Məhkəmə qərarları › İş №2(042)-652/2025

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-652/2025

04.06.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-652/2025 04.06.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Мirzəquliyеv Fizuli Bаlаğа oğlunun sədrliyi, məhkəmə iclas katibi Qasımov Fuad Kamil oğlunun katibliyi, iddiaçı və iddiaçılar İddiaçı5 və İddiaçı4 nümayəndəsi İddiaçı1, İddiaçı3 və Cavabdeh1 iştirakları ilə iddiaçılar İddiaçı1,İddiaçı2,İddiaçı4,İddiaçı5 və İddiaçı3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı payların müəyyən edilməsi tələbi haqqında iddia ərizəsinə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1,İddiaçı2, İddiaçı3,İddiaçı4 və İddiaçı5 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 17 nömrəli qərarı ilə JN-434A KOD 50532018 saylı və JN-434L KOD 50532018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamələr əsasında X1, İddiaçı2, İddiaçı3, X2, İddiaçı1, İddiaçı4 və İddiaçı5 ümumi birgə mülkiyyətinə verilmiş, ayrı- ayrı koordinatlarda olmaqla 0.21 ha və 0.19 ha, ümumlikdə 0.40 ha həyətyanı torpaq sahəsindən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 hər birinin 1/7 hissə paylarının müəyyən edilməsi tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə baxış iclasında iddiaçı və iddiaçılar İddiaçı5 və İddiaçı4 nümayəndəsi İddiaçı1 iddia tələbini müdafiə etmiş, izahat verərək, bildirmişdir ki, Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 17 nömrəli qərarı ilə Gədəbəy rayonu, Arıxdam kəndində X4, İddiaçı2, İddiaçı3, X5, İddiaçı1, İddiaçı4 və İddiaçı5 ümumi birgə mülkiyyətinə ayrı-ayrı koordinatlarda olmaqla 0.21 ha və 0.19 ha, ümumilikdə, 0.40 ha həyətyanı torpaq sahələri verilmiş, bu barədə müvafiq olaraq JN-434A KOD 50532018 saylı və JN-434E KOD 50532018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamələr tərtib edilmişdir. Ümumi birgə mülkiyyətçilərdən X4 anasıdır. O, xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. O, sağlığında öz əmlakını nəvəsi, cavabdeh olan Cavabdeh2 vəsiyyət etmişdir. Digər mülkiyyətçi X5 xx.xx.2012-ci il tarixdə vəfat etmişdir. Cavabdeh1 Kamilin həyat yoldaşı olmaqla onun birinci növbə vərəsəsidir. Hazırda ümumi birgə mülkiyyətdə olan həmin torpaq sahəsindən onlara düşən payların müəyyən edilməsini istəyirlər. Lakin bununla bağlı cavabdehlərlə razılığa gələ bilməmişlər. Ona görə də iddia tələbinin təmin edilməsini xahiş edir. Digər İddiaçı3 məhkəmə iclasında eyniməzmunlu izahat vermiş və iddia tələbinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişlər. Cavabdeh1 məhkəmə iclasında izahat verərək, bildirmişdir ki, o, payların müyyən edilməsinə etiraz etmir. Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 17 nömrəli qərarı ilə verilmiş JN-434A KOD 50532018 saylı “Torpağın Mülkiyyətə Verilməsinə Dair” Şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Gədəbəy rayonu, Arıxdam kəndində yerləşən 0.21 ha həyətyanı torpaq sahəsi X4, İddiaçı2, İddiaçı3, X5, İddiaçı1, İddiaçı4 və İddiaçı5 ümumi birgə mülkiyyətinə verilmişdir. İşdə olan Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 17 nömrəli qərarı ilə verilmiş JN-434A KOD 50532018 saylı “Torpağın Mülkiyyətə Verilmsinə Dair” Şəhadətnaməniin təsdiq olunmuş surətindən görünür ki, Gədəbəy rayonu, Arıxdam kəndində yerləşən 0.19 ha və həyətyanı torpaq sahəsi X4, İddiaçı2, İddiaçı3, X5, İddiaçı1, İddiaçı4 və İddiaçı5 ümumi birgə mülkiyyətinə verilmişdir. İşdə olan Qəbzdən görünür ki, iddiaçılar iddia ərizəsinə məhkəmədə baxılması üçün 100 manat dövlət rüsumu ödəmişlər. İşdə olan X3 görünür ki,X4 xx.xx.2022-ci il tarixndə ölmüşdür. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəflərin izahatlarını və işdə olan sənədləri təhqiq edərək, hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Məcəllənin 213.5-ci maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Məcəllənin 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Məcəllənin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, Gədəbəy rayonu, Arıxdam kəndində yerləşən Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 17 nömrəli qərarı ilə verilmiş JN-434A KOD 50532018 saylı və JN-434L KOD 50532018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamələr əsasında X4, İddiaçı2, İddiaçı3, X5, İddiaçı1, İddiaçı4 və İddiaçı5 ümumi birgə mülkiyyyətinə verilmişdir. Hazırda iddiaçılar həmin əmlakda paylarının müəyyən edilməsini xahiş edirlər. Ona görə də iddia tələbi təmin edilməli, ümumi birgə mülkiyyətçilərin ümumi birgə mülkiyyətində olan torpaq sahəsində paylarının bərabər olması nəzərə alınmaqla, hər birinin 1/7 hissədə payları müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yəni, iddiaçılar tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehlərdən alınaraq, onlara verilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPMnin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı1,İddiaçı2, İddiaçı3,İddiaçı4 və İddiaçı5 Gədəbəy rayonu, Arıxdam kəndində yerləşən Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 17 nömrəli qərarı ilə verilmiş JN-434A KOD 50532018 saylı və JN-434L KOD 50532018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamələr əsasında X4, İddiaçı2, İddiaçı3, X5, İddiaçı1, İddiaçı4 və İddiaçı5 ümumi birgə mülkiyyyətində olan 0.21 ha və 0.19 ha həyətyanı torpaq sahələrinə hər birinin 1/7 hissədə payları müəyyən edilsin. Ödənilmiş 100 manat dövlət rüsumunun əvəzi Cavabdeh1 və Cavabdeh2, alınaraq, İddiaçı1,İddiaçı2,İddiaçı4,İddiaçı5 və İddiaçı3 verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar