Məhkəmə qərarları › İş №2(042)-649/2022

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-649/2022

29.07.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-649/2022 29.07.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı doğum faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Ərizəçi Maraqlı şəxsnə qarşı XX.XX.1942-cı il tarixdə Gədəbəy rayonunun Ağamalı kəndində doğulması faktının müəyyən edilməsi, ona veriləcək X9də atası qrafasında X5, anası qrafasında X1 qeyd edilməsi haqqında ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə etmiş, izahat verərək bildirmişdir ki, XX.XX.1942-ci il tarixdə Gədəbəy rayonunun Ağamalı kəndində doğulmuşdur. Onun 1942ci il tarixdə doğulması barədə Gədəbəy rayonunun Ağamalı kənd təsərrüfatbaşına kitabda qeydlər aparılmışdır. Valideynlərinin savadsızlığı nəticəsində ona X9 alınmamışdır. Onun atası X5, anası X1 olmuşdur. Atası xx.xx.1996-cı il tarixdə, anası isə xx.xx.2008-ci il tarixdə vəfat etmişdir. O, X9 almaq məqsədi ilə Maraqlı şəxsnə müraciət etmiş, lakin ona bildirmişlər ki, doğum faktı məhkəmə qaydasında müəyyən edildikdən sonra ona doğum şəhadətnaməsi verilə bilər. X2maması ona valideynlərindən miras qalmış əmlakın qəbul edilməsi üçün lazımdır. Ona görə də ərizənin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsini məhkəmə iclasına göndərməmişdir. Мəhkəmə Аzərbaycan Respublikası MPM-nin 185.6-cı madddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə iclasında şahid kimi dindirilmiş X8 ifadə verərək bildirmişdir ki, ərizəçi onun yaxın qonşusudur. Ərizəçi 1942-ci il tarixdə Gədəbəy rayonunun Ağamalı kəndində doğulmuşdur. Ərizəçinin ata və anasının hüquqi savadsızlığı nəticəsində X9 alınmamışdır. Ərizəçinin atası X5, anası isə X1 olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 və X7 eyniməzmunlu ifadələr vermişdir. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş məktubdan görünür ki, Ərizəçi doğum faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. İşdə olan X13 görünür ki, X5 xx.xx.1996-cı il tarixdə ölmüşdür. İşdə olan X13 görünür ki, X1 xx.xx.2008-ci il tarixdə ölmüşdür. İşdə olan Azərbaycan Respublikası vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, Ərizəçi XX.XX.1942-cı il tarixdə Gədəbəy rayonunun Ağamalı kəndində doğulmuşdur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini və təqdim edilmiş sübutları tədqiq edərək, hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 305.1 və 305.1.1-ci maddələrinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Məcəllənin 307.2.3-cü maddəsinə əsasən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktları məhkəmə qaydasında müəyyən edilir. Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə, Ərizəçi XX.XX.1942-cı il tarixdə Gədəbəy rayonunun Ağamalı kəndində doğulması, atasının X5, anasının X1 olması faktı sübut edilmişdir. Həmin faktların müəyyən edilməsi Ərizəçi X9 alması və həmin şəhadətnamə əsasında vərəsəlik hüquqlarının həyata keçirilməsi üçün hüquqi əhəmiyyətlidir. Ərizəçi həmin sənədləri başqa qaydada ala bilməz və ona görə də ərizə təmin edilməlidir. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 339, 341, 216- 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ : Ərizə təmin edilsin. Ərizəçi XX.XX.1942-cı il tarixdə Gədəbəy rayonunun Ağamalı kəndində doğulması, atasının X5, anasının X1 olması faktları müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar