Məhkəmə qərarları › İş №2(042)-660/2024

Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №2(042)-660/2024

04.06.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 2(042)-660/2024 04.06.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, İddiaçı və 14 X7 Təsərrüfatı Mərkəzinin nümayəndəsi X2 iştirakları ilə İddiaçı cavabdeh 14 Saylı X1rşı işə bərpa tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh 14 Saylı X1rşı işə bərpa dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hazırlıq iclası xx.xx.2024-cü il tarixə saat 1500-a təyin edilmişdir. İddiaçı məhkəmə iclasında ərizə verərək ərizəsini iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərinin geri qaytarılmasını xahiş etmişdir. Cavabdeh 14 X6 Mərkəzinin nümayəndəsi X4 tərəfindən etiraz daxil olmamışdır. Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinin tələbinə əsasən hazırlıq iclasında iddiaçının vəsatəti olduqda ərizə qaytarıla bilər. Beləliklə, İddiaçı cavabdeh 14 Saylı X1rşı işə bərpa tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalı, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 170, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı cavabdeh 14 Saylı X1rşı işə bərpa tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi verildiyi gündən 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən:Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar