Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-688/2021 06.09.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Мirzəquliyеv Fizuli Bаlаğа oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı mirasın faktiki qəbul edilməsi müəyyən edilməsi haqqında ərizəsinə dair mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi Maraqlı şəxsnə qarşı mərhum atası X1 qalmış Gədəbəy rayonunun Çobankənd kəndində yerləşən ikiotaqlı, yaşayış sahəsi 48 kv.m, köməkçi sahəsi 21 kv.m olan evinə və 0.25 ha həyətyanı torpaq sahəsinə onun tərəfindən mirasın faktiki qəbul edilməsi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə etmiş, izahat verərək bildirmişdir ki, mərhum atası X4 ilə mərhum anası X6 ilə 1947-ci il tarixdə ailə qurmuş, 15.04.1962-ci il tarixdə nikah bağlamışlar. Ailə münasibətlərindən 6 övladı olmuşdur. Hazırda qardaş və bacıları müxtəlif ünvanlarda yaşayırlar. Atasından miras qalmış əmlakı o idarə etmiş, eləcə də atasının dəfn xəriclərini o çəkmişdir. Atasından və anasından qalmış evdə o yaşamışdır. Anası 27.02.1999-cu il tarixdə atası isə 30.01.2000-ci il tarixdə vəfat etmişlər. Həmin ev mərhum atası Məhərrəm Hüseynovun adına olmuşdur. Atası vəfat etdikdən sonra o, miras qalmış evi təmir etmiş, evdə yaxşılaşdırma işləri aparmışdır. Həmin evi öz adına vərəsəlik qaydasında keçrilməsi ilə əlaqadar Gədəbəy rayon Notariat Kontoruna və eləcədə DƏDRX-nin 11 saylı ərazi idarəsinə müraciətlər etmişdir. Lakin Maraqlı şəxs tərəfindən 04.02.2021-ci il tarixli 55 saylı imtina məktubu verilmişdir. Mübahisəli evin təsərüfatbaşına kitabdan çıxarışı var və həmin çıxarışda ev və həyətyanı torpaq sahəsi barədə qeydlər aparılmışdır. O, sənədlərini DƏDRX-nin 11 saylı Şəmkirə Ərazi İdarəsinin Gədəbəy rayon Şöbəsinə təqdim etsə də sənədlərii qəbul etməmişlər və həmin əmlakın mülkiyyət kimi qeydiyyatdan keçməməsini və eləcədə həmin evlə bağlı heç bir hüququ sənədin olmadığını bildirmişlər. Ona görə də ərizənin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxs Gədəbəy Rayon Notariat Kontoru məhkəmə baxış iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, nümayəndəsini məhkəmə iclasına göndərməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadə verərək, bildirmişdir ki, ərizəçinin mərhum atası X4 ilə mərhum anası X6 1947-ci il tarixdə ailə qurmuşlar. Ailə münasibətlərindən 6 övladı olmuşdur. Hazırda ərizəçinin qardaş və bacıları müxtəlif ünvanlarda yaşayırlar. Ərizəçi atasından miras qalmış əmlakı idarə etmiş, eləcə də atasının dəfn xəriclərini çəkmişdir. Ərizəçi atasından və anasından qalmış evdə yaşamışdır. Onun anası 1999-cu il tarixdə, atası isə 2000-ci il tarixdə vəfat etmişlər. Həmin ev ərizəçinin mərhum atası Məhərrəm Hüseynovun adına olmuşdur. Ərizəçi atası vəfat etdikdən sonra miras qalmış evi təmir etmiş, evdə yaxşılaşdırma işləri aparmış, miras əmlaka sahiblik etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 və X12 eyniməzmunlu ifadələr vermişlər. İşdə olan Gədəbəy Rayon Məhkəməsinin 07.04.2021-ci il tarixli, 2(042)-258/2021 saylı qətnaməsinin surətindən görünür ki, 03.02.2020-ci il tarixdə Gədəbəy rayonunun Çobankənd kəndində ölmüş X2 Ərizəçi oğunun atası olmasını etiraf etməsi faktı müəyyən edilmişdir. İşdə olan X9 surətlərindən görünür ki, X6 27.02.1999-cu il tarixdə, X4 isə 30.01.2000-ci il tarixdə ölmüşlər. İşdə olan Çıxarışın surətindən görünür ki, X4 və X7 15.04.1962-ci il tarixdə nikah bağlamışlar. Nikah bağlandıqdan sonra arvada Hüseynova soyadı verilmişdir. İşdə olan X5 surətlərindən görünür ki, Ərizəçi xx.xx.1960-cı ildə doğulmuş, atası qrafasında X4, anası qrafasında X6 qeyd edilmişdir. İşdə olan Arxiv Arayşından görünür ki, Gədəbəy Rayon Dövlət Arxivində mühafizə olunan Çobankənd kənd İƏV üzrə nümayəndəliyinin 1996-2000-ci illərə dair 1 nömrəli Təsərrüfütbaşına Kitabında 35 nömrəli şəxsi hesabda X2 adına 0.25 ha torpaq sahəsi qeyd edilmişdir. İşdə olan Gədəbəy Rayon Notariat Kontoru tərəfindən verilmiş imtina ayışından görünür ki, iddiaçıya məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini və işdə olan sənədləri təhlil edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Akimova Azərbaycana qarşı” iş üzrə 27 sentyabr 2007-ci il tarixli qərarında xatırlatmışdır ki, “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət” kimi qiymətləndirilə bilər. Həmin iş üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, ərizəçi mübahisələndirdiyi mənzil üzərində mülkiyyət hüququna malik olmasa da, onun Mənzil fondunun özəlləşdirilməsi haqqında Qanuna uyğun olaraq həmin mənzili müəyyən şərtlərlə əvəzsiz olaraq mülkiyyətinə keçirmək hüququ olduğundan, ərizəçinin həmin mənzilə olan iddiaları 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsinin tətbiqi dairəsinə düşən “mülkiyyətin” təşkil olunması üçün kifayət qədər əsaslı olmuşdur. “Torpaq İslahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Məcəllənin 1159.1. və 1159.1.1-ci maddələrinə əsasən qanun üzrə vərəsəlik zamanı ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbə vərəsələr sayılırlar. Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Məcəllənin 1255-ci maddəsinə görə isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.9-cu maddəsrinə əsasən məhkəmə mirasın qəbul edilməsi faktını müəyyən edir. Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, Ərizəçi mərhum atası X2 adına Gədəbəy rayonunun Çobankənd kəndində yerləşən ikiotaqlı, fərdi yaşayış evi və 0.25 ha həyətyanı torpaq sahəsi olmuşdur. Həmin evdə ərizəçinin mərhum valideynləri yaşamışlar. Ərizəçinin anası 27.02.1999-cu il tarixdə atası isə 30.01.2000-ci il tarixdə vəfat etmişlər. Valideynləri öldükdən sonra, ərizəçi onlardan miras qalmış bütün əmlakı idarə etmişdir. Həmçinin ərizəçinin valideynlərinin vəfat etdiyi vaxt torpaq islahatı keçirilmədiyi üçün torpaq sahəsinə və fərdi yaşayış evinə ərizəçinin valideynlərinin mülkiyyət hüququ qeydə alınmamış, lakin onların torpaq sahəsinə və fərdi yaşayış evinə mülkiyyət hüququnun gözləntisi olmuş, yəni, həmin əmlak ərizəçinin valideynlərinin faktiki mülkiyyətində olmuş və onların ölümündən sonra həmin əmlak miras aktivinə daxil olmuşdur. Ona görə də ərizə təmin edilməli, Ərizəçi mərhum atası X3 miras qalmış Gədəbəy rayonunun Çobankənd kəndində yerləşən ikiotaqlı, yaşayış sahəsi 48 kv.m, köməkçi sahəsi 21 kv.m olan evi və 0.25 ha həyətyanı torpaq sahəsini miras kimi qəbul edilməsi faktı müəyyən edilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPMnin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi mərhum atası X3 miras qalmış Gədəbəy rayonunun Çobankənd kəndində yerləşən ikiotaqlı, yaşayış sahəsi 48 kv.m, köməkçi sahəsi 21 kv.m olan evi və 0.25 ha həyətyanı torpaq sahəsini miras əmlak kimi qəbul etməsi faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №2(042)-688/2021
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-688/2021
06.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver