Məhkəmə qərarları › İş №2(042)-67/2021

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-67/2021

12.03.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-67/2021 12.03.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun, İddiaçı Bəhmən qızının iştirakları ilə, İddiaçı Bəhmən qızının cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı istifadə hüququnun tanınması və evə köçürülmə tələblərinə dair iddia ərizəsi üzrə mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Bəhmən qızı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı Gəncə şəhəri, Kəpəz rayonu, Məshəti qəsəbəsi18-ci küçədə yerləşən evə onun və övladları xx.xx.2011ci il tarixdə doğulmuş X3, xx.xx.2016-cı il tarixdə doğulmuş X1 və xx.xx.2012-ci il tarixdə doğulmuş X4 ilə birlikdə istifadə hüququnun tanınması və həmin evə köçürülmələri tələbləri haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı Bəhmən qızı məhkəmə iclasında iddia ərizəsini müdafiə etmiş, izahat verərək bildirmişdir ki, Cavabdeh1 ilə xx xxxx 2010-cu ildə ailə qurmuşdur. Ailə qurduqdan sonra digər Cavabdeh2 məxsus Gəncə şəhəri, Kəpəz rayonu, Məshəti qəsəbəsi18-ci küçədə yerləşən evə köçmüşdür. Onlar bir ailədə yaşadıqları zaman həmin evdə yaxşılaşdırma işləri aparılmış, əlavə otaqlar tikilmişdir. Bundan sonra valideynləri tərəfindən verilmiş cehiz əşyalarını həmin evə aparmışdır. Cavabdeh1 ilə birgə nikahlarından xx.xx.2011-ci il tarixdə X3, xx.xx.2016-cı il tarixdə X1 və xx.xx.2012-ci il tarixdə X4 doğulmuşlar. Cavabdeh1 ilə tez-tez ailə mübahisələri olmuş, bu səbəbdən o, azyaşlı uşaqlarını da götürərək valideynlərinin evinə getmişdir. Lakin valideynlərinin evində yaşamaq mümkün olmadığı üçün kirayədə yaşamaq məcburiyyətində qalmışdır. Gəncə şəhəri, Nizami Rayon Məhkəməsinin qətnaməsinə əsasən aralarında olan nikah pozulmuş və azyaşlı uşaqları onun himayəsində saxlanılmışdır. Azyaşlı uşaqları ilə birlikdə cavabdehlərə məxsus evə qayıtmaq istəsə də, cavabdehlər buna imkan verməmişdir. Ona görə də iddia ərizəsinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehlərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndlərinin iştiraklarını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə işdə iştirak etməyən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan X2 Şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 İddiaçı arasında olan nikah pozulmuşdur. İşdə olan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(044)2813/2019 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh1 və İddiaçı arasında olan nikahın pozulması, azyaşlı uşaqların ananın himayəsində saxlanılması qət edilmişdir. İşdə olan DƏDRX-nin yanında ƏMDK-nin 11 Saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş məktubdan görünür ki, Cavabdeh2 və Cavabdeh1 qarşı Gəncə şəhəri, Kəpəz rayonu, Məshəti qəsəbəsi18-ci küçə ünvanında daşınmaz əmlak qeydiyyatdan keçməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəflərin izahatlarını və işdə olan sənədləri təhlil edərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin Vİİ hissəsinə görə insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun x xxxxxxx 2013-cü il tarixli qərarında göstərilmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Məcəllənin 30.4-cü maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikası MPM-nin 72.1-ci maddəsinə əsasən fəaliyyət qabiliyyəti olmayan, tam fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən fiziki şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini məhkəmədə onların valideynləri, övladlığa götürənlər, qəyyumları, himayəçiləri və başqa şəxslər müdafiə edirlər. Beləliklə, işin mübahisələndirilməyən hallarından görünür ki, İddiaçı Bəhmən qızı 2010-cu il tarixdə Cavabdeh1 ilə nikah bağlamaqla ailə qurmuş, cavabdehlərin evinə gəlin köçmüş, 2019-cu ilədək həmin evdə yaşamışdır. Ailə münasibətləri 2010-cu il tarixdə yarandığından tərəflər aralarında yaranmış mübahisə Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən həll edilməli, nəzərə alınmalıdır ki, iddiaçı cavabdehlərə məxsus evin yaxşılaşdırma işlərində yaxından iştirak etmiş, yeni otaqların tikintisində əməyi olmuşdur. Cavabdehlər isə məhkəmə iclasına gəlməmiş, iddia tələblərinə öz münasibətlərini bildirməmişlər. Məhkəmə qeyd etməlidir ki, mübahisəli yaşayış sahəsi Gəncə şəhəri, Kəpəz rayonu, Məshəti qəsəbəsi18-ci küçəsində yerləşmiş fərdi yaşayış evidir. Həmin mübahisəli evə iddiaçının yaşadığı zaman və hazırda da mülkiyyət hüququnu təsdiq edən sənəd yoxdur. Yəni məhkəmə belə nəticəyə gəlir ki, tərəflərin heç birinin həmin evdən istifadə hüququ yoxdur. Ona görə də iddia tələbi qismən təmin edilməli, İddiaçı Bəhmən qızı azyaşlı övladları, xx.xx.2011-ci il tarixdə doğulmuş X3, xx.xx.2016-cı il tarixdə doğulmuş X1 və xx.xx.2012-ci il tarixdə doğulmuş X4 ilə birlikdə Cavabdeh2 məxsus olan Gəncə şəhəri, Kəpəz rayonu, Məshəti qəsəbəsi18-ci küçəsində yerləşən fərdi yaşayış evinə köçürülməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsi təmin edildiyindən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220, 227, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, Qət etdi: İddia tələbi qismən təmin edilsin. İddiaçı Bəhmən qızı azyaşlı övladları, xx.xx.2011-ci il tarixdə doğulmuş X3, xx.xx.2016-cı il tarixdə doğulmuş X1 və xx.xx.2012-ci il tarixdə doğulmuş X4 ilə birlikdə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məxsus olan Gəncə şəhəri, Kəpəz rayonu, Məshəti qəsəbəsi18-ci küçəsində yerləşən fərdi yaşayış evinə köçürülsün. Ödənilmiş 10 manat dövlət rüsumunun əvəzi Cavabdeh1 və Cavabdeh1 alınaraq, İddiaçı Bəhmən qızına verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar