Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-637/2024 10.06.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, Ərizəçi nümayəndəsi və vəkili Vəkil iştirakı ilə Ərizəçi Maraqlı şəxsnə qarşı qohumluq münasibətində olma faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi Maraqlı şəxsnə qarşı ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2018-ci ildə Gədəbəy rayonu, Söyüdlü kəndində vəfat etmiş X8 onunla qohumluq münasibətində olması, yəni, X8 onun bibisi olması hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi nümayənəsi və vəkili Vəkil məhkəmə iclasında ərizədə göstərilənlərlə eyniməzmunlu izahat verərək bildirmişdir ki, Ərizəçi xx.xx.1971-ci ildə Gədəbəy rayonu, Söyüdlü kəndində anadan olmuşdur. Ərizəçinin atası X24 və anası X10 xx.xx.1964-cü ildə nikaha daxil olmuşlar. Ərizəçinin atası xx.xx.2000-ci ildə vəfat etmişdir. X4 Şamil Heydar oğlunun bacısı olmaqla ərizəçinin bibisi olmuşdur. Xanım Tağıyeva evlənməmiş, övladları olmamışdır. X21 xx.xx.2018-ci ildə ölmüşdür. Onun ölümündən sonra Gədəbəy rayonu, Söyüdlü kəndində olan əmlakı miras qalmışdır. X8 ikinci növbə vərəsəsi ola biləcək qardaşı X24, bacıları X9 və X15 vəfat etdiyindən onun ikinci növbə vərəsəsi ərizəçi sayılır. X7 qalmış miras əmlak Gədəbəy rayonunda yerləşir. Ərizəçi bibisindən qalmış mirası ikinci növbə vərəsə olaraq qəbul etmək üçün Gədəbəy Rayon Notariat Ofisinə müraciət etsə də, ərizəçinin bibisi ilə qohumluq münasibətlərini təsdiq edən sənədlər olmadğından sənədləşmə işlərini aparmaq mümkün olmamışdır. Belə ki, X8 doğum haqqında şəhadətnaməsi olmamış, bu səbəbdən onun ərizəçinin bibisi olmasını müəyyən etmək mümkün olmamışdır. Eyni zamanda ərizəçi Gədəbəy Rayon Dövlət Arxivinə müraciət etmiş, arxivdə X8 doğum akt qeydi aşkar olunmamışdır. Odur ki, ərizəçi X21 ilə qohumluq münasibətində olması, yəni mərhum X8 bibisi olması faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etməli olmuşdur. Bu faktın təsdiqi ərizəçiyə bibisindən miras qalmış mülkü adıma rəsmiləşdirməklə əlaqədar lazımdır. Ona görə də ərizənin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsini məhkəmə iclasına göndərməmişdir. Мəhkəmə Аzərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı madddəsinin tələblərini rəhər tutaraq, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə iclasında şahid kimi dindirilmiş X16 ifadə verərək bildirmişdir ki, ərizəçi onun qonşusudur. O, ərizəçinin atası X17 və sonuncunun bacılarını tanıyır. Onlar bir qardaş, üç bacı olmaqla dörd övlad olmuşlar. X11 bacıları X21, X9 və X15 olmuşdur. Onların hər biri vəfat etmişdir. Eləcə də onların atası Heydar Həsənov və anaları X5 vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 Fəridə Ənvər qızı ilə eyniməzmunlu ifadə vermişdir. İşdə olan vətəndaşlıq pasportunun tərcümə və təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi xx.xx.1971-ci il tarixdə anadan olmuşdur. İşdə olan doğum haqqında arayışdan görünür ki, Ərizəçi xx.xx.1971-ci il tarixdə anadan olmuş, atası qrafasında X26, anası qrafsında X10 qeyd edilmişdir. İşdə olan İ-ИЕ № 461011 seriyalı evlənmək haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X3 Dostu İbrahim qızı ilə xx.xx.1964-cü ildə nikaha daxil olmuş, nikah bağlandıqdan sonra ərə Həsənov, arvada Hüseynova soyadı verilmişdir. İşdə olan İ-ИЕ № 663310 seriyalı doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X24 xx.xx.1930-cu il tarixdə anadan olmuş, atası qrafasında X6, anası qrafasında X5 qeyd edilmişdir. İşdə olan AZ № 045377 seriyalı ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X24 xx.xx.2000-ci il tarixdə ölmüşdür. İşdə olan ölüm haqqında arayışdan görünür ki, X21 xx.xx.2018-ci il tarixdə ölmşüdür. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 05/12-272/2024 nömrəli arayışdan görünür ki, mərhum X8 vərəsələri haqqında məlumatın müəyəyn edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2024-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və vərəsələri haqqında heç bir məlumat aşkar edilməmişdir. İşdə olan Gədəbəy Rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 91/1 nömrəli arxiv arayışından görünür ki, Gədəbəy rayon Dövlət Arxivində mühafizə olunan Gədəbəy rayonu X14 kənd sovetinin 1935-1942-ci illərə dair Doğum akt qeudiyyatı kitablarında mərhum X1 adına doğum haqqınd aakt qeydi aşkar olunmamışdır. İşdə olan Gədəbəy Rayon Notariat ofisi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Ərizəçi mərhum X7 qalmış miras mülklə bağlı vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə müraciətinə baxılmış, mərhum X21 ilə Ərizəçi aralarında qohumluq faktını müəyyən etmək mümkün olmadığndan məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını, şahid ifadələrini və təqdim edilmiş sübutları tədqiq edərək, hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 305.1 və 305.1.1-ci maddələrinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Məcəllənin 307.2.3-cü maddəsinə əsasən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktları məhkəmə qaydasında müəyyən edilir. Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məcəllənin 72.1-ci maddəsinə əsasən fəaliyyət qabiliyyəti olmayan, tam fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən fiziki şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini məhkəmədə onların valideynləri, övladlığa götürənlər, qəyyumları, himayəçiləri və başqa şəxslər müdafiə edirlər. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edildi ki, Ərizəçi xx.xx.1971-ci ildə Gədəbəy rayonu, Söyüdlü kəndində anadan olmuşdur. Ərizəçinin atası X24 və anası X10 xx.xx.1964-cü ildə nikaha daxil olmuşlar. Ərizəçinin atası xx.xx.2000-ci ildə vəfat etmişdir. X4 Şamil Heydar oğlunun bacısı olmaqla ərizəçinin bibisi olmuşdur. Xanım Tağıyeva evlənməmiş, övladları olmamışdır. Onun doğum akt qeydləri aşkar olunmamışdır. X21 xx.xx.2018-ci ildə ölmüşdür. X8 birinci növbə vərəsələri yoxdur. Ərizəçi ilə mərhum X8 qohumluq münasibətində olması, yəni mərhum X8 ərizəçinin bibisi olması faktının müəyyən edilməsi Ərizəçi tərəfindən mərhum X7 qalmış mirasın qəbul edilməsi üçün hüquqi əhəmiyyətlidir. Ərizəçi mərhum X21 ilə qohum olmasını təsdiq edən sənədləri başqa qaydada ala bilməz və ona görə də ərizə təmin edilməlidir. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 339, 341, 216-227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, qət etdi: Ərizə təmin edilsin. Ərizəçi 20 mart 2018-ci ildə Gədəbəy rayonu, Söyüdlü kəndində vəfat etmiş X21 ilə qohumluq münasibətində olması, yəni mərhum X8 Ərizəçi bibisi olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №2(042)-637/2024
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-637/2024
10.06.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver