Məhkəmə qərarları › İş №2(042)-634/2021

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-634/2021

07.07.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-634/2021 07.07.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı evə, yardımçı tikililərə və torpaq sahəsinə istifadə hüququnun tanınması və evə köçürülmə tələblərinə dair mülki işə 12 mart 2019-cu il tarixdə, Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı Gədəbəy rayonu, Arıqdam kəndində yerləşən fərdi yaşayış evinin 2 otağına köçürülməsi, evin yardımçı sahələrindən, həmçinin evin kommunal xidmətlərindən, o cümlədən JN-261A KOD 50532018 saylı, “Torpağın Mülkiyyətə Verilməsinə dair” Şəhadətnamə əsasında ümumibirgə mülkiyyətdə olan 0.44 ha həyətyanı torpaq sahəsindən istifadə etməsinə yaradılan maneələrin aradan qaldırılması tələbləri haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə baxışı iclasında İddiaçı iddia tələblərini müdafiə etmiş, izahat verərək, bildirmişdir ki, o, 1986-cı ildə Cavabdeh1 Əmir oğlu ilə ailə qurmuş və həmin tarixdən cavabdehlərin yaşadığı, Gədəbəy rayonu, Arıqdam kəndində yerləşən fərdi yaşayış evinə gəlin köçmüşdür. Həmin evdə iki qız övladı doğulmuş və orada böyümüşlər. Qızların hər ikisi ailə qurub evlənmişlər. Həyat yoldaşı Cavabdeh1 onu 20 il əvvəl azyaşlı uşaqları ilə birlikdə ataraq, Rusiya Federasiyasına getmiş və orada başqa bir qadınla ailə qurmuşdur. O qayınanası Cavabdeh2 ilə mübahisə edilən evdə yaşamışdır. Həmin evdə o, hamam və digər yaşayış üçün lazım olan şərait qurmuşdur. Hal-hazırda həmin evdə yaşayır. O, həmin evə gəlin köçərkən ev kiçik olmuş, 1994-cü ildə evi yenidən tikdirmişlər. Hazırda ev dörd otaqdan ibarət olmaqla ümumi sahəsi 198 kv.m-dir. Evin yardımçı sahələri kimi tövlə, çardaq vardır. Bundan başqa evin hamam, tualeti və zirzəmisi vardır. Evin yerləşdiyi 0.44 ha həyətyanı torpaq sahəsi 1998-ci ildə birgə mülkiyyətçi kimi onun da adı qeydə alınmışdır. Bu barədə JN-261A KOD 50532018 saylı "Torpağın mülkiyyətə verilməsinə dair" Şəhadətnamə tərtib edilmişdir. Eyni zamanda Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 15 yanvar 2001-ci il tarixli 02 saylı qərarı ilə X3 və ailə üzvlərinə Gədəbəy rayonu, Arıxdam kəndində 1.10 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. Cavabdeh həyat yoldaşı Cavabdeh1la aralarında olan nikah pozulmuşdur. O, birgə nikah dövründə əldə edilmiş əmlakın bölgüsü ilə bağlı məhkəmədə idida qaldırmış, Gədəbəy Rayon Məhkəməsinin 03.05.2021-ci il tarixli, 2(042)-64/2021 saylı qətnaməsi ilə Cavabdeh1 Əmir oğlu ilə birgə nikah dövründə əldə etmiş olduqları Gədəbəy rayonu, Arıxdam kəndində yerləşən mübahisəli fərdi yaşayış evinin yardımçı sahələri navesin, hamamın dəyəri olan 10623.6 manat pulun və Rusiya Federasiyası istehsalı olan "VAZ 2107" markalı **-BF-*** dövlət qeydiyyat nişanlı, avtomobilin dəyəri olan 6300 manat pulun 1/2 hissəsinə onun payı müəyyən edilmiş və həmin payın dəyəri olan 8461.8 manat məbləğində pul vəsaiti Cavabdeh1 Əmir oğlundan alınıb ona verilməsi qət edilmişdir. Kompensasiya müəyyən edilsə də kompensasiya almamış, öz evində yaşamışdır. Hazırda yaşamağa evi yoxdur və kirayədə yaşayır. Ona görə də, iddia tələblərinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndələrinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan Gədəbəy Rayon Məhkəməsinin 03.05.2021-ci il tarixli, 2(042)-64/2021 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh1 Əmir oğlunu birgə nikah dövründə əldə etmiş olduqları Gədəbəy rayonu, Arıxdam kəndində yerləşən mübahisəli fərdi yaşayış evinin yardımçı sahələri navesin, hamamın dəyəri olan 10623.6 manat pulun və Rusiya Federasiyası istehsalı olan “VAZ 2107” markalı **-BF-*** dövlət qeydiyyat nişanlı, avtomobilin dəyəri olan 6300 manat pulun ½ hissəsinə İddiaçı payı müəyyən edilsin və həmin payın dəyəri olan 8461.8 manat məbləğində pul vəsaiti Cavabdeh1 Əmir oğlundan alınıb İddiaçı verilməsi qət edilmişdir. İşdə olan Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin surətindən görünür ki, Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının 29 may 1998-ci il tarixli qərarı ilə X3, Cavabdeh2, Cavabdeh1 Əmir oğluna, İddiaçı, X1 və Məmmədova Hicran Rəşid qızına 0.44 ha torpaq sahəsi verilmişdir. İşdə olan Torpağa mülkiyyət Hüququna dair Dövlət Aktının surətindən görünür ki, Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının 15 yanvar 2001-ci il tarixli qərarı ilə X3, X2, Cavabdeh2, Cavabdeh1 Əmir oğluna, İddiaçı, X1 və Məmmədova Hicran Rəşid qızına 1.10 ha torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddiaçının izahatını, habelə, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Tərəflərin izahatlarından və işin mübahisələndirilməyən hallarından görünür ki, iddiaçı Cavabdeh1 ilə 1986-cı ildə ailə qurmuş və cehiz əmlakı ilə birlikdə onun anası, ikinci Cavabdeh2 məxsus Gədəbəy rayonu, Arıqdam kəndində yerləşən evə köçmüşdür. Ona görə də tərəflər arasındakı mübahisə maddi hüquq münasibətinin yarandığı zamana uyğun olaraq, 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikasının 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 53-cü mаddəsinə əsаsən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Azərbaycan Respublikası Mülki məcəlləsinin 225.1-ci maddəsinə əssən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 35-ci maddəsinə əsasən, nikahda olduqları dövrdə ər-arvadın ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi hesabına ər-arvadın hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən, ər-arvadın ümumi birgə mülkiyyətinə: 32.2.1. onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); 32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Mülki Məcəllənin 215.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Beləliklə, iddiaçı 1986-cı ildə Cavabdeh1 ilə ailə qurmuş və ailə üzvi kimi, Cavabdeh2 məxsus evə köçmüşdür. Həmin vaxtdan, yəni, 20 ildən artıq bir müddət ərzində o, heç bir qeyd-şərt və etiraz olmadan həmin evdə yaşamış, cavabdehlərlə birlikdə evin saxlanmasında və təsərrüfatın idarə edilməsində iştirak etmişdir. Həmin evdə onun övladları doğulmuş və yaşamışlar. Cavabdehlərin heç birinin evə mülkiyyət hüququ qeydə alınmamışdır. Bu müddət ərzində iddiaçının cavabdehlərlə ümumi təsərrüfat aparması mübahisələndirilmədiyi üçün, yaşayış evinin hüquqi statusundan asılı olmayaraq, onun evə və digər tikililərə istifadə hüququ yaranmışdır. Ona görə də iddia tələbləri təmin edilməli, İddiaçı Gədəbəy rayonu, Arıqdam kəndində yerləşən fərdi yaşayış evinin 2 otağına köçürülməli, evin yardımçı sahələrindən, həmçinin evin kommunal xidmətlərindən, o cümlədən JN-261A KOD 50532018 saylı, “Torpağın Mülkiyyətə Verilməsinə dair” Şəhadətnamə əsasında ümumi birgə mülkiyyətdə olan 0.44 ha həyətyanı torpaq sahəsindən istifadə etməsinə yaradılan maneələr aradan qaldırılmalıdır. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPMnin 216-220, 227, 358-360, 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbləri təmin edilsin. İddiaçı Gədəbəy rayonu, Arıqdam kəndində yerləşən fərdi yaşayış evinin 2 otağına köçürülsün, evin yardımçı sahələrindən, həmçinin evin kommunal xidmətlərindən, o cümlədən JN-261A KOD 50532018 saylı, “Torpağın Mülkiyyətə Verilməsinə dair” Şəhadətnamə əsasında ümumibirgə mülkiyyətdə olan 0.44 ha həyətyanı torpaq sahəsindən istifadə etməsinə yaradılan maneələr aradan qaldırılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar