Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-693/2023 27.07.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X11 oğlunun katibliyi, Ərizəçi etibarnamə üzrə nümayəndəsi X3 iştirakı ilə, Ərizəçi “vəsiyyətnamə üzrə mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, mərhum nənəsi X2 miras qalmış Gədəbəy rayonu, Arıxdam kəndində yerləşən 1970-ci il tarixdə inşa edilmiş 48 kv.m yaşayış evinə, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 17 saylı qərarı ilə Torpağın mülkiyyətə verilməsinə dair JN-434A KOD 50532018 və JN-434E KOD 50532018 saylı şəhadətnamələr əsasında verilmiş 0.40 ha həyətyanı torpaq sahəsinə və Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli 02 saylı qərarı ilə JN- 179 KOD 50532018 saylı “Dövlət Aktı” əsasında verilmiş 1.15 ha kənd təsərrüfatı məqsədi ilə ayrılmış torpaq sahəsinə vəsiyyət üzrə və eləcə də faktiki olaraq mirasın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi iddia tələbini onunla əsaslandırmışdır ki, onun mərhum nənəsi X4 Gədəbəy rayonu, Arıxdam kəndində özünə məxsus fərdi yaşayış evi və 0.40 ha həyətyanı torpaq sahəsi olmuşdur. Nənəsi ölməmişdən öncə xx.xx.2013-cü il tarixdə ona vəsiyyətnamə vermişdir. Həmin vəsiyyətnamə əsasında özünə aid olan həyətyanı torpaq sahəsini və bütün əmlaklarını ona vəsiyyət etmişdir. Nənəsi xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Nənəsinin vəfatından sonra o və atası Sabir Qurbanov notarat kontoruna vərəsəlik işi açılması ilə bağlı müraciət etmişlər. Onların müraciətləri əsasında vərəsəlik işi açılmışdır. Lakin Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 17 saylı qərarı əsasında verilmiş mərhum nənəsinin adına Torpağın mülkiyyətə verilməsinə dair JN-434A KOD 50532018 və JN-434E KOD 50532018 saylı şəhadətnamələr ilə 0.40 ha həyətyanı torpaq sahəsi paylı mülkiyyətə verilmişdir. Bununla yanaşı Gədəbəy rayon AİK-nın xx.xx.2001-ci il tarixli 02 saylı qərarı əsasında JN-179 KOD 50532018 saylı “Dövlət Aktı” əsasında mərhum nənəsi B.Qurbanovaya və digər ailə üzvülərinə ümumilikdə 1.15 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Gədəbəy rayon Dövlət arxivi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 64/1 saylı məktubunda mərhum nənəsi Bənövşə Qurbanovaya aid olan 2011-2015-ci illəri əhatə edən 2 saylı təsərrüfat başına kitabın 160cı səhfəsində mərhum nənəsinin adına 0.38 ha həyətyanı olmaqla mülkiyyətində 1.42 ha torpaq sahəsi və tikili qrafasında 1970-ci ildə inşa edilmiş ümumi sahəsi 48 kv.m olan mənzil qeyd edilmişdir. Hal-hazırda fərdi yaşayış evini və torpaq sahəsini öz adına vərəsəlik qaydasında keçrilməsi ilə əlaqadar Gədəbəy rayon Notariat Ofisinə və eləcə də DƏDRX-nin 11 saylı ərazi idarəsinə müraciətlər etmişdir. Lakin Notariat ofisi tərəfindən mübahisə olduğu üçün miras mülklə bağlı məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşudur. Sözügedən fərdi yaşayış evinin və 0.40 ha həyətyanı torpaq sahəsinin onun adına rəsimləşdirməsi məqsədi ilə sənədlərini toplayıb DƏDRX-nin Şəmkirə Ərazi İdarəsinin Gədəbəy rayon Şöbəsinə təqdim etsə də onun sənədləri qəbul edilməmiş və həmin mülkün mülküyyət kimi qeydiyyatdan keçməməsini və eləcə də həmin evlə bağlı heç bir hüququ sənədin olmadığını bildirmişlər. Eyni zamanda ona mərhum atalarından qalmış miras mülk ilə bağlı adiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. O, məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etmək qənaətinə gəlmişdir. Odur ki, mərhum nənəsi X5 məxsus Gədəbəy rayonu, Arıxdam kəndində miras qalmış fərdi yaşayış evinə və 0.40 ha torpaq sahəsini mirasın vəsiyyət üzrə və faktiki onun tərəfindən qəbul edilməsinə dair qətnamə çıxarılmasını istəyir. Ərizəçi etibarnamə üzrə nümayəndəsi X13 məhkəmə iclasında ərizədə göstərilənlərə oxşar izahat verdi və ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Gədəbəy rayon Notariat ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, o, nümayəndəsini məhkəməyə göndərməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, işdə olan Gədəbəy RİHB-nın Arıqdam kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 390 saylı arayışdan görünür ki, Ərizəçi RİH başçısının Arıqdam kənd İƏD üzrə nümayəndəliyinin 2021-2025-ci illəri əhatə edən 02 nömrəli ev təsərrüfatlarının uçotu kitabının 67-ci səhifəsinə 153 nömrəli şəxsi hesabına əsasən qeydiyyatdadır. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1983-cü il tarixdə doğulmuş, atası qrafasında X13, anası qrafasında X6 qeyd edilmişdir. İşdə olan Gədəbəy rayon Dövlət Arxivi tərəfindən verilmiş 01 iyun 2023-cü il tarixli, 64/1 saylı arayışdan görünür ki, Gədəbəy rayon Dövlət Arxivində mühafizə olunan Gədəbəy rayonunun Arıqdam kənd İƏD üzrə nümayəndəliyinin 2011-2015-ci illərə dair 2 saylı təsərrüfatbaşına kitabın 160-cı şəxsi hesabında X4 adına təsərrüfat qeyd olunmaqla qeyd edilə ailə üzvləri vardır: Ailə başçısı X14 1930, qızı X7 xx.xx.1954, qızı X8 xx.xx.1963, oğlu X15 xx.xx.1968, gəlini X10 xx.xx.1983, nəvəsi X9 xx.xx.2010. Həmin təsərrüfatın torpaq qrafasında 0.38 ha həyətyanı olmaqla, mülkiyyətində cəmi 1.42 ha torpaq sahəsi və tikili qrafasında 1970-ci ildə inşa edilmiş ümumi sahəsi 48 kv.m olan mənzil qeyd edilmişdir. İşdə olan JN-179 KOD 50532018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktının lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli, 02 nömrəli qərarı ilə X4 və digər 6 nəfər ailə üzvlərinin ümumi birgə mülkiyyətinə Gədəbəy rayonu, Arıqdam kəndində 1.15 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan JN-434E KOD 50532018 saylı “Torpağın mülkiyyət verilməsinə dair” Şəhadətnamənin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 17 nömrəli qərarı ilə X4 və digər 6 nəfər ailə üzvlərinin ümumi birgə mülkiyyətinə Gədəbəy rayonu, Arıqdam kəndində 0.19 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan JN-434A KOD 50532018 saylı “Torpağın mülkiyyət verilməsinə dair” Şəhadətnamənin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 17 nömrəli qərarı ilə X4 və digər 6 nəfər ailə üzvlərinin ümumi birgə mülkiyyətinə Gədəbəy rayonu, Arıqdam kəndində 0.21 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan xx.xx.2013-cü il tarixdə X14 tərəfindən verilmiş, Şəmkir 1 saylı Notariat Kontoru tərəfindən təsdiq edilmiş vəsiyyətnamədən görünür ki, X14 ona məxsus olan həyətyanı torpaq sahəsini və qalan bütün əmlakını Gədəbəy rayonu, Arıxdam kəndində yaşayan xx.xx.1983-cü il təvəllüdlü Ərizəçi vəsiyyət etmiş, digər vərəsələrini vərəsəlik hüququndan azad etmişdir. İşdə olan ölüm haqqında şəhadətnamənin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, X14 oğlu xx.xx.2022-ci ildə ölmüşdür. Məhkəmə ərizəçinin miras əmlakın vəsiyyətnamə üzrə qəbul edilməsi barədə tələbinin qanuni əsaslarının mövcud olub-olmaması məsələsinin aydınlaşdırılması üçün X2 miras əmlakın qalıb-qalmaması, miras kütləsinin dairəsinin, hansı vərəsəlik hüquq münasibətlərinin mövcudluğunun, vərəsələrin dairəsinin və mirasın bölüşdürülməsi qaydasının aydınlaşdırılmasını zəruri hesab edir. Azərbaycan Respublikası MM-nin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Məhkəmə iclasında müəyyən olundu ki, ərizəçi mərhum X4 nəvəsidir. Gədəbəy rayonu, Arıqdam kəndində Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli, 02 nömrəli qərarı ilə JN-179 KOD 50532018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı əsasında X4 və digər 6 nəfər ailə üzvlərinin ümumi birgə mülkiyyətinə 1.15 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 17 nömrəli qərarı ilə JN-434A KOD 50532018 saylı və JN-434E KOD 50532018 saylı “Torpağın mülkiyyət verilməsinə dair” Şəhadətnamələr əsasında X4 və digər 6 nəfər ailə üzvlərinin ümumi birgə mülkiyyətinə müvafiq olaraq sahələri 0.19 ha və 0.21 ha olan həyətyanı torpaq sahələri verilmişdir. X1 adına Gədəbəy rayonu, Arıqdam kəndində yerləşən 1970-ci ildə inşa edilmiş fərdi yaşayış evi vardır. Fərdi yaşayış evinə X4 mülkiyyət hüququnu təsdiq edən sənəd olmasa da, həmin evin X5 məxsusluğu mübahisələndirilmir və məhkəmə hesab edir ki, həmin fərdi yaşayış evinə dair X4 mülkiyyətə qanuni gözləntiləri vardır. Belə ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Akimova Azərbaycana qarşı» iş üzrə 27 sentyabr 2007-ci il tarixli qərarında xatırlatmışdır ki, «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki «mülkiyyət» anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da «mülkiyyət» kimi qiymətləndirilə bilər. Həmin iş üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, ərizəçi mübahisələndirdiyi mənzil üzərində mülkiyyət hüququna malik olmasa da, onun Mənzil fondunun özəlləşdirilməsi haqqında Qanuna uyğun olaraq həmin mənzili müəyyən şərtlərlə əvəzsiz olaraq mülkiyyətinə keçirmək hüququ olduğundan, ərizəçinin həmin mənzilə olan iddiaları 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsinin tətbiqi dairəsinə düşən «mülkiyyətin» təşkil olunması üçün kifayət qədər əsaslı olmuşdur. Məhkəmə Avropa Məhkəməsinin qeyd edilən presedent hüququna istinad edərək hesab edir ki, mərhum X4 Gədəbəy rayonu, Arıqdam kəndində yerləşən fərdi yaşayış evindən ibarət əmlaka dair mülkiyyət hüququnun gözləntisi olmuş və həmin əmlak X4 mülkiyyəti kimi qiymətləndirilməlidir. X14 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Onun ölümündən sonra Gədəbəy rayonu, Arıqdam kəndində 1970-ci ildə inşa edilmiş fərdi yaşayış evi, 1.15 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin 1/7 hissəsi, 0.19 ha və 0.21 ha həyətyanı torpaq sahələrinin 1/7 hissəsi miras qalmışdır. Odur ki, məhkəmə hesab edir ki, həmin torpaq sahələrinin 1/7 hissəsi və fərdi yaşayış evi X2 qalmış miras kütləsinə daxil edilməlidir. Azərbaycan Respublikası MM-nin 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Məhkəmə miras əmlaka dair vərəsəlik hüquq münasibətlərinin növünü aydınlaşdıraraq, hesab edir ki, mərhum X14 tərəfindən nəvəsi Ərizəçi adına vəsiyyətnamə qoyulduğundan ondan qalmış miras əmlaka dair vəsiyyətnamə üzrə vərəsəlik hüquq münasibətləri tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1166-cı maddəsinə əsasən, fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-ci maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Vəsiyyətnamə üzrə vərəsə tərəfindən mirasın qəbul edilib-edilməməsi məsələsini həll edərkən məhkəmə qeyd etməlidir ki, vəsiyyətnamə üzrə vərəsə ola biləcək Ərizəçi X4 ölümündən sonra, həm də onun ölümündən əvvəl ondan qalmış həyətyanı torpaq sahəsini faktiki istifadə etmişdir. Bununla da Ərizəçi X4 ölümündən sonra qalmış Gədəbəy rayonu Arıqdam kəndində yerləşən 1970-ci ildə inşa edilmiş fərdi yaşayış evindən və 1.15 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin 1/7 hissəsi, 0.19 ha və 0.21 ha həyətyanı torpaq sahələrinin 1/7 hissəsindən ibarət mirası tam şəkildə vəsiyyət üzrə vərəsə olaraq qəbul etmişdir. Beləliklə, məhkəmə işdəki sübutlara tətbiq edilməli hüquq normalarına uyğun hüquqi qiymət verərək hesab edir ki, ərizə qismən təmin edilməli, Ərizəçi X4 ölümündən sonra qalmış Gədəbəy rayonu, Arıqdam kəndində yerləşən, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli, 02 nömrəli qərarı ilə JN-179 KOD 50532018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı əsasında əsasında verilmiş 1.15 ha kənd təsərrüfatı məhsulları təyinatlı torpaq sahəsinin 1/7 hissəsindən, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 17 nömrəli qərarı ilə JN-434A KOD 50532018 saylı və JN-434E KOD 50532018 saylı “Torpağın mülkiyyət verilməsinə dair” Şəhadətnamələr əsasında verilmiş müvafiq olaraq sahələri 0.19 ha və 0.21 ha olan həyətyanı torpaq sahələri 1/7 hissələrindən və 1970-ci ildə inşa edilmiş fərdi yaşayış evindən ibarət mirası qəbul etməsi faktı müəyyən edilməlidir. MPM-in 305.1.1-ci maddəsinə əsasən, məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. MPM-in 307.2.9-cu maddəsinə əsasən, məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 307-311, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizə təmin edilsin. X4 ölümündən sonra qalmış Gədəbəy rayonu, Arıqdam kəndində yerləşən, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli, 02 nömrəli qərarı ilə JN-179 KOD 50532018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı əsasında verilmiş 1.15 ha kənd təsərrüfatı məhsulları təyinatlı torpaq sahəsinin 1/7 hissəsindən, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 17 nömrəli qərarı ilə JN-434A KOD 50532018 saylı və JN-434E KOD 50532018 saylı “Torpağın mülkiyyət verilməsinə dair” Şəhadətnamələr əsasında verilmiş müvafiq olaraq sahələri 0.19 ha və 0.21 ha olan həyətyanı torpaq sahələrinin 1/7 hissələrindən və 1970-ci ildə inşa edilmiş fərdi yaşayış evindən ibarət miras əmlaka Ərizəçi vəsiyyətnamə üzrə vərəsəlik hüququ müəyyən edilsin və həmin miras əmlakın onun tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №2(042)-693/2023
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-693/2023
27.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver