Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 2(042)-691/2020 27.07.2020 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Tağıyeva Lamiyə Mövsüm qızına qarşı “cavabdehin qeydiyyatdan çıxarılması” tələbinə dair ərizəsinə və ərizəyə əlavə edilmiş sənədlərə baxaraq Müəyyən etdim: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərəkcavabdeh Tağıyeva Lamiyə Mövsüm qızının onun evindən qeydiyyatdan çıxarılmasını xahiş etmişdir. Ərizənin məhkəmə icraatına qəbul edilməsinin mümkünlüyü məsələsinə baxılarkən müəyyən olunmuşdur ki, iddiaçı ərizənin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 149-cu maddəsi ilə nəzərdə tutulmuş forma və məzmununa riayət etməmişdir. Qeyd olunan hüquq normasının əsas müddəalarından biri ərizədə işdə iştirak edən şəxslərin adlarının, onların poçt ünvanlarının göstərilməsidir. Ərizədə işdə iştirak edən şəxslərin poçt ünvanlarının düzgün və tam göstərilməsi iddia ərizəsinin ərazi aidiyyəti məsələsinin həlli zamanı, eləcə də, məhkəmə baxışının ən mühüm prinsiplərindən olan çəkişmə prinsipinin realizəsi üçün mühüm əhəmiyyət kəsb edir. Belə ki, MPM-in 149.2.2-ci maddəsinin tələbinə əsasən, ərizədə işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları göstərilir. Qeyd olunan hüquq norması baxımından məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsində cavabdehin adını və poçt ünvanını göstərməmişdir. Eləcə də qeyd olunmalıdır ki, iddia ərizəsi üç ünsürdən – iddianın predmeti, əsası və məzmunundan ibarət olmalıdır. İddianın predmetini iddiaçının cavabdehə olan tələbi, əsasını həmin tələbi şərtləndirən faktlar, məzmununu isə iddiaçının məhkəmədən etdiyi xahiş təşkil edir. İddiaçı ərizənin qeyd olunan formasına da əməl etməmişdir. Eləcə də iddia ərizəsinin məzmunundan aydın olur ki, iddia ərizəsinə iddia tələbini əsaslandıran heç bir sənəd əlavə etməmişdir. Eyni zamanda iddiaçı iddia ərizəsinin “xahiş edirəm” hissəsində tələbini aydın və konkret şəkildə göstərməmişdir. Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Eləcə də iddia ərizəsinin məzmunundan aydın olur ki, İddiaçı Tağıyeva Lamiyə Mövsüm qızının onun evindən qeydiyyatdan çıxarılmasını istəyir. Belə bir rayon (şəhər) məhkəməsində baxılması yolverilməzdir. Belə ki, bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçı cavabdehin onun təsərrüfatından qeydiyyatdan çıxarılması üçün əsaslar olduğu qənaətindədirsə, qeydiyyatda olduğu ərazi üzrə inzibati ərazi dairəsi üzrə nümayəndəliyə və polis şöbəsinə müraciət etməli, həmin orqanlar bundan imtina etdiyi təqdirdə onların hərəkət və ya hərəkətsizliyindən narazı qaldığı halda müvafiq inzibati məhkəmədə iddia qaldırmaq hüququ vardır. MPM-in 24-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının məhkəmələri, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq onların müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, pozulmuş və mübahisə edilən hüquq və azadlıqları müdafiə və təmin edir. Mübahisənin ümumi məhkəməyə və ya inzibati-iqtisadi məhkəməyə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, yaxud mübahisənin predmeti və ya hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2-ci maddəsinə əsasən, qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati-iqtisadi məhkəmələr və inzibati-iqtisadi kollegiyalar tərəfindən həyata keçirilir . Həmin Məcəllənin 2.2-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); 2.2.4. inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia); 2.2.5. inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia); 2.2.6. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə aid olan məsələlər istisna olmaqla, normativ xarakterli aktların qanunauyğunluğunun yoxlanılmasına dair iddialara (qanunauyğunluq haqqında iddia); 2.2.7. inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara; 2.2.8. bələdiyyələrin inzibati nəzarət orqanlarının hərəkətlərinə qarşı və ya inzibati nəzarət orqanlarının bələdiyyələrə qarşı iddialarına; Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddiaçının iddia tələbinə rayon məhkəməsində baxılması yol verilməzdir. MPM-in 153.2 və 153.2.1-ci maddəsinə əsasən, məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası MPM-nin 153.3-153.6-cü maddələrinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. İddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. Məhkəmə hesab edir ki, belə olan halda iddia ərizəsini icraata qəbul etməkdən imtina edilməli və ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 26, 35, 152, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, Qərara aldım: İddiaçı cavabdeh Tağıyeva Lamiyə Mövsüm qızına qarşı “cavabdehin qeydiyyatdan çıxarılması” tələbinə dair ərizəsini qəbul etməkdən imtina edilsin və ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə İddiaçı qaytarılsın. Qərardaddan rəsmi verildiyi gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Marif Kazımov
Məhkəmə qərarları › İş №2(042)-691/2020
Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №2(042)-691/2020
27.07.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver