Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 2(042)-661/2021 22.06.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı işə bərpa tələbinə dair iddia ərizəsinə və ərizəyə əlavə edilmiş sənədlərə baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı işə bərpa tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsinin icraata götürülməsi məsələsinə baxarkən müəyyən edilmişdir ki, eyni tərəflər arasında eyni predmet üzrə qətnamə qəbul edilmiş, həmin qətnamədən apelyasiya şikayəti verilmiş, Gəncə Apellyasiya Məhkəməsinin qətnaməsinin qətnaməsi qanuni qüvvəsini almışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2. və 153.2.1-ci maddələrinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Beləliklə, İddiaçı Cavabdehnə qarşı işə bərpa Gədəbəy Rayon Məhkəməsinin yox, müvafiq icra hakimiyyəti orqanının səlahiyyətindədir. Ona görə də iddia ərizəsi əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPMnin 149, 152, 153,263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: İddiaçı Cavabdehnə qarşı işə bərpa tələbinə dair iddia ərizəsi məhkəmə qaydasında baxılmalı olmadığı üçün geri qaytarısın. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №2(042)-661/2021
Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №2(042)-661/2021
22.06.2021 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver