Məhkəmə qərarları › İş №2(042)-687/2024

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-687/2024

04.09.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-687/2024 04.09.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxsna qarşı qohumluq münasibətində olma faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi Maraqlı şəxsna qarşı ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2015-ci il tarixdə vəfat etmiş əmisi X5 ona münasibətdə qohumluq faktının müəyyən barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə etmiş, izahat verərək bildirmişdir ki, X13 atası, mərhum X14 isə əmisdir. Mərhum əmisi ana familyası ilə doğum şəhadətnaməsi aldığı üçün onun soyadı Quliyev kimi qeyd edilmişdir. Əmisi xx.xx.2015-ci il tarixdə, atası Əmrah Şəmiyev isə xx.xx.2019-cu il tarixdə vəfat etmişlər. Hazırda həm əmisindən, həm də atasından miras qalmış əmlakı vərəsəlik qaydasında adına rəsimləşdirmək istəmişdir. O, vərəsəlik şəhadətnaməsi almaq məqsədi ilə Gədəbəy Rayon Notarat Ofisinə müraciət edən zaman notarat kontorundan onun mərhum atası Əmrah Şəmiyevlə mərhum əmisi Məcid Quliyevin soyadlarının müxtəlif olması aşkar edilmişdir. Notarat ofisi tərəfindən onlara yazılmış imtina məktubunda qeyd edilmişdir ki, onun mərhum əmisi X10 münasibətdə qohumluq münasibətində olması hüququ faktı məhkəmə qaydasında müəyyən edildikdən sonra ona vərəsəlik şəhadətnaməsinin verilməsi mümkündür. Ona görə də xx.xx.2015-ci il tarixdə vəfat etmiş əmisi X5 ona münasibətdə və eləcədə onun X10 münasibətdə qohumluq faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxsna məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsini məhkəmə iclasına göndərməmişdir. Мəhkəmə Аzərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı madddəsinin tələblərini rəhər tutaraq, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə iclasında şahid kimi dindirilmiş X18 ifadə verərək bildirmişdir ki, ərizəçi onun əmisi oğludur. X13 ilə X15 qardaş olmuşlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 eyniməzmunlu ifadə vermişdir. İşdə olan X19 görünür ki, Ərizəçi xx.xx.1987-ci il tarixdə anadan olmuş, atası qrafasında X13, anası qrafsında X2 qeyd edilmişdir. İşdə olan X4 təsdiq edilmiş surətindən görünür ki, X13 xx.xx.1951-ci il tarixdə doğulmuşdur. Onun atası qrafasında X16, anası qrafasında X20 qeyd edilmişdir. İşdə olan X9 surətindən görünür ki, X16 xx.xx.1977-ci il tarixdə ölmüşdür. İşdə olan X21 görünür ki, X15 xx.xx.2014-ci il tarixdə ölmşüdür. İşdə olan X21 görünür ki, X13 xx.xx.2019-ci il tarixdə ölmüşdur. İşdə olan Gədəbəy Rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 70/1 nömrəli arxiv arayışından görünür ki, Gədəbəy Rayon Dövlət Arxivində mühafizə olunan Gədəbəy rayonu X17 Qaramurad kənd sovetinin 1935-1942-ci illərə dair Doğum akt qeudiyyatı kitablarında mərhum X5 adına doğum haqqında akt qeydi aşkar olunmamışdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini və təqdim edilmiş sübutları tədqiq edərək, hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 305.1 və 305.1.1-ci maddələrinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Məcəllənin 307.2.1-cü maddəsinə əsasən şəxslərin qohumluq münasibətlərinin faktı məhkəmə qaydasında müəyyən edilir. Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, Ərizəçi xx.xx.1987-ci ildə Gədəbəy rayonu, Kəlaman kəndində doğulmuşdur. Ərizəçinin atası X13 olmuşdur. Ərizəçinin atası 04.004.2019-ci ildə vəfat etmişdir. X1 Əmrah Abdulla oğlunun qardaşı olmaqla ərizəçinin əmisi olmuşdur. X5 doğum akt qeydləri aşkar olunmamış, o, xx.xx.2014-ci ildə ölmüşdür. Ərizəçi ilə mərhum X7 qohumluq münasibətində olması, yəni, mərhum X15 ərizəçinin əmisi olması faktının müəyyən edilməsi Ərizəçi tərəfindən mərhum X3 qalmış mirasın qəbul edilməsi üçün hüquqi əhəmiyyətlidir. Ərizəçi mərhum X15 ilə qohum olmasını təsdiq edən sənədləri başqa qaydada ala bilməz və ona görə də ərizə təmin edilməlidir. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 339, 341, 216-227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, qət etdi: Ərizə təmin edilsin. Ərizəçi 18 dekabr 2014-ci ildə Gədəbəy rayonu, Kəlaman kəndində vəfat etmiş əmisi X15 ilə qohumluq münasibətində olması, yəni mərhum X5 Ərizəçi əmisi olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar