Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-65/2022 05.10.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, İddiaçı,cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh2 və Cavabdeh1 qarşı ona və ailə üzvlərinə DƏDRX-nin 11 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2010-cu il tarixli ******* saylı Çıxarış əsasında verilmiş 0.50 ha əkin üçün verilmiş pay torpaq sahəsindən cavabdehlərin çıxarılması tələbləri haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə baxışı iclasında İddiaçı iddia tələbini müdafiə etmiş, izahat verərək, bildirmişdir ki, oun və ailə üzvlərinin mülkiyyətinə Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli ** JN *** saylı qərarı əsasında ümumilikdə 0.50 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə mülkiyyət hüququ DƏDRX-nin 11 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2010-cu il tarixdə qeydiyyata alınmış və ona bu barədə ******* saylı Çıxarış verilmişdir. Onun mülkiyyətində olan torpaq sahəsini cavabdehlər 20 ilə yaxın müddətdir ki, zəbt etmiş və istifadə edirlər. O, dəfələrlə cavabdehlərdən torpaq sahəsinin boşaldılmasını tələb etsə də, onlar torpaq sahəsindən çıxmamışlar. Ona görə də iddia tələbinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh2 məhkəmə iclasında iddia tələbinə etiraz etmiş, izahat verərək, bildirmişdir ki, iddiaçının iddia ərizəsində göstərdiyi torpaq sahəsi ona məxsusdur. Həmin torpaq sahəsi ona və ailə üzvlərinə dövlət tərəfindən verilmişdir. Torpaq sahəsi iddiaçıya düzgün verilməmişdir. İddiaçı saxta yolla həmin torpaq sahəsini mülkiyyəti kimi qeydiyyata aldırıb, Çıxarış almışdır. Ona görə də iddia tələbinə etiraz edir və təmin edilməməsini xahiş edir. Cavabdeh1 eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan Çıxarışın surətindən görünür ki, Gədəbəy rayonu, Düzyurd kəndində yerləşən 0.4983 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. İşdə olan Torpağa Mülkiyyət Hüququna X2 surətindən görünür ki, Cavabdeh2 və digər ailə üzvlərinə Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli qərarı ilə 0.63 ha torpaq sahəsi verilmişdir. İş üzrə yerində müayinə təyin edilmiş, yerində müayinə zamanı müəyyən edilmişdir ki, tərəflər iddiaçı və Cavabdeh2 məxsus olması ehtimal edilən və bir hissələri üst-üstə düşən torpaq sahələrini göstərmişlər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəflərin izahatlarını və işdə olan sənədləri tədqiq edərək, hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Məcəllənin 146.3-cü maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, Gədəbəy rayonu, Düzyurd kəndi ərazisində yerləşən 0,4983 ha torpaq sahəsi iddiaçının mülkiyyətindədir. Onun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestr xidmətində qeydiyyata alınmış və ona bu qeydiyyatdan Çıxarış verilmişdir. Cavabdehlərdən Cavabdeh1 həmin yerdə torpaq sahəsinin ona məxsus olması ilə əlaqədar heç bir sənəd təqdim etməmişdir. Digər Cavabdeh2 isə Gədəbəy rayonu, Düzyurd kəndində onun və ailə üzvlərinin mülkiyyətinə 0,63 ha pay torpaq sahəsinin ayrılması haqqında Torpağa Mülkiyyət Hüququna X2 surətini təqdim etmişdir. Lakin o, və ailə üzvləri mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldırmamışlar. Mübahisənin həll edilməsi üçün bir neçə dəfə mütəxəssis təhqiqatı təyin edilmiş, lakin mütəxəssislər məhkəmə tərəfindən qoyulmuş sualları cavablandırmamışlar. Yerində müayinə aparılmış və müəyyən edilmişdir ki, müayinə yerində tərəflər iddiaçı və Cavabdeh2 məxsus olması ehtimal edilən və bir hissələri üst-üstə düşən torpaq sahələrini göstərmişlər. Məhkəmənin qənaətinə görə iddaçının mülkiyyət hüququ qanunda nəzərdə tutulmuş qaydada qeydiyyata alınmışdır və onun mülkiyyətində olan torpaq sahəsinin obyektiv kordinantları həddində əmlakına edilən istənilən müdaxilədən müdafiə hüququ var. Cavabdehlər iddiaçının mübahisələndirlən torpaq sahəsini mülkiyyətinə qeyri-qanuni yolla keçirdiyini bildirsələr də, iddiaçının mülkiyyət hüququnun qeydiyyatı ləğv edilmədiyinə görə reyestrin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Ona görə də, iddia tələbləri təmin edilməli, Cavabdeh1 və Səfərov X1 rayonunun Düzyurd kəndində yerləşən İddiaçı mülkiyyətində olan torpaq sahəsinin zəbt edilmiş hissəsindən çıxarılmalıdırlar. Məhkəmə bu nəticəyə gələrkən nəzərə alır ki, cavabdehlərdən Cavabdeh1 mülkiyyətində mübahisələndirlən ərazidə torpaq sahəsinin olması müəyyən edilməmiş, digər Cavabdeh2 isə torpaq sahəsinə hüququ qanunda nəzərdə tutulmuş qaydada qeydiyyata alınmamışdır. İş materiallarından görünür ki, iddiaçı məhkəməyə müraciət edərkən 10 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 233.1, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏTETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh1 və Səfərov X1 rayonunun Düzyurd kəndində yerləşən İddiaçı mülkiyyətində olan torpaq sahəsinin zəbt edilmiş hissəsindən çıxarılsınlar. Ödənilmiş 10 manat dövlət rüsumunun əvəzi Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq, İddiaçı verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №2(042)-65/2022
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-65/2022
05.10.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver