Məhkəmə qərarları › İş №2(042)-69/2021

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-69/2021

17.02.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-69/2021 17.02.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, İddiaçı Əli qızının etibarnamə üzrə nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı Əli qızının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı evdən çıxarılma tələblərinə dair mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Əli qızı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı cavabdehlərin ona mülkiyyət hüququ ilə məxsus olan Gədəbəy rayonunun Miskinli kəndində yerləşən fərdi yaşayış evindən, evin yerləşdiyi 0.15 ha həyətyanı torpaq sahəsindən çıxarılması, 300 manat vəkil xidmət haqqının, 11 manat ödənilmiş dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada alınaraq, ona verilməsi tələbləri haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə baxışı iclasında İddiaçı Əli qızının qızının etibarnamə üzrə nümayəndəsi Vəkil iddia tələblərini müdafiə etmiş, izahat verərək, bildirmişdir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onun mərhum ərinin qohumlarıdır. Onların arasında mülki mübahisə yaranmış və Gədəbəy Rayon Məhkəməsinin xx xxx 2001-ci il tarixli 2-86 saylı məhkəmə qətnaməsi ilə hər iki cavabdehin hazırda onun mülkiyyətində olan, Gədəbəy rayonu, Miskinli kəndində yerləşən fərdi yaşayış evindən və evin yerləşdiyi 0.15 ha həyətyanı torpaq sahəsindən çıxarılması qət edilmişdir. Məhkəmə qətnaməsi icra olunmuş və hər iki cavabdeh mübahisə predmeti olan evdən və evin yerləşdiyi 0.15 ha həyətyanı torpaq sahəsindən çıxarılmışdır. Lakin hazırda hər iki cavabdeh təkrar olaraq, onun mülkiyyətində olan həmin evə və torpaq sahəsinə girmiş və onun razılığı olmadan orada yaşayırlar. O, Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə ərizə ilə müraciət etmiş, təkrar icra vərəqəsi verilməsini xahiş etmişdir. Lakin məhkəmə mülkiyyətçinin dəyişməsini və 2001-ci il tarixli 2-86 saylı məhkəmə qətnaməsinin icraatı ilə bağlı icra qərarına xitam verilməsini əsas göstərmiş və təkrar yeni bir iddia ilə məhkəməyə müraciət etməsi tövsiyyə etmişdir. Ona görə də iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndələrinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan Çıxarışın surətindən görünür ki, Gədəbəy rayonunun Miskinli kəndində yerləşən qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********90-10301 olan, fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. İşdə olan Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2001-ci il tarixli, 2-86/2001 saylı qətnaməsinin surətindən görünür ki, X1 Zəri Əli qızının və X2 qanun üzrə vərəsəsi hesab eilməsi və X2 Gədəbəy rayonu, Rüstəm Əliyev kəndində yerləşən mülkünün 24 kv.m yaşayış sahəsindən və 18 kv.m açıq eyvandan ibarət binası 15 sot həyətyanı torpaq sahəsi ilə onun mülkiyyətinə ayrılıb müstəqil hesab edilməsi, Cavabdeh1 həmin hissədən çıxarılması, Cavabdeh2 X2 qanun üzrə vərəsəsi hesab edilməsi və yuxarıda göstərilən mülkün 18 kv.m sahəli yaşayış otağı, ona bitişik tövlə, 24 kv.m əl damı, 22 kv.m sahəli kartof quyusunun (əl damı) onun mülkiyyətinə verilməsi qət edilmişdir. İşdə olan Aktın surətindən görünür ki, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2001-ci il tarixli, 2-86/2001 saylı qətnaməsi xx xxxx 2003-cü il tarixdə icra edilmiş və icra işinə xitam verilmişdir. İşdə olan Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2-1(83)- 547/2017 saylı qərardadının surətindən görünür ki, İddiaçı cavabdeh Gədəbəy Rayon İcra Hakimiyyətinə (üçüncü şəxslər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin 11 saylı Ərazi idarəsinə və Cavabdeh1) qarşı Gədəbəy rayon X5 xx xxxxx 2002-ci il tarixli, 27 saylı qərarının üçüncü şəxsə münasibətdə ləğv edilməsi və həmin qərar əsasında üçüncü şəxs Cavabdeh1 adına tərtib olunmuş A 140839 saylı torpaq sahəsinin plan və ölçü sənədinin mərhum əri Abbasov. Əli Mikayıl oğlunun mülkiyyətində olan 15 sot torpaq sahəsinə münasibətdə etibarsız hesab olunması haqqında iddia tələbi mümkün sayılmaması qərara alınmışdır. İşdə olan Gədəbəy Rayon Məhkəməsinin 2-86/2001 saylı, xx xxxx 2017-ci il tarixli, qərardadının surətindən görünür ki, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2001-ci il tarixli, 2-86/2001 saylı qətnaməsindən apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddət bərpa edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddiaçının nümayənəsinin izahatını, şahid ifadələrini, habelə, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 139-1.1. və 139-1.1.5-ci maddələrinə əsasən 2006-cı il iyulun 6dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2001-ci il tarixli, 2-86/2001 saylı qətnaməsi ilə X6 X11 və X2 qanun üzrə vərəsəsi hesab edilməsi, Gədəbəy rayonu, Rüstəm Əliyev kəndində yerləşən mülkün 24 kv.m yaşayış sahəsindən və 18 kv.m açıq eyvandan ibarət binası, 15 sot həyətyanı torpaq sahəsinin onun mülkiyyətinə ayrılıb müstəqil hesab edilməsi, Cavabdeh1 həmin hissədən çıxarılması, Cavabdeh2 X2 qanun üzrə vərəsəsi hesab edilməsi və yuxarıda göstərilən mülkün 18 kv.m sahəli yaşayış otağı, ona bitişik tövlə, 24 kv.m əl damı və 22 kv.m sahəli kartof quyusunun (əl damı) onun mülkiyyətinə verilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi üzrə verilmiş icra sənədi icra edilmiş, bununla da icra sənəsi üzrə icraata xitam verilmişdir. X3 vəfat etmiş, bundan sonra həmin əmlak vərəsəlik hüququ ilə iddiaçının mülkiyyətinə keçmiş, cavabdehlər isə iddiaçının mülkiyyətinə keçmiş əmlakdan istifadə etmələrini davam etdirmişlər. Ona görə də cavabehlər iddiaçının mülkiyyətinə keçmiş əmlakdan çıxarılmalıdırlar. Lakin Cavabdeh2 həyətyanı torpaq sahəsində yerləşən yaşayış evinin bir hissəsinə mülkiyyət hüququ olduğuna və digər Cavabdeh1 onun anası olduğuna görə iddia tələbi yaşayış evinin Cavabdeh2 mülkiyyətində olan hissəsindən və torpaq sahəsindən çıxarılma hissəsində təmin edilməməlidir. Məhkəmə iddia tələblərinin 300 manat vəkil xidmət haqqının və 11 manat ödənilmiş dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada alınaraq, iddiaçıya verilməsi hissəsinə münasibət bildirərək, belə nəticəyə gəlir ki, vəkilin xidmət haqqının ödənilməsi barədə qəbz məhkəməyə təqdim edilməmişdir. Ona görə də iddia tələbləri qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Gədəbəy rayonunun Miskinli kəndində yerləşən fərdi yaşayış evinin İddiaçı Əli qızının mülkiyyətində olan hissəsindən çıxarılmalı, ödənilmiş 10.40 manat dövlət rüsumunun 5.20 manat hissəsi Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq, İddiaçı Əli qızına verilməli, 5.20 manat hissəsi iddiaçıya aid edilməli, qalan hissədə təmin edilməməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPMnin 216-220, 227, 358-360, 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbləri qismən təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 Gədəbəy rayonunun Miskinli kəndində yerləşən fərdi yaşayış evinin İddiaçı Əli qızının mülkiyyətində olan hissəsindən çıxarılsın. Ödənilmiş 10.40 manat dövlət rüsumunun 5.20 manat hissəsi Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq, İddiaçı Əli qızına verilsin və 5.20 manat hissəsi iddiaçıya aid edilsin. İddia tələbləri qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar