Məhkəmə qərarları › İş №2(042)-70/2021

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-70/2021

15.03.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-70/2021 15.03.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, cavabdehlər X2 və Cavabdeh3 etibarnamə üzrə nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdehlər X3, Cavabdeh3, Cavabdeh1, X6, Cavabdeh7, Cavabdeh5 Rasim qızına, Cavabdeh6 və Cavabdeh4 qarşı istifadə hüququnun itirilməsi tələbinə dair mülki işə xx xxxx 2020-ci il tarixdə, Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər X3, Cavabdeh3, Cavabdeh1, X6, Cavabdeh7, Cavabdeh5 Rasim qızına, Cavabdeh6 və Cavabdeh4 qarşı cavabdehlərin Gədəbəy şəhəri, Səməd Vurğun küçəsi, ev 08 ünvanında yerləşən mənzilə olan istifadə hüququnun itirilməsi tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Gədəbəy şəhəri, Səməd Vurğun küçəsi, ev 08 ünvanında yerləşən fərdi yaşayış evi uzun müddətdir ki, onun mülkiyyətində və istifadəsindədir. Cavabdehlərdən yalnız ikisi X5 və Cavabdeh3 onun qohumlarıdır. Digər cavabdehləri isə ümumiyyətlə tanımır və həmin evdə yaşamamışlar. O, öz fərdi yaşayış evini sənədləşdirmək istəyərkən məlum olmuşdur ki, ona məxsus fərdi yaşayış evində tanımadığı şəxslər qeydiyyatdadır. Ona görə də iddia tələbinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə teleqram göndərərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh X5 məhkəmə iclasında iddia tələbini etiraf etməmiş izahat verərək bildirmişdir ki, iddiaçı onun babasıdır. O, həmin evdə doğulmuş və orada böyümüşdür. Həmin evdən onun istifadə hüququ yaranmışdır. Ona görə də, iddia ərizəsinin təmin edilməməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh3 etibarnamə üzrə nümayəndəsi X4 eyniməzmunlu izahat vermişdir. Cavabdehlər Cavabdeh1, X6, Cavabdeh7, Cavabdeh5 Rasim qızına, Cavabdeh6 və Cavabdeh4 məhkəmə iclasının yeri və vaxtı barədə bildiriş göndərilməsinə baxmayaraq, onlara göndərilmiş bildirişlər onların həmin ünvanda yaşamaması qeydi ilə geri qaytarılmışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsinə əsasən işə işdə iştirak etməyən digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan Arayışlarından görünür ki, X5 və Cavabdeh3, Cavabdeh1, X9, Cavabdeh7, Cavabdeh5 Rasim qızı, Cavabdeh6 və Cavabdeh4 Gədəbəy şəhəri, Səməd Vurğun küçəsi, ev 8 ünvanında qeydiyyatdadırlar. İşdə olan Çıxarışın surətindən görünür ki, Gədəbəy şəhəri, Səməd Vurğun küçəsi, ev 8 ünvanında yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə cavabdehlərin izahatlarını və işin faktiki hallarını araşdıraraq, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ bəndinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Azərbaycan Respublikasının xx xxxxxxx 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 53-cü mаddəsinə əsаsən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdehlər Cavabdeh1, X9, Cavabdeh7, Cavabdeh5 Rasim qızı, Cavabdeh6 və Cavabdeh4 Gədəbəy şəhəri, Səməd Vurğun küçəsi, ev 8 ünvanında qeydiyyatda olsalar da həmin evdə yaşamamış, həmin evdən istifadə etməmişlər. Yəni onların həmin evdə qeydiyyatda olmaları texniki səhv nəticəsində olmuşdur. Digər cavabdehlər X5 və Cavabdeh3 iddiaçının nəvəsi və oğludurlar. Onlar Gədəbəy şəhəri, Səməd Vurğun küçəsi, ev 8 ünvanında yerləşən fərdi yaşayış evində doğulmuş, həmin evə istifadə hüququ yaranmışdır. Yəni onların Gədəbəy şəhəri, Səməd Vurğun küçəsi, ev 8 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüquqları vardır və onların həmin evdən istifadə hüquqlarına xitam verilməsi qanunaziddir. Ona görə də iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh1, X9, Cavabdeh7, Cavabdeh5 Rasim qızı, Cavabdeh6 və Cavabdeh4 Gədəbəy şəhəri, Səməd Vurğun küçəsi, ev 8 ünvanında yerləşən fərdi yaşayış evindən olan istifadə hüquqlarına xitam verilməli, iddia tələbi digər cavabdehlər X3 və Cavabdeh3 münasibətdə təmin edilməməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Аzərbаycаn Rеspublikаsı MPM-nin 216-227, 358-360 və 362-cı mаddələrini rəhbər tutаrаq, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1, X9, Cavabdeh7, Cavabdeh5 Rasim qızı, Cavabdeh6 və Cavabdeh4 Gədəbəy şəhəri, Səməd Vurğun küçəsi, ev 8 ünvanında yerləşən fərdi yaşayış evindən olan istifadə hüquqlarına xitam verilsin. İddia tələbi X3 və Cavabdeh3 münasibətdə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar