Məhkəmə qərarları › İş №2(042)-701/2025

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-701/2025

10.06.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-701/2025 10.06.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Ərizəçi “doğumun qeyd edilməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki iş (açar sözlər: hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında doğumun qeyd edilmə faktı) Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Quliyeva Nübar Yusif qızının katibliyi, Ərizəçi nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi “doğumun qeyd edilməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: I. Mülki işin mahiyyəti

1. Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, onun 1962-cı il tarixdə Gədəbəy rayonunun Kəlaman kəndində doğulmasının qeyd edilmə faktının müəyyən edilməklə ona veriləcək yeni doğum şəhadətnaməsində ata qrafasında X6, ana qrafasında isə X4 qeyd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, 1962-ci il tarixdə Gədəbəy rayonu, Kəlaman kəndində anadan olmuşdur. O, hal-hazıra kimi həmin kənddə yaşamışdır. İcra nümayəndəliyinin təsərrüfatbaşına kitabında onun 1962-ci il tarixdə anadan olmağına dair qeydlər aparılmışdır. Hal-hazırda o, mərhum valideyinlərindən miras qalmış mülkü öz adına rəsimləşdirmək istəyir. Lakin onun doğum haqqında şəhadətnaməsi olmadığı üçün vərəsəlik qaydasında həmin əmaliyyatların aparılmasının mümkün olmadığı ona bildirilmişdir. O, savadsızlığı səbəbindən heç bununla maraqlanmamışdır. Hazırda ona doğum haqqında şəhadətnamə lazımdır. O, yeni doğum haqqında şəhadətnamə almaq məqsədi ilə Maraqlı şəxsnə müraciət edən zaman ona ilkin doğum akt qeydlərinin aşkar edilmədiyi bildirilmişdir. Bununla bağlı o, Maraqlı şəxsnə müraciət etsə də ona xx.xx.2025ci il tarixdə 05/09-259/25 saylı imtina məktubu verilmiş və məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Odur ki, mənim 1962-ci il tarixdə Gədəbəy rayonunun Kəlaman kəndində anadan olması faktı qeyd edilməklə ona yeni doğum haqqında şəhadətnamə verilməsini, veriləcək şəhadətnaməsində ata qrafasında X6, ana qrafasında isə X1 qeyd edilməsinə dair qətnamə çıxarılmasını istəyir.

II. Tərəflərin mövqeləri və şahid ifadələri:

3. Ərizəçi nümayəndəsi Nümayəndə məhkəmə iclasında ərizəsində göstərilənlərə oxşar izahat verdi və ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi.

4. Şahidlər Şahid1, Şahid2 və Şahid3 məhkəmə iclasında Ərizəçi 1962-ci il tarixdə doğulduğunu, atasının X7, anasının X3 olduğunu təsdiq etdilər.

5. Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 185.6-cı maddəsinə əsasən, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

İV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. Məhkəmə ərizəçini və şahidləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir.

8. Belə ki, mülki iş materiallarında olan; - Maraqlı şəxs tərəfindən verilmiş nikah hakt qeydi kitabından çıxarışdan görünür ki, X6 və X2 nikahlarını xx.xx.1970-ci il tarixdə Gədəbəy rayonu, Böyük Qaramurad kənd İƏD üzrə nümayəndəliyində rəsmiləşdirmişlər. Nikah bağlandıqdan sonra ərə Alsəfərov, arvada Alsəfərova soyadları verilmişdir. - Maraqlı şəxs tərəfindən verilmiş ölüm haqqında arayışlardan görünür ki, X7 xx.xx.2010-cu il tarixdə, X3 xx.xx.2005-ci il tarixdə ölmüşdür. - Maraqlı şəxs tərəfindən verilmiş 15 aprel 2025-ci il tarixli arayışdan görünür ki, 1962-ci il tarixdə Gədəbəy rayonu, Kəlaman kəndində anadan olmuş Ərizəçi doğumu haqqında Gədəbəy rayonu, Böyük Qaramurad kənd İƏD-si üzrə 1959-1965-ci illər üzrə yoxlama aparılış və ilkin doğum haqqında akt qeydi aşkar olunmamışdır. Doğum haqqında bərpa akt qeydləri 1963-cü ildən 1980-ci ilədək yoxlanılmışdır. - Maraqlı şəxs tərəfindən verilmiş 09 aprel 2025-ci il tarixli məktubdan görünür ki, kifayət qədər əsas verən sənədlər olmadığından Ərizəçi doğum haqqında şəhadətnamə verilməsi barədə ərizənin qeydiyyat orqanında təmin edilməsi mümkün olmamış və ərizəçiyə məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur.

9. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin; - 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. - 307.2.3-cü maddəsinə görə, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. - 308-ci maddəsinə müvafiq olaraq, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. - 309.1-ci maddəsinə əsasən, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir.

10. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarında göstərilmişdir ki, “... Uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Belə ərizələrə baxılarkən məhkəmə ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdırmalı, ərizəni doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutlar əsasında həll etməlidir. Qətnamənin nəticə hissəsində ananın soyadı, adı, atasının adı, uşağın cinsi, doğulduğu tarix və doğumun vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanda qeydiyyatı üçün zəruri olan bütün digər məlumatlar öz əksini tapmalıdır”.

11. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Ərizəçi Gədəbəy rayonu, Kəlaman kəndində anadan olmuşdur. Lakin, ona doğum haqqında şəhadətnamə verilməmişdir. Ərizəçinin 1962-ci ildə doğulması, ərizəçinin atasının X7, anasının X3 olması iş materiallarında olan sübutlar, ərizəçinin nümayəndəsinin izahatı və şahid ifadələri ilə öz təsdiqini tapır. Onun doğumun qeydə alınması məhkəmədən kənar qaydada müəyyən edilməsi mümkün deyildir. Odur ki, ərizəçi bununla əlaqədar haqlı olaraq məhkəməyə müraciət etmişdir.

12. Məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir.

V. Nəticə:

13. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 307-311, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

Ərizə təmin edilsin. Doğumun qeydə alınması faktı müəyyən edilsin. Hazırkı məhkəmə qətnaməsi Ərizəçi ata qrafasında – xx.xx.2010-cu il tarixdə ölmüş X7, ana qrafasında – xx.xx.2005-ci il tarixdə ölmüş X3, doğum tarixi XX.XX.1962-ci il, doğum yeri Gədəbəy rayonu, Kəlaman kəndi olması qeyd edilməklə doğum haqqında şəhadətnamə verilməsi üçün əsasdır. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Zamiq Rəsulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar