Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-690/2024 13.08.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, Ərizəçi Aqil qızının iştirakı ilə Ərizəçi Aqil qızının Maraqlı şəxsnə qarşı doğum faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi Aqil qızı Maraqlı şəxsnə qarşı onun xx.xx.2023-cü il tarixdə doğulması faktının müəyyən edilməsi haqqında ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi Aqil qızı məhkəmə iclasında ərizəsini müdafiə etmiş, izahat verərək bildirmişdir ki, o, 01 yanvar 2003-ci il tarixdə Gədəbəy rayonu, Çoban kəndində doğulmuş və hazırda Gədəbəy rayonu, Çoban kəndində yaşayır. Onun atası X13, anası X4 olmuşdur.Valideynləri savadsız olduğundan ona doğum haqqında şəhadətnamə almamışlar. Xəstəliyi ilə əlaqədar həkim müayinəsinə ehtiyacı vardir. O, Gədəbəy Rayon Mərkəzi Xəstəxanasına müraciət etsə də, şəxsiyəti təstiq edən sənədləri olmadığından onu qeydiyyata almaq mümkün olmamışdır.O, doğum haqqında şəhadətnamə almaq məqsədi ilə Maraqlı şəxsnə müraciət etmiş, lakin ona imtina məktubu verilmişdir. Ona görə də ərizəsinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsini məhkəmə iclasına göndərməmişdir. Мəhkəmə Аzərbaycan Respublikası MPM-nin 185.6-cı madddəsinin tələblərini rəhər tutaraq, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadə verərək bildirmişdir ki, ərizəçi qızıdir. O, 2003-cü il yanvar ayının 1-də doğulmuşdur. Ərizəçinin atası X13 olmuşdur. Onunla aralarında nikahları olmamış, ona görə də Səkinə üçün doğum haqqında şəhadətnamə almamışlar. Məhkəmə iclasında şahid kimi dindirilmiş X11 ifadə verərək bildirmişdir ki, ərizəçi onun qonşusudur. Səkinə 2003-cü ilin qış aylarından birində doğulmuşdur. Ərizəçinin atası X13 olmuşdur. Anası isə X3r. Məhkəmə iclasında şahid kimi dindirilmiş X8 eyniməzmunlu ifadə vermişdir. İşdə olan Tibbi Sənəddən görünür ki, X2 övladı Ərizəçi Aqil qızı 01 yanvar 2003-cü il tarixdə doğulmuşdur. İşdə olan Gədəbəy Rayon İcra Hakimiyyəti Basçısının Çobankənd Kənd İƏD Nümayəndəliyi tərəfində verilmiş arayışdan görunur ki, fotoşəkildə olan şəxs X1 Yeganə Vaqif qızının qızıdir. İşdə olan X6 surətindən görünür ki, X13 15 yanvar 2024-cü il tarixdə ölmüşdür. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini və təqdim edilmiş sübutları tədqiq edərək, hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 305.1 və 305.1.1-ci maddələrinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Məcəllənin 307.2.3-cü maddəsinə əsasən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktları məhkəmə qaydasında müəyyən edilir. Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə, Ərizəçi Aqil qızının xx.xx.2003-ci il tarixdə Gədəbəy rayonunun Çobankənd kəndində doğulması faktı sübut edilmişdir. Həmin faktın müəyyən edilməsi Ərizəçi Aqil qızına doğum haqqında şəhadətnamə alınması üçün hüquqi əhəmiyyətlidir. Ərizəçi həmin sənədləri başqa qaydada ala bilməz və ona görə də ərizə təmin edilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 339, 341, 216-227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, q ə t e t d i : Ərizə təmin edilsin. Ərizəçi Aqil qızının xx.xx.2003-ci il tarixdə Gədəbəy rayonu, Çobankənd kəndində doğulması,atasının X13,anasının X4 olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №2(042)-690/2024
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-690/2024
13.08.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver