(042)-63/2023
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-63/2023
10.01.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver