Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-691/2023 27.07.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X13 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, mərhum atası X5 və mərhum anası X3 miras qalmış Gədəbəy rayonu, Miskinli (R.Əliyev) kəndində yerləşən 1956-cı il tarixdə inşa edilmiş 40 kv.m yaşayış evindən və 0.20 ha həyətyanı torpaq sahəsindən ibarət miras əmlakın faktiki olaraq onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, onun mərhum atası X7 adına Gədəbəy rayonu, Miskinli (R.Əliyev) kəndində 0.20 ha həyətyanı torpaq sahəsi və 1956-cı il tarixdə inşa edilmiş 40 kv.m fərdi yaşayış evi olmuşdur. Valideyinlərinin hər ikisi vəfat etmişdir. Valideyinlərinin onunla birlikdə 4-övladları olmuşdur. Atası Q.İbrahimov xx.xx.1992-ci il tarixdə, anası X8 xx.xx.1998-ci il tarixdə vəfat etmişdir. Valideynləri xx.xx.1965-cı il tarixdə rəsmi nikahdan keçmişlər. Mərhum atası Qəşəm İbrahimov və mərhum anası X19 rayonu ərazisində torpaqların islahatı aparılmamışdan əvvəl vəfat etdiyi üçün onlara məxsus torpaq sahəsi islahatdan kənarda qalmışdır. Lakin Gədəbəy rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 68 saylı məktubunda mərhum atasının adına 0.20 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş 0.40 kv.m fərdi yaşayış evinin olması qeyd edilmişdir. Valideyinləri vəfat etdikdən sonra həmin təsərüfatı o idarə etmişdir. Onun digər qardaşı X15 xx.xx.2009-cu il tarixdə vəfat etmişdir. Bacıları Əliyeva (İbrahimova) Qızbəs Qəşəm qızı və Bayramova (İbrahimova) Xumar Qəşəm qızı notarial qaydada atalarından və analarında miras qalmış həyətyanı torpaq sahəsini və fərdi yaşayış evini onun adına rəsimləşdirilməsinə dair imtina ərizələri vermişlər. Valideyinlərinin dəfn mərasimlərini o həyata keçirmişdir. Miras faktiki olaraq onun tərəfindən qəbul edilmişdir. Valideyinləri vəfat etdikdən sonra həmin evdə onlar ailə üzvüləri ilə birlikdə yaşamışlar. Hal-hazırda fərdi yaşayış evini və torpaq sahəsini öz adına vərəsəlik qaydasında keçrilməsi ilə əlaqadar Gədəbəy rayon Notariat Osifinə və eləcə də DƏDRXnin 11 saylı Ərazi İdarəsinə müraciətlər etmişdir. Lakin Notariat ofisi tərəfindən qanunla müəyyən edilmiş müddət ötrüldüyü üçün miras mülklə bağlı məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Sözügedən fərdi yaşayış evinin və 0.20 ha həyətyanı torpaq sahəsinin onun adına rəsimləşdirmək məqsədi ilə sənədlərini toplayıb DƏDRX-nin Şəmkirə Ərazi İdarəsinin Gədəbəy rayon Şöbəsinə təqdim etsə də onun sənədlərini qəbul etməmişlər və həmin mülkün mülkiyyət kimi qeydiyyatdan keçməməsini və eləcə də həmin evlə bağlı heç bir hüququnu təsdiq edən sənədin olmadığını bildirmişlər. Eyni zamanda ona mərhum valideymlərindən qalmış miras mülklə bağlı adiyyəti üzrə məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. O, məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etmək qənaitinə gəlmişdir. Odur ki, valideyinlərindən Gədəbəy rayonu, Miskinli (R. Əliyev) miras qalmış fərdi yaşayış evinin və 0.20 ha torpaq sahəsinin mirasın faktiki onun tərəfindən qəbul edilməsinə dair qətnamə çıxarılmasını istəyir. Ərizəçi məhkəmə iclasında ərizəsində göstərilənlərə oxşar izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Gədəbəy Notariat Ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, o, nümayəndəsini məhkəməyə göndərməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini və onun nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, işdə olan Gədəbəy rayon Dövlət Arxivi tərəfindən verilmiş 14 iyul 2023-cü il tarixli, 68 saylı məktubdan görünür ki, Gədəbəy rayon Dövlət Arxivində mühafizə olunan Miskinli kənd X14 1991-1995-ci illərə dair 4 nömrəli Təsərrüfatbaşına kitabın 325-ci şəxsi hesabında X16 və X4 adları qeyd olunmaqla təsərrüfatın torpaq qrafasında 0.20 ha torpaq sahəsi və tikili qrafasında ümumi sahəsi 40 kv.m olan ev qeyd olunmuşdur. İşdə olan Gədəbəy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, “Vətəndalıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində aşağıdakı şəxsə aid xx.xx.2023-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və qeyd olunan ailə tərkibinə dair məlumatlar aşkar edilmişdir; xx.xx.1924-cü il tarixdə anadan olmuş və xx.xx.1991-ci il tarixdə vəfat etmiş atası X16, xx.xx.1926-cı il tarixdə anadan olmuş və xx.xx.1998-ci il tarixdə vəfat etmiş anası X8, xx.xx.1952-ci il tarixdə anadan olmuş və xx.xx.2009-cu il tarixdə vəfat etmiş qardaşı X15, xx.xx.1955-ci il tarixdə anadan olmuş bacısı X12 və xx.xx.1958-ci il tarixdə anadan olmuş bacısı X18. İşdə olan Şəmkir rayonu, Çinarlı qəsəbəsində qeydiyyatda olan X18 və ünvan 1 ünvanında qeydiyyatda olan X17 tərəfindən notarial qaydada ərizə verərək, mərhum ataları X5 və mərhum anaları X3 miras qalmış əmlakları qəbul etmədiklərini və qəbul etmək niyyətində də olmadıqlarını bildirmişlər. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1960-cı il tarixdə anadan olmuşdur. Atası qrafasında X16, anası qrafasında X8 qeyd edilmişdir. İşdə olan ölüm haqqında arayışlardan görünür ki, X16 xx.xx.1992-ci il tarixdə, X8 xx.xx.1998-ci il tarixdə, X15 xx.xx.2009-cu il tarixdə ölmüşdür. İşdə olan doğum haqqında arayışlardan görünür ki, X12 xx.xx.1955-ci il tarixdə, X9 xx.xx.1958-ci il tarixdə anadan olmuşlar, ataları qrafası boş saxlanılmış, anaları qrafasında X8 qeyd edilmişdir. İşdə olan Gədəbəy rayon Notariat ofisi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2023-cü il tarixli, 358 nömrəli məktubdan görünür ki, vərəsəliyin qəbulu müddətini keçirdiyinə görə Ərizəçi aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Məhkəmə ərizəçinin miras əmlakın qanun üzrə qəbul edilməsi barədə tələbinin qanuni əsaslarının mövcud olub-olmaması məsələsinin aydınlaşdırılması üçün X5 və X3 miras əmlakın qalıb-qalmaması, miras kütləsinin dairəsinin, hansı vərəsəlik hüquq münasibətlərinin mövcudluğunun, vərəsələrin dairəsinin və mirasın bölüşdürülməsi qaydasının aydınlaşdırılmasını zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1151.2-ci maddəsinə əsasən, mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Məhkəmə iclasında müəyyən olundu ki, X1 Morux Möhsüm qızı ilə rəsmi olaraq evlənmişlər. Onların birgə nikahlarından Ərizəçi, X15, X18 və X17 adında dörd övladı olmuşdur. X2 və X4 adına Gədəbəy rayonu, Miskinli kəndində 0.20 ha həyətyanı torpaq sahəsi və fərdi yaşayış evi vardır. Fərdi yaşayış evinə və torpaq sahəsinə X7 və X4 mülkiyyət hüququnu təsdiq edən sənəd olmasa da, həmin evin və torpaq sahəsinin X10 və X6 məxsusluğu mübahisələndirilmir və məhkəmə hesab edir ki, həmin fərdi yaşayış evinə və torpaq sahəsinə dair X7 və X4 mülkiyyətə qanuni gözləntiləri vardır. Belə ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Akimova Azərbaycana qarşı» iş üzrə 27 sentyabr 2007-ci il tarixli qərarında xatırlatmışdır ki, «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki «mülkiyyət» anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da «mülkiyyət» kimi qiymətləndirilə bilər. Həmin iş üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, ərizəçi mübahisələndirdiyi mənzil üzərində mülkiyyət hüququna malik olmasa da, onun Mənzil fondunun özəlləşdirilməsi haqqında Qanuna uyğun olaraq həmin mənzili müəyyən şərtlərlə əvəzsiz olaraq mülkiyyətinə keçirmək hüququ olduğundan, ərizəçinin həmin mənzilə olan iddiaları 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsinin tətbiqi dairəsinə düşən «mülkiyyətin» təşkil olunması üçün kifayət qədər əsaslı olmuşdur. Məhkəmə Avropa Məhkəməsinin qeyd edilən presedent hüququna istinad edərək hesab edir ki, X2 və X4 Gədəbəy rayonu, Miskinli kəndində yerləşən fərdi yaşayış evindən və torpaq sahəsindən ibarət əmlaka dair mülkiyyət hüququnun gözləntisi olmuş və həmin əmlak X7 və X4 mülkiyyəti kimi qiymətləndirilməlidir. X16 xx.xx.1992-ci il tarixdə, X8 xx.xx.1998-ci il tarixdə vəfat etmişdir. Onların ölümündən sonra Gədəbəy rayonu, Miskinli kəndində fərdi yaşayış evi və həyətyanı torpaq sahəsi miras qalmışdır. Odur ki, məhkəmə hesab edir ki, həmin torpaq sahəsi və fərdi yaşayış evi X5 və X3 qalmış miras kütləsinə daxil edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Məhkəmə miras əmlaka dair vərəsəlik hüquq münasibətlərinin növünü aydınlaşdıraraq, hesab edir ki, vəsiyyətnamə qoyulmadığından X5 və X3 qalmış miras əmlaka dair qanun üzrə vərəsəlik hüquq münasibətləri tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1 və 1159.1.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1166-cı maddəsinə əsasən, fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-ci maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Qanun üzrə vərəsələrin dairəsi və vərəsələr tərəfindən tərəfindən mirasın qəbul edilib-edilməməsi məsələsini həll edərkən məhkəmə qeyd etməlidir ki, miras qoyanın qanun üzrə vərəsə ola biləcək digər uşaqlarından X15 xx.xx.2009-cu il tarixdə vəfat etmiş, X18 və X17 isə notarial qaydada ərizə verərək mərhum ataları X5 və mərhum anaları X3 miras qalmış əmlakları qəbul etmədiklərini və qəbul etmək niyyətində də olmadıqlarını bildirmişlər. Ərizəçi isə valideynlərinin ölümündən sonra qalmış mirası qanun üzrə vərəsə olaraq qəbul etmişdir. Belə ki, miras qalmış əmlaklar hazırda da ərizəçinin faktiki nəzarətindədir və həmin əmlakları o idarə edir. Beləliklə, məhkəmə işdəki sübutlara tətbiq edilməli hüquq normalarına uyğun hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, X4 və X7 ölümündən sonra qalmış, Gədəbəy rayonu, Miskinli kəndində yerləşən, 0.20 ha həyətyanı torpaq sahəsindən və həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evindən ibarət miras əmlakın Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-in 305.1.1-ci maddəsinə əsasən, məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307.2.9-cu maddəsinə əsasən, məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 307-311, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizə təmin edilsin. X4 və X7 ölümündən sonra qalmış, Gədəbəy rayonu, Miskinli kəndində yerləşən, sahəsi 0.20 ha olan həyətyanı torpaq sahəsindən və həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evindən ibarət miras əmlakın Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №2(042)-691/2023
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-691/2023
27.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver